33
Resursların bölgüsü planlaşdırmanın əsas vəzifələrindən biri hesab edilir. Plan
qarşıya qoyulmuş məqsədə çatmaq üçün resursları işin istiqamətləri üzrə
bölüşdürülməsinə kömək edir. Kəmiyyət formasında bölünmüş resurslar firmanın
büdcəsini əmələ gətirir.
Strategiyanı seçdikdə planları işləyib hazırladıqdan sonra qarşıya qoyulan
məqsədə nail olmağı aydınlaşdırmaqdan ötrü təşkilatın strukturunu yoxlamaq
vacibdir. Çünki strategiya strukturu müəyyənləşdirir. Təşkilat inkişaf etdikcə və
onun məqsədi yeniləşdikcə bilavasitə strategiya və plan da öz növbəsində dəyişir.
Bu proses strukturda da təzahür olunur.
Strateji plan – firmanın real imkanları əsasında qarşıya qoyulan məqsədə nail
olmaq üçün əsas yolların müəyyən edilməsidir. Strateji planın işlənib hazırlanmasına
aşağıdakı elementlər daxildir:
- strateji planların təşkili üzrə rəhbər tərəfindən göstərişin hazırlanması;
- firmanın hər bir daxili bölməsi üçün strateji planın formalaşması üzrə
təkliflərin hazırlanması;
- alınan təkliflərin ümumiləşdirilməsi;
- əsas strateji məqsədin və kommersiya siyasətinin hərtərəfli, müfəssəl
əsaslandırılması;
- vahid perspektiv planın yaradılması.
Strateji planlaşdırma – müəssisənin, firmanın məqsədini, marketinqin bütün
elementlərini, maliyyə resurslarının və istehsal imkanlarının vahid kompleks plan
halında əks etdirilməsidir. Strateji planlaşdırmanın əsasını 5 strateji konsepsiya:
- bazarın seqmentasiyası;
- məqsədli bazarların seçilməsi;
34
- bazara çıxış metodlarının seçilməsi;
- marketinq metodunun və vasitələrinin seçilməsi;
- bazara çıxış müddətinin seçilməsi.
Strateji planlaşdırmada firmanın missiyasının müəyyənləşdirilməsi mühüm rol
oynayır. Firmanın missiyası – hər şeydən öncə, bazarda firmanın davranış fəlsəfəsini
əsaslandırmaqdır, onun imici, partnyorlar qarşısında, eləcə də bütövlükdə cəmiyyət
qarşısında iqtisadi və sosial məsuliyyətdir. Strateji planlaşdırmanın başlıca məqsədi
minimum məcmu xərclə maksimum nəticənin alınması üçün firma tərəfindən daha
effektiv istiqamətlərini seçməkdən ibarətdir. O, firmanın dəqiq formalaşmış
missiyasını mütləq əsaslandırmalı, yəni bazara daxil olmağın ən optimal yolları
seçilməlidir.
Dialektik nöqteyi-nəzərdən hər bir təsərrüfat subyektinin necə olacağı sualına
düzgün cavab verməkdən ötrü ilk növbədə orada həyata keçirilən biznesin inkişaf
perspektivini müəyyənləşdirmək lazımdır. Yalnız biznesin perspektivini, həmçinin
onun inkişaf istiqamətlərini və metodlarını müəyyənləşdirdikdən sonra müəssisənin
gələcək fəaliyyəti haqqında düzgün fikir söyləmək mümkündür.
Strateji planlaşdırmanın klassik nəzəriyyəsi çərçivəsində müəssisənin pers-
pektiv inkişafının müəyyənləşdirilməsinə dair altı yanaşma mövcuddur (cədvəl 1).
Kennet Endryus Harvard biznes məktəbinin bir neçə alimləri ilə birlikdə
təşkilatın hazırki vəziyyətini onun daxili potensialının və xarici mühitin inkişaf
meyllərinə uyğunlaşdırmaq vasitəsilə onun gələcək inkişafını müəyyənləşdirməyi
təklif edir. Onun yanaşmasında mərkəzi yeri SWOT təhlili, yəni təşkilatın güclü və
zəif tərəfləri, imkanları və ətraf mühitin təsiri nəticəsində inkişaf təhlükələri ətraflı
təhlili təşkil edir. Təşkilatın güclü və zəif tərəflərinin və daxili potensialının
qiymətləndirilməsi onun fərqli xüsusiyyətlərini aşkara çıxarmağa imkan verir.
35
Cədvəl 1.
Təş
kilatın mə
qsə
dli və
ziyyə
tinin müə
yyə
nləş
dirilmə
sinə
yanaş
maların qısa xarakteristikası
Adı
Qısa xarakteristikası
K.Endryusun yanaşması
Təşkilatın hazırkı vəziyyətinin onun daxili
potensialının və xarici mühitin inkişaf
meylinə
uyğunlaşdırmaq
vasitəsilə
təşkilatın gələcək vəziyyətinin müəyyən
edilməsi
M.Porterin yanaşması
Sahədə
rəqabətin
təhlili
nəticəsində
təşkilatın məqsədli vəziyyətinin müəyyən
edilməsi. Bu zaman gələcək vəziyyət
sahədə təşkilatın rəqib mövqeləri ilə
əlaqələndirilir
Bennis və Neymusun yanaşması
Lider öz təşkilatının məqsədli vəziyyətini
görməyi bacarmalıdır
K.Praalad və Q.Xmelin yanaşması
Təşkilatın
məqsədli
vəziyyəti
fərqli
qabiliyyətin təzahür etdiyi vəziyyət kimi
Səmərəli inkrimentalizm
Təşkilatın məqsədli vəziyyəti təşkilati
böhranın imtina olunması kimi
Liderin arxasınca qaçmaq
Təşkilatın məqsədli vəziyyəti sahə liderinin
vəziyyəti kimi
M.Porterin yanaşması sahənin mövcud vəziyyətinin təhlili nəticəsinə
əsaslanmağa imkan verir, hansıki müəssisənin biznes fəaliyyəti həyata keçirilir və
onun gələcək vəziyyətinin əsasını müəyyən edir. M.Porterin yanaşması K.Endryusun
ideyasının özünəməxsus inkişaf etdirilməsidir. Burada həmçinin mahiyyətcə söhbət
müəssisənin daxili vəziyyəti ilə xarici mühitin dəyişilməsi arasında ən yaxşı
uyğunlaşmanın müəyyənləşdirilməsindən gedir.
M.Porterin fikrincə sahədə vəziyyəti müəyyənləşdirən beş rəqabət qüvvəsi,
yəni satıcının bazar hökmranlığı, istehlakçının bazar hökmranlığı, sahə rəqabətinin
intensivliyi, yeni iştirakçılardan gələn təhlükələr gələn, məhsul və xidmətlərdən
təzahür edən təhlükələr vardır.