Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə73/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   69   70   71   72   73   74   75   76   ...   134

Azərbaycan Tarixi 
 
 
289 
tətil zamanı  əncümən (inqilabi komitə) yaradıldı.  Əncümənin 
tərkibinə tacirlər, ruhanilər və mülkədarların nümayəndələri 
daxil oldular. Xalq hərəkatına rəhbərlik etmək üçün əncümən 
mücahidlər (inqilabi iş  uğrunda həqiqi mübarizlər) dəstəsi 
yaradıldı.  
Xalq hərəkatının genişlənməsindən qorxuya düşən Mü-
zəffəddin şah 1906-cı il oktyabrın 7-də İranın ilk Məclisini ça-
ğırdı. Məclis İranın ilk konstitusiyasını (Əsas qanun) hazırladı. 
Dekabrın 30-da şah «Əsas qanunu» təsdiq etdi. Məclis 1907-ci 
il dekabrın 7-də əsas qanuna «Əlavələr» qəbul etdi.  
Konstitusiya və ona «Əlavələr» xalqa söz, mətbuat, yığın-
caqlar, nümayişlər azadlığı verdi. Konstitusiyaya görə  İranda 
hakimiyyət üç hissəyə bölünürdü: dövlət hakimiyyəti, dini ha-
kimiyyət və məhkəmə hakimiyyəti. Konstitusiya şah üçün döv-
lət başçısı hakimiyyətini saxlayırdı. Şah məsuliyyətə cəlb edilə 
bilməzdi, qanun qarşısında heç bir cavabdehlik daşımırdı. O, ali 
baş komandan idi. Nazirləri təyin etmək və vəzifədən azad et-
mək hüququ da şah üçün saxlanmadı.  
İranda demokratik inqilabi hərəkatın inkişafı daxili irtica 
qüvvələri ilə bərabər ingilis-rus-alman imperialistləri tərəfindən 
düşmənçiliklə qarşılandı. Rus çarizmi İranda çox təhlükəli 
irticaçı qüvvə idi. Rusiya İran inqilabının açıq düşməni kimi 
çıxış edirdi. İngilislər  İranda öz imperialist məqsədlərini və 
antirus siyasətlərini ustalıqla gizlətməyə çalışaraq, demokratik 
qüvvələrə  rəğbət bəslədiklərini nümayiş etdirməyə çalışırdılar. 
Almaniyanın İrana və Yaxın Şərqə soxulmaq təhlükəsi İngiltərə 
və Rusiyanı aralarında olan ziddiyyətləri müvəqqəti olaraq bir 
kənara qoyub İranda yaxınlaşmaq siyasəti yeritdilər. Onlar İranı 
İngiltərə  və Rusiyanın təsir dairələrinə bölmək qərarına 
gəldilər. 1907-ci il avqustun 31-də İngiltərə ilə Rusiya arasında 
İranı iki nüfuz dairəsinə bölmək haqqında saziş imzalandı. 
Saziş bağlanarkən  İranın razılığı alınmasa da bu saziş  İran 
inqilabına qarşı çevrilmişdi. Sazişin bağlanmasından sonra 
İngiltərə və Rusiya İranın daxili işlərinə qarışaraq, demokratik 
Qəzənfər Rəcəbli 
 
 
290
qüvvələrə qarşı daha fəal mübarizə aparmaq imkanı  əldə et-
dilər.  
İranı nüfuz dairələrinə bölmək haqqında ingilis-rus sazişi-
nin imzalanması xəbəri xalq həyəcanının yeni dalğasına səbəb 
oldu. 1907-ci ilin dekabrında Təbrizdə  kəndlilər üsyan etdilər 
və irticaçı mülkədarların malikanələrini tutub yandırdılar.  
Şah hökuməti İngiltərə və Rusiya hökumətlərindən dəstək 
alıb inqilabi hərəkata qarşı hücuma keçmək qərarına gəldi. 
1908-ci il iyunun 22-də Tehranda hərbi vəziyyət elan edildi. 
İyunun 23-də isə  Məclisin binası, Tehrandakı Azərbaycan 
əncüməninin binası  və inqilabçıların toplaşdığı Sapahsalar 
məscidi top atəşinə tutuldu. Azərbaycan  əncüməninin fəal 
üzvləri və  fəal mücahidlər dar ağacından asıldılar. Məclisin 
Azərbaycandan olan demokratik ruhlu deputatı  İbrahim xan 
həbs olunan zaman öldürüldü. Təbriz üzərinə qoşun göndərildi.  
Təbriz  əncüməninin rəhbərləri  şah hökuməti ilə barışığa 
cəhd etdilər. Lakin inqilabi ruhlu kütlələr tacirlər, ruhanilər və 
feodallardan ibarət olan əncüməni buraxdılar. Fəhlə, sənətkar 
və  kəndlilərin qabaqcıl nümayəndələrdən ibarət yeni əncümən 
seçildi. Yeni əncümənə  şah və feodallara qarşı partizan 
hərəkatının fəal iştirakçısı Səttarxan, daş ustası fəhlə Bağırxan, 
Təbriz sosial-demokrat təşkilatının rəhbəri Əli Mosye (Müsyo), 
Hacı Əli Dəvəfuruş və Hacı Mehdi başçılıq edirdilər. İnqilabın 
rəhbərləri kimi tanınmış Səttarxana xalq «Sərdari Milli» (Xalq 
Başçısı), Bağırxana isə «Salari Milli» (Xalqın Sərkərdəsi) adı 
vermişdi.  İnqilabın  ən tanınmış  rəhbəri Səttarxan idi. Qərbi 
Avropa mətbuatında onu «Azərbaycanın Harribaldisi, rus 
mətbuatında isə «Azərbaycan Puqaçovu» adlandırırdılar. 
Şah üsyançılara qarşı ordu göndərdi. 1908-ci ilin oktyab-
rında şah qoşunları ilə Təbrizin üsyançı dəstələri arasında gər-
gin döyüşlər getdi. Şah qoşunları  məğlub edilib geri otur-
duldular.  
Təbriz yaxınlığında şah qoşunlarını məğlub etdikdən son-
ra üsyançılar Mərənd, Marağa, Xoy, Salmas və b. Azərbaycan 


Azərbaycan Tarixi 
 
 
291 
şəhərlərini də tutdular. Azad olunmuş şəhər və kəndlərdə əncü-
mənlər və silahlı  fədai dəstələri yaradılırdı. Təbrizdə  və digər 
şəhərlərdə yeni məktəblər açıldı. Təbrizdə yeni xəstəxana açıl-
dı, qəzetlərin nəşri bərpa edildi.  
1908-ci ilin sonu üçün üsyançı dəstələrinin sıralarında 40 
min nəfərə qədər fədai var idi. Onların təxminən 20 min nəfəri 
Təbrizdə idi. Şimali Azərbaycandan təbrizlilərin köməyinə 
könüllü dəstələr gəlmişdi.  
1909-cu ilin yanvarında  şah qoşunları yenidən hücuma 
keçib Təbrizi mühasirəyə aldılar. 1909-cu ilin aprelinədək Təb-
rizin müdafiəçiləri, mühasirənin törətdiyi aclığa baxmayaraq 
irtica qüvvələrinin bütün hücumlarının mərdliklə dəf etdilər.  
Təbriz üsyanı  İranın digər sahələrində  də inqilabi hərə-
katın yeni yüksəlişinə səbəb oldu. 1908-ci ilin dekabr – 1909-
cu ilin yanvarında Məşhəd, İsfahan, Rəşt və b. şəhərlərdə silahlı 
üsyanlar baş verdi. Rəştin ardınca üsyançılar  Ənzəlidə 
hakimiyyəti ələ aldılar. Rəştin fədai dəstələri Məmmədəli şahı 
devirmək üçün Tehran üzərinə hücuma hazırlaşırdılar. Buşir və 
Bəndər-Abbasda da üsyançılar hakimiyyəti ələ aldılar.  
Şah qüvvələri mühasirəyə alınmış  Təbriz müdafiəçilə-
rinin müqavimətini qırmaq gücündə olmadıqlarını başa düş-
dülər.  İngilis və rus imperialistləri Məmmədəli  şaha məsləhət 
gördülər ki, xalqa konstitusiyanı bərpa edəcəyinə vəd versin və 
eyni zamanda ingilis və rus qoşunlarını İrana dəvət etsin.  
1909-cu il aprelin sonunda ingilis və rus qoşunları İrana 
hərbi müdaxilə etdilər. Buşir və Bəndər-Abbasa ingilis desantı 
çıxarıldı.  İngilislər bu şəhərlərdə  əncümənləri dağıdıb üsyanı 
yatırdılar.  
Rus qoşunları Təbrizi mühasirəyə aldı. Lakin rus qoşun-
ları şəhərə hücum etmədilər. Rus komandanlığının Səttarxan ilə 
apardığı danışıqlar nəticəsində rus qoşunları şəhərə daxil oldu-
lar. Rus qoşunları  Təbrizə daxil olduqdan sonra yalnız fədai 
dəstələri tərksilah olundu və Səttarxan hərəkatında iştirak edən 
Rusiya təbəələri həbs edilib Rusiyaya göndərildilər. Rus 
Qəzənfər Rəcəbli 
 
 
292
ordusunun komandanlığı Səttarxanı, Bağırxanı və üsyanın digər 
rəhbərlərini həbs etməyə və həmçinin Azərbaycan əncümənini 
dağıtmağa cəsarət etmədilər.  
Təbrizlilər  şah tərəfindən təyin olunmuş Azərbaycan 
general-qubernatoru Eyn-əd Dövləni qəbul etməkdən imtina 
etdilər. Təbriz əncüməni tərəfindən təyin edilmiş Azərbaycanın 
müvəqqəti hakimi Ecamulmülk öz vəzifəsini icra etməkdə 
davam edirdi.  
Beləliklə, rus ordusunun işğalı  Təbriz üsyanına son 
qoydu, Səttarxan hərəkatı süqut etdi. Səttarxan hərəkatı süqut 
etsə də onun təsiri altında İranın müxtəlif bölgələrində inqilabi 
hərəkat 1911-ci ilədək davam etdi.  
Səttarxan hərəkatı  Məşrutə (konstitusiya) inqilabı adı ilə 
tarixə düşən  İran inqilabı dövrünün ən mühüm hadisəsi idi. 
Səttarxan hərəkatı  əsl xalq inqilabı idi, tam mənası ilə 
demokratik xarakter daşıyırdı.  
Təbriz üsyanı yatırıldıqdan bir müddət sonra Səttarxan və 
Bağırxan şah tərəfindən Tehrana dəvət olundular. Onlar öz ya-
xın adamları və mücahidləri ilə Tehranda yerləşdirildilər. Lakin 
bir qədər sonra xəyanətkarcasına onların ölümü təşkil edildi.  
1911-ci ilin dekabrında Tehranda əksinqilabi çevriliş 
edildi. Səttarxan və Bağırxanın aradan götürülməsindən sonra 
əl-qolu açılmış  şah Məclisi buraxdı, Azərbaycan  əncüməni və 
demokratik xarakterli qəzetlər bağlandı. 1905-1911-ci illər İran 
inqilabı məğlubiyyətlə başa çatdı.  
18.2. Cənubi Azərbaycanda 1917-1920-ci illərdə de-
mokratik və milli-azadlıq hərəkatının genişlənməsi. Rusiya-
da 1917-ci il Böyük Oktyabr sosialist inqilabı, onun sonrakı 
nəticələrindən asılı olmayaraq, obyektiv surətdə imperialist 
dövlətlərin müstəmləkəçilik siyasətinə güclü zərbə vurdu, müs-
təmləkə və asılı ölkələrin xalqlarının, o cümlədən İran xalqları-
nın milli müstəqillik uuğrunda mübarizə mövqelərini möhkəm-
lətdi. Sovet Rusiyası hökumətinin (RSFSR-in XKS) 1917-ci il 
noyabrın 2-də elan etdiyi «Rusiya xalqlarının hüquq bəyanna-


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə