BAŞ-BOYUN ŞİŞLƏRİ
184
• Dərman müalicəsinə daha az həssaslığı
• Proqnozun daha yaxşı olması
Çənə sümüyünün sarkomaları kliniki gedişi
və rentgenoloji əlamətlərinə
görə odontogen mənşəli «mərkəzi» xərçəngə oxşardır. Fərqləndirici cəhət isə
şişin xoralaşmağa az meyilliliyi, daha sürətli inkişafı və ağciyərə erkən metas-
tazverməsidir. Daha proqressiv inkişaf osteogen sarkoma və fibroz histositoma
üçün xarakterikdir. Parostal sarkoma və xondrosarkoma isə daha torpid gedişə
malikdir.
7.7. Diaqnostika
Çənə sümüyünün bədxassəli şişlərinin diaqnostikası aşağıdaki əsas müa-
yinə metodlarına əsaslanır:
• Kliniki
• Radioloji
• Morfolojı
Kliniki müayinədə sorğu, baxış və palpasiya aparılır.
Radioloji müayinə metodlarına rentgenografiya, KT və MRT aid edilir.
Onların arasında çənənin
rentgenoqrafiyası bazis müayinə metodudur. Rent-
genoqrafiya iki: on və yan projeksiyalarda aparılır. «Periferik» xərçəng zamanı
aşkar edilən rentgenoloji əlamətlərə peridontal yarıqların
genişlənməsi, dişlər-
arası arakəsmələrin və alveolyar çıxıntının destruksiyası aiddir. Rentgenoqram-
mada saxlanılmış dişlərin çənə sümüyü ilə əlaqəsi müəyyən edilmir, onlar san-
ki əhatə dairəsində «asılmış» vəziyyətdə görünürlər.
«Mərkəzi» xərçəngin əsas rentgenoloji əlaməti çənə sümüyündə müşa-
hidə olunan destruksiyadır. Xəstəliyin erkən dövründə çənə sümüyünün solitar
destruksiyası və süngəri maddəsinin dağılması müəyyən edilir. Şiş prosesinin
yayılmış mərhələsində ayrı-ayrı destruksiya ocaqlarının
birləşməsi nəticəsində
sümüyün bu və ya digər nahiyəsinin tam destruksiyası müşahidə olunur [şəkil
7.5].
Çənə sümüyünün sarkomalarının rentgenoloji şəkli xərçəngdən az fərq-
lənir. Osteogen sarkoma zamanı sümük destruksiyası osteolitik, osteoblastik və
qarışıq xarakterli olur [şəkil 7.6]. Qeyd etmək lazımdır ki, rentgenoqrafiya çənə
sümüyünün xərçəng və sarkomalarının yayılma dərəcəsinin təyin edilməsində
yetərli məlumatı vermir.
KT şişin yayılma dərəcəsinin müəyyən edilməsində böyük əhəmiyyət
kəsb edir. Belə ki, bu müayinə metodu sümüyün daxili
və xarici kortikal səhfə-
sinin destruksiyasını, yumşaq toxuma komponentini və onun ətraf strukturlara
yayılma dərəcəsini müəyyən etməyə və rentgenoloji müayinə metodu ilə mü-
qayisədə 50%-ə qədər hallarda əlavə məlumat almağa imkan verir [şəkil 7.7].
MRT çənə sümüyünün şişlərinin diaqnostikasında mühüm əhəmiyyət
kəsb edir. Bu müayinə metodunun vasitəsilə şişin çənənin sümük iliyi kanalı ilə
BAŞ-BOYUN ŞİŞLƏRİ
186
yayılma
dərəcəsini müəyyən etmək, onun yumşaq toxuma komponentinin ətraf
strukturlara münasibətini aşkar etmək mümkün olur.
Morfoloji müayinə çənə sümüyünün şişlərinin diaqnostikasının yekun
etapıdır. Bu zaman sitoloji və histoloji metodlardan istifadə olunur. Çənə sü-
müyününü «periferik» xərçəngində sitoloji müayinə üçün yaxma – iz və
punktat, histoloji müayinə üçün insizion biopsiyadan istifadə edilir. «Mərkəzi»
xərçəng və sarkomalarda şişin morfoloji təsdiqi sitoloji müayinə üçün punk-
tatdan, histoloji müayinə üçün isə trepan biopsiyadan və insizion biopsiyadan
istifadə etməklə aparılır.
Çənə sümüyü şişlərinin digər əhəmiyyət kəsb edən müayinə metodlarına
radionuklid diaqnostika, boynun
ultrasəs müayinəsi və aşkar
olunan limfa dü-
yünlərinin
punksiyası aiddir.
Şəkil 7.7. Çənə sümüyünün sol tərəfli osteogen sarkoması. Kompüter tomografiya
Fəsil 7. ÇƏNƏ SÜMÜYÜNÜN BƏDXASSƏLİ ŞİŞLƏRİ
187
7.8. Müalicə
Çənə sümüyü şişlərinin müalicəsi zamanı ilk növbədə ağız boşluğu sa-
nasiya edilməlidir. Şiş nahiyəsində yerləşən karies və hərəkətli dişlərin şişin
dissiminasiyası təhlükəsi səbəbindən xaric edilməsi məsləhət görülmür. Şüa
müalicəsi planlaşdırıldığı təqdirdə şüa yanığının olmaması üçün metal protezlər
xaric edilməlidir.
Çənə sümüyünün bədxassəli şişlərinin müalicəsində şişin
histoloji quru-
luşundan, lokalizasiyasından, şiş prosesinin yayılma dərəcəsindən, xəstənin ya-
şından və ümumi vəziyyətindən asılı olaraq aşağıdakı müalicə metodlarından
istfiadə olunur:
• Cərrahi
• Kombinəolunmuş
• Kompleks
Çənə sümüyünün erkən məphələli xərçəngi zamanı
cərrahi müalicədən
istifadə olunur. Bu zaman çənə sümüyünün rezeksiyası aparılır və birincili
sümük plastikası icra edilir.
Çənə sümüyünün rezeksiyalarının aşağıdaki növləri vardır:
− çənənin tamlığı pozulmadan seqmentar rezeksiya
− çənənin tamlığının pozulması ilə seqmentar rezeksiya
− çənənin seqmentar rezeksiyası ekzartikulyasiya ilə
− çənənin yumşaq toxumalarla birgə rezeksiyası
Çənə sümüyünün yerli yayılmış xərçənginin əsas müalicə metodu
kom-
binəolunmuş müalicədir. Kombinəolunmuş metodda şüa
müalicəsi əmə-
liyyatdan əvvəl və ya əməliyyatdan sonrakı dövrdə aparıla bilər. Əksər mü-
əliflər müalicənin birinci etapında cərrahi əməliyyata üstünlük verirlər. Əmə-
liyyatdan sonra əmələ gələn sümük defektinin rekonstruktiv plastikası aparılır.
Bəzi müəlliflər çənə sümüyünün ətraf yumşaq toxumalarla birgə geniş rezeksi-
yalarında, xarici yuxu arteriyası bağlandıqda və ya əməliyyatönü dövrdə şüa
müalicəsi almış xəstələrdə birincili sümük plastikasını məqsədəuyğun saymır
və onun 1-2 ildən sonra aparılmasını məsləhət görürlər.
Çənə sümüyünün sarkomalarının müalicə taktıkası şişin diferensiasiya
dərəcəsindən asılı olaraq fərqlənir.
Çənə sümüyünün yüksək diferensiasiyalı sarkomalarının (xondrosarko-
ma, fibrosarkoma, parostal sarkoma) əsas müalicə metodu
cərrahi əməliyyat
olub, çənənin müxtəlif həcmli rezerksiyalarından istifadə edilir. Sarkomanın bu
növlərində konservativ müalicə metodları (şüa və kimyəvi-şüa) az effektlidir
və əksərən palliativ məqsədlə istifadə olunur.
Sümük iliyi şişləri (Yuinq sarkoması) aşağı diferensiasiyalı olub
şüa və
dərman müalicəsinə həssasdırlar. Odur ki, bu qrup şişlərin
müalicəsində kim-