Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə38/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   34   35   36   37   38   39   40   41   ...   134

Azərbaycan Tarixi 
 
 
149 
edir, Gəncəni, Anini, Dvini qarət edib qayıdırdı.  Şəmsəddin 
Eldəgəz Gürcüstana qoşun göndərib onu vassal asılılığına saldı.  
Beləliklə,  Şəmsəddin Eldəgəzin fəaliyyəti nəticəsində 
İraq sultanlığında mərkəzi dövlət hakimiyyəti möhkəmləndi. 
Şəmsəddin Eldəgəz özünə Qafqaz dağlarından  İran körfəzinə 
qədər böyük bir ərazini tabe edə bildi. O, Azərbaycan, Aran, 
Şirvan, Cibal, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, 
Mosul, Kirman, Fars, Xuzıstan, Xilat, Marağa və s. torpaqların 
sahibi idi. Arslanşah nominal hökmdar idi. O, yalnız rəsmi 
sultan vəzifələrini yerinə yetirirdi. Dövlətin taktik başçısı isə 
böyük atabəy Şəmsəddin Eldəgəz idi.  
1157-ci ildə böyük atabəy  Şəmsəddin Eldəgəzin arvadı, 
Sultan Arslanşahın anası Möminə xatun vəfat etdi. O, Naxçı-
vanda dəfn edildi. Şəmsəddin Eldəgəz onun qəbri üzərində 
məqbərə (türbə) tikdirməyə başladı. Lakin məqbərənin tikintisi 
onun oğlu Cahan Pəhləvan dövründə 1186-cı ilin aprelində ba-
şa çatdırıldı. Məqbərəni məşhur memar Əcəmi ibn Əbubəkr tik-
mişdir.  
Möminəxatundan bir ay sonra Şəmsəddin Eldəgəz vəfat 
etdi. Atasının vəfatı xəbəri Cahan Pəhləvana çatan kimi o, Hə-
mədandan Naxçıvana yola düşdü. Burada dövlətin xəzinəsini 
və taxt-tacın əmlakını nəzarəti altına götürdü. O, bütün qoşunu 
toplayıb qardaşının ona münasibətinin necə olacağını gözləmə-
yə başladı. 
İraqın Şəmsəddin Eldəgəzdən narazı olan əmirləri Cahan 
Pəhləvanın paytaxtda olmamasından istifadə edərək Sultan 
Arslanşahı Azərbaycana yürüş edib ona sahib olmağa, sonra isə 
Bağdada yürüş edib xəlifəni sultan hakimiyyətini tanımağa razı 
salmağa təhrik etdilər. Arslanşah atabəy Şəmsəddinin düşməni 
olan əmirlərlə böyük bir ordunun başında Azərbaycana yürüşə 
başladı. Zəncanda o, xəstələndi və  Həmədana qayıtdı. Arslan-
şah təcili olaraq Cahan Pəhləvanı yanına dəvət etdi, onunla ba-
rışıb dövlətin idarə olunmasını ona verdi və atalığından təxmi-
nən bir ay sonra vəfat etdi. 
Qəzənfər Rəcəbli 
 
 
150
Məhəmməd Cahan Pəhləvan Aslansahın 7 yaşlı  oğlu III 
Toğrulu sultan taxtına oturtdu və özü onun atabəyi oldu. 
Atabəy Cahan Pəhləvan dövründə sultan taxtı üçün ən təhlükəli 
adam Xuzistanın hakimi Aytoqdı  Şimlə idi. Vaxtilə  Şimləyə 
qoşunla  Şəmsəddin Eldəgəz kömək edərdi, çünki onun 
simasında xəlifəni istilaçılıq cəhdlərindən çəkindirə bilən güclü 
bir vassallını görürdü. 
Şimlə atabəy Məhəmmədin Azərbaycanda olmasından 
istifadə edib xəlifənin hakimiyyəti altında olan Nihəbənd 
şəhərinə hücum etdi. Şəhərin  əhalisi kömək üçün atabəy Mə-
həmmədə müraciət etdi. Atabəyin qoşunu kömək üçün gecikdi. 
Şimlə hiyləyə əl atıb, qardaşı oğlunun ordusunu köməyə gələn 
atabəy Məhəmmədin qoşunu kimi qələmə verib, şəhərə girdi, 
şəhərin qazısını  və  rəisini tutub öldürtdü, şəhəri talan edib 
getdi. Sonra Şimlə Azərbaycan atabəylərinin vassalı olan əfşar 
türkmənlərinə basqın etdi. Atabəy Məhəmməd köməyə qoşun 
göndərdi. Döyüşdə yaralanan Şimlə, oğlu və qardaşı  oğlu ilə 
birlikdə əsir düşdü və o, bir  gündən sonra əsirlikdə öldü. 
Sultan taxtına göz tikənlərdən biri III Toğrulun  əmisi 
şahzadə  Məhəmməd idi. Şahzadə  Məhəmməd  İsfahana gəlib 
burada Sultan III Toğrula qarşı kiçik bir ordu yığa bildi. Atabəy 
Məhəmməd Həmədandan İsfahana qədər olan məsafəni 5 günə 
qət edib onun ordusunu məğlub etdi.  Şahzadə  Məhəmməd 
Şiraza qaçdı, burada Farsın atabəyi Zəngi onu tutub atabəy 
Məhəmməd Cahan Pəhləvana təslim etdi. O, da onu Sarcahan 
qəsrinə saldı. 
Sultan taxtına ciddi namizəd olan şahzadə  Məhəmmədi 
aradan götürdükdən sonra Məhəmməd Cahan Pəhləvan az yaşlı 
Sultan III Toğrulun adından dövləti sərbəst idarə etməyə 
başladı. Atabəy Məhəmmədin fəaliyyəti nəticəsində Sultan III 
Toğrul qayğısız həyat sürürdü. Atabəy Məhəmmədin 
inzibatçılıq qabiliyyəti, tələbkarlığı və şərtliyi sayəsində dövlət 
idarəsinin bütün bölmələrində möhkəm qayda-qanun yarandı. 
On il ərzində dövlətə xaricdən heç bir basqın olmadı. 


Azərbaycan Tarixi 
 
 
151 
Atabəy Məhəmməd ilə Xarəzmşah Tekiş arasında dostluq 
münasibəti yarandı. O, Xəlifə əl-Məsud və onun oğlu Xəlifə əl-
Nasir ilə normal münasibət yaratmışdı. Atabəy Məhəmməd 
ruhani başçısına ehtiram bəsləməklə, özünün Bağdaddan asılı 
olmayan müstəqil siyasətini yeridirdi.  
Məhəmməd Cahan Pəhləvanın mühüm müvəffəqiyyətlə-
rindən biri də Təbrizin öz mülkiyyətlərinə qatılmasıdır. 1175-ci 
ildə şəhərin qazısı Sədrəddin ilə bağlanan müqaviləyə görə ata-
bəy Məhəmməd Təbrizə sahib oldu və onu iqta kimi qardaşına 
verdi. 
1186-cı ildə atabəy Məhəmməd Cahan Pəhləvan qəflətən 
xəstələndi və vəfat etdi. Məhəmməd Cahan Pəhləvanın 4 oğlu 
və bir neçə qızı vardı. Rey vilayətinin hakimi İnancın qızı İnanc 
xatundan iki oğlu vardı – Qutluq İnanc Mahmud və Əmir Əm-
ran Ömər. Türk qızı Qutayba xatundan Əbubəkir adlı oğlu var-
dı. Oğlu Özbəyin anası kəniz idi. Zahidə xatundan olan qızı Cə-
laliyə sonralar Naxçıvan şəhərinin və vilayətinin sahibi olur. 
Atabəy Məhəmməd Azərbaycan və Aranın idarəsini Əbu-
bəkirə verib, onun tərbiyəsini qardaşı Müzəffərəddin Qızıl Ars-
lana tapşırmışdı. Rey, İsfahan və  şərqi  İraqın qalan hissələrini 
Qutluq İnanc Mahmuda və Əmir Əmran Ömərə, Həmədanı isə 
Özbəyə vermişdi. Ölüm qabağı o, uşaqlarına vəsiyyət edir ki, 
əmiləri Qızıl Arslana tabe olsunlar, sultan III Toğrula xidmət 
göstərsinlər. O, həmçinin vəsiyyət etdi ki, uşaqları Sultanın 
tabeliyindən çıxmasınlar, onu müdafiə etsinlər, köməksiz qoy-
masınlar, onunla əlaqəni kəsməsinlər və xəlifənin tabeliyindən 
çıxmaqdan çəkinsinlər, onun xeyirxah əmrlərini yerinə 
yetirməkdən imtina etməsinlər. 
Atabəy Məhəmmədin vəfatından sonra İnanc xatun və 
onun tərəfdarları çox məşvərətdən sonra qərara gəldilər ki, III 
Toğrulun yanına gedib Qızıl Arslanı böyük atabəy təyin etməyə 
razı salsınlar. Sultan III Toğrul Qızıl Arslanın ordu ilə hücum 
edərsə sultan taxtına II Toğrulun oğlu Məhəmmədi, yaxud 
Qəzənfər Rəcəbli 
 
 
152
şahzadə  Səncəri oturda biləcəyini nəzərə alıb onu həmin 
vəzifəyə təyin etməsi haqqında fərman verdi. 
Qızıl Arslan Həmədana gəldi. Onlar görüşdülər. Bu görüş 
zamanı III Toğrulun məmlükü Qaragözün Qızıl Arslanı 
öldürmək imkanı vardı. Sultan işarəsi ilə buna icazə vermədi. 
Sonra Qızıl Arslan bu qəsd cəhdindən xəbər tutub Qaragözün 
gözlərini çıxartdırdı.  
Qızıl Arslan həm də qoşunların ali baş komandanı 
vəzifəsində qaldı. Ordu onun tərəfində idi. Ona görə  də  Qızıl 
Arslanın mövqeyi möhkəmləndi. III Toğrulun isə mövqeyi 
möhkəm deyildi. Qızıl Arslanın mövqeyinin möhkəmlənməsin-
dən  İnanc xatun razı deyildi. Öz oğlanları Qutluq İnanc Mah-
mud və Əmir Əmran Ömərin yüksəlməsini arzu edən İnanc xa-
tun Əbubəkirin öz əmisi ilə eyni səviyyəyə yüksəlməsi və onun 
oğlanlarından yuxarıda durması ilə barışa bilmirdi. O, ərinin 
keçmiş məmlükləri, qoşun sərkərdələri əmir Cəmaləddin Ayapa 
və  əmir Seyfəddin Rus ilə gizli əlaqəyə girdi. Onlar III Toğ-
rulun tərəfinə keçdilər. Ayapa və Rus III Toğruldan iltizamna-
mə aldılar ki, sultanlığın baş atabəyi vəzifəsinə Qutluq inancı 
təyin edəcəkdi. 
III Toğrul müttəfiqlərinin qoşunları ilə birlikdə 
1187/1188-ci ilin martında Həmədan üzərinə yeridi. Şəhərin 
yaxınlığında Qızıl Arslanın ordusu onlarla qarşılaşdı. Döyüş bir 
neçə gün davam etdi, Qızıl Arslanın ordusu geri çəkildi. Bir 
müddət sonra Cəmaləddin Ayapa ilə Seyfəddin Rus arasında 
komandanlıq üstündə münaqişə yarandı. Ayapa sultanın 
yanında Rusu ləkələdi və Rus öldürüldü. Lakin III Toğrul yaxşı 
bilirdi ki, əmirlər Qızıl Arslana xəyanət etdikləri kimi, bəd 
ayaqda ona da xəyanət edə bilərlər. Odur ki, o, Ayapaya Qızıl 
Arslan üzərinə hücum etməyi  əmir etdi. Ayapa əmiri yerin 
yetirməkdən imtina etdi və öldürüldü. Bundan sonra Sultanın 
əmri ilə  Qızıl Arslanla əlaqəsi olanların hamısı, o cümlədən, 
sultanın vəziri  İzzəddin, Həmədanın rəisi Fəxrəddin,  əmir 
Siracəddin Kaymaz, əmir Bəyrəddin Qaragöz və başqaları 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə