36
Bennis və Neymusanın yanaşması təşkilatın gələcək vəziyyətini perspektivdə
lider və biznesin inkişaf imkanlarını görməsi kimi, sahibkarın bacarığının təzahürü
kimi, yəni xüsusi incəsənət növü kimi təqdim etməsinə əsaslanır.
Strateji idarəetmə nəzəriyyəsinin inkişafında Prolad və Q. Xmelin
“Korporasiyanın fərqli xüsusiyyətləri” əsəri mühüm töhfə oldu. Bu əsrdə faktiki
təşkilatın gələcək vəziyyətinin müəyyənləşdirilməsinə tədricən yeni yanaşmalar əks
olunmuşdu.
Hazırkı vaxtda bu yanaşma menecerlər və idarəetmə sahəsində problemləri
üzrə tədqiqatçılar tərəfindən çox müsbət dəyərləndirilir. Bu yanaşma təşkilatın
gələcək vəziyyətini elə səviyyədə görməyi nəzərdə tutur ki, bazarda və biznesdə
tanıdan, investorlar üçün cəlbedici edən və rəqiblərin təsirindən kifayət qədər qoruya
bilən onun xüsusi, fərqli qabiliyyəti olsun. Bu zaman strateji idarəetmə prosesi fərqli
qabiliyyətin inkişafına istiqamətlənmiş proses mənasını daşıyır.
Biznesin strateji planlaşdırılmasında və idarə edilməsində müxtəlif klassik
modellərdən istifadə olunur (cədvəl 2).
BCG modeli Boston Consultinq Group Konsaltinq şirkətinin mütəxəssisləri
tərəfindən aparılan tədqiqat işinin məntiqi tamamlanması sayılır. Səkkiz sənaye
sahələrinin 24 əsas məhsul növləri istehsal edən müxtəlif şirkətlərin fəaliyyətinin
öyrənilməsi prosesində belə empirik faktı müəyyənləşmişdi ki, istehsalın həcmini 2
dəfə artırarkən məhsul vahidinin istehsalına dəyişən xərclər 10-30 faiz azalır.
Həmçinin müəyyən edilmişdir ki, istənilən bazar seqmentində bu meyl müşahidə
olunur. Bu fakt belə bir nəticə çıxarmağa əsas verir ki, dəyişən xərclər işgüzar
müvəffəqiyyətin əsas amillərindən biridir və bir şirkətin digər şirkətlə müqayisədə
rəqabət üstünlüyünü müəyyən edir.
BCG modelində əsas diqqət firmanın pul axınlarına yönəldilir, hansı ki ya ayrı-
ayrı biznes əməliyyatlarının fəaliyyətinə yönəldilir, ya belə əməliyyatların nəticəsində
37
yaranır. Gəlirlərin, yaxud pul məsrəflərinin səviyyəsi bazarın artım tempindən və
həmin bazarda firmanın nisbi payından güclü funksional asılılıqda yerləşir.
Cə dvə l 2.
Strateji planlaş dırma modellə rinin qısa xarakteristikası
Adları
Qısa xarakteristikası
“Bazarın – bazarda payın artması
tempi” tipli model (BCG modeli)
Təşkilatın vəziyyəti bazarda fəaliyyət göstərən
bütün qalan təşkilatlarla nisbətən mövqeləşir
“Bazarın (sahənin) cəlbediciliyi –
şirkətin rəqabət qabiliyyəti” tipli
model
(GE/Mckinsey,
Shell/
DPM) modeli
Təşkilatın vəziyyəti bazarda onun güclü
tərəflərinin nisbi qiymətləndirilməsini həmin
bazarın perspektivinin nisbi qiymətləndirilməsi
ilə əlaqələndirmək yolu ilə mövqeləşir
“Bazarın
(məhsulun
həyat
tsiklinin) təkamül mərhələsi –
şirkətin rəqib vəziyyəti” tipli
model
(Xofer-Şendel,
ADL
modeli)
Təşkilatın vəziyyəti bazarın təkamül
mərhələsindən (yaxud məhsulun həyat tsikli
mərhələsindən) asılı olaraq rəqiblərə nisbətən
onun mövqeyinin qiymətləndirilməsi
nəticəsində müəyyən edilir
Firmada biznesin artım tempi firmada istifadə olunan pul axınlarının tempini
müəyyənləşdirir.
GE/Mckinsey modelinin başlıca xüsusiyyəti ondan ibarətdir ki, onda ilk dəfə
biznes növlərinin müqayisəsi üçün təkcə fiziki amillərə (satışın həcmi, mənfəət,
investisiya verimi və s.) deyil, həm də bazar payının, texnologiyanın dəyişilməsi,
kadr təminatı kimi biznesin subyektiv xarakteristikasına baxılır. Bu modelin əsas
məziyyətlərindən biri müxtəlif amillərin bu və ya digər biznes növü, yaxud sahə üçün
vacibliyindən asılı olaraq müxtəlif çəki əmsalları verə bilməsidir ki, bu da hər bir
biznes növünü daha dəqiq qiymətləndirməyə imkan verir.
GE/Mckinsey modelində müəssisənin gələcək mənfəəti və kapital verimi
göstəriciləri diqqət mərkəzində durur. Başqa sözlə, əsas diqqət yaxın gələcəkdə
38
biznesin konkret növünə əlavə investisiya qoyuluşunun mənfəətin həcminə necə təsir
göstərməsinin təhlilinə xüsusi fikir verilir.
Shell/ DPM modelində biznesin kəmiyyət parametrlərinə daha böyük diqqət
yetirilir. Bu modelin fərqli xüsusiyyəti ondan ibarətdir ki, özünün həyat tsiklinin
müxtəlif mərhələlərində olan biznes növlərinə burada baxmaq olar.
Daha sonra bazarın təkamülünün təhlili əsasında əmtəə bazarının inkişaf
tsiklini təsvir edən və müəyyən strateji gəlirin alınmasını nəzərə alan Nofel/Sehendel
modeli yarandı. Bu modeli təklif edən Ç.V.Xofer hesab edir ki, digər klassik
modellər yeni bazarlarda istehsal-kommersiya fəaliyyətinin təhlili üçün, yəni yalnız
inkişafa başlayan təşkilatın təhlili üçün yaramışlar. Bu modeldə əsas diqqət təşkilat
üçün biznes-növünün optimal yığımının formalaşdırılmasına yönəldilir. Xofer və
Şendel öz modelində təşkilat üçün ideal biznes yığımının üç tipini təklif edirlər:
- artım yığımı;
- mənfəət yığımı;
- balanslaşdırılmış yığım (artım və mənfəət).
Şirkət ideal yığımın göstərilən üç tipindən birinə nail olmağa cəhd edə bilər.
Bunlardan hər biri üçün məqsəd, vəzifə və tələb olunan resurs müxtəlifdir ki, bu da
gələcəkdə ssenarinin müxtəlif inkişafına gətirib çıxara bilər.
Strateji planlaşdırma konsepsiyasının əsas məsələlərindən biri müəssisənin
strateji davranış xəttinin düzgün seçilməsidir. Müəssisənin davranışı – elə hərəkətinin
məcmusudur ki, son nəticədə onlar müəssisənin gələcək fəaliyyətində müəyyən
nailiyyətlərə nail olunmasını təmin edirlər.
Dostları ilə paylaş: |