Эюйярчин
206
Adətlərə hörmət,
İnsana məhəbbət!
Ədaləti öldürmüşdü anası,
Ədalətsiz yaşamağın nə mənası?!
İncitdiyi bir qız üçün yaşayırdı.
Əvvəl-əvvəl müharibə, ayaqsızlıq, intihar
Sevənləri ayırdı.
Vaxtında qırılmasa, ümid öldürür bəzən,
Bəzən yaşamaq ilə yalan ümid yarıdır.
Dilənçinin xoşbəxt yuxusu kimi,
Bizim mövcud sandığımız, inkarı heç nə olan
çoxusu kimi.
İradənin inkarı dünyanın inkarıdır.
O kəsdə ki iradə ölüb geriyə dönür,
Onun üçün real olan bu dünyanın günəşləri,
ulduzları heç nədir.
... Dünyanın ən ədalətli qadını – anası
İntihara son söz kimi,
Hərbə etiraz kimi,
Əlinə balta aldı.
Səbəb deyil, nəticəni baltaladı.
Ağacı öz qanı ilə suladı.
Ədalətlilik naminə öldürdü ədaləti.
Edam səhnəsi qurdu əzablara.
Yaxşı-yaman, yalan-doğru bir məxrəcə gətirildi,
Ana-oğul yanaşı məzara götürüldü.
... Əzabdan başlayır həyat,
Boş yerə külüng vururmuş Fərhad.
Tale səhifələri özü təqdim eləyir,
İstəyək, istəməyək, oxumağa məcburuq.
... Bethovenin “Rekviyem”i çalınırdı,
Dünya gözdən salınırdı əzabı çoxdur deyə.
Дцнйа ирадя вя тясяввцр кими
207
İntiqam alınırdı ömürdən,
Orkun daşmışdı səbr kasası.
Son mənzilə də tək buraxmadı anası,
Oğlunu ayaqsız olduğu üçün.
Azad olur qayğılardan insan bir gün,
Amma nə vaxt?!
Kor coşqudur dünya özü, ətəyindən tökmür daşı.
İtirəcək nəyi varsa, insanın o ölçüdə də çəkər başı.
... Əzabdan başlayır həyat,
Boş yerə külüng vururmuş Fərhad.
Görünənlə görünməyən bir məxrəcə gətirilir,
Məzara götürülür ana, oğul yanaşı...
İtaliya səfəri
Berlin yormuşdu deyə İtaliyaya gedirdi,
Artur Şopenhauer yenə səfər edirdi.
Müəllimlik barədə müraciətinə baxılar
deyə Berlində qalmışdı.
Drezdenə dönmək barədə Adelə
61
yazmışdı.
Amma sonra İtaliyaya getməyi qərara almışdı.
Tələsmədən keçirirdi həyata istəyini,
Veymarlı tanışı Fridrixə bildirmişdi ki,
alman kitab, qəzet və jurnallarını izləsin.
Ola bilər, ölkədə olmadığı müddət əsəri barədə
61
A. Şopenhauerin bacısı
Эюйярчин
208
nəsə yazarlar, bilməsin.
Yüz doxsan il bundan öncə may ayının bu günü
səfərə çıxır Artur...
62
Öncə İsveçrədə olur, sonra Milana çatır.
Florensiyaya gəlir başlayanda sentyabr.
Şəhər köhnə görkəmində dururdu,
Quşlar yuvalarını tək-tək uçururdu,
Daha isti ölkələrə uçurdu.
Artur Şopenhauer çıxıb dünya seyrinə
Yeni xəritəsini fəlsəfənin cızırdı.
Oktyabr ayında Fridrixə yazırdı:
“Təzədən, tünd mavi səmadan kəskin ayrılmış
yamyaşıl yarpaqlar, hərəkətsiz havada
ciddi məyusluqla duruxublar.
Təzədən İtaliyanın çətirşəkilli şamları,
zeytun və üzüm bağları,
Sərv ağacları, evlər aralarında üzürmüş kimi,
şairanə görünüş qurublar.
Təzədən o şəhərdəyəm ki, döşənmiş yollar
rəngbərəng xalıya bənzəyir.
Təzədən hər gün heykəllə dolu meydandan keçirəm,
Təzədən ömrümü məqsədsiz insanlar
arasında keçirirəm.
İtaliya ilə məşuqə kimi yaşanır həyat;
Bu gün qeyzli həqarət, sabah məftunluq...
Almaniya ilə öz qadının kimi;
Qeyz, əsəb, tənə yoxdur,
Heç böyük sevgi də yoxdur.
İtaliya günləri Arturun bir il çəkdi,
O günlər ki, səfası bir ömür sürəcəkdi...
62
28 may, 1822-ci il
Дцнйа ирадя вя тясяввцр кими
209
Florensiya onda rəğbət yaratmışdı çox,
Həmişə bu günləri xüsusi sevinc ilə
yad edirdi filosof.
Münhendə ləngiməli oldu geri dönərkən,
Bir-birinin ardınca xəstəliklər başladı.
Münhendən Drezdenə durnalar uçdu erkən,
Hamburqun başı üstə bir ulduz işıldadı.
Artur Şopenhauer üç yüz altmış beş günü
yataqda qarşıladı.
Ağır mənəvi böhran təsirsiz ötüşmədi.
İtaliyada Artur təklikdən üşümədi,
Çünki tanımırdılar, çoxlu səyahətçidən
biri idi şəhərdə.
Doğma ölkəsində də
onu filosof kimi tanımırdılar, əfsus...
Amma o vaxt heç kimə hələ bəlli olmayan
Böyük nəzəriyyənin yükünü daşıyırdı.
Ağır idi bu sükut, fəlsəfənin elə bil,
Düz fikrə biganəlik dövründə yaşayırdı.
Onun üçün yazırdı: “Əgər, deyirlər, həyat
Əvvəldən sona kimi heç nə deyildir, ancaq
Cavabı mənfi olan həmişəlik sınaqdır,
Elə buna görə də məni qoysunlar rahat.
Dəyəri az olandan nə istəyə bilərəm?
Bu fikrimə qarşılıq nəsihət dinləmirəm”.
Mühitsizlik üzündən çünki çox incik idi.
Münhenin sərt qışını yola verdi filosof,
Baharı Bad Gaşteynə getdi dincəlmək üçün.
Nədənsə Bad Gaşteyn müalicə mərkəzi
olmağından daha çox,
“Cəhənnəm iqlimi” tək tanınırdı Münhenin.
Qumlu səhralarından seçilmirdi Berlinin.
Эюйярчин
210
Bu mənada filosof Drezdenə üz tutdu.
Lakin düşünülməsin, o, Berlini unutdu.
Olacaq, olmayacaq dinləyici bilsə də,
Universitetdə sinif elan etmək istədi.
Görüşmək istəyirdi Reqinayla təzədən,
Bölüşmək istəyirdi həyatını onunla.
Evlənmək istəyirdi gəncliyinin sonunda.
Qeydlərindən birində yazırdı:
“O yerdə ki görünüş əvəz edir mənanı,
Orda ciddi olmaqla gülməli oluruq biz.
Ancaq böyük ruh gəlir köməyinə insanın,
Əhəmiyyət vermədən onlara, gülməlini
gülənə çevirir o”.
Berlində yaxşı heç nə gözləmirdi Arturu,
Universitetdə hələ Hegel şahlıq edirdi.
Təcrid eləmişdilər onu mühazirədən.
Məhşur səyahətindən zəfər ilə qayıdan,
Əsasən qadınların marağını oyadan
Humbolt
63
o vaxt silsilə leksiyalar deyirdi.
Böyük etirazına baxmayaraq ərinin,
Yeri kilsə, ya mətbəx, ya da uşaqlarının
yanı olan Hegelin xanımı da Humboltu
dinləməkdən qalmırdı.
Artur uzaq tutulurdu sinifdən,
Onun filosofluğu unudulurdu qəsdən.
Artur məvacib üçün çalışmırdı bu işə,
İstəyirdi cəmiyyətlə filosof tək görüşə,
Davamçı şagirləri sağlığında yetişə.
Axtarışa səy edirdi yorulmadan,
63
Vilhelm fon Humbolt – alman filosofu, dilçi, dövlət xadimi,
diplomat, Berlin unuverstetinin əsasını qoyanlardan biri
Dostları ilə paylaş: |