Azərbaycan Tarixi
157
Həmədana gəlmək imkanı yoxdur, öz yerinə qardaşı Özbəyi
göndərir. 1210-cu ildə Əbubəkr öldü.
1221-ci ildə Xarəzmin süqutundan
sonra monqol qoşun-
ları Cəbə və Sübüqüteyin başçılığı altında Təbrizə yaxınlaş-
dılar. Özbək onları şəhərə buraxdı. Monqollar Təbrizdən sonra
Muğan və Arana gəldilər.
Xarəzmşah Cəlaləddin monqolların ardınca Azərbaycana
gəldi və 1225-ci ildə Təbrizi aldı. Özbək Gəncəyə qaçdı. Cəla-
ləddin Gürcüstana yürüş etdi. Tiflis üzərinə yürüşdən öncə o
Beyləqan, Gəncə, Şəmkir şəhərlərini tutdu. Özbək Əlincə qala-
sında gizləndi. Bir neçə gündən sonra orada xəstələnib vəfat et-
di. Beləliklə, 1225-ci ildə Eldəgəzlər
hakimiyyətinin sonuncu
nümayəndəsi Özbəyin ölümü ilə Azərbaycan Atabəylər dövləti
süqut etdi.
Ədəbiyyat:
1. Azərbaycan tarixi. 7 cilddə, 2-ci cild, s. 359-424.
2. Azərbaycan tarixi. Dərslik, s. 289-324.
3. İ.Cəbrayılov. Azərbaycan tarixi. s. 127-151.
4. Z.Bünyadov. Azərbaycan Atabəylər dövləti. Bakı, 1985.
5. Rəfiq Özdək. Türkün qızıl kitabı. 2- ci kitab. Bakı, 1993.
6. L.Qumilyov. Qədim türklər. Bakı, 1993.
Qəzənfər Rəcəbli
158
XI FßSÈL
AZƏRBAYCAN XIII-XV ƏSRLƏRDƏ
11.1. Monqolların və Cəlaləddinin Azərbaycana
yürüşləri və Azərbaycan Atabəylər dövlətinin süqutu. XIII
əsrin başlanğıcında Mərkəzi Asiyada Çingiz xanın başçılığı al-
tında çox güclü bir dövlət yaranmışdı. Çingiz xan 1206-1215-ci
illərdə Tanqut dövlətini və Pekinə qədər Çini işğal etdikdən
sonra qərbə tərəf yürüşə başladı. O, 1218-ci ildə Xarəzm dövlə-
tinin sərhədinə çatdı, lakin Xarəzm üzərinə dərhal
hücum etmə-
di.
Çingiz xan bir müddət Xarəzmlə ticarət edib Xarəzmşah-
lar dövlətinin gücünü öyrənməklə məşğul oldu. Kəşfiyyat işləri
başa çatdıqdan sonra müharibəyə başlamaq üçün bəhanə axtar-
dı. Bu məqsədlə Xarəzmin Otrar şəhərində monqol tacirlərinin
qarət olunması təşkil edildi. Bunu bəhanə edən Çingiz xan
1219-cu ildə Xarəzmşahlar dövləti üzərinə hərbi yürüşə başla-
yaraq Otrar, Ürgənc, Buxara və Səmərqənd şəhərlərini tutdu.
Xarəzmşah Məhəmməd İrana qaçdı.
Çingiz xan kəşfiyyat
məqsədilə qərb istiqamətində sərkərdələr Cəbə, Şübüqütey (Su-
butay) və Toqaqarının başçılığı altında üç tümən ordu göndərdi.
(Hər tüməndə 10 min nəfər döyüşçü olurdu). Monqol orduları
Məhəmməd şahı təqib etməyərək qərbə istiqamət aldılar. On-
ların məqsədi Ön Asiya, Qafqaz və Şərqi Avropanı öyrənib
Volqa boyu ilə geri qayıtmaq və kəşfiyyatın nəticələri haqqında
Çingiz xana məlumat vermək idi.
Xarəzmşah Məhəmməd Bəlx şəhərinə çatdıqda, artıq
monqol süvariləri onu ötüb keçərək Nişapura çatmışdılar. Mə-
həmməd şah Qəzvin şəhərinə getdi və sonra Xəzər dənizinin
Azərbaycan Tarixi
159
cənub sahilinə yaxın adalardan birinə gedib gizləndi. O, 1220-
ci ildə orada öldü və Xarəzmşahlar taxtına oğlu Cəlaləddin
keçdi.
Monqol orduları İranın Səbzəvar şəhərinə çatanda
sərkərdə Toqaqarın qızdırma (malyariya) xəstəliyindən öldü,
onun ordusu Cəbə və Sübüqütey arasında bölüşdürüldü.
Monqol atlıları İranı talan edib 1220-ci ilin payızında
Azərbaycan torpaqlarına daxil oldular. Monqol orduları Təbrizə
yaxınlaşanda Atabəylər dövlətinin sultanı Özbək
müqavimət
göstərməyib, şəhəri tərk edərək qaçdı. Monqollar Təbriz
əhalisindən çoxlu xərac alıb qışlamaq üçün Muğana gəldilər.
