Qırx üçüncü fəsil
KƏNDÇİLİK VƏ BAŞQA BİLDİYİN PEŞƏLƏRİN
QAYDALARI HAQQINDA
Ey oğul, bil ki, kəndli olsan, hər şeyin öz vaxtını yaxşı
bilməlisən. Nə əkmək istəsən, qoyma vaxtı keçsin, hər şeyi
vaxtından on gün tez əksən, bir gün gec əkməyindən yaxşıdır.
Kənd təsərrüfatı alətlərini cütü saz saxla, yaxşı öküzlər al və
yemini bol elə. Gərək sənin süründə həmişə qoşqu öküzü çox
olsun ki, şum vaxtı öküzlərdən biri xəstələnsə, iş axsamasın,
səpindən qalmayasan.
Əkin-biçin vaxtı çatdıqda torpağı şumlamağı unutma,
gələn ilin səpini haqqında bu il tədbir gör. Həmişə elə torpağı ək
ki, o özünü geyindirə bilsin onda səni də geyindirə bilər. Torpaq
özünü geyindirə bilmirsə, səni də geyindirə bilməz.
Kəndçilikdən xeyir görmək istəyirsənsə, abadlıq işləri ilə
məşğul ol.
Bazar sənətkarlarından olsan, hər sənət olur olsun, tez
işləyən və yaxşı düzəldən ol ki, alıcın da çoxalsın. İşi
qonşularından daha yaxşı gör, az qazancla kifayətlən. Bir dəfə
ona
bir qazanmaq əvəzinə, iki dəfə ona yarım qazan. Çənə
vurub zəhlə tökməklə müştərini qaçırma, beləliklə adamların
çoxu səninlə alver edər, ruzun başının altında olar. Şeyi satana
qədər müştəri ilə can bir dost ol, ona yağlı dil tök, ona "ağa"
deyib təvazö'karlıq et. Gülərüz olub mehribanlıq göstərsən,
səndən bir şey alarlar, qaşqabaqlı oturub nadanlıq etsən,
məqsədə çata bilməzsən. Mən deyən kimi etsən, alıcın çoxalar,
başqalarının qibtəsinə səbəb olarsan, bazardakı sənətkarların
hamısından çox ad qazanıb şöhrət taparsan.
Lakin doğru danışmağı adət et, xüsusilə satdığın şey
haqqında. Xəsislikdən qaç, amma israfçı da olma. Özündən
aşağıya bağışla, özündən yuxarıya ehtiram et. Özündən zəifləri
incitmə, arvadları və uşaqları alverdə aldatma, qəriblərdən artıq
alma. Abırlı adamlarla çox çənə vurma, ehtiyacı olanlarla yaxşı
rəftar et, şahlarla düz dolan. Şah
xidmətinə çox həris olma,
Orduda olanlarla yaxınlıq etmə. Sufilərlə təmiz sufi ol. Daş-
tərəzini düz saxla. Öz ailənlə ikiüzlülük edib iki kisə saxlama,
şəriklərinə xəyanət etmə.
Hər nə hazırlasan, başı çıxan və çıxmayan üçün eyni
dərəcədə yaxşı hazırla, namuslu ol. Varın olsa borc verməkdən
imtina etmə, doğrudan və ya yalandan and içmə, sələmçilikdən
uzaq qaç, alverdə qəddar olma. Yoxsula borc versən, imkanı
184 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
olmadığını bilsən, teztez borcunu istəmə, inadkarlıq göstərmə.
Ürəkdə xeyirxah ol, üzdə nikbin, Allah sənin işinə rəvac,
alverinz bərəkət verər. Bu xasiyyətlərə malik olan sənətkar
cavanmərdlərin
286
cavanmərdi olar.
Hər peşə sahibinin öz sənətində bir cavanmərdlik şərti
vardır. İndi son fəsildə hər sənətdə lazım olan cavanmərdlik
şərtlərindən danışacağam, Allah qoysa, hər
növə aid, bacarığım
daxilində müvafiq mə'lumat verəcəyəm.
Qırx dördüncü fəsil
CAVANMƏRDLİK QAYDALARI HAQQINDA
Ey oğul, bil ki. cavanmərdlik iddiasında olsan, gərək
əvvəlcə cavanmərdliyin nə olduğunu və nədən əmələ gəldiyini
biləsən.
www.duddud.com -
Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
Bil, insanlara xas olan üç xüsusiyyət var və elə bir adam
tapa bilməzsən ki, bu xüsusiyyətlərin özündə olmadığını e'tiraf
etsin. Allah-taala bu üç xüsusiyyəti çox az adama verdiyinə
baxmayaraq, hamı: alim, cahil, ağıllı, axmaq bu cəhətdən Allah-
taaladan razıdırlar.
Lakin kimə bu üç şey verilibsə, onlar Allah-taalanın xüsusi
bəndələri hesab edilməlidir: birincisi- ağıl,
ikincisi-düzlük,
üçüncüsü-insanlıq.
Xalqın bu iddiasına diqqətlə baxsan, görərsən ki, heç kəs
ağıl, doğruluq və insanlığa malik olduğunu yalandan iddia
etmir, çünki elə bir canlı yoxdur ki, onda bu üç xüsusiyyət
olmasın. Lakin vasitələrin kütlüyü və nasazlığı bunların əsl
yollarını insanların çoxunun üzünə bağlı saxlayır. Allah-taala
insanı ayrı-ayrı üzvlərin toplanmasından yaratmışdır. Ona sən
küllün aləmi de, ya cüz'ün aləmi- hər ikisi doğrudur. Çünki
insanın bədənində təbiət qüvvələrindən göyun, ulduzun,
maddənin, ünsürün, surətin, nəfsin və ağılın hissəsi vardır.
Bunların hərəsi özlüyündə tərkibə görə deyil, dərəcəyə görə ayrı
xüsusi bir aləmdir və insan bu aləmlərin toplanmasından və
məcmuundan ibarətdir. Demək, yaradan bu aləmləri bir yerə
toplamış, onları barlarla bir-birinə bağlamışdır. Bu böyük
dunyada gördüyün kimi, göylər, ulduzlar, təbiət qüvvələri
arasında da belə rabitələr vardır, onlar zatlarına (substansiyaya)
görə müxtəlif olduqları halda, bir-birindən asılıdırlar. Məsələn,
cinslərinə görə bir-birinə zidd
olan su ilə od kimi, torpaqla hava
da bir-birinin ziddidir. Demək, su ilə od arasında rabitə
yaratmaq üçün torpaq vasitəçi olur, onun quruluğu- od,
soyuqluğu- su ilə, suyun soyuqluğu- torpaq, yumşaqlığı hava
ilə, havanın yumşaqlığı- su, istiliyi od ilə, odun zatı- efir,
istiliyi- ulduzların və göylərin şahı olan Günəşlə, Günəş isə
zatına görə- maddə, maddəliyinə görə isə- şüalanma ilə
rabitədədir, çünki Günəşin zatı xususi ünsürdəndir
287
. Maddə ali
qüvvə vasitəsilə- nəfslə, nəfs isə əqllə rabitədədir.
Səbəb, nəticə, eləcə də hadisələr arasında maddə və
qüvvətə görə rabitə vardır. Əgər nəticə səbəbdən həmin rabitə
vasitəsilə maddə və qüvvə almasa, aralarındakı əlaqə pozular,
habelə təbiət fələkdən, fələk zatdan,
zat nəfsdən, nəfs əqldən.
Bu minvalla müqayisə et.
Bir də insanın bədənində nasazlıq və ağırlıq adına nə varsa,
hamısı təbiət qüvvələrindən əmələ gəlmişdir. Surət, sifət, həyat,
qüvvət, hərəkət-fələklərdən; beş cismani duyğu, yə'ni eşitmə,
görmə, qoxu, dad, toxunma-maddədən; ruhi hisslər: yadda
186 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
saxlamaq, tədbir görmək, fikir etmək, xəyala dalmaq, söz
söyləmək nəfsdən əmələ gəlmişdir. İnsanın bədənində
mənbəyini və yerini göstərmək mümkün olmayan ən izzətli bir
şey varsa, o da insanlıq, bilik, kamal və şərəfdir. Bunların da
hamısının əsasını ağıl təşkil edir, bunların hamısı insanın
bədənində ali ağlın sayəsində əmələ gəlmişdir.
Deməli, bədən cana, can ruha, ruh isə əqlə görə yaşayır.
Kimin
bədənində hərəkət gördün, mütləq o candandır; kimi
danışan gördün mütləq ruhdandır kimi ruh axtaran gördün
mütləq ağıldandır. Bu, bütün adamlarda vardır. Lakin bədənlə
can arasında xəstəlik pərdəsi əmələ gəldikdə, müvazinət rabitəsi
süstləşər, candan bədənə verilən maddə yə'ni hərəkət qüvvəti
çatışmaz. Kimdə canla ruh arasında hecab
288
ağırlıq pərdəsi
əmələ gəlsə, ruhdan cana heç bir maddə, yə'ni beş duyğu üzvü
getməz, kimdə ruhla əql arasında qaranlıq və tanınmazlıq
pərdəsi əmələ gəlsə, ağıl maddəsi, yə'ni düşüncə, tədbir, insanlıq
və doğruluq ruha çatmaz.
Demək, həqiqətdə ağıl və insanlıq olmayan heç bir bədən
yoxdur. Lakin ruhani yollar ali qüvvə üçün bağlı olduqda, iddia
eşidirsən, mə'na isə görmürsən. Deməli, dünyada elə bir adam
yoxdur ki, insanlıq iddiası etməsin. Lakin, ey oğul, nə qədər
sağsan, çalış başqaları kimi olma, mə'nasız iddia etmə,
öyrənmək, dərk etmək vasitəsi ilə ruhani yolları ali
qüvvə üçün
açıq saxla, qoy səndə mə'na olsun, iddia olmasın.
Bil, ey oğul, müdrik adamlar insanlıq və ağıldan cisimdə
deyil, sözlərdə təcəssüm etmiş bir ideal yaratdılar və adını
insanlıq qoydular. Onun bədəni, canı, hissləri, mə'nəviyyatı var
idi və dedilər: "Bu idealın bədəni cavanmərdlik, canı doğruluq,
hissləri elm mə'nəviyyatı gözəlliklərdir. Onu adamlar arasında
bölüşdürdülər. Bir dəstəyə bədən düşdü, bir dəstəyə bədən və
can düşdü, bir dəstəyə bədən, can, hiss və mə'nəviyyat düşdü.
Paylarına heç bir şey düşməyənlər—hərbçilər, əyyarlar
289
və
bazar əhli idi. Camaat onlara "cavanmərd" adını verdi. Bədən və
can düşən dəstə zahiri mə'rifət sahibləri və yoxsul sufilərdir,
camaat onlara "zahid" və "ürəfa" adı vermişdir. Bədən, can və
hisslər düşən dəstə filosoflar, peyğəmbərlər və müqəddəs
adamlardır, camaat onlara "müdriklər" adını vermişdir. Bədən,
can, hiss və mə'nəviyyat düşən dəstə məlaikələr, insanlardan isə
peyğəmbərliyə çatanlardır. Paylarına cavanmərdlik düşən dəstə
də həmin qrupa aiddir. Həqiqətdə isə, necə ki, deyiblər,
cavanmərdliyin əsası üç şeydir: birincisi, dediyini edəsən,
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib