43
b. Strategiyanı qiymətləndirmə
c. Strateji “səbəb-nəticə” analizi
d. Strategiyanı inkişaf etdirmək üçün alternativ layihələrdən ən optimalının
seçilməsi
i. Seçilən layihənin tətbiqi və buna uyğun təşkilatlanma
Strateji planın hazırlanması aşağıdakı sxemdə göstərilən proseslərin ardıcıl
tətbiqi ilə əlaqədardır. Müəssisənin rəhbərliyi və kollektivinin iştirakı ilə strateji bxış,
missiya və kollektivin ortaq dəyərləri müəyyənləşdirilir. Sonra müəssisənin struktur
vahidlərinin rəhbərləri tərəfindən müəəyənləşdirilən strateji baxış vəmissiya
çərçəvəsində həmin struktur vahidlərinin hədəfləri müəyyənləşdirilir, bu hədəflər
aylıq, rüblük və həftəlik olaraq alt hədəflərə bölünür və ya daha kiçik günlük
hədəflərə bölünür. Qeyd etmək olar ki, strateji planın hazırlanması prosesini
müəssisənin sahibkarları və rəhbərliyi bilavasitə müəyyən edir, onun icrası isə
aşağıdan yuxarı olaraq həyata keçirilir.
Biznesin strateji planlaşdırma prosesi aşağıdakı mərhələlər üzrə həyata keçirilir
(şəkil 3).
44
Birinci mərhələ - firmanın strateji məqsədinin müəyyənləşdirilməsidir. Bu
mərhələdə bazar infrastrukturunun vəziyyəti, real və potensial malgöndərənlərin sayı,
buraxılan məhsulun iqtisadi, elmi-texniki və keyfiyyət göstəriciləri, rəqib firmaların
fəaliyyəti haqqında lazımi məlumatları özündə əks etdirən vahid informasiya
bankının yaradılması problemi həll edilir.
kinci mərhələ - firmanın maliyyə, material və əmək resurslarının mövcud
vəziyyəti və perspektiv inkişafı üzrə məqsədlərin və real imkanların
müəyyənləşdirilməsidir. Strateji planlaşdırmanın bu mərhələsində müəssisənin
mövcud idarəetmə strukturunun, əmək kollektivində daxili mikroiqlimin,
investorlarla qarşılıqlı əlaqələrin qurulması vəziyyətinin obyektiv qiymətləndirilməsi
olduqca vacib məsələdir.
Üçüncü mərhələ - firmanın kommersiya sahəsində uğur qazanması üçün xarici
mühit amillərinin biznesə təsir dərəcəsinin qiymətləndirilməsidir. Bu mərhələdə
siyasi, iqtisadi, sosial və texnoloji amilləri nəzərə almaqla təchizat bazarının
konyukturunun dəqiq proqnozlaşdırılması ilə bağlı məsələlər həll edilir.
Fəaliyyətin
məqsədi
Strateji məqsədin formalaşması
Firmadaxili imkanların qiymətləndirilməsi
Xarici amillərin təhlili və onların biznesə
təsirinin nəzərə alınması
Firmanın inkişafının üstün variantlarının
seçilməsi
Reallaşdırmanın və nəzarətin
qiymətləndirilməsi mexanizmi
Şə
kil 3. Strateji planlaşdırmanın əsas mərhələləri (28,519)
45
Dördüncü mərhələdə firmanın strateji məqsədi və ona nail olmağın konkret
yolları, inkişafının prioritet istiqamətləri, həm daxili və həm də xarici bazarlarda
reallaşdırılması üsulları axırıncı dəfə müəyyənləşdirilir.
Beşinci (sonuncu) mərhələdə strateji planın reallaşdırılması və yerinə
yetirilməsinə nəzarətin təşkili mexanizmlərindən düzgün istifadə olunması nəzərdə
tutulur. Bu mərhələdə firmanın imicinin formalaşması, şöhrətlənməsi və cəmiyyətdə
nüfuz qazanması ilə bağlı məsələlər də həll edilir. Bundan başqa firmanın bazarda
mövqeyinin zəiflənməsi, vəziyyətinin pisləşməsi barədə qərar qəbul edilə, yəni
müflisləşmə və iflas haqqında məsələyə baxıla bilər.
Planlaşdırma prosesinin mürəkkəbliyi və çoxcəhətliliyi bütün planlar
sisteminin kompleks xarakter daşımasını səciyyələndirir. Strateji plan gələcəkdə
müəssisənin yerini müəyyənləşdirən ümumi məqsədini, missiyasını, seçilmiş
fəaliyyət strategiyasını özündə əks etdirir. Strateji planın tərkib hissəsi müəssisənin
siyasəti təşkil edir. Müəssisə tərəfindən reallaşdırılması nəzərdə tutulan qlobal
proqramlar strateji plana daxil edilir.
Bir çox müəlliflər strateji planlaşdırmanın konseptual əsasları kimi müəssisənin
missiyasını təklif edirlər. Missiya anlayışı iqtisadi ədəbiyyata hərbidən gəlib. Hərbdə
elmdə missiya dedikdə yerinə yetirilməsi nəzərdə tutulan tapşırıq başa düşülür.
qtisad elmində isə hər bir müəllif missiya anlayışına özünəməxsus məna verməyə
çalışır. Onlardan ən geniş yayılanları qeyd etmək istəyirik:
- missiya – biznes növünü fərqləndirən məqsədin dəqiq xarakteristikasıdır;
- missiya – biznesin mövcud olması səbəbinin deklarasiyasıdır.
- missiya – uzun müddətli perspektivdə biznesə baxışdır, hansıki necə olmaq
cəhd edir və kimə xidmət göstərir.
- Çox vaxt missiyanı biznesin məqsədi, fəlsəfəsi, dəyəri və prinsipli, yaxud
sadəcə təsəvvürü kimi müəyyənləşdirmək olar.
46
Missiyaya verilən müxtəlif təriflərin təhlili göstərir ki, onlardan hər biri
aşağıdakı suallara cavabı formalaşdırmağa özünəməxsus cəhddir:
1. Bir və edirik və başqalarının elədiklərindən və ilə fərqlənirik?
2. Bizim məhsulu, yaxud xidməti alan istehlakçı hansı faydanı görür,
3. Bizim biznes həyata nəyi dəstəkləyir və nəyə xidmət edir,
4. Bizim istehlakçı kimdir? O bizdən nə gözləyir?
Başqa sözlə, missiyanın formalaşdırmağa edilən bütün səylər biznes
fəaliyyətinin mahiyyətini, yəni biznes-ideyasını müəyyənləşdirməyə göstərilən
cəhddir.
Müəssisənin fəaliyyəti o zaman uğurlu sayılır ki, onun istehsal etdiyi məhsul,
yaxud göstərdiyi xidmət son nəticədə sahibkara mənfəət gətirir. Uğurlu biznesin
əsasını ilə istehsal-kommersiya fəaliyyət növü təşkil edir, hansıki müəyyən istehlak
dəyəri yaradır və onu istehlakçılar müəyyən qiymətlə almağa hazırdırlar. şgüzar uğur
qazanmağa imkan verən biznes-ideyasını formalaşdırmaqdan ötrü aşağıdakı işlərin
görülməsi vacibdir:
- istehlakçı üçün dəyəri olan bəri faydalı işin yaradılmasının yeni üsulunu
açmaq;
- həmin faydalı işin yaradılmasını təmin edən xüsusi qabiliyyətlərin
kombinasiyasını yaratmaq;
- unikal formula yaratmaq, hansıki onun köməyilə yaradılan faydalı işin
dəyərində maksimum sahibkarlıq mənfəəti əldə edilsin.
Biznes ideyası bazar tələbatının, müəssisənin daxili qabiliyyətinin, müəssisə-
nin qabiliyyətinin inkişaf imkanlarının və biznesin fəaliyyət göstərdiyi şəraitin təhlili
nəticəsində formalaşır.
Biznes ideyasını formalaşmaqdan ötrü tələb və təklifin strukturunu, müəssisənin
malik olduğu kapitalın strukturunu, həmin biznes növünün inkişaf perspektivi
Dostları ilə paylaş: |