1221-ci ildə monqollar Gürcüstana getdilər, sonra isə
yenidən Təbrizə qayıtdılar. Təbriz şəhərinin darğası Şəmsəddin
Tuğrayi bu dəfə də xərac verməklə əhalini qarət olunmaqdan
xilas etdi. Həmin ilin martın 4-də monqol orduları Marağa
şəhərini döyüşlə aldılar. Şəhər əhalisi müqavimət göstərdiyi
üçün tamamilə qılıncdan keçirilirdi. Monqollar Marağanı qarət
edib dağıtdıqdan sonra, Ərdəbil və Sarab şəhərlərini tutub qarət
etdilər. Avqust ayında isə Beyləqan şəhəri
monqollar tərəfindən
tutuldu. Şəhər əhalisi müqavimət göstərdiyi üçün Marağa kimi
Beyləqan şəhəri də yerlə - yeksan edildi. Sonra monqol orduları
Gəncə üzərinə yürüş etdilər. Gəncə əhalisi xərac verməklə
canını qurtardı. Monqollar Kür çayı sahilində qışlayıb, 1222-ci
ilin yazında Şamaxı şəhərini döyüşlə alıb, əhalisini qırdılar.
Monqol qoşunları Dərbəndə yaxınlaşanda Dərbənd hakimi
Şirvanşah I Gəstaşibin qardaşı Rəşid xərac verməklə şəhəri
talan olunmaqdan qurtardı. Monqollar Dərbənd şəhərinə
girmədilər. Onlar Rəşiddən 10 nəfər bələdçi alıb Qafqaz sıra
dağlarının aşırımını keçərək Şimali Qafqaza getdilər və orada
alanların, qıpçaqların və onların
köməyinə gəlmiş rus
knyazlarının qoşunlarını darmadağın etdilər. Sonra isə monqol
orduları Xəzər dənizinin şimalından keçərək Orta Asiyaya
qayıtdılar.
Qəzənfər Rəcəbli
160
Monqollar keçib getdikdən sonra, 1225-ci ildə Xarəzm-
şah Cəlaləddin Azərbaycana gəldi. Özbək bu dəfə də qorxub
qaçdı. Təbriz şəhəri darğa Şəmsəddin Tuğrayinin başçılığı
altında müqavimət göstərsə də Cəlaləddin şəhəri tuta bildi.
Cəlaləddin özünü Azərbaycanın sultanı elan etdi. Naxçıvana
qaçmış sultan Özbəyin arvadı Mehrican
xatun Cəlaləddinə ərə
gəlməklə uşaqlarının varislik hüququnu təmin etdi. Cəlaləddin
Marağa və Xoy şəhərlərini də aldı və monqollar tərəfindən
dağıdılmış Marağanı bərpa etdirdi. Bununla o, özünü yerli
əhaliyə xeyirxah kimi göstərməyə çalışırdı.
Cəlaləddin Gəncəni də ələ keçirdi. Şirvanşahlar dövləti
isə ondan vassal asılılığına düşdü. Sultan Cəlaləddinin hakimiy-
yəti, Şirvanşahlar
dövləti istisna olmaqla, bütün Azərbaycanı, o
cümlədən indiki Ermənistanı və Gürcüstanın bir hissəsini əhatə
edirdi. Dövlətin paytaxtı Təbriz şəhəri idi. Sultanın ikinci
iqamətgahı Gəncə şəhərində idi. Cəlaləddin Gürcüstanın idarə
olunmasını qardaşı Qiyasəddinə tapşırmışdı, Azərbaycanı isə
vəziri Şərəf əl-Mülk ilə birlikdə özü idarə edirdi.
Sultan Cəlaləddin qarətçilikdə monqollardan geri qalmır-
dı. Onun zülmünə qarşı Təbrizdə 1227-ci ildə Şəmsəddin Tuğr-
ayinin başçılığı altında üsyan qalxdı. Üsyan yatırıldı və Şəm-
səddin edam edildi. 1231-ci ildə Gəncədə üsyan baş verdi. Üs-
yana sənətkar Bəndər başçılıq edirdi. Üsyançılar şəhər hakimini
öldürüb hakimiyyəti ələ aldılar. Cəlaləddin özü Gəncə üzərinə
yeridi. Bəndərin üsyançı dəstələri şəhərdən çıxıb Cəlaləddinin
ordusu ilə döyüşə girdilər. Lakin yaxşı silahlanmış və təlim
görmüş orduya ciddi müqavimət göstərə bilmədilər.
Üsyan ya-
tırıldı. Cəlaləddin üsyan iştirakçılarına amansız divan tutdu.
1231-ci ildə monqolların Azərbaycana ikinci yürüşü
başladı. Cəlaləddin Azərbaycanı tərk edib Kürdüstana getdi və
Diyarbəkr yaxınlığında təsadüfi ölümlə, bir çobanın dəyənəyilə
ömrünü başa vurdu.
Monqollar 1235-ci ilə qədər Cənubi Azərbaycanı tutub,
Şimali Azərbaycana gəldilər və 1239-cu ilədək Gəncə, Şamaxı