Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə43/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   39   40   41   42   43   44   45   46   ...   134

Azərbaycan Tarixi 
 
 
169 
birləşmədilər. Bundan istifadə edən, Uzun Həsən və onun 
müttəfiqləri Əbu Səidin ordusunu mühasirəyə alıb darmadağın 
etdilər. Əbu Səid əsir alındı və öldürüldü.  
Uzun Həsən 1468-ci ildə  Təbrizə daxil olub Ağqoyunlu 
dövlətinin yaradılmasını elan etdi. Azərbaycanın yeni dövləti 
olan Ağqoyunlu dövlətinin  ərazisi  Şirvan dövləti və  Ərdəbil 
şeyxlərinin torpaqları istisna olmaqla, bütün Azərbaycanı, o 
cümlədən Cənubi Azərbaycanı, Naxçıvanı,  İrəvanı, Qarabağı, 
Gəncəni və Talışı, habelə  Şərqi Türkiyəni, Gürcüstanı, və 
indiki  İranın mərkəzi hissəsini və  şimalını  əhatə edirdi. 
Ağqoyunlu dövlətinin paytaxtı Təbriz şəhəri idi. 
Görkəmli dövlət xadimi Uzun Həsənin daxili siyasətinin 
əsasını yaratdığı dövlətin bütövlüyünü qorumaq təşkil edirdi. 
O, yerli feodal hakimləri öz ətrafında birləşdirməyə çalışır, 
ruhanilərlə  sıx  əlaqə saxlayır,  İslam dinindən geniş xalq 
kütlələrini itaətdə saxlamaq üçün məharətlə istifadə edirdi.  
Uzun Həsən xarici siyasətində qonşu ölkələrlə və Avropa 
dövlətləri ilə diplomatik münasibətlər yaratmağa xüsusi fikir 
verirdi. Bu işdə ona anası Sara xatun fəal kömək edirdi. Sara 
xatunu Azərbaycanın ilk diplomat qadını hesab etmək olar. 
Ağqoyunlu döblətinin Avropanın xristian dünyası ilə  əlaqələri 
Trabzon yunan dövlətindən başlayır. Ağqoyunlu hökmdarı 
Uzun Həsən sülalə qohumları Trabzon sarayı vasitəsi ilə Qərb 
dövlətlərilə diplomatik əlaqələr yaratmışdı. Osmanlı sultanı II 
Mehmet 1453-cü ildə Konstantinopolu tutduqdan sonra Qərb 
dövlətlərinin ağqoyunlularla əlaqələri genişləndirməkdə marağı 
artmışdı. Osmanlı imperiyasına qarşı səlib yürüşü təşkil etməyi 
irəli sürən Roma papaları II Kaliket (1455-1458), II Piy (1458-
1464) və II Pavel (1464-1471) Osmanlı imperiyasına qarşı 
mübarizə üçün onun bütün düşmənlərindən istifadə etməyə 
çalışırdılar. Bu məqsədlə ilk növbədə  Ağqoyunlu sarayı ilə 
danışıqlar aparılırdı.  
Ağqoyunlu-Roma papası-Trabzon ittifaqına gürcü knyaz-
ları da qoşulmaq istədilər. Gürcüstanın nümayəndələri 1458- ci 
Qəzənfər Rəcəbli 
 
 
170
ildə Romaya getdilər, lakin Romanın zəifliyini və 
qətiyyətsizliyini görüb geri qayıtdılar. Osmanlı sulatı isə daha 
qəti hərəkət etdi, 1461-ci ildə hücüm edib Trabzonu tutdu.  
Ağqoyunlu sarayı köhnə müttəfiqi Trabzonu itirdikdən 
sonra Qərbi Avropa ilə  əlaqələrini daha da genişləndirməyə 
başladı. Ağqoyunluların  ən geniş  əlaqələri osmanlıların  əsas 
düşmənləri olan Venesiya ilə idi. Uzun Həsən Roma papası və 
Venesiyadan  əlavə Kipr krallığı  və  səlibçilərin Rodos ada 
dövləti ilə də Osmanlı sultanlığına qarşı danışıqlar aparırdı.  
Uzun Həsən 1464-1469-cu illərdə  şərqdə bir çox 
dövlətləri özünə tabe edib qüdrətli imperiya yaratdıqdan sonra, 
Osmanlı sultanlığının başının Avropada müharibələrə qarışma-
sından istifadə edərək, ona qarşı müharibəyə hazırlaşmağa 
başladı. Uzun Həsən müharibəyə hazırlıq ərəfəsində Avropa ilə 
münasibətləri nəzərə alaraq, yerli xristian əhaliyə dövlət 
qayğısını artırdı. Xristian əhali ilə münasibətlərdə Uzun 
Həsənin arvadı, Trabzon şahzadəsi Despina xatun fəal rol 
oynayırdı. Uzun Həsən  Ərdəbil  şeyxləri olan Səfəvilər ilə  də 
ittifaqı möhkəmlətmək üçün şiə  təriqətinin təqib olunmasını 
qadağan etdi. O, bacısı  Xədicə  bəyimi  Şeyx Cüneydə  ərə 
verməklə  Səfəvilər ilə qohumluq münasibətləri yaratdı. Sonra 
isə qızı Martuzə bəyimi Şeyx Cünetdin oğlu Şeyx Heydərə ərə 
verməklə bu qohumluğu təzələdi (Martuzə  bəyim Səfəvilər 
sarayında Aləmşah xanım adını daşıyırdı). 
Uzun Həsən Avropa müttəfiqləri ilə razılığa gəlib 1472-ci 
ilin yazısında Osmanlı sultanlığına qarşı müharibəyə başladı. 
Ömər bəyin başçılığı altında Ağqoyunlu ordusu Bitlisdən 
hücuma başlayıb avqust ayında Toqqat şəhərini aldı. 
Ağqoyunlu dövləti tərəfindən müharibədə Qaraman şahzadələri 
Pir  Əhməd  və Qasım bəy, həmçinin Anadolunun bir sıra 
keçmiş kiçik dövlətlərinin hökmdarları da iştirak edirdilər. 
Mirzə  


Azərbaycan Tarixi 
 
 
171 
Yusif xanın başçılığı altında ağqoyunluların ikinci ordusu  
hücumu davam etdirərək Qeysəriyə, Ağsaray və Ağsəhəri tutub 
Qaraman ərazisinə daxil oldular. 
Osmanlı Sulatını II Mehmet şahzadə Mustafanın başçılıq 
etdiyi orduya geri çəkilmə  əmri verdi. Ağqoyunlu ordusu 
Qaraman dövlətini tutduqdan sonda Aralıq dənizi sahilinə 
çıxdı. Müttəfiqlərlə razılaşmaya  əsasən Ağqoyunlu ordusu 
burada sahilə çıxdıqda Venesiya şəhər dövləti Geniya gəmiləri 
ilə ona odlu silah və topçu mütəxəssislərdən ibarət kömək 
göndərilməli idi. Lakin özgə  əli ilə Osmanlı imperiyasını 
zəiflətmək istəyən Qərb dövlətləri ağqoyunlulara heç bir kömək 
göstərmədilər. Sultan II Mehmetin əmri ilə şahzadə Mustafanın 
60 min nəfərlik ordusu hücuma keçib Mirzə Yusif xanın ordusu 
üzərində  qələbə çaldı  və Qaramanı geri aldı. Ağqoyunlu 
ordusunun qalıqları geri qayıtdı. Sultan II Mehmet Şah Uzun 
Həsənə  xəbər göndərdi ki, 1473-cü ildə onun üzərinə yürüş 
edəcəkdir. 
1472-1473-cü ilin qışında hər iki tərəf ciddi surətdə 
müharibəyə hazırlaşdı. 1473-cü ilin iyul ayında ağqoyunlu 
ordusu Osmanlı ordusunun hücumunu gözləmədən hücuma 
keçdi. Uzun Həsən Qərb müttəfiqlərindən kömək almaq 
ümidilə yenə  də Aralıq dənizi sahillərinə  çıxmağa can atırdı. 
Sultan II Mehmet isə onu Anadolunun şərqində qarşılamağı 
qərara aldı. 1473-cü il avqustun 1-də  Fərat çayı sahilində 
Malatyadan bir qədər aralı iki böyük ordu arasında qanlı döyüş 
baş verdi. Uzun Həsən hərbi sərkərdəlik məharəti sayəsində 
qalib gəldi, Osmanlı ordusuna topdan istifadə etmək imkanı 
vermədi. 
Sultan II Mehmet tələsik  İstanbula tərəf geri çəkilməyə 
başladı. O, qorxurdu ki, Qərbdəki düşmənləri bu 
məğlubiyyətdən xəbər tutub, hücum edərək  İstanbulu geri 
alarlar. Uzun Həsənin ordusu II Mehmetin ordusunu təqib edir, 
lakin açıq yerdə yeni döyüşə girmirdi. Çünki osmanlıların 
toplarla yaxşı silahlanmış yeniçəri ordusu açıq meydanda daha 
Qəzənfər Rəcəbli 
 
 
172
güclü idi. Ərzincanla  Ərzurum arasında Ucaqızlı  dərəsində 
ağqoyunlular osmanlı ordusunu mühasirəyə alıb hücum etdilər. 
Sultan II Mehmet sərkədəlik məharəti göstərib mühasirəni yara 
bildi və orduusunu Tərcan vadisində Otluqbeli adlı  təpəliyə 
çıxara bildi. Burada açıq yerdə avqustun 11-də  şiddətli döyüş 
getdi. Ağqoyunlu ordusu üstünlüyü ələ alıb qələbə çalmaq 
məqamında ikən II Mehmet yeniçərlərin topçu dəstəsini döyüşə 
buraxdı. Toplar döyüşün taleyini həll etdi. Ağqoyunlu ordusu 
məğlub oldu. Otluqbeli döyüşü ilə 1472-1473-cü illər Ağqoyun 
- Osmanlı müharibəsi qurtardı. Hər iki tərəf öz əvvəlki 
mövqelərinə qayıtdı və heç bir sərhəd dəyişikliyi baş vermədi.  
Uzun Həsən və onun oğlu Yaqub şahın vəfatından sonra 
Ağqoyunlu dövləti zəiflədi. 1499-cu ildə Ağqoyunlu dövləti iki 
hissəyə parçalandı. Şah Əlvənt Mirzənin Ağqoyunlu dövlətinə 
Azərbaycan torpaqları, Murad şahın Ağqoyunlu dövlətinə isə 
Əcəm İraqı (İran) və Ərəb İraqı (Bağdad) daxil idi. 
 
Ədəbiyyat: 
 
1. Azərbaycan tarixi. 7 cilddə, 3-cü cild, Bakı, 1999, s. 
14-107. 
2. Azərbaycan tarixi. Dərslik, s. 322-391. 
3.  А.Ализаде.  Социально-экономическая  и    полити-
ческая  история Азербайджана в XIII – XIV вв. Баку., 1956. 
4.  С.Ашурбейли.  Государство  Ширваншахов (VI - 
XVI). Баку,  1983. 
5. C.İbrahimov. Qaraqoyunlu dövləti. Bakı, 1948. 
6. Y.Mahmudov. Azərbaycan diplomatiyası. Bakı, 1996. 
7.  Я.  Махмудов.  Взаимоотношения  государства  Ак-
коюнлу и   Сефевидов с европейскими странами во второй 
половине XV - начале XVII вв.,   Баку, 1991. 
 
 
 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə