29
Üçüncü haldakı münasibət yuxarıda qeyd olunmuş iki variantın sanki ortaq bir
variantıdır.Bu variant əməkdaşlığa söykənmiş bir yanaşmadır.Bu halda rəhbər özü də
iştirak etməklə, aşağı mərhələ rəhbərlərini əməkdaşlıq etməklə bir strategiya
formalaşdırmağa dəvət edir.
Aşağı mərhələ rəhbərləri bu strategiyanı həm formalaşdıran, həm də icra edən
olduqlarından işə daha ciddi yanaşırlar və heç kim görüləcəyi mümkün olmayan
variantlar düşünmür, hər kəs ümumi məsələyə daha ciddi yanaşır.
Nəhayət, dördüncü yanaşma, yarışma üsuludur.Bu halda rəhbər nə hər şeydə
şəxsən özünün gərgin olaraq işləməsinə və yaxından iştirakına, nə də ki hər şeyin
özündən kənarlaşmasına üstünlük verir.Bu hal əsasən müxtəlif biznes sahələri ilə
məşğul olan iri diversifikasiya olunmuş şirkətlərdə olur.Rəhbər aşağı idarəetmə
rəhbərlərini daha güclü strategiyalar formalaşdırmağa həvəsləndirir.Onların hər
birinin ayrı-ayrı biznes sahəsinə rəhbərlik etmələri, öz sahələrini daha yaxşı bilmələri
və bu işə yuxarı rəhbərin şəxsi müdaxiləsinin müsbət nəticə verməyəcəyini nəzərə
alaraq aşağılarda müstəqil formalaşan strategiyanın, ümumi uğurlu strategiyanın
formalaşmasına köməklik göstərir.
Ümumi uğurlu strategiyanın formalaşmasına və daha uğurlu variantların
seçilməsinə korporasiya səviyyəsində baxılıb, daha fəal qurumlar həvəsləndirilir və
mükafatlandırılır.Göründüyü kimi, bütün göstərilən dörd yanaşmanın hər birinin
üstün və zəif cəhətləri mövcuddur.Ümumi müvəffəqiyyət hər bir konkret halda
onların daha düzgün variantlarının seçilməsindən, bu işə kimlərin rəhbərlik
etməsindən və təbii ki, icraçılardan asılıdır. Bundan başqa, əvvəllərdə qeyd olunduğu
kimi, daxili və xarici faktorların da müvəffəqiyyətli fəaliyyətə təsirini inkar etmək
olmaz.
Strateji planlaşdırma prosesi müəssisə missiyasının (mission statement)
formalaşdırılmasından başlayır. Missiya dedikdə müəssisə məqsədlərinin və
prioritetlərinin qısaca, eyni zamanda dəqiq ifadə edilməsi başa düşülür. Müəssisənin
missiyası həm əməkdaşlarda və həm də müşahidəçilərdə, ilk öncə isə potensial və
30
hazırki müştərilərdə etimad hissini doğurmalıdır. Missiyanın formalaşdırılmasında
ictimai və ümumbəşəri dəyərlərlə firmanın daxili korporativ mədəniyyətinin
vəhdətliyi nəzərə alınmalıdır.
31
FƏS L II. STRATEJ PLANLAŞDIRMA DARƏETMƏN N ƏSAS
FUNKS YASI K M
2.1. Strateji planlaş dırma konsepsiyaları və modellə ri
Strateji planlaşdırma şirkətin məqsəd və vəzifələrinin konkretləşdirilməsi,
onların vaxt baxımından icrası, resursların bölüşdürülməsi, perspektiv meyllərin
müəyyənləşdirilməsi, fəaliyyətə səmərəli nəzarətin yaradılması kimi fəaliyyətin
əsasını təşkil edir. Strateji planlaşdırma özünün məqsədinə, məzmununa, səviyyəsinə
və dövrlərinə görə fərqlənir.
Biznesin strateji planlaşdırılması idarəetmə prosesində mövcud olan başqa
planlaşdırma növlərindən prinsipcə fərqlənir. Həmçinin bu fərq sadəcə planın
detallaşdırılması dərəcəsində, strukturunda, məqsədində, yaxud planlaşdırma
dövrünün müəyyənləşdirilməsində deyil. Biznesin strateji planlaşdırılmasında bazar
iqtisadiyyatı şəraitində müəssisənin fəaliyyətinin ümumi və spesifik elementləri
əsaslandırılır, rəqabətin strategiyası və taktikası seçilir, qarşıda duran məqsədə nail
olmaq üçün zəruri maliyyə material və əmək resurslarının qiymətləndirilməsi aparılır.
Strateji planlaşdırma seçilmiş strategiyanın həyata keçirilməsi və qoyulmuş
məqsədə nail olunması üzrə sistem tədbirlərin hazırlanması və reallaşmasını nəzərdə
tutur. O çıxış mövqeyinin təhlilinə və biznes parametrlərinin dəyişilməsi
proqnozlarına əsaslanır. Strateji planlaşdırma firmaya imkan verir ki, bazar
konyukturunun dəyişilməsinə çevik reaksiya verməyə kömək edən seçilmiş kursu və
taktikanı saxlasın.
Strateji planlaşdırmanın əsas funksiyaları(19,800):
- müəssisənin əsas problemlərini özündə əks etdirir;
- daha detal planlaşdırma və cari qərarların qəbulu üçün çərçivə yaradır;
32
- planlaşdırmanın digər növləri ilə müqayisədə daha uzunmüddətlidir;
- müxtəlif dövrlərdə müəssisənin fəaliyyətinə ahənglik və daxili birlik gətirir.
Strateji planlaşdırma firma və şirkətlərin məqsəd və vəzifələrinin
konkretləşməsi, onların vaxt baxımından icrası, resursların bölüşdürülməsi,
perspektiv meyllərin müəyyən edilməsi, fəaliyyətə səmərəli nəzarətin əsaslarının
yaradılması kimi fəaliyyətin əsasını təşkil edir. Planlaşdırma prosesinin özünəməxsus
ardıcıllığı var: məqsədin formalaşması, problemin öyrənilməsi, alternativin seçilməsi,
planlaşdırma vəzifələrinin irəli sürülməsi, planın hazırlanması, proqnozlaşdırma,
qiymətləndirmə, plan qərarlarının qəbul edilməsi, icraçılara çatdırılması, həyata
keçirilməsi və kənarlaşmaların müəyyən edilməsi.
Beləliklə, strateji planlaşdırma prosesi firmanın fəaliyyət xəttini və məqsədini
dəqiqləşdirməyi, fəaliyyət taktikasını, prosedurasını və qaydasını hazırlamağa,
resursların bölgüsünü, müəssisənin strukturunun qiymətləndi-rilməsini əhatə edir.
Taktika – firmanın ümumi uzunmüddətli planı və konkret vəziyyəti ilə
uyğunlaşdırılan konkret qısamüddətli strategiyadır. Taktika çevik olmalı, burada
daxili və xarici amillərin dəyişilməsi nəzərə alınmalıdır.
Uzunmüddətli və taktiki planlar tərtib edildikdən sonra həmin planların
dezorientasiyasından və səhv təfsir etmədən qaçmaqdan ötrü əlavə oriyentir, yəni
siyasət hazırlamaq lazımdır.
Praktiki siyasət dedikdə, məqsədə çatmağı yüngülləşdirən fəaliyyət və qərar-
ların qəbulu üçün ümumi rəhbərlik başa düşülür.
Prosedura konkret vəziyyətlərdə qəbul edilməsi lazım olan hərəkətlərin
təsviridir. Vəziyyətin tez-tez dəyişdiyi vaxtlarda sınaqdan çıxmış fəaliyyət üsulu
qəbul etmək və standart göstərişlər hazırlamaq faydalıdır.
Dostları ilə paylaş: |