Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə83/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   79   80   81   82   83   84   85   86   ...   134

Azərbaycan Tarixi 
 
 
329 
Əhməd bəy Cavanşirin 1883-cü ildə yazdığı "1747-ci ildən 
1805-ci ilə  qədər Qarabağ xanlığının siyasi tarixinə dair", 
Seyidəli Kazımbəyoğlunun 1869-cu ildə fars dilində yazdığı 
"Cavahimameyi Lənkəran", Mirzə  Əhməd Xudaverdi oğlunun 
1882-1883-cü illərdə fars dilində yazdığı  "Əxbarnamə", Seyid 
Əbdülrəhimin yazdığı  "Şəki xanları  və onların nəsillərinin 
şəcərəsi" adlı salnaməni qeyd etmək olar. 
XIX  əsrin ikinci yarısında Qərb və rus tənqidçilərinin 
bədii 
ədəbiyyata verdikləri qiymətin təsiri altında 
Azərbaycanda  ədəbi yaradıcılığa münasibətlə bağlı elmin yeni 
sahələri  ədəbiyyatşünaslıq və  ədəbi tənqid meydana çıxdı. 
Azərbaycanda  ədəbiyyatşünaslıq və  ədəbi tənqidin  əsasını 
görkəmli mütəfəkkir və dramaturq M.F.Axundzadə qoymuşdur. 
Onun "Poeziya və  nəsr haqqında", "Tənqidi qeydlər" və b. 
əsərlərində Azərbaycan  ədəbiyyatı tarixində ilk dəfə  "ədəbi 
tənqid" anlayışı  işlədilmişdir. Azərbaycan  ədəbiyyatı tarixi və 
nəzəriyyəsi məsələləri ilə bu dövrdə Həsənbəy Zərdabi, Firidun 
bəy Köçərli, Nəriman Nərimanov, Məmmədtağı Sidqi, Mirzə 
Əbülhəsən Vəzirov, Mirzə Yusif Qarabaği və Mir Möhsün 
Nəvvab da məşğul olmuşlar. 
Bu dövrdə Azərbaycanda fəlsəfi fikir də yeni məzmun 
almışdı. Fəlsəfə sahəsində M.F.Axundzadənin 
"Kəmalüddövlənin İran şahzadəsi Cəmalüddövləyə üç məktubu 
və sonuncunun ona cavabı"  əsəri xüsusi qeyd olunmalıdır. Bu 
fəlsəfi  əsər 1863-1865-ci illərdə yazılmışdır. M.F.Axundzadə-
nin "Filosof Yuma cavab", "Babi məsləki", "Yek kəlmənin 
tənqidi" və "Molla Rumi və onun əsərləri haqqında" adlı fəlsəfi 
əsərləri də vardır.  
 
XX  əsrin  əvvəllərində  də Azərbaycan elmi fikri inkişaf 
edirdi. Moskva universitetinin hüquq fakültəsini bitirmiş 
M.Y.Cəfərov 1912-ci ildə alimlik elmi dərəcəsi almışdı. Hələ 
XIX  əsrin sonlarından elmi ictimaiyyət arasında tanınmış 
Əhməd bəy Ağayev və  Əli bəy Hüseynzadə  təkcə Rusiyada 
deyil Yaxın və Orta Şərqdə və Qərbi Avropada da tanınırdılar. 
Qəzənfər Rəcəbli 
 
 
330
Sarbon universitetini bitirmiş  Ə.Ağayev görkəmli publisist, 
ədəbiyyatsünas, islamşünas və zərdüştilik sahələrində alim idi. 
Ə.Hüseynzadə Peterburq universitetinin fizika, təbiət və  Şərq 
fakültələrində oxumuşdu. O, sonralar İstanbul Universitetinin 
tibb fakültəsini bitirib onun professoru olmuşdu.  Ərəb, fars, 
türk, rus, ingilis və alman dillərini bilən Ə.Hüseynzadənin elmi 
yaradıcılığında  ədəbiyyat, fəlsəfə, sosiologiya, tarix, fizika, 
təbiətşünaslıq, psixologiya, dilçilik etnologiya və arxeologiya 
məsələləri öz əksini tapmışdı. O, İsmayıl bəy Qaspiralı ilə 
birlikdə elmdə "türkçülük" ideologiyasının banisi hesab edilir. 
XX  əsrin  əvvəllərində tarix elmi sahəsində  Rəşid bəy 
İsmayılovun 1904-cü ildə Tiflisdə "Qafqazın qısa tarixi", Hacı 
Şeyx Həsən Mollazadə Gəncəvinin 1905-1913-cü illərdə Tiflis 
və  Gəncədə dörd cildlik "Zübtət ül-təvarix" ("Tarixin 
qaynaqları"), adlı kitabları nəşr edilmişdi. 
XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan elm 
xadimləri arasında M. Şahtaxtinski xüsusi yer tutur. Sarbon 
universitetinin fəlsəfə, tarix və hüquq fakültələrini bitirmiş M. 
Şahtaxtinski ərəb, fars, rus, fransız və alman dillərini bilirdi. O, 
1908-ci ildən başlayaraq dünya elminin aparıcı mərkəzlərindən 
biri olan Parisdə  Şərq dilləri problemləri üzrə elmi-tədqiqat 
aparmış, Sarbon Universitetində Şərq dillərindən dərs demişdi. 
XX  əsrin  əvvəllərində Azərbaycan  ədəbiyyat tarixi elmi 
də  təşəkkül tapır. Onun görkəmli  nümayəndələri  F.Köçərli, 
C.Hacıbəyli, N.Nərimanov, S.Hüseyn, C. Məmmədquluzadə, 
M.F.Sidqi, M.Hadi, H.Zərdabi,  Ə.Haqverdiyev, N.Vəzirov və 
A.  Şaiq olmuşlar. F.Köçərlinin 1903-cü ildə Tiflisdə 
Azərbaycan ədəbiyyat tarixinə dair ilk kitabı çap edilmişdi. O, 
1908-ci ildə üçcildlik "Azərbaycan türklərinin ədəbiyyatı" adlı 
kitab yazmışdı. Bu kitab yalnız 1926-cı ildə ikicildlik kitab 
şəklində çap olunmuşdur. Parisdə  təhsil almış C.Hacıbəyli 
Fransa ədəbiyyatı, mədəniyyəti və fəlsəfəsi məsələlərini tədqiq 
etmişdir. 


Azərbaycan Tarixi 
 
 
331 
Dilçilik sahəsində tanınmış  alim  S.  M.  Qənizadə 
Azərbaycan, rus, fars və ərəb dilləri üzrə kitablar yazmışdır. O, 
1890-1904-cü illərdə "Azərbaycan-rus dilləri lüğəti"ni tərtib 
etmişdir. 
20.2. XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanda 
ədəbiyyat.  XIX  əsrin birinci yarısında çoxəsrlik tarixə malik 
olan Azərbaycan  ədəbiyyatında milli ədəbi  ənənələr inkişaf 
etdirilir, eyni zamanda yeni ədəbi cərəyanlar təşəkkül tapır. Bu 
dövrdə Azərbaycan  ədəbiyyatının mühüm bir qolunu klassik 
romantik poeziya təşkil edir. Həmin janrın görkəmli nümayən-
dələri A.Bakıxanov, M.Ş.Vazeh, Q.Zakir, M.B.Nədim, 
Ə.Nəbati və K.Salik olmuşlar. Onlar klassik romantik 
poeziyanın, xüsusilə Füzuli poeziyasının  ənənələrini davam 
etdirmiş, klassik romantik şeirin müxtəlif janrlarında  əsərlər 
yaratmışlar. Klassik romantik şeirlərdə olduğu kimi bu şairlərin 
də lirik şeirlərində başlıca mövzunu məhəbbət motivləri təşkil 
edirdi. Yeni dövrün bu istedadlı şairləri eyni zamanda ictimai-
siyasi və  fəlsəfi lirikanın bir sıra gözəl nümunələrini yaratmış 
və öz əsərlərində  zəmanədən narazılıqlarını  və talelərindən 
şikayətlərini ifadə etmiş, zalım  şəxsləri tənqid etmiş, 
xeyirxahlığı və humanist ideyaları tərənnüm etmişlər. 
"Qüdsi" təxəllüsü ilə  bədii yaradıcılıqla məşğul olan 
A.Bakıxanov Azərbaycan  ədəbiyyatında  əsasən lirik şair kimi 
tanınmışdır. O, Azərbaycan və fars dillərində klassik şeir 
üslubunda çoxlu qəzəl, müxəmməs, rübai, qitə, tərcibənd, 
tərkibbənd, mənzum hekayə, təmsil, satirik və  əxlaqi-didaktik 
əsərlər yaratmışdır.  
Azərbaycan  ədəbiyyatının XIX əsrin birinci yarısındakı 
görkəmli nümayəndəsi Mirzə Şəfı Vazeh 1892-ci ildə Gəncədə 
anadan olmuşdur. O, Azərbaycan və fars dillərində klassik 
romantik  şeir üslubunda şeirlər yazmışdır. Lakin onun zəngin 
ədəbi irsinin yalnız bir qismi orijinalda bizə  gəlib çatmışdır. 
M.Ş.Vazehin  şeirlərinin bir hissəsi isə Fridrix Bodenştedt 
tərəfindən alman dilinə  tərcümə edilmiş  və 1850-ci ildə 
Qəzənfər Rəcəbli 
 
 
332
Ştutqartda "Min bir gecə" kitabında dərc edilmişdir.  Şairin 
şeirlərinin əsas hissəsi isə F. Bodenştedt tərəfindən 1851-ci ildə 
Berlində "Mirzə  Şəfinin  şərqiləri" adı ilə alman dilində ayrıca 
kitab  şəklində  nəşr edilmişdir. Bu kitab Almaniyada yüksək 
təqdir edilmiş  və  dəfələrlə  nəşr olunmuşdur. M.Ş.Vazehin 
nəğmələri tez bir zamanda ingilis, fransız, italyan, norveç, 
holland, dat, polyak, çex, rus və qədim yəhudi dillərinə tərcümə 
edilərək çap olunmuş  və bütün Avropada sevilə-sevilə 
oxunmuşdur. M.Ş.Vazeh lirik, ictimai-fəlsəfi və əxlaqi-didaktik 
şeirlərində saf məhəbbəti, insani hiss və həyəcanları, sevinc və 
kədəri, həyat nemətlərini təsvir və  tərənnüm etmiş, zahidliyi, 
tərkidünyalığı pisləmişdir. 
XIX  əsrin birinci yarısı Azərbaycan satirik şeirinin 
görkəmli nümayəndələri Qasım bəy Zakir və Mirzə Baxış 
Nədim hesab edilirlər. Onların satirik şeirlərində Azərbaycanın 
ictimai-siyasi həyatının səciyyəvi cəhətləri  əks olunmuş, çar 
məmurlarının  ədalətsizliyi, özbaşınalığı  və ölkədə yaranmış 
ağır vəziyyət tənqid edilmişdir. Bu dövrdə Azərbaycan 
ədəbiyyatının inkişafında Qasım bəy Zakirin (Cavanşirin) 
xidməti xüsusilə böyük olmuşdur. O, 1784-cü ildə  Şuşa 
şəhərində anadan olmuşdur. Q.Zakir dövrünə tənqidi münasibət 
bəsləyən,  ədalətsizliyə  və özbaşınalığa qarşı  çıxan, 
həqiqətpərəst şəxs olmuşdur. Q.Zakir həm klassik romantik şeir 
üslubunda müxəmməs, müstəzad, tərcibənd, tərkibbənd, həm 
də xalq şeiri üslubunda qoşma, təcnis, gəraylı, bayatı, təmsil və 
mənzum məktublar yazmışdır. 
XIX  əsrin birinci yarısında Azərbaycan  ədəbiyyatında 
mərsiyə, təzkirə  və  təqlidçi  şeir formaları da inkişaf etmişdir. 
Məhərrəmlik mərasimləri ilə bağlı  mərsiyələr, dini poemalar, 
mövludnamələr yazılmışdır. Dini mövzuda yazılmış şeirlərin ən 
görkəmli nümayəndələri Raci və Qumri olmuşlar. Bu dövrdə 
"Nəqşbəndlik" təriqətini təbliğ edən şairlər də çox olmuşdur. 
XIX  əsrin birinci yarısı Azərbaycan  ədəbiyyatında yeni 
tipli bədii nəsrin təşəkkülü ilə  də  səciyyələnir. Onun ilk 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə