Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə81/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   77   78   79   80   81   82   83   84   ...   134

Azərbaycan Tarixi 
 
 
321 
 
 
 
XX FßSÈL 
 
ŞİMALI AZƏRBAYCANDA XIX-XX ƏSRİN 
ƏVVƏLLƏRİNDƏ MƏDƏNİYYƏT 
 
20.1. XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanda 
təhsil və elm. Azərbaycan Rusiya və  İran arasında 
bölüşdürüldükdən sonra Şimali Azərbaycanda maarif durumu 
Azərbaycanın  ənənəvi təhsil formalarının inkişafı ibtidai rus 
məktəblərinin təhsili ilə də yanaşı səciyyələnir. 
İbtidai təhsil məscidlərin nəzdindəki məktəblərdə  təşkil 
olunmuşdu.  Şuşada  İbrahim xan məscidi nəzdində olan 
məktəbin  əsası  hələ 1801-ci ildə qoyulmuşdu. 1842-ci ildə 
Bakı,  Şamaxı, Lənkəran, Quba, Şuşa və  Şəki qəzalarında 
məscidlərin nəzdində 502 məktəb vardı. Onlarda 534 müəllim 
dərs deyirdi və 5242 şagird oxuyurdu. Məscidlərin nəzdində 
olmayan məktəblərin sayı isə çox idi. Belə  məktəblər, demək 
olar ki, hər kənddə vardı. Onlar mollaların, axundların 
evlərində 
təşkil olunurdular. Məktəblərdə sosial 
mənsubiyyətindən asılı olmayaraq müxtəlif yaşlı  oğlanlar 
oxuyurdular. Qız məktəbləri çox az idi. XIX əsrin 30-cu 
illərində Bakıda  İçərişəhərdə iki qız məktəbi vardı. Onlarda 
qadın mollalar dərs deyirdi və yalnız varlı ailələrin qızları 
oxuyurdular. 
Məktəblərdə  ruhani şəxslərlə yanaşı, dünyəvi fənlərdən 
dərs deyən müəllimlər də çalışırdılar. Onlardan nisbətən daha 
savadlıları öz şagirdlərinə  Şərq dillərindən və  ədəbiyyatından 
mükəmməl biliklər verirdilər. Azərbaycanın bir çox görkəmli 
mədəniyyət xadimləri, o cümlələr, Mirzə Şəfi Vazeh və M. F. 
Axundzadə ilk təhsillərini  belə məktəblərdə almışdılar. 
Qəzənfər Rəcəbli 
 
 
322
Azərbaycanda ibtidai məktəblərdən başqa orta ruhani 
məktəbləri - mədrəsələr də  fəaliyyət göstərirdilər. Mədrəsələr 
adətən böyük məscidlərin yanında açılır və onların hesabına 
saxlanılırdı. Mədrəsələrdə  tədris və yaşamaq pulsuz idi. 
Mədrəsələri bitirən gənclər dini rütbə alırdılar. Mədrəsələrdə 
ərəb dilini sərbəst bilməyə əsaslanan tədris planına "Quran" və 
ilahiyyat fənni ilə yanaşı fəlsəfə, tarix, coğrafiya, astronomiya, 
təbabət, islam hüququ və b. fənlər də daxil idi. 
1832-ci ildə A.Bakıxanov Bakıda pansionlu dünyəvi 
məktəb layihəsini işləyib hazırladı. Layihədə ana dili ilə yanaşı 
fars və rus dilləri, tarix, coğrafiya və hesab fənlərinin tədrisi 
nəzərdə tutulurdu. Lakin layihə  həyata keçmədi. Bu zaman 
artıq ölkədə rus ibtidai məktəbləri  şəbəkəsi yaranmağa 
başlanmışdı. 
1830-cu ildə  Şuşada ilk qəza məktəbi açıldı. Onun 
ardınca 1832-ci ildə Bakıda, 1833-cü ildə Şəkidə, 1837-ci ildə 
Gəncədə, 1838-ci ildə Naxçıvan,  İrəvan və  Şamaxıda qəza 
məktəbləri açıldı. Təhsilin rus dilində aparıldığı bu 
məktəblərdən  Şamaxı  qəza məktəbi dördsinifli məktəb idi. 
Digər altı məktəb isə üçsiniflı qəza məktəbləri idilər. Bunlardan 
əlavə üç şəhərdə (Quba, Lənkəran və Ordubad) birsinifli ibtidai 
qəza məktəbi açılmışdı.                           
XIX  əsrin ikinci yarısından başlayaraq rus təhsil 
müəssisələri Azərbaycanın təhsil sistemində aparıcı rol 
oynamağa başlayırlar. Onların  əksəriyyəti ibtidai məktəblər 
olmuşdur. 1872-ci il 13 may Əsasnaməsi ilə bütün qəza 
məktəbləri təhsil müddəti altı il olan pullu şəhər məktəblərinə 
çevrildi. 1865-ci ildə Azərbaycanda ilk gimnaziya Bakı 
şəhərində  təşkil olundu. 70-ci illərdə isə Azərbaycanda ayrı-
ayrı məktəblər yeni üsula (üsuli-cədidə) keçməyə başladılar. Bu 
yeni tədris üsulunun əsas prinsiplərindən biri "hərf-heca" 
üsulundan daha səmərəli "səs" üsuluna keçməkdən ibarət idi. 
Üsuli-cədid məktəblərinin  ən mühüm xüsusiyyəti və 
əhəmiyyəti ondan ibarət idi ki, burada ilk dəfə olaraq elmi 


Azərbaycan Tarixi 
 
 
323 
biliklərin  əsasları ana dilində öyrədilməyə başlandı. Bir sıra 
məktəblərdə ana dili ilə yanaşı rus dili də tədris olunurdu. Yeni 
üsul  əzbərləmə sisteminin zəifləməsinə  və  şüurlu mühakimə 
təliminə əsaslanırdı. 
Yeni tipli ilk məktəblərdən biri görkəmli Azərbaycan 
şairi Seyid Əzim  Şirvaninin 1869-cu ildə  Şamaxıda açdığı 
məktəb idi. Böyük pedaqoqlar Həsənəli Qaradaği, Mir Möhsün 
Nəvvab və C.Fətəlibəylinin  Şuşada, Mirzə  İsmayıl Qasirin 
Lənkəranda açdıqları  məktəblər də dünyəvi xarakterlərilə 
"üsuli-cədid" məktəblərinə yaxın idilər. Yeni tipli məktəblərin 
yayılmasında 1882-ci ildə Ordubadda "Əxtar" ("Ulduzlar"), 
1894-cü ildə Naxçıvanda "Tərbiyə" adlı  məktəbləri açmış 
Məmmədtağı Sidqinin xüsusi xidməti olmuşdu. 1896-cı ildə 
Naxçıvanda ilk qızlar məktəbini də  Məmmədtağı Sidqi 
açmışdır. 
Azərbaycan əhalisinin maariflənməsi prosesində rus-tatar 
(Azərbaycan) məktəbləri nəzərə çarpacaq dərəcədə rol 
oynamışdır. İlk belə məktəbi Bakıda gənc pedaqoq Həbib bəy 
Mahmudbəyli və Sultan Məcid Qənizadə 1887-ci ildə açmışlar. 
Bu məktəbin ardınca 1894-cü ildə Naxçıvanda, 1894 və 1898-
ci illərdə Şəkidə, 1896-cı ildə Şuşada, 1897-ci ildə Salyanda və 
1899-cu ildə Gəncədə belə məktəblər açıldı. 
Azərbaycanın yeni tipli məktəbləri üçün müəllimlərin 
hazırlanmasında Qori Müəllimlər seminariyası  və onun 1879-
cu ildə M.F.Axundzadə  və A.O.Çernyayevskinin səyləri 
nəticəsində açılmış Azərbaycan  şöbəsi müstəsna rol oynadı. 
1899-cu ilədək Qori seminariyası 89 nəfər azərbaycanlı 
müəllim hazırlamışdı. Bu məktəbin məzunlarından Rəşid bəy 
Əfəndiyev, Firidun bəy Köçərli, Teymur bəy Bayraməlibəyov, 
Sultan Məcid Qənizadə, Mustafa Mahmudov, Mehdi bəy 
Hacıbababəyov, Səfərəli bəy Vəlibəyov, Əlicabbar Orucəliyev
Mehdi Quliyev və başqalarının Azərbaycanda maarifçilik 
sahəsindəki xidmətləri əvəzedilməzdir. 
Qəzənfər Rəcəbli 
 
 
324
XX  əsrin  əvvəllərində  məktəblər azərbaycanlı  uşaqların 
xeyli hissəsini  əhatə edirdi. 1914-cü ilin sonunda təkcə 
Yelizavetpol quberniyasında 5188 şagird və 192 müəllimi olan 
153 məktəb vardı. Bu dövrdə yeni mədrəsələr də açılırdı: 1901-
ci ildə Şuşada, 1906-cı ildə Gəncədə, 1907-ci ildə Bakıda yeni 
mədrəsələr açılmışdı. Köhnə  məktəblər, sayca çox olmalarına 
baxmayaraq, öz mövqelərini itirir və üsuli-cədid məktəbləri ilə 
əvəz olunurdular. 1900-cü ildə Mərəzədə, (indiki Qobustanda) 
1905-ci ildə Salyanda, 1907-ci ildə  Lənkəranda, 1908-ci ildə 
Şamaxı  və  Ağdaşda, 1909-cu ildə  Gəncə,  Şəki, Balakən və 
Gədəbəydə, 1913-cü ildə Qax və Zaqatalada yeni üsul 
məktəbləri açıldı.  
Bəzi ruhanilər yeni üsul məktəblərinə qarşı  çıxır, onları 
islamın ruhuna zidd hesab edirdilər. Lakin onların əksinə olaraq 
Azərbaycanı ali din xadimləri, o cümlədən, Qafqaz 
müsəlmanlarının şeyxül-islamı Axund Əbdülsalam Axundzadə, 
Molla Məhəmməd Pişnamazzadə, Müfti Hüseyn Əfəndi 
Qayıbov xalqın maariflənməsinə  hər cür şərait yaratmağa 
çalışırdılar. Onlar "Quran"a əsaslanır və  Məhəmməd (s) 
peyğəmbərin vəsiyyətlərində  hər bir müsəlmanın biliklərə 
yiyələnməkləri barədə kəlamları olmasını yada salırdılar. 
Azərbaycan orta təhsili ciddi təşkilat və maliyyə 
çətinlikləri ilə qarşılaşdığı üçün çox zəif inkişaf edirdi. 1910-cu 
ilə  qədər Bakıda cəmisi iki orta ümumtəhsil məktəbi vardı: 
realnı məktəb və gimnaziya. 1910-cu ildə Bakıda, 1915-ci ildə 
Şəkidə  və 1916-cı ildə  Lənkəranda yeni kişi gimnaziyaları, 
1900-cu ildə  Şamaxıda, 1911-ci ildə Bakının Balaxanı 
kəndində  və 1916-cı ildə Salyanda realnı  məktəblər açıldı. 
Onlarda yalnız oğlanlar oxuyurdular. Bakıda l903, 1913 və 
1916-cı illərdə, Lənkəranda 1913-cü ildə  qız gimnaziyaları 
açılmışdı. Gəncədə 1913-cü ildə  və  Şəkidə 1915-ci ildə 
Müqəddəs Nina qız məktəbləri fəaliyyətə başlamışdılar. l918-ci 
ilə qədər Azərbaycanda heç bir orta məktəbdə tədris ana dilində 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə