hər ikisini bədbəxt etmə. Qoy böyüyənə qədər öz
bildiyi kimi
yaşasın. Hər halda sən öləndən sonra alnına nə yazılıbsa, o da
olacaqdır.
Haşiyə. Övladın qız olsa, onu həyalı bir dayəyə tapşır,
böyüyəndə ona bir müəllimə tut...
Nə qədər ki, sənin evindədir, onunla mehriban dolan, çünki
qızlar ata və analarının əsiri olarlar. Lakin oğlan atasız qalsa
belə, yenə öz işini tələb etməyə gedə bilər, necə olur-olsun
özünü dolandırar. Qız isə yazıq olar, hər nəyin varsa, əvvəlcə
qıza xərclə, onun işlərini düzəlt və onu birinin boğazına keçirib,
onun qəmindən xilas ol. Qızın bakirədirsə, bakir kürəkən tap,
qoy arvad könlünü ona versin, ər də arvadın qədrini bilsin, hər
iki tərəf bir-birinə bab olsun.
H e k a y ə t. Belə eşitmişəm, Şəhrbanunu
123
hələ kiçik bir
qız ikən Əcəmdən Ərəbistana əsir aparırlar. Ömər
Əmirəlmö'minin (Allah ondan razı olsun) onu görür, deyir, bunu
satın. Onu satmağa apararkən, Əli Əmirəlmö'minin (Allah
ondan razı olsun) rast gəlir və peyğəmbər səlləllahü əleyhi və
səlləm adından bu xəbəri gətirir: "Şah övladını satmaq rəva
deyildir".
Hədis çatdıqdan sonra Şəhrbanunu satmayıb Səlman
Farsın
124
evinə aparırlar ki, sonra ərə versinlər. Ərə getmək
məsələsini Şəhrbanuya xəbər
verdikdə, o, deyir: "Əri
görməyincə onun arvadı olmayacağam".
Şəhrbanu uca bir yerdə oturur, Ərəb və Yəmənin böyükləri
gəlib onun qabağından keçirlər ki, kimi bəyənsə, onun da arvadı
olsun. Bu zaman Səlman onun yanında oturub gələn-gedənləri
tanıtdırır və deyir miş: "bu filandır, o bəhmandır" və
nöqsanlarını sayırmış.
Ömər keçərkən, Şəhrbanu deyir: "Bu kimdir?" Səlman
deyir: "Ömərdir". Şəhrbanu deyir: "Böyük adamdır, lakin
qocadır". Əli keçəndə soruşur: "Bu kimdir?" Səlman deyir:
(Allah ondan razı olsun) "Əlidir". Şəhrbanu leyir: "Alicənab
adamdır, lakin sabah Fatimeyi-Zəhranın üzünə baxa bilmərəm,
utanıram, buna görə də istəmirəm". Əli oğlu Həsən keçdikdə,
onun kim olduğunu bildikdən sonra deyir: "Mənə layiqdir, lakin
arvadları çoxdur, istəmirəm". Əli oğlu Hüseyn (Allah ondan razı
olsun) keçərkən, kim olduğunu soruşduqdan sonra deyir: "Bu
mənim malımdır, mənim ərim o ola bilər. Bakirə qızın əri bakir
oğlan olmalıdır, mən ərə getməmişəm, o da arvad almayıb".
116 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Ancaq gözəl kürəkən seç, qızını kifir adama vermə. Qız
çirkin ərə könül verməz, sən
də rüsvay olarsan, əri də. Adaxlı
gözəlüz, əlidüz, təmizdin, təsərrüfatdan başı çıxan olmalıdır.
Bilməlisən ki, o, qızının xərcini haradan və hansı yolla ələ
gətirir. Lakin kürəkən həm dövlətdə, həm şöhrətdə səndən aşağı
olmalıdır ki, o, səninlə fəxr etsin, sən onunla yox, belə olduqda,
qızın da rahat yaşayar.
Demək istədiyim bunlardır, bundan artıq bir şey tələb
etmə. Qız satan olma, onda kürəkən də mürüvvətli olub öz
insanlığını yerinə yetirər. Nəyin var, hamısını ver, qızını onun
boğazına keçir və özünü bu böyük möhnətdən xilas et.
Dostlarına da bunu məsləhət gör. Yaxşısını Allah bilir.
İyirmi səkkizinci fəsil
DOST SEÇMƏK VƏ ONUN QAYDALARI HAQQINDA
Ey oğul, bil, insan nə qədər sağdır, onun dosta ehtiyacı
vardır. Qardaşı olmayan adam dostu olmayandan yaxşıdır. Bir
alimdən soruşurlar: "Dost yaxşıdır, yoxsa qardaş?" Deyir:
"Qardaş da dost olsa yaxşıdır".
Bey t
Dost olsa qardaşım, qardaş yaxşıdır
Düşmən olsa, qara bir daş yaxşıdır.
Deməli, dostlar haqqında fikirləşirsənsə, onlara bəxşiş,
hədiyyə göndər, mərdlik göstər, çünki dost hayına qalmayanın
dostları da hayına qalmaz. Belə adamlar həmişə dostsuz qalar.
Deyirlər ki, guya dost adamı qohumdan uzaqlaşdırır. İnanma.
Tez-tez dost dəyişdirməyi adət etmə, dostu çox olanın
eyibləri örtülər, ləyaqətləri meydana çıxar. Lakin təzə dost
tapdıqda köhnəsinə arxa çevirmə. Yenisi ilə dost ol, köhnəsi də
qoy yerində qalsın, beləliklə dostların sayı çoxalsın. Deyiblər ki:
www.duddud.com -
Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
"Yaxşı dost böyük xəzinədir". Bir də səninlə dostlaşmaq
istəyən, lakin hələlik yarımdost olan adamlar haqqında da
fikirləş, onlara yaxşılıq et, qayğı göstər, xeyirlərdə onlara
kömək et. Səndə mərdlik gördükdə, dönüb sadiq dostun olarlar.
İskəndərdən soruşurlar: "Az müddətdə bu qədər böyük bir
dövləti hansı xasiyyətinlə ələ gətirdin?"
Deyir: "Düşmənlərə lütf etmək, dostlara kəramət
göstərməklə".
Bir də dostlarının dostları haqqında fikirləş, onlar da
dostlar cərgəsində hesab edilərlər. Lakin düşməninlə dostluq
edəndən ehtiyatlı ol, ola bilər onunla dostluğu səninkindən
möhkəm olsun və düşmənindən əvvəl sənə zərər yetirsin.
B e y t
Qardaşım, əlini üz o dostundan
Ki, düşmənlə durub otura hər an.
Dostunla düşmənlik edənlərdən də özünü qoru.
Heç bir
səbəb və əsas olmadan səndən şikayətlənən dostlardan dostluq
gözləmə.
Dünyada eyibsiz adam ola bilməz, lakin sən mərd ol, mərd
adamda nöqsan olmaz. Namərdlə dostluq etmə, namərd dostdan
xeyir gəlməz. Badə dostlarını dost hesab etmə, çünki onlar
qədəhi dost tutarlar, səni yox. Dostun yaxşısı da olar, pisi də,
hər iki dəstə ilə dostluq et, yaxşıları ilə ürəkdən dostluq et,
pisləri ilə dildə dost ol. Beləliklə, hər iki tərəfin dostluğu tə'min
edilmiş olar. Həmişə ehtiyac yaxşı dostlara düşməz, elə vaxt
gələ bilər ki, pis dostlara da adamın işi düşə bilər. Hərçənd
yaxşıların yanına getmək pislərin yanında hörmətini azaltdığı
kimi, pislərin də yanına getmək yaxşıların yanında hörmətini
azaldar, lakin sən yaxşıların yolu
ilə get ki, hər iki dəstənin
dostluğu sənə nəsib olsun. Amma heç vaxt axmaq adamlarla
dostluq etmə, çünki axmaq dost öz dostluğu ilə elə şeylər edər
ki, yüz ağıllı öz düşmənliyi ilə onu edə bilməz.
Yalnız yaxşı və iste'dadlı adamlarla dostluq et ki, sən də
dostlarının şöhrət tapdığı iste'dadlarla hörmət qazanıb
tə'riflənəsən. Tək olmaq pislə oturmaqdan yaxşıdır. Bu barədə
mən iki beyt də demişəm.
Şe'r
Ey könül, vəhşi tək çölə qaçırsan,
Nə dərd anladırsan, nə söz qanırsan.
Demək, pis həmdəmsən, yaxşı ki, getdin,
Tənhalıq yaxşıdır, məncə, pis dostdan.
118 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Danlanmaq istəmirsənsə, dostların və adamların haqqını
tapdalama. Deyiblər ki, iki cür adam məzəmmət edilməyə
layiqdir: biri dostların haqqını tapdalayanlar, ikincisi, yaxşı işə
qiymət qoymayanlar. Bil ki, insanların dostluğa yarayıb-
yaramadığını iki şeylə müəyyyən etmək olar: birincisi odur ki,
dostu dara düşə, o, imkan daxilində heç bir şeyi dostundan
müzayiqə etməyə və ağır
gündə ondan üz döndərməyə; ikincisi,
əgər dostu vəfat etsə, onun övladını və qohumlarını yanına
çağırıb onlara yaxşılıq edə, hər dəfə dostunun qəbrinin
ziyarətinə getdikdə həsrətini bildirə, doğrudur, bu dostun özü
deyil, lakin onun ki, qəbridir.
Hekayət. Belə danışırlar ki, Sokratı öldürməyə apararkən,
bütpərəstliyi qəbul etməsini tə'kid edirlər. Deyir: "Allah
eləməsin ki, yaradandan başqa birinə sitayiş edəm".
Onu e'dama aparırlar. Adətin tələb etdiyi kimi
tələbələrindən bir dəstə onun yanınca gedir və ah-fəğan edirlər.
Sonra ondan soruşurlar: "Ey filosof, indi ki, ölümə razı olubsan,
de görək, səni harada dəfn edək?" Sokrat təbəssüm edib deyir:
"Əgər məni yenidən tapa bilsəniz, harda istəyirsiniz, dəfn
ediniz", yə'ni "tapdığınız mən olmayacağam, mənim qəlibim
olacaqdır".
Adamlarla orta dost ol, dostlarının
çoxluğuna bel bağlama,
əsl dost özünü hesab et, dalına və qabağına diqqətlə bax,
dostlarının e'tibarlığına ümid edib arxayınlaşma, min dostun
olsa belə, heç kəs sənə özündən artıq dost ola bilməz. Dostu xoş
və bəd gündə yoxla, xoş gündə hörmətinə, bəd gündə isə kö
məyinə görə. Düşmənini düşmən hesab etməyəni dost bilmə, elə
adam tanış adlanar, dost sayılmaz.
Dostlarınla narazılıq vaxtlarda da xoş vaxtlardakı kimi
rəftar et. O adamı dost hesab et ki, bilirsən o da səni dost hesab
edir.
Dosta dostluq xatirinə elə şey öyrətmə ki, bir vaxt düşmən
olsa, onun vasitəsi
ilə sənə ziyan yetirə bilsin, sonrakı peşmanlıq
fayda verməz.
Yoxsul olsan, dövlətli dost axtarma, çünki yoxsulu heç kəs
sevməz, xüsusilə dövlətlilər. Dostu özünə
bab seç, varlı olsan, dövlətli dost seçə bilərsən. Lakin
dostluqda möhkəm ol, onda sənin də işlərin möhkəm olar.
Axmaq bir şey üstə dost səndən uz döndərirsə, onu geri
qaytarmağa çalışma, layiqi yoxdur.
Tamahkar dostdan qaç, onun dostluğu tamah üzündən olar,
həqiqi dostluq olmaz. Kinli adamlarla dostluq etmə, kinli adam
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib