BAŞ-BOYUN ŞİŞLƏRİ
208
F
F
ə
ə
s
s
i
i
l
l
9
9
AĞIZ BOŞLUĞU XƏRÇƏNGİ
Ağız boşluğunun selikli qişası və onun əhatə etdiyi toxumalar anatomik
mürəkkəb bir nahiyə olub orada inkişaf edən şişlər xarakterik kliniki gedişi və
spesifik müalicəsi xüsusiyyətləri ilə xarakterizə olunur. Ağız boşluğu orqanla-
rına dilin hərəkətli hissəsi, ağız boşluğunun dibi, yanaq, çənə və əng sümüyü-
nün alveolyar çıxıntısı, sərt və yumşaq damaq, on damaq qövsləri ayırd edilir.
Amerika xərçəng əleyhinə cəmiyyətin (American Cancer Society) məlumatına
görə ağız boşluğunun selikli qişasının xərçəngi ilə xəstələnmə göstəricisi ley-
kozlarla, ölüm göstəricisi isə melanomalarla müqayisə ediləcək dərəcədədir.
Dünyada ağız boşluğu xərçəngi olan xəstələrin 50%-i ixtisaslaşmış klinikaya
şiş prosesinin III-IV mərhələlərində müraciət edirlər. Xəstəliyin gecimiş
formalarının bu qədər çox olması xəstələrin əksəriyyətinin aşağı sosial statusu
və ümumi müalicə şəbəkəsi həkimlərində onkolojı sayıqlığın olmaması ilə əla-
qədardır. Son 30 ildə diaqnostika və müalicə metodlarının təkmilləşdirilməsinə
baxmayaraq ağız boşluğu orqanlarının xərçəngi olan xəstələrin yaşama göstə-
riciləri əhəmiyyətli dərəcədə artmamışdır.
9.1. Epidemiologiya
Ağız boşluğunun selikli qişasının xərçəngi rastgəlmə tezliyinə görə baş-
boynun bədxassəli şişləri arasında qırtlaq xərçəngindən sonra ikinci yeri tutur.
Xərçəngin bu forması bütün bədxassəli şişlərin 2-10%-ni təşkil edir və onkoloji
xəstəliklərin ümumi strukturunda 8-9-cu yerləri bölüşdürür. Yer kürəsində hər
il ağız boşluğu xərçəngi ilə 600 000 dən çox xəstələnmə hadisədi qeydə alınır
və bu göstərici artmağa meyillidir. Ağız boşluğu orqanlarının xərçəngi ilə
yüksək xəstələnmə səviyyəsi Hindistanda, Orta Asiya ölkələrində, ABŞ-da,
Braziliyada müşahidə olunur. ABŞ-da xərçəngin bu lokalizasiyası ilk dəfə bəd-
xassəli şiş diaqnozu qoyulmuş xəstələrin 4%-ni, xərçəngdən ölüm səbəblərinin
2%-ni təşkil edir. Ağız boşluğu orqanlarının xərçəngi Braziliyada bütün bəd-
xassəli şişləri 5%-ni, Özbəkistanda 8%-ni təşkil edir. Yer kürəsində ən yüksək
xəstələnmə səviyyəsi Hindistanda qeyd olunur. Belə ki, Hindistanın bəzi ştat-
larında bədxassəli şişlərin 50%-ə qədərini ağız boşluğu orqanlarının xərçəngi
Fəsil 9. AĞIZ BOŞLUĞU XƏRÇƏNGİ
209
təşkil edir. Xəstəlik kişilərdə qadınlara nisbətən 4-5 dəfə çox rast gəlinir və da-
ha çox 60-70 yaşlı şəxslərdə müşahidə olunur. Adətən 40 yaşdan yuxarı xəstə-
lənənlərin sayı artır, 80 yaşdan sonra isə azalır. Hərçənd ki, daha cavan yaş-
larda, hətta uşaqlarda da ağız boşluğu orqanlarının xərçəngi haqqında məlu-
matlar vardır.
9.2. Risk amilləri
Ağız boşluğu orqanlarının bədxassəli şişlərinin əmələ gəlməsinə səbəb
olan əsas amillər aşağıdakilardır:
• Siqaretçəkmə
• Alkoqol
• İstehsalat zərərləri
• Travmalar
• Ağız boşluğunda qalvanizm prosesi
• İnsan papilloma virusu (HPV)
Ağız boşluğu xərçəngi olan xəstələrin 80-90%-i – aktiv siqaret çəkənlər
və ya tənbəki çeynəyənləridir. Ağız boşluğunda xərçəngin əmələ gəlməsi ehti-
malı siqareti daha tez-tez çəkənlərdə daha çoxdur. Ağız boşluğu xərçənginin
çox rast gəlindiyi Hindistanda, həmçinin Qvineya və Kolumbiyada tüstülənən
tərəfi ağız boşluğunda olan siqaretlərdən istifadə edilir. Bu siqaretlər «bidi»
adlanıb adilərindən qısa olur. Belə siqaretçəkmə zamanı ağız boşluğunun tək-
rari termiki yanıglara məruz qalması xərçəngin əmələ gəlməsi ehtimalını dəfə-
lərlə artırır.
Alkoqol ağız boşluğunun selikli qişasına qıcıqlandırıcı təsir göstərir.
Ağız boşluğu xərçəngi olan xəstələrin 70-75%-i alkoqoldan istifadə edənlər-
dəndir. Siqaretçəkmə və alkoqoldan müştərək istifadə ağız boşluğu xərçənginin
əmələ gəlməsi ehtimalını daha da artırır.
Ağız boşluğu xərçənginin əmələ gəlməsi riskini artıran istehsalat zərər-
lərinə ağır metallar, ağac tozu, tekstil, mebel, dəri sənayəsi məhsulları aid edi-
lir.
Ağız boşluğu xərçəngi, onun selikli qişasının təkrari məruz qaldığı
travmalar (mexaniki, kimyəvi və termiki) nəticəsində də inkişaf edə bilər.
Ağız boşluğunun selikli qişasının dağılmış diş qapağı, diş plombunun iti
kənarları və keyfiyyətsiz düzəldilmiş protezlərlə mexaniki travmatizasiyası
ağız boşluğu xərçənginin əmələ gəlməsinə səbəb ola bilər.
Hindistanda ağız boşluğu xərçəngi ilə çox yüksək xəstələnmə səviyyəsi
betel yarpağından istifadə, Orta Asiya respublikalarında isə «nas» çeynəmək
kimi zərərli adət ( kimyəvi travmatizasiya) ilə bağlıdır. Betel alkoloid tərkibli
kol bitkisi olub ondan yüngül narkotik effekt vasitəsi kimi istifadə olunur.
Bunun üçün betel yarpağının üzərinə əhəng tökülür və yanağın selikli qişasına
BAŞ-BOYUN ŞİŞLƏRİ
210
qoyulur. «Nas» isə – kül, tütün, küncüt və ya pambig yağı, əhəng, təbasir və
mineral yağlardan ibarət yüngül narkotik təsirli qarışıq olub dilin altına
qoyulur. Həm betel, həm də «nas» istifadəsi zamanı əsas kanserogen amil
əhəng hesab olunur. Belə ki, əhəng selikli qışanı aşılayaraq betel yarpağının və
nasın tərkibindəki komponentlərin qana daha yaxşı sorulmasını təmin edir.
Əhəng tərəfindən selikli qışanın uzunmüddətli təkrari qıcıqlanması isə şişönü
xəstəliklərin və onların fonunda xərçəngin əmələ gəlməsinə səbəb olur.
Dünyanın bəzi ölkələrində əhali arasında isti və qaynar qida qəbulu vər-
dişi də ağız boşluğunun termiki yanıqları və onun fonunda xərçəngin əmələ
gəlməsinə səbəb olur.
Ağız boşluğunda qalğanizm prosesi metal diş qapaqlarının olması ilə
əlaqədar olub müəyyən hallarda bədxassəli şişin əmələ gəlməsinə gətirib çıxara
bilər.
İnsan papilloma virusu (HPV – 16, 18) ağız boşluğu xərçənginin əmələ
gəlməsinə səbəb olan amillərdən biridir. Ədəbiyyat məlumatlarına görə bu
lokalizasiyalı şişlərin 5-10%-i HPV ilə əlaqədardır. Bu virus həm də uşaqlıq
boynu xərçənginin əksər formalarının əmələ gəlməsinin səbəbidir. FDA (Bey-
nəlxalq stomatoloji assosiasiya) məlumatlarına görə uşaqlıq boynu xərçəngi
hadisələrinin 70%-də sonradan ağız boşluğu xərçəngi qeyd alınır. Ağız boşluğu
xərçəngi, əsasən, 40 yaşından yuxarı insanlarda rast gəlinir. Lakin son bir neçə
ilin ədəbiyyat məlumatları göstərir ki, ağız boşluğu xərçənginin ən yüksək
artımı gənc yaşlarda və hətta siqaret çəkməyənlərdə müşahidə olunur ki, bu da
çox ehtimal ki, son onilliklərdə gənclər arasında seksual davranışın dəyişilməsi
ilə əlaqədar HPV qadın cinsiyyıt orqanlarından ağız boşluğuna yayılması isə
əlaqədardır.
9.3. Xərçəngönü xəstəliklər
Xərçəngönü – proqressiya nəticəsində xərçəngə keçə bilən, başqa sözlə
hüceyrələrin bədxassələşməyə doğru dəyişikliyi ilə xarakterizə olunan dinamik
vəziyyətdir.
Ağız boşluğu orqanlarının xərçəngönü prosesləri 2 qrupa bölünür:
A. Obliqat xərçəngönü xəstəliklər
• Bouen xəstəliyi
• Keyr eritroplaziyası
B. Fakultativ xərçəngönü xəstəliklər
• Leykoplagiya
• Papillomatoz
• Qırmızı qurd eşənəyinin və qırmızı yastı dəmrovun eroziv xoralı və
hiperkeratotik formaları
• Şüadan sonrakı stomatit
Dostları ilə paylaş: |