Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə62/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   79

Fəsil 8. 
BURUN BOŞLUĞU VƏ BURNUN ƏLAVƏ CİBLƏRİNİN ŞİŞLƏRİ
 
191 
8.2. Beynəlxalq histoloji təsnifat  
(№19, WHO – 2005) 
 
I. Epitelial şişlər 
Xoşxassəli Bədxassəli 
• Yastıhüceyrəli papilloma 
(Şneyder papilloması) 
– inverted papilloma 
– onkosit papilloma 
– ekzofit papilloma 
• Yastıhüceyrəli karsinoma 
– verrukoz karsinoma 
– papillyar yastıhüceyrəli karsinoma 
– bazal yastıhücerəli karsinoma 
– adeno-yastıhüceyrəli karsinoma 
– iyəbənzər hüceyrəli karsinoma 
– akantolitik yastıhüceyrəli karsinoma 
• Ağız suyu vəziləri tip 
adenomalar  
– pleomorf adenoma 
– miopitelioma 
– onkositoma 
• Limfoepitelial karsinoma 
• Diferensiasiya olunmayan xərçəng 
• Adenokarsinoma 
– intestinal tip 
– qeyri intestinal tip 
• Ağız suyu vəziləri tip 
adenokarsinomalar 
– adenosistoz karsinoma 
– asinozhüceyrəli karsinoma 
– mukoepidermoid karsinoma 
– epitelial-mioepitelial karsinoma 
– şəffafhüceyrəli karsinoma 
– mioepitelial karsinoma 
– pleomorf adenomada karsinoma 
– polimorf adenokarsinoma 
• Neyroendokrin şişlər 
– tipik karsinoid 
– atipik karsinoid 
– xırda hüceyrəli karsinoma 
II. Yumşaq toxuma şişləri 
Xoşxassəli Bədxassəli 
• Miksoma 
• Leyomioma 
• Hemangioma 
• Şvannoma 
• Neyrofibroma 
• Meningioma 
• Fibrosarkoma 
Bədxassəli fibroz  
histiositoma 
• Rabdomiosarkoma 
• Leyomiosarkoma 
• Angiosarkoma 
Digərləri 
 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
192 
      Sərhədi şişlər 
• Desmoid tip fibromatoz 
• Miofibroblastik şiş 
• Qlomangioperisitoma (sinonazal tip                       
hemangioperisitoma) 
• Ekstraplevral solitar fibroz şiş 
 
III. Sümük və qığırdaq toxuması şişləri 
• Xondroma 
• Osteoma 
• Xondromiksoid fibroma 
• Osteoxondroma (ekzostoz) 
• Hamartoma 
• Digərləri 
• Xondrosarkoma 
• Mezenximal xondrosarkoma 
• Osteosarkoma 
• Xordoma 
IV. Limfoid və qanyaradıcı toxumaların şişləri 
• Ekstranodal NK hüceyrəli limfoma 
• Diffuz B-hüceyrəli limfoma 
• Plazmositoma 
• Mielosarkoma 
• Histiosarkoma 
• Lanqerhans hüceyrəli histiositoma 
V. Neyroektodermal şişlər 
• Yuinq sarkoması 
• Primitiv neyroendokrin şiş (RNET) 
• Estezioneyroblastoma 
• Melanogen neyroektodermal şiş 
VI. Qarışıq mənşəli şişlər 
• Teratoma 
• Teratokarsinosarkoma 
• Dermoid sist 
VII. İkincili şişlər 
 
Burun boşluğu və burnun əlavə ciblərinin bədxassəli şişləri 60-65% hal-
larda  əng cibində (Haymor boşluğu) inkişaf edir. Əmələgəlmə tezliyinə görə 
ikinci yeri xərbir sümüyü hüceyrələrinin şişləri (20-25%), üçüncü yeri isə bu-
run boşluğunun  şişləri (15-20%) tutur. Alın cibində  bədxassəli  şişlər 2-3%, 
əsas cibdə isə 0,5-1% hallarda rast gəlinir. 
Burun boşluğunun və onun əlavə ciblərinin şişləri epitelial və qeyri epite-
lial mənşəli olmaqla iki qrupa bölünür. Onun bədxassəli şişlərinin 70-80%-ni 
epitelial mənşəli (yastıhüceyrəli karsinoma, adenokarsinoma), 20-30%-ni qey-
ri-epitelial mənşəli (melanoma, estezioneyroblastoma, rabdomiosarkoma, kiçik 
ağız suyu vəzilərinin şişləri və digərləri) şişlər təşkil edir. Epitelial mənşəli şiş-


Fəsil 8. 
BURUN BOŞLUĞU VƏ BURNUN ƏLAVƏ CİBLƏRİNİN ŞİŞLƏRİ
 
193 
lər arasında 80-90% hallarda yastıhüceyrəli xərçəngə təsadüf edilir. Qeyri-epi-
telial mənşəli şişlərin ən çox rast gəlinən forması isə estezioneyroblastomadır. 
Estezioneyroblastoma aqressiv bədxassəli gedişinə malik şiş olub iybilmə 
(qoxu) neyroepitelindən inkişaf edir. Şiş sürətlə böyüyərək tez bir zamanda 
beyin  əsasına sirayət edir, regionar və uzaq metastazlar verir. Bu nahiyənin 
melanomasına nadir hallarda rast gəlinir və melanomanın digər lokalizasiyala-
rına nisbətən az metastazlar verir. Burun boşluğunda kiçik ağız suyu vəzilə-
rinin şişlərindən daha çox rast gəlinənləri adenosistoz karsinoma (silindroma) 
və mikoepidermoid şişdir. 
Burun boşluğu və burnun əlavə ciblərinin bədxassəli  şişləri nisbətən az 
hallarda (14-15%) regionar metastazlar verir və metastazlar əksərən boynun 
yuxarı qrup dərin limfa düyünlərində müşahidə olunur (II-III metastazvermə 
səviyyəsi). 
 
8.3. TNM kliniki təsnifatı 
(AJCC – 2002)  
 
Burun boşluğu və burnun əlavə ciblərinin anatomik nahiyələri və hissələri 
1. burun boşluğu:  
 
a) arakəsmə 
b) dibi 
v) yan divarı 
q) girəcəyi 
2. əng cibi (Haymor boşluğu) 
3. xəlbirvari cib 
4. alın cibi 
5. əsas cib (əsas sümüyün cibi) 
T – birincili şiş 
T
x
 – birincili şişin qiymətləndirilməsi üçün lazımi məlumatlar yoxdur 
T
0
 – birincili şiş müyyən edilmir 
T
is
 – qeyri-invaziv xərçəng (carсinoma in situ) 
 
Haymor boşluğu 
 
T
1
 – şiş selikli qişa ilə məhdudlaşır. Sümüyün eroziyası və destruksiyası 
yoxdur. 
T
2
 – şiş daxili strukturları, o cümlədən sərt damaq və/vəya orta burun ke-
çəcəyini eroziya və ya destruksiya edir. 
T
3
 – şiş bu strukturlardan hər hansı birinə: yanağın dərialtı toxumasına, 
Haymor boşluğunun arxa divarına, göz yuvasının aşağı və ya medial divarına, 
xəlbirvari cibə, qanadabənzər çüxura yayılır. 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə