54
Sxemdən görünür ki, strateji planın reallaşdırılmasına başlamazdan əvvəl
müvafiq taktiki planlar, siyasət, proseduralar və qaydalar işlənib hazır olmalıdır.
Taktiki planın əsas xarakteristikalarını qeyd edək.
1. Taktiki planlar strategiyanı inkişaf etdirmək üçün işlənib hazırlanır.
2. Taktiki planlar orta səviyyə rəhbərləri tərəfindən işlənib hazırlanır.
3. Strategiyaya nisbətən taktiki planlar daha qısa müddətə hesablanır.
4. Strategiyadan fərqli olaraq, taktiki nəticələr çox sürətlə özünü büruzə verir.
Təşkilatın siyasəti adətən ali rəhbərlər tərəfindən işlənib hazırlanır və uzun
müddət üçün nəzərdə tutulur. Siyasət – bütün fəaliyyəti məqsədlərə nail olmağa
öynəldir, məqsədlərin sabitliyini, qərarların uzaqgörənliyini təmin edir. Məsələn,
milli azlıqlara və qadınlara bərabər işə düzəlmə imkanlarının verilmə siyasəti-sosial
təminat məsələlərinin həllinə və əmək ehtiyatlarından yaxşı istifadə olunmasına şərait
yaradır.
Keçmişdə konkret vəziyyətlərdə uğur gətirmiş qərarlar (proseduralar) əsasında
hərəkət etmək-müəssisənin rəhbərliyinin yenidən təhlil aparmaqla əlverişli fəaliyyət
planı işləyib hazırlamaq əziyyətindən azad edir. Deməli, vəziyyət təkrarlana
biləndirsə, bu vəziyyətdə fəaliyyət planı standart göstərişlərin ardıcıllığı
(proseduralar) kimi qurulur.
Strateji planın reallaşdırılmasında mühüm addımlardan biri də büdcənin işlənib
hazırlanmasıdır. Əksər müəssisələrdə büdcə formal planlaşdırma ünsürü kimi qəbul
edilir və ayrı-ayrı sənədlər şəklində işlənib hazırlanır. Büdcənin tərtib olunmasında
ilk addım – ehtiyatların və məqsədlərin kəmiyyətcə ifadə edilməsidir (vaxtla, natural
göstəricilərdə və ya pul ifadəsində). Kəmiyyət göstəriciləri- müqayisə,
ümumiləşdirmə və təhlil baxımından mühüm əhəmiyyət kəsb edir. Büdcə əsasən
aşağıdakı mərhələlər üzrə tərtib edilir.
1. Ali rəhbərlik tərəfindən müəssisənin ümumi məqsədlərinin elan edilməsi.
2. Şöbələrdə və bölmələrdə operativ smetanın tərtib olunması.
55
3. Büdcəyə dair təkliflərin ali rəhbərlik tərəfindən təhlil edilməsi və
yoxlanılması. Ali rəhbərliyin göstərişlərinə əsasən şöbə və bölmələrdə
düzəlişlər aparılması.
4. Yekun büdcənin hazırlanması (maddələr üzrə ehtiyatların və fondlardan
istifadənin uçotunun aparılması).
Ronald Paul və Ceyms Teylorun fikrincə, aşağıdakılara əməl etməklə strateji
planlaşdırma hesabına idarəetməni daha da səmərəliləşdirmək mümkündür.
1.
Fəaliyyətin nəticələrinə Ən yaxşı nəzarətin, nəticələrin ən yaxşı uçotunun
aparılmasının təmin edilməsi, əməyin mükafatlandırılmasının işin nəticələri
ilə əlaqələndirilməsi.
2.
Çoxlu formal planlaşdırma proqramlarının tərtib olunması, planlaşdırmanın
bölmələr səviyyəsində həyata keçirilməsinin tələb edilməsi.
3.
Strateji planların operativ planlarla və maliyyə planları ilə birləşdirilməsi.
4.
Strateji məsələlərə xüsusi diqqət yetirilməsi.
5.
Strateji planlaşdırma sahəsində daha çox hazırlıqlı olmaq.
6.
Ali rəhbərliyin iştirakı səviyyəsinin və öhdəçiliyinin artırılması.
7.
Rəqabətə, bazar seqmentlərinə və xarici amillərə diqqətin artırılması.
8.
Firmanın qərargahından onun bölmələrinə informasiyanın ötürülmə
sisteminin təkmilləşdirilməsi.
9.
Planların ən yaxşı şəkildə həyata keçirilməsi imkanının təmin edilməsi.
10. Daha çox reallığa əsaslanmaq, az fikirləşmək və az tərəddüd etmək.
11. Daha yaxşı strategiyanın işlənib hazırlanması.
12. Daha mükəmməl məqsədlərin müəyyənləşdirilməsi.
13. Rəqəmlərə hədən çox diqqət yetirilməməsi.
Strateji idarəetmə sisteminin səmərəli fəaliyyəti qərarların vaxtında qəbul
edilməsindən çox asılıdır. Bu proses strateji vəzifələrin müəyyən edilməsi ilə sıx
əlaqədardır. Strateji vəzifələrin müəyyənləşdirilməsi xarici mühitin qeyri-müəyyən
inkişaf faktorları şəraitində iri miqyaslı istehsalın idarə edilməsi və təsərrüfat
56
fəaliyyətinin planlaşdırılmasına, hökumət siyasətinin kəskin dəyişməsinə, bazarda
rəqabət aparan firmaların mövqelərindəki sürətli dəyişikliklərə rasional yanaşmasını
özündə əks etdirir. Strateji vəzifələrin müəyyənləşdirilməsi yolu ilə idarəetmə və
planlaşdırma aşağıdakı ardıcıl fəaliyyət növlərini özündə əks etdirir.
1.Əsas informasiya sisteminin fəaliyyəti çərçivəsində xarici mühit faktorlarının
inkişaf tendensiyasının müşahidə edilməsinə xüsusi diqqət yetirilməlidir. Xarici
mühit faktorlarına bazar, ümumi-iqtisadi, elmi-texniki, sosial, siyasi və s. aid edilir.
2. Müşahidələrin nəticələri və tendensiyaların təhlili barədə müəssisənin
rəhbərliyinə məruzə edilir, xarici mühit haqqında yeni təzahürlər qiymətləndirilir.
Bunların müəssisənin bazarkı vəziyyətinə təsiri müəyyənləşdirilir.
3. Marketinq xidmətləri ilə yanaşı müəssisənin rəhbərliyində yaranmış problem
aşağıdakı kateqoriyalara ayrılır:
-tez həll ediləsi problem- təcili idarəetmə qərarlarının qəbul edilməsini tələb
edir;
-orta müddətlərdə həll ediləsi mühüm problem –müəyyən planlaşdırma
şəkli çərçivəsində həlli tələb olunur;
-həllində çeviklik olunmayan məsələlər – spesifik informasiya, təhlil və eyni
zamanda daimi müşahidə əsasında həyata keçirilir.
-müəssisə üçün əhəmiyyətsiz təsir bağışlayan və gələcəkdə o qədər də diqqət
yetirilməyən problemlər
Ə
sas strateji hədəflər aşağıdakılardır:
1. Beynəlxalq aləmdə qəbul edilmiş korporativ idarəetmə sistemlərini daim
təkmilləşdirməklə
Bankın institusional inkişafını gücləndirmək;
2. nsan resurslarının idarə edilməsi işini təkmilləşdirməklə yüksək komanda ruhu
yaratmaq;
3. Bankın nformasiya Texnologiyaları və məlumat axını sistemlərini daima
yeniləşən müasir
Dostları ilə paylaş: |