39 Ələvi, Ələviyyə—Əli
nəslindən olan
40 Sihib Əbül-Qisim İsmail ibn Əbbad—İranın məşhur
ədiblərnndəndir Albuyə şahlarından Müəyyəduddövlənin və
Fəxrüddövlənin vəziri olmuşdur.
41 Şafei-Əbu-Abdullah Məhəmməd ibn İdris Şafei—Şafei
tərnqətinin banisi olmuşdur. (150/767-204/819-20).
42 Rey—İranda, Tehran yaxınlığında yer adı.
43 Tutiya—Göz dərmanı. Bütün göz xəstəliklərini sağalda
bilən dərman.
44 Mə'mun—Xəlifə Harun-ər-Rəşidin oğlu (813-833).
45 Dəxmə—Zərduştilərdə insan öldükdən sonra yandırılası
olmayan cəsədlərin qoyulduğu açıq meydança. Bu meydançalar
yuksək yerdə tikilər və buraya qoyulan cəsədləri quzğunlar
parçalayıb yeyərdilər. Bu söz Şərq ədəbiyyatında məqbərə
mə'nasında da işlənmişdir.
Səkkizinci fəsil
46 Fasiq—Alçaq, rəzil, murdar adam. 47 Abid—İbadət
edən.
Doqquzuncu fəsil
48 Ərəstu—Ərəstun, Aristotel. Məşhur yunan alimi və
filosofu.
49 RX (Rzaquli Xan Hidayət) ilə S. Nəfisidə fərq var. Bu
cümlə RX-yə əsasən tərcümə edilmişdir.
50 Əscədi—Əbu Nəzər
Əbdül Əziz ibn Mansur Əscədi
Mərvi- Hicri dördüncü
əsrin sonu, beşinci əsrin əvvəlinin məşhur şairlərindən biri
hesab edilir (öl. 432/10-10-41). 51 Taət—İqaət. itaət etmək.
52 Mə'siyət—İtaət etməmək, dinə qarşı çıxmaq, ası olmaq.
53 Zöhdiyyat—Tərkdünyalıq, zahidlik haqqında yazılmış
əsər.
54 Süleyman—Davudun oğlu Süleyman peyğəmbər
nəzərdə tutulur (er. əvvəl 1082-975).
55 Hacib -- Saray xidmətçisi, təşrifat rəisi, pərdədar.
204 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Onuncu fəsil
56 Sahib—b a x: 40.
On birinci fəsil
57 Dörd təbiət—Qədim təbabətdə böyük rol oynayan və
xarici aləmdəki dörd ünsürə (su, od, torpaq, külək) müvafiq
olaraq insanın bədənində də dörd "təbiətin" yə'ni istilik,
soyuqluq, quruluq və yaşlıq xüsusiyyətlərinin
olduğunu qəbul
edən nəzəriyyəyə işarə edilir.
58 Səhərin buxarlığı—Səhər məstliyi nəzərdə tutulur.
59 Müfsid—Fəsad törədən, ziyankar.
On ikinci fəsil
60 Gilan—İranın şimalında vilayət adı. Vaxtilə müstəqil
dövlət olmuşdur. "Qabusnamə" müəllifi özü Gilandandır.
61 S. Nəfisi və Y. E. Bertelsdə fərq var. Biz RX-i əsas
götürmüşük.
62 İbn Müqlə—Əbu Əli Məhəmməd ibn Əli ibn Hüseyn
ibn Müqlə. Məşhur xəttat, ədəbiyyatşünas və dövlət
xadimi
olmuşdur. Abbasi xəlifələrindən Müqtədir, Qahir və Raziyə
vəzir olmuş, sonuncu tərəfindən 328/939-40-cı. illərdə böyük
əzabla öldürülmüşdür.
63 Nəsr ibn Mənsur Təmimi—S. Nəfisinin fikriiə görə
Əbülhəsən Mənsurun oğludur, 929-936-cı illər arasında Misrə
göndərilmişdir.
64 Hücrə—Yaşamaq üçün olan balaça otaq.
65 Mö'təsim—Abbasilərin 8-ci xəlifəsi, 833-842-ci illərdə
hökmranlıq etmişdir.
On dörrduncü fəsil
66 RX-dan tərcümə edilmişdir.
67 Məhəmməd Zəkəriyya—b ax:26.
68 Şeyx Əbu Said) bul-Xeyr Meyhəni—Xorasanda məşhur
zahidlərdən biri olmuşdur. 967-ci ildə anadan olmuş, 1049-da
vəfat etmişdir.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
69 Şəmsülməali—"Qabusnamə" müəllifinin babası, Onun
haqqında müqəddimədə geniş mə'lumat verilmişdir.
70 Əhmədi Coğdi —Əhmədi Soğdi.
71 Əmir Sə'd Nəxxas—?.
72 Əbul-Abbas Qanimi—Şəmsülməalinin vəziri.
73 Qəzne, Qəzneyn—Qəznəvilərin paytaxtı,
Əfqanıstandadır.
74 İqta'- hissə. kəsik, tikə, parça, ayrılmış torpaq hissəsi,
şərti torpaq mülkiyyəti, müharibəyə getməklə əlaqədar
olaraq
bəxşiş edilmiş torpaq, Orta əsrlərdə dövlətdən iqta bəxşiş almış
şəxsə həmin yerin əhalisindən vergi toplamaq hüququ də
verilirdi. Bə'zən iqtalar xüsusi xidmətlər qarşısında da
bağışlanırdı. "Qabusnamə"də məhz belə xüsusi xidmətlər
müqabilində bağışlanan "iqtalardan" söhbət gedir.
75 Ptolemey—Qədim yunan filosofu, alimi və tədqiqatçı-
nəzəriyyəçisi Ptolemey ən çox nücum, riyaziyyat, coğrafiya və
fizika sahəsində bö|ük şöhrət tapmışdır. Eramızın ikinci əsrində
yaşayıb yaratmışdır. Təxminən 168-ci ildə vəfat etdiyi qeyd
olunur.
On beşinci fəsil
76 "fəslə zidd heç nə yemə"—Qədim təbabət elminə görə
hər fəslin özünə məxsus xeyirli və faydalı yeməkləri var idi. Bu
yeməkləri pozan və xörəklərini qarışdıran adamlar xəstələnməli
imişlər.
On yeddinci fəsil
77 Rum alimləri—Yunan alimləri nəzərdə tutulur.
78 "Biz gecəni örtük yaratdıq"—Qur'an ayəsi.
On səkkizinci fəsil
79 Şərəfülməali—"Qabusnamə" müəllifinin əmisi oğlu
Ənuşirəvan
ibn-Mənucehr nəzərdə tutulur, 1029-1032/33-cü
illərdə şahlıq etmişdir.
80 Çərğ—Ağ şahin.
On doqquzuncu fəsil
206 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
81 Əmr Leys—Səffarilər sülaləsinin ikinci hökmdarı,
265/879-287/900-cü illərdə hakimiyyət başında olmuşdur.
82 Əzhər Xər—Əmr Leysin baş sərkərdələrindən biri.
İyirmi birinci fəsil
83 Qarun—Məşhur əfsanəvi bir dövlətlinin adıdır.
Tövratda onun haqqında geniş mə'lumat verilir.
İslam aləmindəki mə'xəzlərə görə, Fironun (Faraonun)
vəziri olmuşdur. Heç nəyə e'tiqadı olmadığından guya 40 dəvə
yükü ilə birlikdə yerə batmışdır. Şərq ədəbiyyatında dövlətli
adam obrazı kimi həmişə Qarun misal göstərilir. Əhvalatdan
xəbərdar olmayan adamlar bə'zən rus dilindən Azərbaycan
dilinə tərcümələrdə Qarun ilə Harunu bir-biri ila qarışdırırlar.
Məsələn, belə bir səhv orijinaldan deyil, rus dilindən
Azərbaycan dilinə təcrümə edilmiş "İran yazıçılarının
hekayələri" kitabında buraxılmışdır.
84 Dirəm, dirhəm—Qədimdə bir sıra Şərq ölkələrində
işlənən pul və çəki vahidi.
85 Həbbə—Çəki vahidi. Təqribən 0,044 q-a bərabərdir.
86 Dang, dənge, dəng—Pul və çəki vahidi. Təxminən 1/6-
dən 1/3 dirəmə bərabərdir.
İyirmi üçüncü fəsil
87Elmi fərasət—Fizioqnomika, adamın üzünə baxıb
qəlbini oxuya bilmək elmi.
88 Fərraş—Burada əsl lüğəvi mə'nasında, yə'ni fərş salan,
ev yığışdıran ev-eşiyi sahmana salan mə'nasında işlənilmişdir.
Müasir dildə mə'mur mə'nasında işlənir.
89 Türkan—türk xalqları, əsasən, türküstanlılar nəzərdə
tutulur.
90 Quz—Tayfa, xalq adı.
91 Xötənlilər—Tayfa, xalq adı.
92 Xalluxlar—Tayfa, xalq adı.
93 Bəxişlər—Tayfa, xalq adı.
94 Tibetlilər—Tayfa, xalq adı.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib