Дцнйа ирадя вя тясяввцр кими
133
İstəməz bu şəhərdən quşlar uzağa uça,
Nə qədər uzaq uçsa, başı üstə fırlanar.
Gözəllikdən zövq almaq gözəl olmaq deməkdir,
İnsan ehtiyacsızdır zövq aldığı anlarda.
Əsrarəngiz göyləri, təbiəti sevməkdir,
Seyr etdikcə özü də yox olmaqdır onlarda.
Müxtəlif səpkilərdə Hamburqun ən müasir,
Qırxdan çox teatrı var, əllidən çox muzeyi.
Qlenvili görənlər Sammer Hilə tələsir,
Hər şeydən çox sevirlər bu adada gəzməyi.
Şimali Karolina–dağlar silsiləsinin
Nadir xəzinəsidir mavi Qlinvel gölü.
Salxımından ayrılmış bir üzüm giləsinin,
Bir damla şirəsidir, göl qurub üçölçülü.
Dağların təpəsini məskən seçib özünə,
Göldə ürək yerinə yaşıl ada döyünür.
O qədər yüksəkdə ki, duman dəymir gözünə,
Qlinvel gölü daim Sammer Hillə öyünür.
Neçə-neçə axını, mehriban qolları var,
Ana kimi dolanır Sammer Hilin başına.
Pozulmayan peymanı, sınmayan ilqarı var,
Nəfəs verir Hamburqun baharına, qışına.
Ruhu hələ də gəzir bu yerləri Heynenin,
Şairin Alsteri çox sevdiyi söylənir.
Nakam sevgidən deyir şeirləri Heynenin,
Hamburqda əsərləri “öz səsiylə” dinlənir.
Sulara baxa-baxa fikirdədir hələ də,
Şəhərin mərkəzində heykəl kimi durur o.
Elə bil ki, dayanıb Elbanın sahilində
İlk məhəbbət şerini təzədən uydurur o.
Artur da bu şəhərə uşaq ikən köçmüşdü,
Onu məktəb yaşından tanıyırdı Reqina.
Эюйярчин
134
Arturla bu yerlərdən azı yüz yol keçmişdi,
İndi də hər keçəndə sanayırdı Reqina.
İşinə çay tərəfdən yol gedər hamburqlu qız,
Keçmiş xatirələrə baş vurardı təzədən.
Elbanı sahilindən seyr edər hamburqlu qız,
Çay ondan ayrılmazdı, qız sevdiyi hövzədən.
Yeddi dilim yarpaqlı bir ağac göldən üstdə
Kəpənəyə bənzəyən güllər gətirib rəng-rəng.
Əlini toxundursan yarpağı küsməsə də,
Çiçəyi zəriflikdən tökülər ləçək-ləçək.
Salxım saçlı söyüd qız sallanıb başaşağı
Tellərinin ucunda sulara sığal çəkir.
O qədər əyilib ki, islanıbdır qurşağı,
Qürub Günəşi onun rəsmini suya çəkir.
Sahil boyu ahəstə dolanırdı Reqina,
Zülfünü bulud kimi dağıtmışdı çiyninə.
Fikrində Frankfurta yollanırdı Reqina,
Köynəyi tövşüməkdən dar gəlirdi əyninə.
Həyatın qanunudur aldatmasa, ağladar,
Düşünməyən insanın işıq gəlməz gözünə.
Ən böyük yalanın da içində həqiqət var,
Aşiq eşqə güvənər, müdrik insan sözünə.
Reqina dostlaşmışdı Hamurqda bir çoxuyla,
Son günlər “yeni dünya, arzu-filan”, deyirdi.
Barışmışdı həyatın bütün varı, yoxuyla,
Kökdən düşmüş ömrünə yeni gün yükləyirdi.
O vaxt “romantik əsr”in sonuncu şairi tək,
Adı çəkilən Heynə söz məclisi qururdu.
O da keçmiş günlərin hamburqlu əsiri tək,
Pessimist şair kimi ön cərgədə dururdu.
Дцнйа ирадя вя тясяввцр кими
135
(Bu gün–iki min on bir, on üç dekabr günü,
40
Düz iki yüz on dörd il əvvələ qayıdaraq
Mübarək ad günündə təbrik edirəm səni!
Əziz Heyne, bir anlıq tarixi oyadaraq.)
-=*=-
Elbanın sahilində əli qoynunda bir qız
Dərindən köks ötürür, zərrin Günəş batmada.
Gedən Günün dalınca boylanır ixtiyarsız,
Yellər ləpələndirib suları oynatmada.
Axan su həmin yerdən bir də keçmir, bəllidir,
Taleyi insan seçmir, bəxşiş kimi götürür.
Nəsil, sədaqət yüklü həyata təsəllidir,
Yükünü bir çiyindən o birinə ötürür.
Qız unudur özünü yorğun düşüncələrdə,
Qar yağan gecələrdə təbiət fikrə dalar.
Qətrə-qətrə yaşanar sevgi işgəncələrdə,
Sevgi hissi olmasa, həyat özü qocalar.
Elba axır... qız baxır... qürubda son qızartı,
Buludlar da qızarır göylərdə əlçim-əlçim.
Gözündə bir damla yaş, ürəyində sızartı,
Hər gün xatirələrlə yaşayan bu gözəl kim?
Elbanın sahilində əli qoynunda bir qız,
Nağıl danışır yalnız, çay onu dinləmədə...
Ağrıdan dodağını sıxıb dişinə səssiz,
Özünü tərk edilmiş hiss edib inləmədə...
40
Mənim bu misraları yazmağım böyük alman şairi H.Heynenin
doğum gününə təsadüf etmişdi.
Эюйярчин
136
Üst-başından yalqızlıq tökülür xəzəl kimi,
Açılıbdır əl kimi körpünün daşı üstə.
Bilinmir bu özünün unudulmuş əslimi,
Ya şəklimi asılıb suların başı üstə?
-=*=-
... Şəkli deyil, əsliydi Reqinanın bu şəkil,
Yaşanmış günləriylə birgə nəfəs alırdı.
Axşamlar eyni vaxtda, nədənsə, bura gəlib
Elbanı sahilindən tez-tez seyrə dalırdı.
Son vaxtlar uşaqlıqdan tanıdığı bir oğlan–
Anselim kölgə kimi təqib edirdi qızı.
Onunla eyni ildə az deyildi doğulan,
Tanısa da, çoxuyla dost deyildi, ən azı.
Dini mərasimlərdə Anselimlə görüşür,
Onunla öz fikrini bölüşürdü Reqina.
Hər kəs bilmədiyini bir-birindən soruşur,
Fərqli münasibətlər göstərirdilər dinə.
Anselim bəlli idi, Reqinanı çox sevir,
Görünür, qız da onun sevgisini duyurmuş.
Tarix boyu çox olmuş fəlsəfədə çək-çevir,
Təbiət səhv eləmir!– Şopenhauer buyurmuş.
Onda səhv eləyən kim? O, təbii bizlərik,
Həyat eşqi həyatla təmin olmuş həmişə.
Ölüm qorxusu ilə biz indini izlərik,
Zira indiyə sahib olmaq da onun işi.
Dini təbliğ edərdi cavanlara Anselim,
Ayinlərdə Allaha sevgidən söz açardı.
Onunla sözləşməyə cürət etməzdi heç kim,
Boş günlər Reqinanın yanına da qaçardı.
Dostları ilə paylaş: |