Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə52/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   48   49   50   51   52   53   54   55   ...   134

Azərbaycan Tarixi 
 
 
205 
ci ildə Qarabağa qaçmışdır. Burada o, Nadir şah hakimiyyətinə 
qarşı mübarizə aparan üsyançı dəstələrinə rəhbərlik edir. Pənah 
xan çox varlı  və nüfuzlu şəxs olmuşdur. A.Bakıxanovun 
yazdığına görə o, igid, işgüzar adam olmuşdur, savadsız olsa da 
təbii istedada malik olmuş,  şəxsi münasibətlərdə sadə 
olmuşdur.  
Pənah xanın Xorasandan qaçmasından xəbər tutan Nadir 
şah, onu yolda ələ keçirmək üçün ardınca çaparlar göndərdi. 
Lakin Pənah xan bir müddət Qarabağın dağlarında və  Qəbələ 
mahalında gəzib, dolaşdı. Mirzə Camal Cavanşir yazır ki, Nadir 
şahın vəfatından sonra Pənah xan üzə  çıxdı. Vaxtilə  şah 
tərəfindən Xorasana köçürülmüş Cavanşir eli oradan köçüb 
Qarabağa qayıtdı. Pənah xan onları qarşıladı. Hər kəs öz 
əvvəlki yurduna gedib rahatlandı. Pənah xan özünə qoşun 
düzəldib, Bayat qalasını özünə mərkəz seçdi.  
Pənah xan Qarabağ  məlikliklərini özünə tabe etmək 
istədi. Qarabağ  məlikləri Pənah xanın hakimiyyətinin 
möhkəmlənməsindən narahat olub Şəki və  Şamaxı xanlarını 
ona qarşı mübarizə aparmağa təhrik etdilər. Pənah xanın 
adamlarından çoxlu zərər çəkən Şamaxı və Şəki xanları ittifaq 
bağlayıb, Pənah xanı aradan qaldırmaq üçün böyük qoşunla 
Bayat qalasına hücum edərək onu mühasirə etdilər, lakin onu 
ala bilməyib geri qayıtmalı oldular.  
Adil  şah tərəfindən Azərbaycana sərdar təyin edilmiş 
Əmiraslan xan Pənah xanın Qarabağda olan şöhrətini 
eşitdikdən sonra ona hədiyyə olaraq at, qılınc və  xələt 
göndərərək, onu Adil şaha itaət etməyə  dəvət etdi. Pənah xan 
onun elçilərinə layiq olan hörmət və mehribanlıq göstərdi. 
Çünki belə bir güclü əmrlə düşmənçilik və müharibə etmək 
vaxtı deyildi. Pənah xan Adil şahın dövlətinə itaət etməyə hazır 
olduğunu və ona xidmət edəcəyini bildirib, sədaqət  əlaməti 
olaraq elçilərlə birlikdə ellərin adlı-sanlı  kəndxudalarından bir 
neçə  nəfərini hədiyyələrlə  Təbrizə  Əmiraslan xanın yanına 
göndərdi.  Əmiraslan xan bu barədə Adil şaha xəbər verdi. 
Qəzənfər Rəcəbli 
 
 
206
1748-ci ildə Adil şah Pənah xana xan adı verilməsi və 
Qarabağa hakim təyin edilməsi haqqında fərman göndərdi. Az 
sonra Pənah xan Adil şahın öldürüldüyünü eşidib özünü 
tamamilə müstəqil elan etdi.  
Pənah xan 1752-ci ildə Şahbulağın üstündə Tərnəküt adlı 
yerdə yeni bir qala tikdirdi. Sonra o, Xəmsə məliklərini özünə 
tabe etmək fikrinə düşdü. Öncə  Vərəndə  məliyi  Şahnəzər bəy 
ona itaətə  gəldi. Vərəndə  məliklərinin  əsilləri Göyçə 
mahalından olub. Məlik Şahnəzər əmisi Məlik Hüsünü öldürüb 
məlik taxtına oturmuşdu. Xəmsə məlikləri bu hadisəni eşitdikdə 
«sən nə üçün itaəti vacib olan əminə  ağ olmusan» deyə 
birləşərək onu cəzalandırmağa gedirlər. Məlik Şahnəzər Pənah 
xanın hakimiyyətini tanımaqla özünü onlardan qoruyur. O, 
Vərəndə  ərazisində indiki Şuşa  şəhərinin yerini Pənah xana 
tərif edir. Şəhərin bina olunacağı yerdə  axar  su  və bulaq yox 
idi. Yoxlamaq üçün bir neçə quyu qazdırdılar. O, quyulardan su 
çıxandan sonra hicri tarixlə 1170-ci ildə, miladi tarixlə 
1756/1957-ci ildə  Şuşa  şəhərinin binası qoyuldu. Əhməd bəy 
Cavanşir isə Şuşanın təməlinin qoyulmasını 1754-cü ildə hesab 
edir. Şahbulağın şakinləri və bir neçə kəndin əhalisi köçürülüb 
buraya gətirildi.  Şəhər  əvvəllər Pənahabad, sonra isə 
qonşuluqda yerləşən Şişəkəndin adı ilə Şuşa adlandırıldı.  
Vərəndənin ardınca Xaçın məlikliyi tabe edildi. Onların 
məliyi Həsən Cəlalyan idi. O, məliklik mənsəbindən məhrum 
olduqdan sonra, bir müddət bu mahalın müstəqil məliyi 
olmamışdır. Sonralar Xınzırıstanlı Məlik Mirzə xan bu mahala 
məlik təyin edilir. Sonra növbə ilə onun oğlu Məlik Allahverdi 
və  nəvəsi Məlik Qəhrəman bu şərəfə nail olurlar. Dizag, 
Çiləbörd və Talış (Gülüstan) məliklikləri bir neçə il Pənah xana 
müqavimət göstərirlər. Dizagın məliyi Məlik Yeqan idi. O, 
Loridən gəlmiş  və  şahın fərmanı ilə burada məlik olmuşdu. 
Çiləbördin məliyi Məlik Allahqulu idi. Onların iqamətgahı 
Cermux qalası idi. Məlik Allahqulu Nadir şahla Osmanlı 
sərkərdəsi Körpülü oğlu Abdulla paşa arasında olan 


Azərbaycan Tarixi 
 
 
207 
müharibədə  fərqləndiyinə görə Nadir şah ona sultan titulu 
vermişdi.  
Talış  məliyi Məlik Usubun əsli, Mirzə Adıgözəlbəyin 
yazdığına görə,  Şirvandan gəlmədi. Məlik Usub bir müddət 
Talış  kəndində sakin olmuş, sonra isə Gülüstan qalasını  zəbt 
edib öz iqamətgahına çevirir. Bu vaxtdan həmin məliklik 
Gülüstan məlikliyi adlanır.  
Ağoğlanda yaşayan sultan Allahqulu Pənah xanla görüşə 
gəldiyi vaxt, Mirzə Adıgözəlbəyin yazdığına görə. Naxçıvan 
hakimi Heydərqulu xan ona qonaq idi. O, Pənah xana məsləhət 
görür ki, belə şan-şöhrətin sahibi sənə itaət etməz, onun başını 
vurdur. Pənah xan bu məsləhətə qulaq asıb onu öldürür. 
Allahqulunun qardaşı Məlik Hatəm Çiləbördün məliyi olur. O, 
Talış  məliyi Məlik Usubla birləşib Cermux qalasına çəkildilər 
və 4 il Pənah xanla vuruşdular. Nəhayət, məğlub oldular. Məlik 
Usub öz elatı  və  təbəələri ilə birlikdə  Gəncə  tərəfə gedib 
Şəmkir mahalında məskən saldı.  
Sonralar Pənah xan Bərgüşad, Meqri, Tatef, Sisyan, 
Zəngəzur, Qafan, Göyçə mahallarını da zəbt etdi.  
Cənubi Azərbaycanda hökmranlıq edən Fətəli xan 
Qarabağa hücum edib ələ keçirə bilmədi. O, Pənah xanın oğlu 
İbrahimi girov götürməklə  Pənah xanı öz vassalı elan etdi və 
geri qayıtdı. Pənah xan Kərim xan Zənd ilə ittifaqa girib Fətəli 
xanı  məğlub etdilər və özünü də  əsir aldılar. Kərim xan Zənd 
Pənah xanı  təcrübəli bir məsləhətçi adı ilə yanında saxladı, 
onun böyük oğlu İbrahim xanı da Şiraza çağırdı, Qarabağa isə 
Pənah xanın kiçik oğlu Mehrəli xanı hakim təyin etdi. (1766) 
1768-ci ildə  İbrahim xan Şuşaya qayıdır. Bundan 2 ay 
sonra müəmmalı  şəkildə  vəfat edən Pənah xanın cənazəsi 
Şuşaya gətirildi. Ibrahim xanla Mehrəli xan arasında 
hakimiyyət üstündə mübarizə başlandı. Bu mübarizədə İbrahim 
xan qohumu Umay xanla birləşib qalib gəldi. Mehrəli xan 
Kərim xan Zəndin fərmanı ilə xan təyin olunduğundan ona 
pənah apardı. Kərim xan bundan bir qədər sonra vəfat etdi. 
Qəzənfər Rəcəbli 
 
 
208
Mehrəli xan qubalı  Fətəli xana qoşuldu. Fətəli xan Gəncəni, 
Mehrəli xan isə Qarabağın aran hissəsini tutub Şuşa üzərinə 
yürüşə hazırlaşdıqları zaman, 1779-cu ildə Mehrəli xanı, 
vaxtilə  Fətəli xan tərəfindən  Şamaxıdan qovulmuş  Ağası xan 
öldürdü.  
Beləliklə, İbrahim xan müstəqil xan oldu. O, qubalı Fətəli 
xanın ölümündən sonra Gəncə,  Şamaxı,  Şəki və Gilan 
xanlıqlarını da özünə tabe edərək xeyli qüvvətləndi.  
1795-ci ildə İranda hakimiyyəti ələ almış Ağaməhəmməd 
şah Qacar Qarabağa hücum etdisə də Şuşa qalasını ala bilmədi. 
1798-ci ilin yazında o, yenidən Qarabağ üzərinə yeridi. İbrahim 
xan  Şuşanı  tərk edərək öz ailəsi ilə birlikdə Car-Balakən 
mahalına qaçdı. Ağaməhəmməd  şah Qacar Şuşaya döyüşsüz 
daxil oldu. Bir həftə Şuşada edamlar davam etdi. Nəhayət, 7-ci 
gün Ağaməhəmməd  şah Qacar şahın sərkərdəsi Sadıq xan 
Şəqqaqinin və onun qohumu Mehrəli xanın oğlu Məhəmməd 
bəyin razılığı ilə, şahin pis - xidmətləri Səfərəli bəy və Abbas 
bəy tərəfindən, öz yataq otağında öldürüldü. Ertəsi gün 
Məhəmməd bəy saraya gəlib hakimiyyəti  ələ aldı  və  dəhşət 
içərisində qalan İran qoşunlarını  sıxışdıraraq Araza qədər 
qovdu.  
Məhəmməd bəy Qarabağ xanlığını idarə etməyə başladı. 
Gəncə xan Cavad xan və  Şuşanın bir çox adlı-sanlı  bəyləri 
Məhəmməd bəyi  İbrahim xanın Qarabağda qalan oğullarını 
mötəbər adamların  əli ilə öldürməyi və  İbrahim xanı bütün 
ailəsi ilə birlikdə Car-Balakən mahalında qurmaq üçün Cavad 
xanla əlbir olmağa təhrik edirdilər.  
Ağaməhəmməd  şahın qardaşı  oğlu Fətəli xanla 
müharibədə Sadıq xanın məğlub olması  və  Fətəli xanın  İran 
taxtına sahib olması xəbəri alındıqdan sonra Məhəmməd bəy bu 
təkliklərə cavab olaraq elan etdi ki, gec-tez güclü qonşu 
dövlətlərdən birinə tabe olması lazım gələn bu məmləkətdə 
xanlıq etibarsız olduğundan, o, heç bir zaman özünün 70 yaşlı 
əmisini və əmisi oğlanlarını öldürməyə və ya ölkədən qovmağa 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə