ikincisi, doğruya tərəfdar çıxasan, üçüncüsü, səbrli olasan, çünki
cavanmərdliyə aid bütün xüsusiyyətlər bu üç şeylə əlaqədardır".
İndi, ey oğul, əgər çətinlik
çəkirsənsə mən bu üç
xüsusiyyəti üç dəstə arasında bölüb hərəsinin dərəcə və
əndazəsini ayrı-ayrı şərh edirəm ki, başa düşəsən.
H a ş i y ə. Bil, əyyarların ən cavanmərdi odur ki, onda bir
neçə xüsusiyyət olsun: hünərli, ürəkli, hər işdə səbrli, sözünə
sadiq gözü tox, ürəyi təmiz, başqasına ziyan vurmayan,
dostunun xeyri yolunda öz zərərinə razı olan, əsirləri
incitməyən, yoxsullara bəxşiş verən, pisləri pis işdən döndərən,
düz deyib düz eşidən olsun, qədir bilsin, çörək yediyi süfrəyə
xəyanət etməsin, yaxşılıq əvəzini pisliklə çıxmasın,
dilini xeyrə
öyrətsin, hər şərdə bir xeyir görsün. Diqqətlə baxsan, bütün bu
xüsusiyyətlərin hamısı dediyim həmin üç şeylə əlaqədardır, bu
barədə bir hekayət də vardır.
H e k a y ə t: Eşitmişəm, bir gün əyyarlardan bir dəstə
Kuhistanda oturarkən, bir adam gəlib salam verir və deyir: Mən
Mərv əyyarları tərəfindən elçiyəm, sizə salam göndərib deyirlər:
Eşitmişik Kuhistanda filan əyyarlar var, bizdən bir nəfər sizin
yanınıza gələcək, bir şərtimiz var, əgər bizim sualımıza düz
cavab versəniz və biz onunla razılaşsaq, sizin böyüklüyünüzü
qəbul edəcəyik, düz cavab verə bilməsəniz, gərək siz bizim
böyüklüyümuzü təsdiq edəsiniz". Deyirlər: "De", Deyir:
"Soruşurlar cavanmərdlik nədir cavanmərdliklə nacavanmərdlik
arasındakı fərq nədən ibarətdir? Bir əyyar yol üstə oturmuş olsa,
bir adam oradan keçsə, bir azdan sonra başqa birisi siyirmə
qılınc gəlib ondan soruşsa ki, filan adam buradan keçib ya yox,
o nə deməlidir? Desə xəbərçilik olar, deməsə-yalançılıq,
bunların hər ikisi də əyyarlıqla bir yerə sığmaz".
Kuhistan əyyarları bu məsələni eşitdikdən sonra bir-birinə
baxışdılar, Onların arasında Fəzli Həmədani adında
bir kişi var
idi, qalxıb deyir: "Bu suala mən cavab verərəm". Deyirlər: "De".
Deyir: "Əsl cavanmərdlik odur ki, dediyini edəsən,
cavanmərdliklə nacavanmərdlik arasındakı fərq ondan ibarətdir
ki, səbir edəsən. O əyyar isə belə etməlidir: oturduğu yerdən
durub bir addım yuxarıda oturmalı və deməlidir: "Mən burada
oturduğum müddətdə buradan keçməmişdir". Duz demiş olar".
Bu sözü başa düşsək cavanmərdliyin mahiyyətini də başa
düşmüş olarsan.
Hərbçilərin xüsusiyyəti. Əyyarlarda olan bu dediyim
cavanmərdlik hərbçilərdə də olur, onlarda bu şərtə riayət etmək
daha tam şəkildə qanun sayılır, çünki harbçilik təkmilləşdirilmiş
188 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
əyyarlıq deməkdir. Lakin hərbçidə kəramət, qonaqpərəstlik,
səxavət, minnətdarlıq, nəzakət, silah oynatmaq məharəti daha
çox olmalıdır.
Amma qadınlara hörmət etmək, özünü saxlamaq,
başqalarına xidmət göstərmək, başıaşağı olmaq hərbçi üçün
hünər, əyyar üçün eyib sayılır. Cavanmərdlik
bazar əhli üçün də
şərtdir, bu barədə peşə sahiblərindən danışarkən bəhs etmişik.
Din alimlərinin xüsusiyyəti. İnsanlıq idealından paylarına
bədən və can düşən dəstə, dediyimiz kimi, din elmi sahibləri və
yoxsul sufilərdir. Camaat bunlara ürəfa adı vermişdir. Bu
dəstədə cavanmərdlik daha çox olmalıdır, çünki cavanmərdlik
idealın bədəni, doğruluq isə onun canıdır, onlara isə can, yə'ni
doğruluq da düşmüşdür, Onlar nəzakət qaydalarından əlavə bir
də din elmini bildiklərinə, üləma olduqlarına görə daha çox
insan olmalıdırlar. Belə xüsusiyyətlərə malik olanlar mülayim
danışmağı, ürəyi ələ almağı, eləcə də xeyirli işlər görməyi, qəlbi
razı salmağı daha yaxşı bacarmalıdırlar. Onlar dində möhkəm
olmalı,riyadan uzaqlaşmalı, dini məsələlər istisna edilməklə, heç
vaxt qəzəblənməməlidirlər. Din ayrılığına görə birinin gizlin
sirrini açmamalı, cəzalandırmaq üçün camaata fitva verib, onları
təhrik etməməlidir, and içməməlidir. Fitva ilə xalqı
incitməməlidir. Bir yazığın səhvi olsa və onun yanına gəlsə,
çarəsini bilsə, xudbinlik etməyib ona öyrədərək, xoşdillə yola
salmalıdır. Dini dünya malına satmamalı, zahidliyini xalqın
gözünə soxmamalıdır. Yaxşı ad qazanmaqda şöhrət tapmalı,
fasiq adamı günah üstündə, xüsusilə xalq içində
danlamamalıdır. Əgər birinə nəsihət
üçün məzəmmət edirsə,
xəlvətdə etməlidir, çünki xalq içində məzəmmət zülm, əziyyət
sayılar. Heç vaxt xalqın canına qəsd etməməli, adamın ölümə
layiq olduğunu bilsə də, fitva verməməlidir. Bütün yanlış
fitvalara çarə tapmaq olar, qətldən başqa, çünki ölünü diriltmək
olmaz. Məzhəb fərqi üstə heç kəsi kafir adlandırmamalıdır,
çünki kafirlik dinin əksidir, məzhəbin əksi deyildir. O, başqa
kitab və elmi rədd etməməli, onun bilmədiyi şey küfr olmaya da
bilər. Xalqı günah işlərə sövq etməməlidir. Hansı fəqih və hansı
zahiddə bu sifətlər varsa, o həm mərddir, həm cavanmərd.
Təsəvvüf əhlinin xüsusiyyəti. Təsəvvüf əhlinin ən'ənə,
qayda-qanun və şərtlərini onların özləri: Ostad Əbulqasım
Əbdülkərim Qüşeyri
290
özünün "Rəsaili adab-ət-təsəvvüf", Şeyx
Əbulhəsən əlMüqəddəsi
291
"Bəyan-əs-Səfa", Əbu-Mənsur əd-
Dəməşqi
292
"Əzəmət" və Əli Vahidi
293
"Kitabül-Bəyan fikəşfil-
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
əyan" kitabında yazmışlar. Mən
burada bu təriqətin bütün
şərtləri haqqında, şeyxlərin başqa kitablarda yazdıqları qədər
mə'lumat verə bilmərəm. Mənim bu kitabdan məqsədim nəsihət
vermək və sənə yaxşı gün ağlamaqdır. Ona görə bu baradə də öz
borcumu yerinə yetirdim ki, əgər bu tayfa ilə də oturub dursan,
nə sən onlara yük olasan, nə onlar sənə.
Mən bu dəstənin də cavanmərdlik şərtlərini sənə danışmaq
istəyirəm, çünki elə bir adam tapılmaz ki, özlərini hamıdan daha
üstün və daha yaxşı hesab edən bu dəstə kimi Allah xatirinə,
könüllü olaraq həyatda bu qədər əziyyətə mə'ruz qalsın.
Eşitmişəm ilk dəfə bu təriqəti kəşf edən Üzeyr peyğəmbər
olmuşdur, iş oraya çatmışdır ki, lə'nətə gəlmiş yəhudilər onu
Allahın oğlu adlandırmışlar (ağızlarına daş-torpaq).
Eşitmişəm ki, Peyğəmbərin vaxtında onun səhabələri
arasında da yamaqlı paltar geyən on iki "suffə sahibi" olmuşdur.
Peyğəmbər tez-tez onlarla xəlvətə çəkilər və onları sevərmiş.
Bu dəstənin cavanmərdlik şərtləri o biri dəstələrdən
çətindir. Bu dəstənin adət və ən'ənələri, cavanmərdlikləri iki
curdür: biri yoxsul sufilərə xasdır, o birisi sufi dostlarına. Hər
ikisindən də danışaçağam. Lakin tam mə'nada əsl dərvişlik odur
ki, heç bir şeyin olmasın. Heç
bir şey olmamaq və təklik
təsəvvüfün özüdür.
H e k a y ə t. Belə eşitmişəm, bir dəfə iki sufi gedirmiş,
bunlardan birinin heç bir şeyi yox imiş, o birisinin isə beş dinar
pulu var imiş. Heç bir şeyi olmayan ürəklə gedir, heç kəsdən
qorxmur, haraya çatırdısa, orada özünü arxayın hiss edir,
təhlükəli yerlərdə yatır və könlü istədiyi kimi şellənirdi. Beş
dinarı olan isə qorxusundan yata bilmir, lakin pulunu da ata
bilmirdi. Nəhayət, gəlib bir quyunun başına çıxdılar. Yer
qorxulu və bir neçə yol ayırıcı idi. Şeysiz sufi çörəyini yedi,
başını atıb yatdı. Beş dinar sahibi ieə qorxudan yata bilmir və
hey deyirdi: "Nə edim, beş dinar qızılım vardır, bura qorxulu
yerdir, sən yatırsan, amma məni yuxu aparmır nə yata bilirəm,
nə gedə bilirəm". Şeysiz sufi deyir: "O beş dinarı ver bura".
