__________________Milli Kitabxana__________________
6
rilən cəhətlərini birləşdirməyə aiddir. Göründüyü kimi, bunların hər
ikisi də elə fənlərarası əlaqə deməkdir.
Hər bir tədris fənnindəki inteqrasiya elmin məntiqinə uyğun
gəlməli və şagirdlərin təfəkkürünün inkişafına kömək etməlidir.
Inteqrasiya, ümumi mənada elmi anlayışları və təlim üsulları əlaqəli
olan fənləri bir yerə yığışdırır. Bu çox müsbət haldır. Ona görə də
ibtidai məktəbdə inteqrasiyaya daha geniş yer verilir. Lakin, təəssüf
ki, təbiətşünaslıq fənninin məzmununda bu hələ öz əksini tapa
bilməmişdir. Təbiətşünaslıq kursuna daxil edilmiş ayrı-ayrı hissələr
arasında daxili əlaqə yoxdur. Belə geniş inteqrasiyalı kursda
məzmunun dağınıqlığı şagirdləriv biliyinin səthiliyinə gətirib çıxarır.
Təbiət elmləriiin tədrisində inteqrasnyanı inkişaf etdirmək üçün
hər cür imkan vardır. Burada inteqrasiya aşağıdakı şəkildə aparılır: hər
bir tədris fənninin məzmununa qonşu elmlərin elementləri və tətbiqi
biliklər əlavə edilir. Beləliklə, şagirdlərdə fəndaxili və fənlərarası
əlaqələr haqqında təsəvvürlər genişlənir. Məsələn, biologiyada fiziki
və kimyəvi anlayışların tətbiqi üçün imkanlar yaranır, şagirdlərin elmi
düiyakörüşü formalaşır. Fənlərarası
əlaqənin axıra qədər
aydınlaşdırılması şagirdlərin təlim-tərbiyəsi və inkişafı üçün optimal
şərait yaradır. Buna görə də fənlərarası əlaqəyə təlimin tərkib hissəsi
kimi baxılır. Fənnin strukturasının təyin edilməsi də, elmin əsasları
haqqında şagirdlərin sistematik və möhkəm biliklər alması da bu
problemin həlli ilə əlaqədardır.
Fizika, kimya və biologiya elmləri arasındakı əlaqənin öyrənilməsi
xüsusilə vacibdir. Çünki, bu elmlərin əsas məzmununu təşkil edən bir
sıra qabaqcıl elmi fikirlər, məsələn, molekulyar-kinetik nəzəriyyə,
elektron nəzəriyyəsi, elektroliz və bir sıra başqa anlayışlar təbiət
elmlərində özünə möhkəm mövqe tutmuşdur. Onların bir sıra əsas
məsələləri həmin anlayışlar əsasında izah edilir.
İstehsal proseslarinin avtomatlaşdırılması və mexanikləşdirilməsi,
canlı mexanizmlərin iş prinsipindən texnikanın gələcək tərəqqisi üçün
geniş istifadə edilməsi və sair, yeni texnikanın idarə edə bi-
__________________Milli Kitabxana__________________
7
ləcək yüksəg ixtisaslı kadrlar yetişdirməyi tələb edir. Ona görə də
ümumtəhsil məktəbləri şagirdlərinin texnika ilə ayaqlaşa bilən geniş
biliklər, bacarıqlar və vərdişlər qazanması ən vacib məsələdir. Bunu
nəzərə alaraq tədris materialının şagirdlər tərəfindən yaxşı
mənimsənilməsinə və təlim metodlarının fəallaşdırılmasına nail olmaq
məqsədilə, fizika, kimya, biologiya və digər təbiət elmləri
müəllimlərinin bir-birilə sıx əlaqə saxlamasını, məsləhətləşməsini,
öyrədilməsi nəzərdə tutulan nəzəri biliklərin tətbiq dairəsiiin
müəyyənləşdirilməsini təmin etmək lazımdır.
Qabaqcıl müəllimlərin iş təcrübəsi göstərir ki, fizika dərsi o zaman
daha çox səmərəli olur ki, həmin dərsdə öyrədilən material ətraf
mühitdəki hadisələrlə əlaqələndirilir, canlı təbiətə aid faktlarla
bağlanır, müvafiq texniki qurğuların nəzəri əsası kimi nəzərdən
keçirilir. Şagirdlər öyrəndikləri biliklərə əsasən müxtəlif fiziki
hadisələri dinamik şəkildə təsvir edən qurğular, modellər hazırladıqda
buna çox fərəhlənirlər. Bütün bu cəhətləri nəzərə alaraq, müəllim
təlimin keyfiyyətini artırmaq məqsədilə bəzən yeni dərsin əvvəlində
və ya müəyyən bir hadisəni izah edərkən təlim prosesinin ortasında
onun tətbiqlərini imkan daxilində nəzərdən keçirməli, yaxud da dərsi
bununla tamamlamalıdır.
Müəllim elmdə olan yeniliklərdən xəbərdar olmalı, onun əsas
inkişaf ənənələri haqqında geniş təsəvvürə malik olmalıdır.
Müəllimin ən böyük xidməti tədris etdiyi fənn vasitəsilə şagirdləri
özünə cəlb etməyi bacarması və Uşinskinin göstərdiyi kimi, bilikləri
təkcə onların şüuruna doğru deyil, həm də hisslərinə doğru
yönəltməsidir.
§ 2. FƏNLƏRARASI ƏLAQƏNİN İNKİŞAF YOLLARI
Hər bir prosses və ya hadisənin inkişafının əsasını ziddiyyətlərin
vəhdəti və mübarizəsi təşkil edir. Bu, olduğu kimi müasir
təbiətşünaslığa da aiddir. Çünki onda da bir-birinə zidd olan və eyni
zamanda vəhdət təşkil edən iki istiqamət səciyyəvidir. Bu
__________________Milli Kitabxana__________________
8
istiqamətlərdən biri inkişaf prossesindəki analitikliyi, digəri isə
sintetikliyi təmsil edir. Analitik istiqamətdə yeni elm sahələri, yeni
qanunauyğunluqlar kəşf olunur. Müəyyən şəklə düşmüş elədə
diferensiasiya gedir. Bir sıra yeni elm sahələri yaranır. Bunların
tədqiqat obyekti məhdudlaşır və xüsusi elmi metodlardan istifadə
olunur. Məktəb təcrübəsində bu, fənlər üzrə təlimdə özünü göstərir.
Hər bir fənnin öz öyrənmə dairəsi var. Bu ənənə sonrakı inkişafını
fənnin özünün yenidən hissələrə bölünməsində davam etdirir.
Məsələn, fizika: mexanika, molekulyar fizika və istilik, elektrik,
maqnetizm, optika, atom; biologiya: botanika, zoologiya, insanın
anatomiyası və fiziologiyası, darvinizm və sair. Sonra bu bölmələr də
yenidən mövzulara bölünür. Yeri gəlmişkən qeyd edək ki, maddi
obyektin bu cür hissələrə bölünməsi ancaq pedaqoji məqsəd güdür.
Burada tədris fənninin pedaqoji məntiqinin ön plana keçməsində əsas
məqsəd sistematik öyrənmə prosesi üçün əlverişli şərait yaratmaqdan
ibarətdir. Elmlərin bir-birinə qarşılıqlı təsirini və əlaqəsini tədris
prosesində həmişə izləmək şərtilə bu cür bölünmə heç də təbiətin
bütövlüyünə mane olmur. Çünki müasir təbiətşünaslığın ən səciyyəvi
cəhətlərindən biri də elmlərin qarşılıqlı təsirini göstərən faktların və
hadisələrin kifayət qədər çox olmasıdır. Elə buna görə də indi
təbiətşünaslıqdakı sintetik ənənə daha çox əhəmiyyət kəsb edir.
Müxtəlif elmlərin əldə etdiyi nailiyyətlərdən bir obyektin
öyrənilməsində istifadə edilməsinə (inteqrasiya) indi həmişəkindən
daha çox fikir verilir.
Sintetik ənənə müxtəlif elmlərin qovuşduğu yerlərə aid biliklərin
müəyyən edilməsində özünü xüsusilə büruzə verir. Son illərdə elmi
ixtira və kəşflərin əksəriyyətinin sintetik elmlərə aid olması bunu bir
daha sübut edir.
Biliklərin sintezi sayəsində müasir təbiətşünaslıqda maddənin
təkamülü və onun bir-birinə keçən müxtəlif növ quruluş əlaqələri
haqqında bitkin və püxtləşmiş nəzəriyyələr yaranır. Minerallarla
canlılar arasındakı əlaqələr açılır. Canlı və cansız aləm arasındakı
sərhədin şərti olduğu daha çox nəzərə çarpır. Hər bir maddi obyekt
haqqında tam məlumat əldə etmək və təbiətin ümumi inkişaf
mənzərəsini yaxşı
Dostları ilə paylaş: |