Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə72/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   68   69   70   71   72   73   74   75   ...   134

Azərbaycan Tarixi 
 
 
285 
bilmərik. Ona görə  də xalqımızın tarixi yaddaşını 
əbədiləşdirmək üçün 1998-ci il martın 26-da Azərbaycan 
Respublikasının Prezidenti ulu öndərimiz Heydər  Əliyev öz 
fərmanı ilə martın 31-ni "Azərbaycanlıların soyqımı günü" elan 
etdi. Hər il biz bu "Soyqırım günündə" anma mərasimləri 
keçirməklə tarixi yaddaşımızı  təzələyir, daha da möhkəm 
vətənpərvər və ayıq-sayıq oluruq. 
17.4. Bakı Xalq Komissarları Soveti və onun 
ermənipərəst,  antiazərbaycan siyasəti.  Mart soyqırımı 
nəticəsinlə öz əleyhdarlarını aradan götürdükdən sonra əl-qolu 
açılmış S.Şaumyan 1918-ci il aprelin 25-də Bakı Xalq 
Komissarları Soveti adlı hökumət yaratdı. Bakı XKS özünü 
Bakı quberniyası  və Dağıstanda Sovet Rusiyası hökumətinin 
yerli hakimiyyət orqanı elan etdi. Həqiqətdə isə özünün 
tərkibinə görə Bakı XKS əsl erməni hökuməti idi. Bakı XKS-
nın sədri erməni S.Şaumyan idi. Onun üzvləri, bir neçə  nəfər 
istisna olmaqla, əsasən ermənilərdən və ermənipərəslərdən iba-
rət idi. Hökumətin tərkibində yalnız bir nəfər azərbaycanlı var-
dı. Bu da o zaman Həştərxanda müalicədə olan N.Nərimanov 
idi. N.Nərimanov hökumətin qiyabi üzvü olmaqla yanaşı, həm 
də ikinci dərəcəli nazir portfeli - kommunal təsərrüfatı komissa-
rı postu onun üçün ayrılmışdı. Görkəmli inqilabçı və siyasi xa-
dim Məşədi  Əzizbəyov Bakı XKS hdkumətinin üzvü deyildi. 
O, Bakı qəza komissarı idi, Şaumyan hökumətində isə daxili iş-
lər komissarı P.Caparidzenin müavini vəzifəsini tuturdu. 
Mart hadisələri Azərbaycanın geniş xalq kütlələrinin 
Sovet hakimiyyətindən uzaqlaşmasına səbəb olmuşdu. Bunu 
antiazərbaycan fəaliyyətilə  fərqlənən A.Mikoyan da AK (b) P 
V qurultayında (1923-cü il) çıxışında qeyd edərək demişdi: 
"Mart hadisələrinin daha böyük nəticələri olmuşdu; müsəlman 
zəhmətkeş kütlələrinin Sovet hakimiyyətindən uzaqlaşması", 
("Bakinskiy raboçiy" qəzeti 15 mart 1923-cü il). Azərbaycanın 
kənd  əhalisinin dəstəyinə nail olmaq üçün Bakı XKS yalnız 
mayın 21-də sol eser Mir Həsən Vəzirovu öz tərkibinə daxil 
Qəzənfər Rəcəbli 
 
 
286
edir. Bakı XKS-nin torpaq komissarı  vəzifəsini tutan 
M.H.Vəzirov faktiki olaraq Şaumyan hökumətinin ilk və 
yeganə azərbaycanlı üzvü olmuşdur. 
Bakı XKS ilk gündən azərbaycanlılara qarşı yönəldilmiş 
siyasət yeritməyə başladı. Azərbaycan Cümhuriyyəti 
yarandıqdan və iqamətgahını Tiflisdən Gəncəyə köçürdükdən 
sonra Bakı XKS ona qarşı müharibəyə başladı. Azərbaycan 
Cümhuriyyəti ilə müharibə zamanı Bakı XKS özünü Sovet 
Rusiyasının yerli hakimiyyət orqanı elan etməsinə baxmayaraq 
keçmiş çar Rusiyasının Tehrandakı kazak alayının komandiri 
polkovnik Biçeraxovun qoşunundan da istifadə etdi. 
S.Şaumyan Sovet Rusiyasının düşməni olan, ona qarşı  hərbi 
müdaxilənin təşkilatçısı olan İngiltərənin Ənzəlidəki qoşunları-
nın komandanı general Denstervill ilə də gəmidə "tetatet" danı-
şıqlar apararaq, ondan Azərbaycan Cümhuriyyətinə qarşı kö-
mək almışdı. 
Bakı XKS-nın sədri S.Şaumyan sovet hakimiyyətinin və 
bolşevizmin qəddar düşməni, azərbaycanlıların qanını içməyə 
hazır olan, erməni millətçisi Andronik ilə  də  məktublaşaraq 
onun ordusunu Azərbaycan Cümhuriyyətinə qarşı müharibədə 
iştirak etmək üçün Bakıya dəvət edirdi. O vaxt Azərbaycan 
Cümhuriyyəti yalnız Nuru paşanın komandanlığı altında Qaf-
qaz  İslam Ordusunun köməyilə Bakıda yaradılmış S.Şaumya-
nın Bakı XKS adlı erməni hökumətindən xalqımızı xilas edə 
bildi. 
Ermənilər Azərbaycan Cümhuriyyəti dövründə  də, sovet 
hakimiyyəti dövründə  də torpaqlarımıza qəsd etməklə "Böyük 
Ermənistan" dövləti yaratmaq xülyasında olmuşlar, Bakı XKS-
nin antiazərbaycan siyasətini davam etdirməyə  cəhd 
göstərmişlər. Müstəqil Azərbaycan Respublikasının yarandığı 
ilk illərdə, onun başçılarının səbatsızlığından və hakimiyyət 
uğrunda apardıqları daxili çəkişmələrdən istifadə edən ermə-
nilər Azərbaycana yenidən hərbi müdaxiləyə başlayaraq torpaq-
larımızın 20 faizinə qədərini işğal etdilər. Lakin ermənilər əmin 


Azərbaycan Tarixi 
 
 
287 
ola bilərlər ki, xalqımız gec-tez işğalçıların burnunu ovacaq, 
itirilmiş torpaqlarımız geri qaytarılacaqdır. 
 
Ədəbiyyat: 
 
 1. Azərbaycan tarixi. 7 cild, 5-ci cild, Bakı, 2001, s.268-314. 
2. Ə.Quliyev. Bakı proletariatının şanlı qələbəsi, Bakı, 1955. 
3. V.Çıraqzadə. İstiqlaliyyət yollarında, Bakı, 1992, s. 5-27. 
4. M.Ə.Rəsulzadə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990, s. 
26-35. 
5. А.Халилов. Геносид против мусульманского населения  
Закавказья в исторических источниках. Баку, 2000. 
 
Qəzənfər Rəcəbli 
 
 
288
 
 
 
XVIII FßSÈL 
 
XX ƏSRIN ƏVVƏLLƏRİNDƏ CƏNUBİ 
AZƏRBAYCANDA MİLLİ-AZADLIQ HƏRƏKATI 
 
18.1. Səttarxan hərəkatı.  XX əsrin əvvəllərində İranda, 
o cümlədən Cənubi Azərbaycanda inqilabi şərait yaranmışdı. 
İnqilabi  şəraitin yetişməsində daxili obyektiv şərtlərlə yanaşı 
Rusiyada, o cümlədən Şimali Azərbaycanda baş verən inqilabi 
hadisələrin də təsiri az olmamışdı. Onu da bilmək lazımdır ki, 
1904-cü ildə Bakıda Cənubi Azərbaycandan gəlmiş 7 min 
nəfərdən çox fəhlə işləyirdi. Bu da Bakı fəhlələrinin beşdə biri 
demək idi. Rusiyada 1905-1907-ci illər inqilabı zamanı Cənubi 
Azərbaycandan olan fəhlələr öz vətənlərinə qayıtdılar. Onlar 
Bakıdan özləri ilə inqilabi ruh və inqilabi təşkilatçılıq aparmış-
dılar. Həmin fəhlələrin inqilabi ruhda tərbiyə olunmasında Ba-
kıda 1904-cü ilin oktyabrında M.Ə.Rəsulzadə, N.Nərimanov, 
M.Əzizbəyov, S.M.Əfəndiyev, M.Hacıyev, M.Hacınski və b. 
tərəfindən yaradılmış «Hümmət» sosial-demokrat təşkilatı az 
rol oynamamışdı.  
İranda inqilabi hərəkat 1905-ci ilin dekabr ayında Tehran 
fəhlələrinin ümumi tətili ilə başladı. Tətil və nümayişlər tez bir 
zamanda Təbriz, İsfahan, Şiraz və b. şəhərlərə də yayıldı. Ölkə-
də inqilabi hərəkatın geniş vüsət alması şah hakimiyyətini gü-
zəştə getməyə məcbur etdi. 1906-cı il avqustun 5-də şah xalqa 
konstitusiya vəd etdi. Lakin tətil və nümayişlər səngiyən kimi 
şah öz vədini unutdu. Onda xalq yenidən küçə  və meydanlara 
axışdı.  
Xalq kütlələrinin inqilabi çıxışları Təbrizdə xüsusilə güc-
lü idi. Təbrizdə 1906-cı ilin sentyabr ayında başlamış ümumi 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə