Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə82/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   78   79   80   81   82   83   84   85   ...   134

Azərbaycan Tarixi 
 
 
325 
aparılmırdı və mövcud orta məktəblərin hamısı rus maktəbləri 
idi.  
Azərbaycanın görkəmli mesenat H.Z.Tağıyev Bakıda orta 
texniki məktəbin qəyyumu kimi onun inkişafına daim qayğı 
göstərirdı. O, milyoner M.Muxtarov ılə birlikdə texniki məktəb 
üçün xarrat emalatxanası tikdirmişdi. H.Z.Tağıyev  şəhər 
dumasının deputatlarını texniki məktəbə  əhəmiyyət verməyin, 
onun üçün maliyyə  vəsaitinin ayrılmasının, məktəbin tikintisi 
üçün nəzərdə tutulmuş torpaq sahəsinin genişləndirilməsinin 
vacibliyinə inandıra bilmişdi. O, 1901-ci ildə texniki məktəbin 
binasının tikilməsinə 6600 manat, 1909-1910-cu illərdə binanın 
ikinci mərtəbəsinin tikintisinə  və kimya laboratoriyasının 
təşkilinə 50 min manat pul vermişdi. O, məktəbin 
müəllimlərinin əmək haqqının verilməsində çətinlik yarandıqda 
müəllimlərin  əmək haqqını da ödəyirdi. Bakı orta texniki 
məktəbə daim qayğı göstərdiyinə görə  şəhər duması 
H.Z.Tağıyevin portretinin çəkilməsini məşhur rəssam 
İ.Brodskiyə sifariş vermiş, onun realnı  məktəbin akt zalında 
asılması haqqında qərar çıxarmışdı. (1913-cü ildə  çəkilmiş 
həmin portret Azərbaycan Milli Tarix Muzeyində saxlanılır). 
Azərbaycanda orta ümumtəhsil və texniki məktəblərin 
yüzlərlə məzunu ali məktəblərə daxil olmaq üçün Rusiyanın və 
Avropanın müxtəlif şəhərlərinə yollanırdılar. Onların bir qismi 
əvvəllər Peterburq, Moskva və Sarbon universitetlərində təhsil 
alırdılar. XX əsrin başlanğıcında isə Kiyev, Odessa, Xarkov, 
Kazan, Riqa və b. şəhərlərin ali məktəblərinə də təhsil almağa 
gedənlərin sayı  aıldı. Azərbaycan gəncləri həmin  şəhərlərin 
universitetlərinin  əsasən hüquq və tibb fakültələrində, qismən 
də texnoloji ali məktəblərdə təhsil alırdılar. Çünki bu sahələrdə 
əldə etdikləri bilikləri Azərbaycanda tətbiq etmək üçün geniş 
imkan vardı. 
XIX  əsrin I yarısında Azərbaycanda tarix, fəlsəfə, 
filologiya, coğrafiya, astronomiya kimi elmlərin  ənənəvi 
sahələri nəzərə çarpacaq dərəcədə canlanır və inkişaf edirdi. 
Qəzənfər Rəcəbli 
 
 
326
Azərbaycan alimləri, hər  şeydən öncə, doğma diyarın tarixi 
keçmişini dərk etməyə daxili tələbat hiss edirdilər. Vətən 
tarixini bilmək həvəsi Azərbaycanda tarixçilərin və 
salnaməçilərin bütöv bir nəslinin meydana gəlməsinə  səbəb 
oldu. Onlar ilk qaynaqlar, şəxsi xatirələr, canlı  şahidlər və 
maddi mədəniyyət abidələri  əsasında Azərbaycanın və onun 
ayrı-ayrı xanlıqlarının tarixini yazırdılar. 
Vətən tarixini öyrənməyin  əhəmiyyətini ilk dərk 
edənlərdən və ilk tədqiq edənlərdən biri Abbasqulu ağa 
Bakıxanov olmuşdur (1794-1846).  O, Azərbaycan elm və 
mədəniyyəti tarixinə hər şeydən öncə maarifçi-tarixşünas kimi 
daxil olmuşdur. A. Bakıxanov "Qafqazın şərq hissəsinin tarixi" 
adlı  əsərini 1841-ci ildə fars dilində yazmış  və 1843-cü ildə 
"Gülüstani-İrəm" adı ilə rus dilinə  tərcümə etmişdir. (Bu əsər 
ilk dəfə 1926-cı ildə rus dilində, 1951-ci ildə Azərbaycan 
dilində, 1978-ci ildə fars dilində çap edilmişdir). O, bu 
əsərində, onun öz sözləri ilə desək, "nəinki  əsrlərin, hətta 
minilliklərin məhv edə bilmədiyi dillərə, qədim abidələrə, adət 
və  ənənələrə istinad" edərək Azərbaycanda məskunlaşmış 
xalqların və soyların mənşəyini, etnonimlərin və toponimlərin 
etimologiyasını izah etməyə çalışmış, Alban dövlətinin tarixini 
qısa formada şərh etmişdir. A.Bakıxanovun həmçinin Cənubi-
Şərqi Qafqazın siyasi və iqtisadi tarixinə, Azərbaycan 
əhalisinin etnik tərkibinə, burada yaşamış  qədim soylara, 
feodalların titul və dərəcələrinə, xanlıqlar dövrünün müsəlman 
hüququna, Azərbaycanın Rusiya tərkibinə qatılmasından sonra 
müsəlman feodallarının hüquq və imtiyazlarına dair elmi 
qeydləri də vardır. 
Bu dövrdə Mirzə Adıgözəl bəy və Mirzə Camal 
Qarabağın tarixinə dair, Fətəli xanın oğlu Kərim ağa və 
İskəndər bəy Hacınski Quba xanlığının tarixi haqqında,  Şeyx 
İbrahim Gəncə  şəhərinin tarixi haqqında, Mirzə Heydər 
Vəzirov Dağıstan və  Şirvanın siyasi tarixi haqqında Mirzə 


Azərbaycan Tarixi 
 
 
327 
Məhərrəm və Mirzə Heydər isə Nadir şah imperiyasından bəhs 
edən tarixi əsərlər yazmışlar. 
XIX  əsrin I yarısmda Tiflis məktəblərində  şərq dillərini 
tədris edən M.Ş.Vazeh və Fazil xan Şeyda ədəbiyyat sahəsində 
tədqiqatlar ilə  məşğul olmuşlar. «Şərqşünaslıq sahəsində 
Azərbaycan alimlərinin nailiyyətlərini xüsusi qeyd etmək 
lazımdır. Rus şərqşünaslığının təşəkkülü və inkişafında 
azərbaycanlı  şərqşünas alimlərdən A.Bakıxanov, M.C.Top-
çubaşov və M.Ə.Kazımbəyin mühüm xidmətləri olmuşdur. 
A.Bakıxanov 1841-ci ildə fars dilinin quruluşu və 
qaydalarını Avropa elmi metodu ilə şərh edən ilk qrammatikanı 
şərh etmişdir. "Fars qrammatikası" adlanan bu əsər 1841-ci ildə 
Tiflisdə dövlət hesabına nəşr edilmiş  və hökumət mükafatına 
layiq görülərək Rusiyada fars dilindən dərs vəsaiti kimi qəbul 
edilmişdir. 
Gəncədə anadan olmuş Mirzə Cəfər Topçubaşov 1829-cu 
ildən 1849-cu ilədək Peterburq universitetinin professoru 
işləmiş, iyirmi ilə yaxın Rus Arxeologiya Cəmiyyətinin  şərq 
numizmatikası  şöbəsinə başçılıq etmişdir. O, Britaniya Kral 
Asiya Cəmiyyətinin həqiqi üzvü olmuşdur. Onun "Fars 
müntəxəbatı", "Qədim dövrlərdən Teymurləngə  qədər 
monqolların tarixi", "Nadir şahın ölümündən sonra 
Gürcüstandakı hadisələr haqqında" və b. maraqlı elmi əsərləri 
vardır. 
Zəmanəmizə qədər öz elmi əhəmiyyətini itirməyən çoxlu 
fundamental  əsərlərin müəllifi, dünya şöhrətli  şərqşünas 
azərbaycanlı alim Kazımbəy Rəşt  şəhərində  şəhərində anadan 
olmuşdur. O, 1826-1849-cu illərdə Kazan Universitetinin, 
1849-1870-ci illərdə Peterburq Universitetinin professoru 
olmuşdur. Kazımbəy fars, ərəb, rus, türk, ingilis və fransız 
dillərini mükəmməl bilirdi. O, "Türk-tatar dilinin 
qrammatikası", "Firdovsiyə görə fars mifologiyası", 
"Dərbəndnamə", "Quranın tam konkordası", "Müridizm və 
Qəzənfər Rəcəbli 
 
 
328
Şamil", "Bab və babilər" və b. samballı elmi əsərlərin 
müəllifidir. 
XIX əsrin birinci yarısında Azərbaycanda astronomiya və 
coğrafiya elmlərinin inkişafında A.Bakıxanov, M.F.Axundzadə 
və  İ.Qutqaşınlının xidmətlərini qeyd etmək lazımdır. 
A.Bakıxanovun fars dilində yazdığı "Kəşf ül-Qəraib"  əsərində 
Amerikanın kəşf olunmasından, onun ölkələrinin təsvirindən 
bəhs edilir. "Əsrar  əl-Məlaküt" ("Səma  şahlığının sirləri") 
əsərində isə dünyanın heliosentrik sistemi təlimi dəstəklənir və 
Günəş sistemi cisimlərinin fıziki təbiəti və quruluşları izah 
edilir. A.Bakıxanov dünyanın fıziki, siyasi və iqtisadi 
coğrafıyası  məsələlərindən bəhs edən "Ümumi coğrafiya" 
M.F.Axundzadə "Yeni dünyanı kəşf edən Xristofor Kolumbun 
tarixi",  İ.Qutqaşınlı isə  Şərq ölkələrinin coğrafıyası  və 
etnoqrafiyasından bəhs edən "Yol qeydləri" kitablarının 
müəllifləridirlər. 
XIX  əsrin ikinci yarısında Azərbaycanda elmin 
inkişafından bəhs edərkən ilk növbədə  Həsənbəy Zərdabinin 
(1842-1907) adını  çəkmək lazımdır. Azərbaycanda biologiya, 
kənd təsərrüfatı, təbabət üzrə biliklərin yayılması onun adı ilə 
bağlıdır. H.Zərdabinin elmi yaradıcılığı  təbiət elmləri ilə  sıx 
bağlı idi. O, yerin yaranması, kainatda əbədi dövran haqqında o 
dövrdə elmdə hakim olan ideyanın tərəfdarı idi, Günəş sistemi 
haqqında elmi təsəvvürləri qəbul edirdi.  H.Zərdabinin elmi və 
təcrübi yaradıcılığı Azərbaycanda biologiya və kənd təsərrüfatı 
elmlərinin sonrakı inkişafına səmərəli təsir göstərdi. 
XIX  əsrin ikinci yarısında Azərbaycanda tarix elmi də 
inkişaf etməkdə davam edirdi. Azərbaycan tarixçiləri orta 
əsrlərin tarixi ənənələrini davam etdirərək öz əsərlərini  əsasən 
Qarabağın, Talışın və  Lənkəran  şəhərinin xanlıqlar dövrü 
tarixinə, onların Rusiya tərəfindən işğalından əvvəl baş vermiş 
hadisələrə həsr edirdilər. Bu cəhətdən Mirzə Yusif Qarabağinin 
1855-ci ildə fars dilində yazdığı "Tarixi-safı", Mir Mehdi 
Haşımzadənin 80-ci illərdə yazdığı "Kitabi-tarixi-Qarabağ", 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə