Fəsil 7. ÇƏNƏ SÜMÜYÜNÜN BƏDXASSƏLİ ŞİŞLƏRİ
177
II. Sümükdən əmələ gələn şişlər və şişəbənzər proseslər
• Ossifikasiyaedici fibroma (fibroosteoma)
• Fibroz displaziya
• Heruvizm
• Həhənghüceyrəli qranulema
• Anevrizmal sümük sisti
• Sadə (travmatik) sümük sisti
III. Digər şişlər
Qeyri-odontogen şişlərin beynəlxalq histoloji təsnifatı
(№6, WHO – 2005)
I. Sümük əmələ gətirən şişlər
Xoşxassəli
Bədxassəli
• Osteoma
• Osteosarkoma (osteogen sarkoma)
• Osteoid osteoma və ya
• Yukstakortikal osteosakroma
osteoblastoma
(parostal sarkoma)
(xoşxassəli osteoblastoma)
II. Qığırdaq əmələ gətirən şişlər
Xoşxassəli
Bədxassəli
• Xondroma
• Xondrosakroma
• Osteoxondroma
• Yukstakortikal xondrosakroma
(sümük-qığırdaq ekzostozları)
• Mezenximal xondrosakroma
• Xondroblastoma (xoşxassəli
xondroblastoma, epifizar
xondroblastoma)
• Xondromiksoid fibroma
III. Nəhənghüceyrəli şiş (osteoblastoklastoma)
IV. Sümük iliyi şişləri
• Yuinq sarkoması
• Sümüyün retikulosarkoması
• Sümüyün limfosarkoması
• Mieloma
V. Damar şişləri
VI. Digər yumşaq toxuma şişləri
VII. Digər şişlər
VIII. Təsnif olunmayan şişlər
IX. Şişəbənzər zədələnmələr
BAŞ-BOYUN ŞİŞLƏRİ
178
Çənə sümüyünün xoşxassəli şişlərinin ən çox rast gəlinən formaları
odontogen mənşəli şişlərdən ameloblastoma (adamantinoma), geyri-odontogen
mənşəli şişlərdən isə nəhənghüceyrəli şişdir (osteoblastoklastoma).
Çənə sümüyünün odontogen xərçəngi birincili və ikincili olur.
Birincili
xərçəng çənənin alveolyar çıxıntısının dərinliyində əmələ gəlib Hertvig
(W.Hertrwoig) epitelial yatağının qalıqları olan Malasse (L.Malasser) adacıq-
larından, bəzən isə sist divarının epitelial elementlərindən inkişaf edir. İkincili
xərçəng zamanı ilkin şiş ocağı əksər hallarda (60-80%) ağız boşluğunun selikli
qişasında yerləşir. Əksər müəlliflər çənənin ikincili xərçənginin ayrıca bir
qrupda birləşdirilməsini düzgün hesab etmirlər, belə ki, onlar mahiyyət etibarı
ilə ağız boşluğu orqanlarının (çənənin alveolyar çıxıntısı, ağız dibi) selikli qi-
şasından inkişaf edib çənəyə sirayət edirlər. Bir sıra hallarda çənəaltı limfa
düyünündə olan metastazlar da çənəyə sirayət edə bilər. Çənə sümüyünün me-
tastatik şişlərinə az hallarda rast gəlinir və, əsasən, mədənin, süd vəzisinin,
prostat vəzin,
qalxanabənzər vəzin, böyrəküstü vəzin bədxassəli şişlərində
müşahidə olunur.
Çənə sümüyünün odontogen mənşəli bədxassəli şişlərindən daha çox rast
gəlinəni bədxassəli ameloblastoma olub ameloblastomanın və yastıhüceyrəli
xərçəngin komponentlərindən ibarət olan şişdir. Çənənin birincili sümükdaxili
xərçəngi isə az hallarda rast gəlinib öz histoloji quruluşuna görə yastıhüceyrəli
xərçəngdir
Çənə sümüyünün sarkomaları, əsasən, sümüküstlüyündən, sümüyün kor-
tikal gatından, sümük iliyinin süngəri maddəsindən inkişaf edr. Osteogen sar-
koma çənə sümüyünün qeyri epitelial şişlərinin ən
çox rast gəlinən növü olub
rastgəlmə tezliyi 30-35% təşkil edir. Sonraki yerləri fibroz histiositoma (15-
20%), xondrosarkoma (8-10%) və rabdomiosarkoma (6-8%) tutur. Eyni za-
manda çənə sümüyündə odontogen sarkomalara da (ameloblastik fibrosarko-
ma, ameloblastik odontosarkoma) rast gəlinir.
7.4. Çənə sümüyünün xoşxassəli şişləri
Çənə sümüyünün xoşxassəli şişləri arasında daha böyük maraq kəsb
edənləri ameloblastoma və nəhənghüceyrəli şişdir.
Ameloblastoma odontogen xoşxassəli şişlərin 80%-ni təşkil edib, 70%-ə
qədər hallarda çənə buçağında, 20% hallarda çənə cismində, 10%
hallarda isə
onun buxaqaltı seqmentində rast gəlinir. Ameloblastoma, əksərən sist
formasında (polisistoma) rast gəlinir və aydın seçilən kapsula malik olmur. Ayrı-
ayrı sistlər bir-biri ilə birləşərək içərisi sarı maye və ya kolloid kütlə ilə dolu iri
ölçülü boşluqlar əmələ gətirirlər. Kliniki olaraq bu özünü çənə sümüyünün
tədricən qalınlaşması və nəticədə üzün deformasiyası ilə göstərir. Sümüyün qalın-
laşması əvvəl özünü məhdud sahədə və daha çox çənə sümüyünün bucağında
Fəsil 7. ÇƏNƏ SÜMÜYÜNÜN BƏDXASSƏLİ ŞİŞLƏRİ
179
göstərir. Şiş böyüdükcə üzün de-
formasiyası artır, çənə oynağında
hərəkət pozulur, udma aktı çətinlə-
şir, ağrılar əmələ gəlir. Şiş Böyük
ölçülərə çatdıqda onun xoralaş-
ması nəticəsində qanaxma, tənəf-
füsün çətinləşməsi, patoloji sınıq-
lar müşahidə olunur [şəkil 7.1].
Ameloblastoma makrosko-
pik olaraq yumşaq konsistensi-
yalı, boz rəngdə olur. Mikrosko-
pik olaraq şişin
iki tipi müəyyən
edilir: follikulyar tip və pleomorf
tip.
Ameloblastoma həmişə
xoşxassəli gedişə malik olmayıb, bəzən özünü bədxassəli şişin bütün kliniki
əlamətləri ilə göstərir. Ameloblastoma residiv verməyə meyilliliyi ilə xa-
rakterizə olunur və residivlərin əmələgəlmə tezliyi 10-20% təşkil edir. Ədə-
biyyat məlumatlarına görə ameloblastoma zamanı 2-3% hallarda maliqnizasiya
(şişin bədxassəli transformasiyası) müşahidə olunur. Kliniki olaraq bu özünü
prosesin sakit gedişi fonunda şişin inkişaf surətinin artması və ətraf toxumalara
sirayət etməsi ilə göstərir.
Ameloblastomanın diaqnostikasında, əsasən,
radioloji müayinə metodla-
rından (rentgenoqrafiya, ortopantomoqrafiya, KT, MRT) istifadə olunur [şəkil
7.2]. Şişin morfoloji təsdiqi sitoloji və histoloji müayinə metodları ilə aparılır.
Ameloblastomanın müalicəsi yalnız cərrahi olub çənənin rezeksiyasından
ibarətdir. Şişin çənə sümüyündəki lokalizasiyasından və ölçülərindən asılı
olaraq çənənin kənari, seqmentar, yarısının rezeksiyası və ekzartikulyasiyası
aparılır [şəkil 7.3]. Aparılan radikal əməliyyatlar yüksək onkoloji nəticələrin,
sümük plastik əməliyyatlardan istifadə isə yaxşı funksional nəticələrin əldə
edilməsinə imkan verir.
Nəhənghüceyrəli şiş (osteoblastoklastoma) mərkəzi (sümükdaxili) və
periferik olmaqla iki qrupa bölünür.
Mərkəzi nəhənghüceyrəli şiş, əsasən, qadınlarda müşahidə olunub əksər
hallarda çənə sümüyün cismində rast gəlinir. Şişin dəliklı,
kistoz və litik for-
maları ayırd edilir. Digər formalarla müqayisədə şişin litik forması daha sürətli
inkişafı ilə xarakterizə olunur.
Müalicəsi cərrahi olub, həcmi şişin forması və ölçülərindən asılı olur.
Dəlikli və kistoz formalarda şişin xaric edilməsi və onunla sərhəd təşkil edən
sümük səthinin qaşınması aparılır. Litik formada isə, əsasən, çənə sümüyünün
rezeksiyası icra edilir.
Şəkil 7.1. Alt çənənin ameloblastoması