Alır. Alan kimi dinarları quyuya atır və deyir: "canın qurtardı,
arxayın yat, müflis mis qalada olar, yə'ni müflisə zaval yoxdur".
Bütün şeyxlərin
fikrinə görə, təsəvvüf üç şeydən ibarətdir:
təcrid, təslim və təsdiq (yə'ni heç bir şeyi olmamaq, özünü
Allaha təslim etmək, sidq ilə iman etmək). Əgər hər şeyə bir
nəzərlə baxsan, bəladan uzaq olarsan, heç bir işində maneəyə
rast gəlməzsən, təriqətin əsli də elə budur. Deməli, özünü təslim
etmiş dərviş heç bir adamla özü üstündə açıq düşmənlik
190 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
etməməlidir. Məsləkdaşı və ya qohumu üstündə edə bilər. Onun
paxıllığı həmişə bu olmalıdır ki, "nə üçün mənim qardaşım
məndən yaxşı deyil?". O, mənliyini unutmalı, qərəzi bir kənara
atmalı, özündən keçməli, hər şeyə təcrid və təsdiq gözü ilə
baxmalı, heç kəsə iki müxtəlif nəzərlə baxmamalı, şəkk, şübhə,
güman kimi şeylərdən əl çəkməlidir, çünki şəkkə yol verməyən
baxış təsdiq deməkdir. Heç kəs buna e'tiraz edə bilməz, çünki
həqiqətin
mahiyyəti ikiliyi rədd etmək, təsdiqinki isə ziddiyyəti
rəf etməkdir.
Bil, ey oğul, kim ayağını sidqlə suya qoysa, su onun ayağı
altında buz olar. Bu barədə söhbət açsalar, bil ki, mümkün
olmasa da ağıl onu rəva bilər. Bir şeyə ki, sidqlə inandın, onu
inkar etmə, şübhəyə yol vermə. Sidq elə bir şeydir ki, onu ağıl
və ya güclə ürəyə daxil etmək olmaz, o ya Allah-taala tərəfindən
bəxş edilməlidir, ya da adamın öz canında olmalıdır.
Dərviş ona deyərlər ki, sidq gözü ilə baxsın, qorxunu
özünə peşə etməsin, zahirdə və batində bir olsun, həmişə
Allahın təkliyi haqqında düşünsün. Lakin düşünərkən, bir az
ehtiyatlı olmalıdır ki, düşüncələr atəşi içərisində yanmasın. Bu
təriqət sahibləri düşüncəni elə bir od adlandırmışlar ki, onun
suyu yalnız təsəlli ola bilər. Ona görə də işrət, rəqs və musiqini
təsəlli üçün vasitəçi ediblər. Əgər dərviş oxuyub vird etməyə
meyl göstərməsə, həmişə düşüncələr odu içərisində yanar.
Tövhid haqqında düşunməyənə musiqiyə qulaq asmaq və avazla
oxumaq çətin olar, çünki bu, qaranlıq üstünə qaranlıq gətirər.
Şeyx Əxi Zənkanı
294
ömrünün axır vaxtlarında musiqini
qadağan etmişdi, O deyirdi: "Musiqi (səma) sudur,
su od olan
yerdə lazımdır. Suyu suya töksən, bulanıqlıq və lillik artar. Əlli
adamdan yalnız birində od varsa bu bir nəfər xatirinə o biri qırx
doqquzunun üstünə su səpməyinə dəyməz, o bir nəfərdən səbr,
bu qırx doqquz nəfərdən isə sədaqət tələb etmək lazımdır".
Əgər dərvişin batinində ədəb nuri yoxdursa, zahiri tərbiyə
vacibdir ki, heç olmasa, iki xususiyyətdən biri yerində olsun.
Deməli, dərviş ibadət edən, şirindil, ziyansız, pis işlərdən uzaq,
təmiz, pəhrizkar və düz olmalıdır. Onun səfərdə və başqa
yerlərdə lazım olan dərvişlərə aid butün ləvazimatı, məsələn,əsa,
kəşkül, su qabı, səccadə, yelpic, daraq, iynə, dırnaq düzəldən,
heybə və s. olmalıdır. Dərvişin dərziyə və paltaryuyana ehtiyacı
olmamalıdır, bu iki işdə o, bəlkə özü qardaşlarına xidmət
göstərməlidir. O səyahəti sevməli, lakin səfərə tək çıxmamalı,
Xanqaha
295
tək getməməlidir. Həmişə bəla təklikdən doğur.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib