Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə84/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   80   81   82   83   84   85   86   87   ...   134

Azərbaycan Tarixi 
 
 
333 
nümayəndəsi İsmayıl bəy Qutqaşınlı olmuşdur. O, 1806-cı ildə 
indiki Qəbələ  şəhərində anadan olmuşdur.  İsmayıl bəyin atası 
Nəsrullah Qutqaşının sonuncu sultanı olmuş, Azərbaycanın 
Rusiya tərəfindən istilasından sonra isə Qutqaşın mahalının 
hakimi olmuşdur.  İ.Qutqaşınlı rus ordusunda xidmət etmiş
general rütbəsinə    qədər yüksəlmişdir. O, orduda xidməti ilə 
əlaqədar bir müddət Peterburq, Moskva və Varşava 
şəhərlərində yaşamışdır.  Ərəb, fars, rus və fransız dillərini 
kamil bilən  İ.Qutqaşınlı  Qərbi Avropa mədəniyyəti ilə tanış 
olmuş, onun nailiyyətlərinə yiyələnmiş Azərbaycan 
ziyalılarından biri idi. O, 1835-ci ildə Varşavada hərbi 
xidmətdə olarkən fransız dilində "Rəşid bəy və Səadət xanım" 
hekayəsini nəşr etdirmişdir. Azərbaycan  ədəbiyyatında sözün 
əsl mənasında yeni tipli nəsrin tarixi bu hekayə ilə başlanır. 
XIX  əsrin birinci yarısında Azərbaycanda  şifahi xalq 
ədəbiyyatı, xüsusilə  aşıq sənəti özünün geniş inkişafını 
tapmışdır. Bu dövrün görkəmli aşıqları  Aşıq Musa 
(Basarkeçərin Qaraqoyunlu kəndi), Aşıq Məhəmmədhüseyn 
(Basarkeçərin Daşkənd kəndi), Aşıq Dilqəm (Zaqatalanın 
Barxiyanlı kəndi), Aşıq Həsən (Bakı qəzasının Masazır kəndi), 
Aşıq Cavad (Bakı  qəzasının Bülbülə  kəndi) və b. olmuşlar. 
Aşıq dastanlarında xalq həyatı, milli adət-ənənələr tərənnüm 
edilirdi. 
XIX  əsrin ikinci yarısı Azərbaycan  ədəbiyyatının 
çiçəklənməsi, onun yeni ideya və  bədii-estetik istiqamətdə 
inkişafı, böyük nailiyyətlər qazanması  və dünya ədəbiyyatı 
sisteminə daxil olması dövrüdür. Bu dövrdə Azərbaycan 
ədəbiyyatının yeni realist sənət prinsiplərinin təşəkkülünü 
şərtləndirən  əsas istiqamət maarifçilik ideyası olmuşdur. Bu 
dövrdə Azərbaycan  ədəbiyyatında dramaturgiyanın  əsası 
qoyulmuş və bu janr şərəfli inkişaf yolu keçmişdir. 
XIX  əsrin ikinci yarısı Azərbaycan  ədəbiyyatına çoxlu 
görkəmli simalar vermişdir. Onlar öz əsərləri ilə Azərbaycan 
ədəbiyyatını  zənginləşdirmiş, onu bütün dünyaya tanıtmışlar. 
Qəzənfər Rəcəbli 
 
 
334
Bu dövrdə yazıb-yaradan böyük simalardan M.F.Axundzadə, 
N.Vəzirov, X.Natəvan, S.Ə.Şirvani, M.M.Nəvvab, M.İ.Qasir, 
C.Məmmədquluzadə, N.Nərimanov,  Ə.Haqverdiyev, M.Sidqi, 
Mirzə Ağa, Aşıq Ələskər və b. xidmətlərini xüsusi qeyd etmək 
lazımdır. 
Həmin dövr Azərbaycan  ədəbiyyatının  ən görkəmli 
siması böyük mütəfəkkir, dramaturq, nasir, şair və 
ədəbiyyatşünas Mirzə  Fətəli Axundzadə olmuşdur. O, XIX 
əsrin 50-ci illərində bir-birinin ardınca dram əsərləri - 
"Hekayəti molla İbrahimxəlil kimyagər" (1850), "Hekayəti 
müsyo Jordan həkimi nəbatat və  dərviş  Məstəlişah cadukuni 
məşhur" (1850), "Hekayəti - xırs quldurbasan" (1851), 
"Sərgüzəşti vəziri-xani Lənkəran" (1851), "Sərgüzəşti mərdi 
xəsis" ("Hacı Qara") (1852) və "Mürafıə vəkillərinin hekayəti" 
(1855) adlı komediyalar yazmaqla Azərbaycan 
dramaturgiyasının  əsasını qoymuşdur. O, təkcə Azərbaycan 
ədəbiyyatında deyil, bütün Yaxın  Şərqdə, müsəlman aləmində 
və türk dünyasında dramaturgiyanın banisi hesab edilir. 
M.F.Axundzadə komediyaların ardınca 1857-ci ildə yazdığı 
"Aldanmış  kəvakib" povesti ilə Azərbaycan  ədəbiyyatında 
bədii nəsrin gələcək inkişafına qüvvətli təsir etmişdir. 
Bu dövrdə yaşamış Azərbaycanın ikinci böyük 
dramaturqu Nəcəf bəy Vəzirov "Ev tərbiyəsinin bir şəkli" 
(1875), "Daldan atılan daş topuğa dəyər" (1890), "Sonrakı 
peşmançılıq fayda verməz" (1890), "Yağışdan çıxdıq yağmura 
düşdük" (1890), "Müsibəti - Fəxrəddin" (1894), "Adı var, özü 
yox" və "Pəhləvani zəmanə" (1900) dramlarının müəllifidir. 
Yüksək ideya-bədii məziyyətləri ilə fərqlənən bu komediya və 
faciələrdə ailə-məişət həyatının bir sıra səciyyəvi cəhətləri 
təsvir edilmişdir. 
XIX  əsrin ikinci yarısında yazılmış dram əsərlərindən 
N.Nərimanovun "Nadanlıq" (1891), "Dilin bəlası" (1895), 
"Şamdan bəy" və "Nadir şah" (1899), Ə.Haqverdiyevin 
"Yeyəsən qaz ətini, görəsən ləzzətini" (1892), "Dağılan tifaq" 


Azərbaycan Tarixi 
 
 
335 
(1896) və "Bəxtsiz cavan" (1900), R.Əfəndiyevin "Qan ocağı" 
(1882), E.Sultanovun "Türk qızı" (1884) və  Ə.Goraninin 
"Qocalıqda yorğalıq" (1892) komediya və faciələrində 
Azərbaycan realist ədəbiyyatının maarifçi-demokratik fıkri yeni 
bir mərhələyə qaldırılmışdır. 
XIX  əsr Azərbaycan poeziyasının orijinal lirik şeirlərlə 
zənginləşdirilməsində S.Ə.Şirvani, X.Natəvan, M.M.Nəvvab və 
M.İ.Qasir kimı istedadlı  şairlərin xüsusi xidməti olmuşdur. 
Həm klassik şeir  ənənələrini davam etdirən, həm də satirik 
şeirlər yazan görkəmli şair Seyid Əzim Şirvaninin təşəbbüsü ilə 
Şamaxıda təşkil olunmuş "Beytüs-Səfa"  ədəbi məclisinin 
ətrafında klassik şeir üslubunda yazan çoxlu şair toplanmışdı.
 
 Şuşada şair Mirzə Rəhim Fəna tərəfindən təşkil edilmiş 
"Məclisi-üns"  ədəbi məclisinə 1872-ci ildə görkəmli  şairə 
Xurşudbanu Natəvan qoşulduqdan sonra onun üzvlərinin sayı 
daha da artmış, fəaliyyəti müntəzəm  şəkil almışdı. Qarabağda 
tanınmış  şair və  rəssam Mir Möhsün Nəvvabın təşəbbüsü ilə 
"Məclisi-fəramüşan" adlı ikinci ədəbi məclis fəaliyyət 
göstərirdi. Lənkəranda şair Mirzə İsmayıl Qasirin rəhbərliyi ilə 
"Fövcül-füsəha" adlı, Bakıda  şair Məmmədağa Cürminin 
rəhbərliyi ilə "Məcmey-şüəra" adlı  və Ordubadda şair Hacı 
Fakirin rəhbərliyi ilə  Əncüməni-şüəra" adlı  ədəbi məclislər 
fəaliyyət göstərirdilər. Bu ədəbi məclislərdən  əlavə  Şəki, 
Qazax, Dərbənd və Ağdaşda kiçik ədəbi dərnəklər də fəaliyyət 
göstərirdi. Bu ədəbi məclis və  dərnəklər  ətrafında klassik şeir 
üslubunda yazan şairlər toplaşmışdılar. 
XIX  əsrin ikinci yarısında ideya-bədii cəhətdən yüksək 
keyfiyyətli nəsr  əsərləri də yazılmışdır. Onların arasında 
N.Nərimanovun 1896-cı ildə yazdığı "Bahadur və Sona" adlı 
romanı  və C.Məmmədquluzadənin 1894-cü ildə yazdığı 
"Danabaş kəndinin əhvalatları" adlı povesti Azərbaycanda yeni 
dövrün realist ədəbiyyatının çox qiymətli nümunələri hesab 
olunurlar. 
Qəzənfər Rəcəbli 
 
 
336
XIX  əsrin ikinci yarısında aşıq  şeiri də coşğun inkişaf 
yolu keçərək  Şimali Azərbaycanda yüksək mərhələyə 
qalxmışdı. Aşıq Mahmud, Aşıq Məhəmməd, Aşıq  Əziz, Aşıq 
Aydın, Aşıq Hüseyn Şəmkirli, Aşıq Alı, Aşıq  Ələskər, Çoban 
Əfqan və Molla Cuma kimi aşıqlar məhəbbət mövzusunda 
yüksək keyfiyyətli qoşmalar yazmış, Azərbaycan aşıq 
poeziyasında məhəbbət lirikasının inkişafı sahəsində önəmli rol 
oynamışlar.  
Bu dövrün xalq aşıq poeziyasının  ən görkəmli 
nümayəndəsi Aşıq  Ələsgər olmuşdur. O, 1821-ci ildə Göyçə 
mahalının Ağkilsə  kəndində anadan olmuşdur. Gözəl  şeirlər 
qoşan, məharətlə saz çalan və məlahətli səsi olan Aşıq Ələsgər 
ustad aşıq kimi tanınmış və geniş şöhrət qazanmışdı. O, doğma 
Azərbaycanı kəndbəkənd gəzərək, toy və bayram şənliklərində 
mahnılar oxumuş, dastanlar söyləmiş  və  aşıqlarla deyişmişdir. 
Ədəbi yaradıcılığının böyük bir hissəsini məhəbbət mövzusuna 
həsr etmiş Aşıq Ələsgər aşıq poeziyasının qoşma, müxəmməs, 
gəraylı, təcnis, ustadnamə, deyişmə  və b. janrlarında dəyərli 
sənət nümunələri yaratmışdır.  Onlar üslub və dilin səlisliyi, 
təsvir vasitələrinin orijinallığı və rəngarəngliyi ilə fərqlənirlər. 
XX 
əsrin 
əvvəllərində Azərbaycan 
ədəbiyyatı 
çoxcəhətliliyi ilə  fərqlənirdi. Bu dövrün ədəbiyyatında tənqidi 
realizm aparıcı istiqamətə çevrilmişdi. Bu milli şüurun 
oyanması, xalq kütlələrinin azadlıq istəyi və inqilabi əhval-
ruhiyyənin yüksəlməsi ilə bağlı idi. 
Bu dövrdə C. Məmmədquluzadə "Usta Zeynal", "Poçt 
qutusu", Qurbanəli bəy", "İranda hürriyyət" və b. hekayə  və 
novellalarında köhnə dünyanı, Qərb imperializmini və  Şərq 
despotizmini kəskin satira atəşinə tuturdu. Bu əsərlər 
ədəbiyyatımızın qızıl fonduna düşmüşdür. O, 1917-ci ildə 
yazdığı "Cümhuriyyət" əsərində xalq hakimiyyətinin tələblərini 
irəli sürmüş, 1919-cu ildə yazdığı "Anamın kitabı" pyesində isə 
xalqımızda milli qürur hissi tərbiyə etməyə çalışmışdır. 
Mütəfəkkir yazıçı və gözəl publisist olan C.Məmmədquluzadə 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə