Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə74/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   70   71   72   73   74   75   76   77   ...   134

Azərbaycan Tarixi 
 
 
293 
məsi»  və noyabrın 22-də «Rusiya və Şərqin bütün müsəlman zəh-
mətkeşlərinə» müraciətnaməsi Şərq xalqlarının milli azadlıq hərə-
katının genişlənməsində inqilabiləşdirici rol oynadı. Hüquq bə-
yannaməsində xalqların öz müqəddəratını  təyin etmək, hətta ay-
rılıb müstəqil dövlətlərini yaratmaq hüququ elan edilirdi. Bütün 
müsəlman zəhmətkeşlərinə müraciətnamədə isə deyilirdi: «Rusiya 
Respublikası və onun hökuməti başqa xalqların torpaqlarının işğal 
olunmasının  əleyhinədir … İranın bölüşdürülməsi haqqında 
müqavilə pozulur və məhv edilir … Sizin etiqad və azadlıqlarınız, 
sizin milli təsisatlarınız azad və toxunulmaz elan olunur. Öz milli 
həyatınızı sərbəst və maneəsiz qurun. Sizin buna haqqınız vardır».  
Rusiyada inqilabi hadisələrin təsiri altında İranın hər yerində 
inqilabi-demokratik və milli-azadlıq hərəkatı geniş vüsət aldı. Hər 
yerdə  İngiltərə imperializminin İrandakı siyasətinə qarşı kütləvi 
mitinq və nümayişlər keçirilirdi.  
İranda inqilabi hərəkatın mərkəzi Cənubi Azərbaycan idi. 
Cənubi Azərbaycanda 1917-ci ilin avqustunda yaradılmış Azər-
baycan Demokratik Partiyası öz fəaliyyətini genişləndirdi.  İran 
Demokratik Partiyasının vilayət təşkilatı bazasında yaradılmış 
Azərbaycan Demokratik Partiyasının sosial tərkibi xırda və orta 
burjuaziya təbəqələrindən, mütərəqqi mülkədarlardan, ziyalılar-
dan, ruhanilərin aşağı təbəqələrindən, həmçinin fəhlə və kəndlilər-
dən ibarət idi. Partiya imperializmə qarşı mübarizə  və  İranda 
demokratik dəyişikliklər edilməsi tələbləri ilə çıxış edirdi.  
Rusiya qoşunlarının  İrandan çıxarılmasından sonra İranı 
tam əsarət altına almaq üçün əlverişli şəraitin yetişdiyi qənaətinə 
gələn İngiltərə hakim dairələri Cənubi Azərbaycanda milli-azadlıq 
hərəkatının genişlənməsindən narahat idilər. Cənubi 
Azərbaycandakı inqilabi hadisələr  İngiltərənin Cənubi Qafqaz 
haqqındakı planlarına da ciddi zərbə endirə bilərdi.  
1918-ci ilin mart-may aylarında Cənubi Azərbaycanın qərb 
hissəsini və  Təbrizi işğal etmiş alman-türk ordularına qarşı mü-
barizə aparmaq bəhanəsilə  İngiltərə  İranı tamamilə  işğal etməyə 
hazırlaşırdı.  İranın  şimal rayonlarına general Denstervillin 
Qəzənfər Rəcəbli 
 
 
294
başçılığı altında ingilis hərbi ekspressiyası göndərildi. İyun ayının 
sonunda Denstervillin dəstəsi Rəşt və  Ənzəlini tutdu, Gilan 
sovetləri dağıdıldı. İlk vaxtlar üsyançılarla birlikdə, Gilanın kiçik 
feodal hakimi Kuçek xanın cəngəllilərdən ibarət dəstələri 
ingilislərə müqavimət göstərdilər. Lakin bir qədər sonra Kuçek 
xan işğalçılarla müharibəni dayandırdı və 1918-ci ilin avqustunda 
general Denstervill ilə saziş imzaladı. Denstervill Gilanda Kuçek 
xanın hakimiyyətini tanıdı. Kuçek xan isə ingilis hərbi dəstəsini 
maneəsiz Bakıya buraxmağı  və onları  ərzaq ilə  təchiz etməyi 
öhdəsinə götürdü. Lakin general Denstervill az sonra müqaviləni 
pozdu və cəngəllilərə qarşı qoşun göndərdi. Kuçek xanın dəstəsi 
yenidən meşələrə çəkilməli oldu.  
1918-ci ilin avqustunda Denstervillin dəstəsi, yax-ınlaşmaq-
da olan türk ordusuna qarşı mübarizə aparmaq adı altında Bakıya 
gəldi. Lakin sentyabrın 14-də Nuru paşanın Qafqaz İslam ordusu, 
türk ordusu və Azərbaycan Cümhuriyyətinin hərbi hissələri Bakını 
azad edəndə, general Denstervillin dəstəsi qarət etdiyi əmlakı 
götürüb tələsik Bakını tərk etdi və Ənzəliyə qayıtdı.  
18.3. Təbriz üsyanı  və Azərbaycan (Azadistan) Milli 
hökuməti. 1918-ci ilin ortalarında bütün İran İngiltərənin nəzarəti 
altına alındı. Ölkədə ingilis ağalığına qarşı etiraz dalğaları geniş 
vüsət aldı. Bütün ölkəni bürüyən narazılıq və etiraz dalğaları 
1920-ci ilin əvvəllərində iri şəhərlərdə mitinq, nümayiş və piket-
lərə çevrildi.  
İnqilabi çıxışlar Cənubi Azərbaycanda daha kütləvi və güclü 
idi. Kütlələrin inqilabi çıxışları 1920-ci il aprelin 7-də  Təbrizdə 
üsyana çevrildi. Təbriz üsyanına  Şeyx Məhəmməd Xiyabaninin 
başçılığı altında Azərbaycan Demokratik Partiyası  rəhbərlik 
edirdi. Təbrizdə hakimiyyət ADP-nin inqilaba rəhbərlik etmək 
üçün yaratdığı  «İctimai komissiya"nın  əlinə keçdi. 1920-ci ilin 
iyun ayında «İctimai komissiya» Şeyx Məhəmməd Xiyabaninin 
başçılıq etdiyi «Milli hökumət» ilə əvəz olundu.  
Tacir ailəsindən çıxmış Məhəmməd Xiyabani görkəmli din 
xadimi, ruhani alim idi. O, hələ 1908-1909-cu illərdə Təbriz üs-


Azərbaycan Tarixi 
 
 
295 
yanında fəal iştirak etmişdi. M.Xiyabani 1909-cu ildə ikinci ça-
ğırış  İran Məclisinə deputat seçilmişdi. O, İran Məclisində de-
mokratların fraksiyasına daxil idi və İranda imperialist dövlətlərin 
ağalığına qarşı  çıxış edirdi. Birinci Dünya müharibəsi illərində 
M.Xiyabani həm ingilis-rus, həm də alman-türk imperialistlərinə 
qarşı  hərəkatda iştirak edir, antiimperialist çıxışları ilə seçilirdi. 
1918-ci ilin yazında Cənubi Azərbaycan və onun mərkəzi şəhəri 
Təbriz türk qoşunları  tərəfindən tutulduğu zaman türk hərbi 
hakimiyyət orqanları M.Xiyabanini, antitürk təbliğatında ittiham 
edib həbs etdilər və Qars şəhərindəki həbsxanaya saldılar. Birinci 
Dünya müharibəsi qurtardıqdan sonra həbsxanadan çıxan 
M.Xiyabani 1919-cı ildə  Təbrizə qayıdıb Azərbaycan 
demokratlarının rəhbəri oldu. M.Xiyabani və onun tərəfdarları 
İranın müstəqilliyinin bərpası  və möhkəmləndirilməsi uğrunda, 
İranın respublika elan olunması  və demokratik islahatlar 
keçirilməsi uğrunda,  İranın hüdudları daxilində  Cənubi 
Azərbaycana muxtariyyət verilməsi uğrunda qətiyyətlə  çıxış 
edirdilər.  
Təbriz üsyanının qələbəsindən sonra Urmu, Xoy, Salmas, 
Marağa, Ərdəbil və Zəncanda da hakimiyyət demokratların əlinə 
keçdi. Azərbaycan «azadlıq ölkəsi» elan edildi və «Azadistan» 
adlandırıldı. Azərbaycan demokratları hakimiyyəti  ələ aldıqdan 
sonra şah hakimiyyət orqanlarının özbaşınalığına və qanunsuzluğa 
son qoyuldu, geniş xalq kütlələrinin maddi durumunun 
yaxşılaşdırılması üçün tədbirlər görüldü. Ərzaq çatışmazlığı 
şəraitində möhtəkirliyə qarşı mübarizə aparılırdı.  Ərzaq və 
çoxişlənən malların qiymətləri aşağı salında. Ölkədə yeni 
məktəblər və xəstəxanalar açıldı.  
Lakin Azadistan «Milli hökuməti» Təbrizdə irtica 
qüvvələrinə qarşı ciddi mübarizə aparmadı, irtica tərəfdarları 
tərksilah edilmədi. Hətta Təbrizdəki fars kazak hissələri də 
tərksilah edilməmişdi. «Milli hökumət» xalqı silahlandırmaq üçün 
ciddi tədbirlər görmədi, yalnız kiçik könüllü dəstələri yaradıldı. 
Ona görə  də irticaçı qüvvələr Təbrizdə açıq-açığına 
Qəzənfər Rəcəbli 
 
 
296
antidemokratik təbliğat aparır, təxribat və pozuculuq işləri aparır 
və Azərbaycandan kənardakı  həmfikirləri ilə, hətta  şah 
qoşunlarının komandanlığı ilə açıq surətdə əlaqə saxlayırdılar.  
Təbriz üsyanının  əsas hərəkətverici qüvvələri Azərbaycan 
demokratlarının sosial tərkibinə uyğun olaraq milli ticarət və şəhər 
xırda burjuaziyası, şəhər yoxsulları və yenicə təşəkkül tapan fəhlə 
sinfi idi. Hökumət aqrar islahatları  həyata keçirmədiyinə görə 
kəndlilər milli-azadlıq hərəkatından kənarda qalmışdılar. Təbriz 
üsyançıları  İranın digər bölgələrindəki inqilabi hərəkat ilə  əlaqə 
saxlamadılar. Üsyançılar fəal hücum taktikasından imtina etdilər 
və yalnız passiv müdafiə taktikası seçdilər. Bütün bunlar Təbriz 
üsyanının zəifləməsinə səbəb oldu və ingilislərdən dəstək alan şah 
hökumətinin üsyanı yatırmasına kömək oldu.  
1920-ci il avqustun sonunda şah hökuməti və ingilis 
komandanlığı  Təbriz üzərinə böyük qoşun hissələri göndərdi. 
Sentyabrın 12-də irtica qoşunları  Təbriz üsyançılarının 
müqavimətini qırıb şəhəri tutdular. Üsyan iştirakçılarına amansız 
divan tutuldu. Sentyabrın 14-də  Şeyx Məhəmməd Xiyabani ələ 
keçirildi və  şəhərin küçələrində  məhkəməsiz vəhşicəsinə 
öldürüldü.  
18.4. Cənubi Azərbaycanda 1917-1920-ci illər  milli-
azadlıq hərəkatının tarixi əhəmiyyəti.  Cənubi Azərbaycanda 
1917-1920-ci illər milli-azadlıq hərəkatı məğlubiyyətə uğrasa da, 
Təbriz üsyanı yatırıldısa da inqilabın sölələri birdən-birə sönmədi. 
1922-ci ildə  Təbrizdə Azərbaycan Demokratik Partiyasının və 
Şeyx Məhəmməd Xiyabani tərəfdarlarının fəaliyyəti yenidən 
canlandı. İnqilabi hərəkat silahlı qüvvələrə də təsir etdi. 1922-ci il 
fevralın 1-də Təbriz jandarmasının qarnizonunda üsyan baş verdi. 
Üsyana səbəb hərbi nazir Rza xanın (sonralar İranda Pəhləvilər 
şah sülaləsinin  əsasını qoyan Rza şahın) hərbi islahatları, 
mütərəqqi fikirli, demokratik əhval-ruhiyyəli zabitlərin silahlı 
qüvvələrdən qovulması və uzun müddət ərzində jandarma və hərbi 
qulluqçuların  əmək haqlarının ödənilməməsi oldu. Üsyana 
Səttarxan hərəkatının iştirakçısı olmuş zabit Lahuti başçılıq edirdi. 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə