Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə51/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   47   48   49   50   51   52   53   54   ...   134

Azərbaycan Tarixi 
 
 
201 
İranın Gilan vilayətində Hidayət xan, İsfahan vilayətində 
isə  bəxtiyarlar tayfasının başçısı  Əlimərdan xan və  zəndlər 
tayfasının başçısı  Kərim xan özlərini hakim elan etmişdilər. 
1753-cü ildə  Kərim xan Zənd  Əlimərdan xanı öldürüb İranın 
cənubunu özünə tabe etdi. Sonra o, qacarlarla mübarizəyə 
başladı. 1758-ci ildə bu mübarizə  Məhəmməd Həsən xan 
Qacarın öldürülməsi ilə qurtardı. 1760-cı ilə yaxın Kərim xan 
Zənd öz hakimiyyətini İranın xeyli hissəsinə yaya bildi.  
Məhəmməd Həsən xanın ölümündən sonra Urmu və 
Təbrizi  ələ keçirmiş  Fətəli xan Əfşar Cənubi Azərbaycan 
torpaqlarını özünə tabe etməyə  cəhd göstərdi. Lakin o, Kərim 
xan Zəndə  məğlub oldu. Kərim xan Zənd öz hakimiyyətini 
Təbriz, Marağa, Xoy və Salmasa da yaydı. Sonra o, 9 aylıq 
mühasirə nəticəsində Urmunu da tutub 1779-cu ilə qədər, yəni 
ölümünə  qədər Cənubi Azərbaycan xanlıqlarının hamısını 
özünə tabe etdi.  
Qaradağ xanlığının paytaxtı Əhər şəhəri olmuşdur. Onun 
xanı Mustafa xan bəzən Xoy və  Ərdəbil xanlarından asılı 
olmudur.  Ərdəbil xanlığının  ərazisi o qədər də böyük 
olmamışdır.  Ərdəbildə  şahsevər tayfalarından olan Nəcəf xan 
hökmdar olmuşdur. Marağa xanlığına  Əhməd xan başçılıq 
etmişdir. Təbriz xanlığı bir müddət Gilanın xanı Hidayət xan 
tərəfindən idarə edilmişdir. Urmu, Salmas, Xoy Meşkin və 
Cənubi Azərbaycanın digər bölgələri Azərbaycanın və  İranın 
nüfuzlu hakimlərindən asılı olan yerli feodal xanlar tərəfindən 
idarə olunmuşlar.  
13.2.  Şimali Azərbaycanın  əsas xanlıqları.  Şimali 
Azərbaycanda ilk yaranmış xanlıqlardan biri Talış xanlığı 
olmuşdur. Talış xanlığının iqtisadi və siyasi qüdrətinin 
möhkəmləndirilməsi Seyid Abbas xanın oğlu Cəmaləddinin adı 
ilə bağlıdır. Seyid Abbas xan Nadir şahın fərmanı ilə Talışın 
nəsli hakimi təyin edilmişdi. 1747-ci ildə Seyid Abbasın 
vəfatından sonra onun oğlu Cəmaləddin Qara xan adı ilə 
Talışın xanı olur.  
Qəzənfər Rəcəbli 
 
 
202
Qara xan Talışın siyasi və iqtisadi qüdrətini möhkəm-
lətmək məqsədilə daimi qoşun təşkil edir. O zaman Talışda tor-
paq sahələrinin əksəriyyəti xan nəslindən olmayan yerli feodal-
ların  əlində idi. Qara xan həmin feodalların iqtisadi və siyasi 
qüdrətini qırmaq üçün onunla hesablaşmaq istəməyənlərin 
torpaqların müsadirə etdi. O, Talısın mərkəzini Astara yaxınlı-
ğındakı Şindan qalasından Lənkəran şəhərinə köçürərək 1747-
ci ildə  Lənkəranı Talış xanlığının paytaxtı elan etdi. Şəhərdə 
geniş abadlıq işləri apararaq onun ticarət və  mədəniyyət mər-
kəzlərindən birinə çevrilməsi üçün şərait yaratdı.  
Qara xan xarici siyasətdə Rusiyaya meyl göstərirdi. Bu-
nun səbəbi onun Gilan xanı Hidayət xanla mübarizədə dayaq 
axtarması idi. 1768-ci ildə Qara xanın Xəzər dənizində  ağalıq 
edən rus donanmasının komandanlığı ilə yaxınlığından narahat 
olan Hidayət xan 12 min nəfərlik qoşunla Talışa hücum edir. 
Şindan qalasına çəkilən Qara xan, bir müddət müqavimət gös-
tərsə  də, təslim olmağa məcbur olur. Hidayət xan çoxlu xərac 
alıb geri qayıdır. Gilan təcavüzünə qarşı mübarizə üçün yardım 
almaq məqsədilə Qara xan qardaşı  Kərbəlayı Sultanı kiçik 
silahlı dəstə ilə qubalı Fətəli xanın xidmətə göndərir. Beləliklə, 
Talış xanlığı Quba xanlığından asılı  vəziyyətə düşür. Yalnız 
Fətəli xanın vəfatından sonra Qara xan müstəqil siyasət 
yeritməyə başladı.  
1786-cı ildə Qara xanın vəfatından sonra onun oğlu Mir-
mustafa xan olur (1786-1814). 1795-ci ildə  Ağa Məhəmməd 
xan Qacarın hücumu ərəfəsində Mirmustafa xan Rusiyaya meyl 
göstərən Azərbaycan xanlarına məktub yazaraq Qacara qarşı 
birgə mübarizə aparmağa hazır olduğunu bildirirdi. Ağa Mə-
həmməd xan Talışa hücuma keçərkən Mirmustafa xan müqavi-
mətin mənasız olduğunu dərk edib Sarı adasına çəkilir. Qacarın 
qoşunları Lənkərandan getdikdən sonra Mirmustafa xan 1795-
ci ilin sentyabrında öz nümayəndəsi Zaman bəyi  Şimali 
Qafqaza, rus qoşunlarının komandanı general Qudoviçin yanına 
göndərir. Həmin ilin oktyabrında isə Mirmustafa xan öz 


Azərbaycan Tarixi 
 
 
203 
nümayəndəsi Kərbəlayı  Əsədulla bəyi Peterburqa göndərdi. 
1796-cı il martın 12-də  Kərbəlayı  Əsədulla bəy Mirmustafa 
xanın Talış xanlığının Rusiyanın himayəsinə  qəbul edilməsi 
haqqında məktubunu imperatriça II Yekaterinaya təqdim edir.  
1800-cü ildə Talış xanlığı Rusiyanın himayəsinə  qəbul 
edilir. 1802-ci il fevralın 26-da Qeorgievskidə  Şərqi 
Gürcüstanın və  Şimali Qafqazın Rusiya tabeliyinə keçməsi 
haqqında müqavilənin imzalanması  mərasimində Talış xanı 
Mirmustafa xan da iştirak edir və həmin müqaviləni imzalayır. 
Rus imperatoru Mirmustafa xana general-mayor hərbi rütbəsi 
verir. 1814-cü ildə Mirmustafa xan vərəm xəstəliyindən vəfat 
etdikdən sonra onun oğlu Mirhəsən xan hakimiyyətə keçir, 
1826-cı ildə isə Talış xanlığı ləğv edilir.  
Azərbaycanın ilk xanlıqlarından biri də Quba xanlığı 
olmuşdur. Quba xanlığı da yarımasılı bir hökmdarlıq kimi XVII 
əsrin sonlarından mövcud olmuşdur. O vaxt onun tərkibinə 
Salyan da daxil idi.   
Qubada xan adı ilə yerli sülalənin nümayəndələri irsi 
hakimiyyətə malik idilər. İlk Quba xanı Hüseyn xan olmuşdur. 
Tarixə yalnız onun vəfatı tarixi – 1689-cu il məlumdur.  
1721-1722-ci illərdə Qubada hakimiyyət müvəqqəti 
olaraq Qazıkumıklı Surxay xan və Müskür mollası Hacı Davud 
tərəfindən  ələ keçirilir. Türkiyənin dəstəklədiyi Hacı Davud 
Qubanın Nügədi, Rustov, Xinalıq və başqa yaşayış yerlərini ələ 
keçirmişdi.  
Rusiya imperatoru I Pyotrun ilk yürüşləri nəticəsində Qu-
ba xanlığı Rusiyanın tabeliyinə keçdi. Bu vaxtdan başlayaraq 
Quba xanlığının taleyinin həllində Rusiya fəal iştirak etməyə 
başlayır.  
Butkovun məlumatına görə 1726-cı ildə Rusiya tərəfin-
dən Hüseynəli xan Quba xanı təyin edilir. 1727-ci ildə Müskür, 
Şabran, Rustov, Beşbarmaq, Niyazabad və Xudat Rusiyanın ta-
beliyinə keçdilər. Rustovda rus qarnizonu yerləşdirildi və qala 
tikildi.  
Qəzənfər Rəcəbli 
 
 
204
Tədqiqatçı  İ.Berezin elə hesab edir ki, Hüseynəli xan 
Nadir  şah tərəfindən bu vəzifəyə  təyin edilmişdir. Ancaq 
P.Butkov kimi, tədqiqatçı Qnclin və  məşhur Azərbaycan 
tarixçisi A.Bakıxanov Hüseynəli xanın I Pyotr tərəfindən xan 
vəzifəsinə  təsdiq edilməsini qeyd edirdilər. Bu mənbələrdən 
belə  çıxır ki, Hüseynəli xan 1726-cı ildə deyil, 1722-ci ildə 
Quba xanı  təsdiq edilmişdir. Çünki mənbələrdə göstərilir ki, I 
Pyotr Dərbənddə olarkən Hüseynəli xanı Qubaya xan təyin 
etdi. O, Əfrasiyab və  Fərəməzi Hüseynəli xana köməkçilər – 
naib və nazir təyin etdi. Xanın təyin edilməsi haqqında 
fərmanda deyilirdi ki, o, tələb olunduqda öz təbəələri ilə 
birlikdə müharibəyə getməli idi. Məlumdur ki, I Pyotr 1722-ci 
ildə  Dərbənddə olmuşdur. Bu sənəddən məlum olur ki, Quba 
xanlığı Rusiya imperiyasından vassal asılılığında olmuşdur.  
Qarabağ xanlığının  əsasını birləşmiş Azərbaycan (türk) 
və kürd soyları – otuzikilər və  həmçinin Qarabağın düzənlik 
hissəsində  məskunlaşmış cavanşir və  kəbirli soyları  təşkil 
etmişlər. Cavanşir və kəbirli soyları yerli elatlar idilər. İskəndər 
Münşinin məlumatına görə Otuziki XVI əsrdən ölkə hesab 
edilirdi və cavanşir qəbiləsinin başçısı onun irsi hakimi olurdu. 
Mirzə Camal Cavanşirin «Qarabağ tarixi» əsərində göstərilir ki, 
cavanşir qəbiləsi qızılbaş və ya əfşar soylarının qollarından biri 
olmamışdır. Onlar bəhmənli soylarının qollarından törəmişlər. 
Nadir  şah dövründə cavanşir, otuziki və  kəbirli soyları zorla 
Xorasan vilayətinə köçürülmüş, onun ölümündən sonra isə 
Qarabağa qayıtmışlar.  
Qarabağ xanlığının yaranmasının başlıca qüvvəsi Pənah 
xanın başçılığı altında cavanşir elatlarının feodal əyanları 
olmuşdur. Pənah xan Sarıcallı oymağından olan cavanşir 
soyunun feodal əyanlarına məxsus olmuşdur. O, otuzikilər 
soybirləşməsinin rəhbəri, Cavanşir və Qazaxda 20 min ailənin 
əmiri olmuşdur. O, bir müddət Nadir şahin yanında xidmət 
etmiş, lakin öz həyatı üçün təhlükə hiss etdiyindən bir qrup 
yaxın adamı ilə birlikdə öncə Xorasana getmiş, sonra isə 1738-


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə