17
Hər hansı bir sahənin strateji təhlil həmin sahənin fəaliyyət mühitinin (xarici və
daxili) və bazarın mənfəətlilik perspektivlərinin qiymətləndirilməsi ilə həyata
keçirilir.Konkret bazarda təşkilatın imkanları və onu gözləyən təhlükələrin
qiymətləndirilməsi bu prosesin tərkib hissələrindəndir.Belə tətqiqatın əsas
metodlarındandır biri strateji idarəetmədə geniş istifadə olunan təhlil metodudur.Bu
metod verilmiş şəraitdə təşkilatın güclü və zəif cəhətlərini üzə çıxarmağa,potensial
imkanlarını və təhlükələri qiymətləndirməyə imkan verir.Əldə olunan nəticələrin
müqayisəsi bazarın verdiyi imkanlardan istifadə edilməsində daxili imkanların və zəif
cəhətlərin müəyyənləşdirilməsi və eyni zamanda ,xarici mühitin yaratdığı
təhlükələrin və problemlərin təsirinin azaldılması üçün öz potensialından istifadə
yolarının göstərilməsi üçün böyük əhəmiyyət daşıyır. Müəssisənin fəaliyyət
göstərdiyi mühitdə baş verən ümumi böhran və qeyri-stabillk dövrlərdə heç bir təkmil
idarəetmə uğurunun tam təminatçısı kimi çıxış edə bilməz.Bir çox hallrda yaxşı
nəticələr əldə edilməsi müəyyən dövrün keçməsini tələb edir.belə ki,müəssisənin
xarici mühiti onun qarşısında proqnozlaşdırılması çox çətin olan gözlənilməz
problemlər yaratmaq imkanına malikdir.menecerlərin yüksək peşəkarlığı məhz belə
hallarda müəssisənin böhranlardan müdafiə edilməsində və biznesdə mövqeyinin
mümkün qədər az itkilərlə qorunub saxlanılmasında üzə çıxır.bütün hallarda ,yaxşı
strategiya müəssisənin bazarda əlverişli mövqeyinin və istənilən şəraitdə (intensiv
rəqabət,iqtisadi böhranlar,müəssisədaxili problemlər) uğurla fəaliyyət göstərə bilən
təşklatın yaranmasına gətirməlidir.
Strategiya arzu olunan məqsədlərin sadə tərifi və onların həyata keçirilməsinin
razat üsulları ola bilməz. Arzu olunanı gerçək hesab etmək hələ strategiyanı işləyib
hazırlamaq demək deyil.Strategiya arzulardan deyil, firmanın real imkanlarından
doğmalıdır. Ona görə də, strategiya, hər şeydən əvvəl, firmanın öz fəaliyyətinin
obyektiv xarici və daxili vəziyyətinə reaksiyasıdır.
nkişaf strategiyasının
əsaslandırılması prosesi xarici və daxili təsərrüfatçılıq mühitinin nəticələrindən
asılıdır, hər şeydən əvvəl, bazarın tələblərinin üzə çıxarılması və onların yerinə
yetirilməsi
üçün
firmanın
imkanlarının
müəyyənləşdirilməsi
ilə
18
şərtləndirilir.Firmanın inkişaf strategiyası gələcəkdə onun bazarda yaşamaq
qabiliyyətini təmin edəcək yanaşmalar kompleksinin işlənib hazırlanmasını nəzərdə
tutur. Yalnız inkişaf strategiyası və onun firmanın strateji planı formasında sənədlə
təsdiqi qəbul edildikdən sonra həmin firma marketinq və istehsal sahəsində öz
planlarını əsaslandırmağa başlayacaq, idarəetmənin təşkilati strukturunu quracaq,
investisiyaların ölçüsünü müəyyənləşdirəcək, personalın əmək haqlarını müəyyən
edəcək və s.
Firmanın strategiyası təsdiq olunduqdan sonra da inkişaf edə bilər. Heç də hər
zaman hər şeyi xırdalıqlarına qədər düşünmək və sonra uzun müddət dəyişikliklər
etmədən yaşamaq mümkün deyil. Strategiyanın işləniö hazırlanması prosesi mühitin
hər hansı dəyişikliklərinə olduqca həssasdır.
Bazarda rəqabətin qabaqcadan proqnozlaşdıra bilmədiyimiz xarakteri meydana
çıxdığını görə isə qiymətlərin qalxması və enməsi, dövlət tənzimlənməsində yeni
yanaşmalar və başqa hadiələr baş verir və buna görə də onlar sahibkarlıq
subyektindən strategiyanın dəyişməsini tələb edə bilər. Həmişə firmanın reaksiya
verəcəyi nə isə təzə bir şey meydana çıxır, nəticədə onun yeni strateji boşluqları
açılır.Ona görə də strategiyanın təkmilləşdirilməsi vəzifəsi sonsuzdur. Firmanın
inkişaf strategiyası özündə planlaşdırılmış və düşünülmüş hərəkət xəttini, həmçinin
mühüm yeniliklərə reaksiya vermək imkanlarını birləşdirməlidir.Lakin hər bir
müəssisə yaşadığı mühitdən asılı olmayaraq, özünün fəaliyyət strategiyasına malik
olmalıdır, ona görə ki, biznes daim öz kursunu dəyişə bilməz, 100 faiz çevik ola
bilməz və təsərrüfatçılıq mühitində hər bir dəyişikliyə təşkilati dəyişikliklə cavab
verə bilməz. Müəssisənin, onun binasının, avadanlıqlarının, texnologiyasının,
personalının yerləşdirilməsi müəyyən məkan və zaman çərçivələrinə malikdir.
Bir dəfə qəbul edilmiş qərarlar və onların reallaşdırılması üçün yerinə yetirilən işlər
təsərrüfatçılığın ətalətinə təsir edir. Əgər müəssisə statik əhatədə fəaliyyət göstərirsə,
bu zaman strateji planlaşdırmaya ehtiyac olmaz.Lakin təsərrüfatçılıq mühiti dinamik
olaraq iqtisadi, texnoloji, siyasi və s. cəhətdən dəyşir. Ona görə də müəssisənin
19
planlaşdırılması bu dəyişikliklər kontekstində onun gələcəyinin yaradılması üçün bu
dəyişikliklərə reaksiya və adaptasiya vasitəsidir.
1.2.
Strateji proses və onun tə snifatı
Strateji proses təşkilatın missiyasının formalaşmasından başlayır.Missiya dedikdə
təşkilatın məqsədlərinin və prioritetlərinin qisaca ,eyni zamanda dəqiq ifadə edilməsi
başa düşülür.Təşkilatın missiyası həm əməkdaşlarda və həm də müşahidəçilərdə,ilk
öncə isə potensial və hazırki müştərilərdə etimad hissəsini doğurmalıdır.Missiyanın
formalaşmasında ictimai və ümumbəşəri dəyərlərlə təşkilatın daxili korporativ
mədəniyyətin vəhdətliyi nəzərə alınmalıdır.Missiya sözünün hərfi mənası “mission”
və “mission statement” sözündən götürülüb və niyyət deməkdir.Missiya dedikdə
olduqca böyük məqsədlər başa düşülür .Bu məqsədlər təşkilat üzvlərində nəyəsə nail
olmaq cəhdləri yaradır.Missiya əsasında təşkilatın uzunmüddətli məqsədi və ya plan
dövrü ərzində çatılası mümkün olmayan gələcək keyfiyyət dəyişiklikləri
formalaşdırılır.Missiya “təşkilat nə üçün mövcuddur”,”biz nə üçün həmin
təşkilatdayıq”,”biz etdiyimiz işi nə üçün edirik” suallarına cavab verməyə imkan
verir.Ancaq ümumi olaraq menecerin missiyaya uyğun və strategiya ilə bağlı əsas
sualı budur : “Biz öz müəssisəmizi necə görmək istəyirik,nə etmək istəyirik və nəyə
nail olmaq istəyirik?”.Bu suala əsaslandırılmış cavab vermək üçün menecerdə
təşkilatın bu günkü və gələcək fəaliyyətinin xarakteri ,onun 5-10 ildən sonra
yaranacaq tələbatları haqqında əhatəli təsəvvürü olmalıdır.Menecerin “Biz kimik,nə
edirik və hara gedirik?” sualına cavabı müəssisənin gələcək fəaliyyət kursunu
müəyyən edir.Təşkilatın nə etmək və necə olmaq istəyi onun missiyasını
müəyyənləşdirir.Menecer missiyanı müəyyən edərkən təşkilatın gələcək fəaliyyət
sahəsini və onun xarakterini müəyyən etmiş olur.Menecerin təşkilatın bazarda
mövqeyi barədə fikirləri onun təşkilata strateji baxışı hesab olunur.
. Əgər strateji
baxış şirkətin gələcək obrazını müəyyən edirsə, missiya şirkətin hansı mal və
xidmətləri istehsal etməsi, onun müştərilirənin Kim olduğu, texnoloji və işgüzar
Dostları ilə paylaş: |