Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə29/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   25   26   27   28   29   30   31   32   ...   53

 
 
hər ikisini bədbəxt etmə. Qoy böyüyənə  qədər öz bildiyi kimi 
yaşasın. Hər halda sən öləndən sonra alnına nə yazılıbsa, o da 
olacaqdır. 
Haşiyə. Övladın qız olsa, onu həyalı bir dayəyə tapşır, 
böyüyəndə ona bir müəllimə tut... 
Nə qədər ki, sənin evindədir, onunla mehriban dolan, çünki 
qızlar ata və analarının  əsiri olarlar. Lakin oğlan atasız qalsa 
belə, yenə öz işini tələb etməyə gedə bilər, necə olur-olsun 
özünü dolandırar. Qız isə yazıq olar, hər nəyin varsa, əvvəlcə 
qıza xərclə, onun işlərini düzəlt və onu birinin boğazına keçirib, 
onun qəmindən xilas ol. Qızın bakirədirsə, bakir kürəkən tap, 
qoy arvad könlünü ona versin, ər də arvadın qədrini bilsin, hər 
iki tərəf bir-birinə bab olsun. 
H e k a y ə t. Belə eşitmişəm, Şəhrbanunu
123
 hələ kiçik bir 
qız ikən  Əcəmdən  Ərəbistana  əsir aparırlar. Ömər 
Əmirəlmö'minin (Allah ondan razı olsun) onu görür, deyir, bunu 
satın. Onu satmağa apararkən,  Əli  Əmirəlmö'minin (Allah 
ondan razı olsun) rast gəlir və peyğəmbər səlləllahü  əleyhi və 
səlləm adından bu xəbəri gətirir: "Şah övladını satmaq rəva 
deyildir". 
Hədis çatdıqdan sonra Şəhrbanunu satmayıb Səlman 
Farsın
124
 evinə aparırlar ki, sonra ərə versinlər.  Ərə getmək 
məsələsini  Şəhrbanuya xəbər verdikdə, o, deyir: "Əri 
görməyincə onun arvadı olmayacağam". 
Şəhrbanu uca bir yerdə oturur, Ərəb və Yəmənin böyükləri 
gəlib onun qabağından keçirlər ki, kimi bəyənsə, onun da arvadı 
olsun. Bu zaman Səlman onun yanında oturub gələn-gedənləri 
tanıtdırır və deyir miş: "bu filandır, o bəhmandır" və 
nöqsanlarını sayırmış. 
 Ömər keçərkən,  Şəhrbanu deyir: "Bu kimdir?" Səlman 
deyir: "Ömərdir".  Şəhrbanu deyir: "Böyük adamdır, lakin 
qocadır".  Əli keçəndə soruşur: "Bu kimdir?" Səlman deyir: 
(Allah ondan razı olsun) "Əlidir".  Şəhrbanu leyir: "Alicənab 
adamdır, lakin sabah Fatimeyi-Zəhranın üzünə baxa bilmərəm, 
utanıram, buna görə  də istəmirəm".  Əli oğlu Həsən keçdikdə, 
onun kim olduğunu bildikdən sonra deyir: "Mənə layiqdir, lakin 
arvadları çoxdur, istəmirəm". Əli oğlu Hüseyn (Allah ondan razı 
olsun) keçərkən, kim olduğunu soruşduqdan sonra deyir: "Bu 
mənim malımdır, mənim ərim o ola bilər. Bakirə qızın əri bakir 
oğlan olmalıdır, mən ərə getməmişəm, o da arvad almayıb". 
116 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 Ancaq  gözəl kürəkən seç, qızını kifir adama vermə. Qız 
çirkin  ərə könül verməz, sən də rüsvay olarsan, əri də. Adaxlı 
gözəlüz,  əlidüz, təmizdin, təsərrüfatdan başı  çıxan olmalıdır. 
Bilməlisən ki, o, qızının xərcini haradan və hansı yolla ələ 
gətirir. Lakin kürəkən həm dövlətdə, həm şöhrətdə səndən aşağı 
olmalıdır ki, o, səninlə fəxr etsin, sən onunla yox, belə olduqda, 
qızın da rahat yaşayar. 
Demək istədiyim bunlardır, bundan artıq bir şey tələb 
etmə. Qız satan olma, onda kürəkən də mürüvvətli olub öz 
insanlığını yerinə yetirər. Nəyin var, hamısını ver, qızını onun 
boğazına keçir və özünü bu böyük möhnətdən xilas et. 
Dostlarına da bunu məsləhət gör. Yaxşısını Allah bilir. 
 
 
 
 
 
 
 
 
 
 
İyirmi səkkizinci fəsil 
DOST SEÇMƏK VƏ ONUN QAYDALARI HAQQINDA 
Ey oğul, bil, insan nə  qədər sağdır, onun dosta ehtiyacı 
vardır. Qardaşı olmayan adam dostu olmayandan yaxşıdır. Bir 
alimdən soruşurlar: "Dost yaxşıdır, yoxsa qardaş?" Deyir: 
"Qardaş da dost olsa yaxşıdır". 
Bey t 
Dost olsa qardaşım, qardaş yaxşıdır  
Düşmən olsa, qara bir daş yaxşıdır. 
 
Deməli, dostlar haqqında fikirləşirsənsə, onlara bəxşiş, 
hədiyyə göndər, mərdlik göstər, çünki dost hayına qalmayanın 
dostları da hayına qalmaz. Belə adamlar həmişə dostsuz qalar. 
Deyirlər ki, guya dost adamı qohumdan uzaqlaşdırır. İnanma. 
Tez-tez dost dəyişdirməyi adət etmə, dostu çox olanın 
eyibləri örtülər, ləyaqətləri meydana çıxar. Lakin təzə dost 
tapdıqda köhnəsinə arxa çevirmə. Yenisi ilə dost ol, köhnəsi də 
qoy yerində qalsın, beləliklə dostların sayı çoxalsın. Deyiblər ki: 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
"Yaxşı dost böyük xəzinədir". Bir də  səninlə dostlaşmaq 
istəyən, lakin hələlik yarımdost olan adamlar haqqında da 
fikirləş, onlara yaxşılıq et, qayğı göstər, xeyirlərdə onlara 
kömək et. Səndə mərdlik gördükdə, dönüb sadiq dostun olarlar. 
İskəndərdən soruşurlar: "Az müddətdə bu qədər böyük bir 
dövləti hansı xasiyyətinlə ələ gətirdin?" 
Deyir: "Düşmənlərə lütf etmək, dostlara kəramət 
göstərməklə". 
Bir də dostlarının dostları haqqında fikirləş, onlar da 
dostlar cərgəsində hesab edilərlər. Lakin düşməninlə dostluq 
edəndən ehtiyatlı ol, ola bilər onunla dostluğu səninkindən 
möhkəm olsun və düşmənindən əvvəl sənə zərər yetirsin. 
B e y t 
Qardaşım, əlini üz o dostundan  
Ki, düşmənlə durub otura hər an. 
 
Dostunla düşmənlik edənlərdən də özünü qoru. Heç bir 
səbəb və  əsas olmadan səndən  şikayətlənən dostlardan dostluq 
gözləmə. 
Dünyada eyibsiz adam ola bilməz, lakin sən mərd ol, mərd 
adamda nöqsan olmaz. Namərdlə dostluq etmə, namərd dostdan 
xeyir gəlməz. Badə dostlarını dost hesab etmə, çünki onlar 
qədəhi dost tutarlar, səni yox. Dostun yaxşısı da olar, pisi də, 
hər iki dəstə ilə dostluq et, yaxşıları ilə ürəkdən dostluq et, 
pisləri ilə dildə dost ol. Beləliklə, hər iki tərəfin dostluğu tə'min 
edilmiş olar. Həmişə ehtiyac yaxşı dostlara düşməz, elə vaxt 
gələ bilər ki, pis dostlara da adamın işi düşə bilər. Hərçənd 
yaxşıların yanına getmək pislərin yanında hörmətini azaltdığı 
kimi, pislərin də yanına getmək yaxşıların yanında hörmətini 
azaldar, lakin sən yaxşıların yolu ilə get ki, hər iki dəstənin 
dostluğu sənə  nəsib olsun. Amma heç vaxt axmaq adamlarla 
dostluq etmə, çünki axmaq dost öz dostluğu ilə elə şeylər edər 
ki, yüz ağıllı öz düşmənliyi ilə onu edə bilməz. 
Yalnız yaxşı  və iste'dadlı adamlarla dostluq et ki, sən də 
dostlarının  şöhrət tapdığı iste'dadlarla hörmət qazanıb 
tə'riflənəsən. Tək olmaq pislə oturmaqdan yaxşıdır. Bu barədə 
mən iki beyt də demişəm. 
Şe'r 
Ey könül, vəhşi tək çölə qaçırsan,  
Nə dərd anladırsan, nə söz qanırsan.  
Demək, pis həmdəmsən, yaxşı ki, getdin,  
Tənhalıq yaxşıdır, məncə, pis dostdan. 
118 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Danlanmaq istəmirsənsə, dostların və adamların haqqını 
tapdalama. Deyiblər ki, iki cür adam məzəmmət edilməyə 
layiqdir: biri dostların haqqını tapdalayanlar, ikincisi, yaxşı  işə 
qiymət qoymayanlar. Bil ki, insanların dostluğa yarayıb-
yaramadığını iki şeylə müəyyyən etmək olar: birincisi odur ki, 
dostu dara düşə, o, imkan daxilində heç bir şeyi dostundan 
müzayiqə etməyə və ağır gündə ondan üz döndərməyə; ikincisi, 
əgər dostu vəfat etsə, onun övladını  və qohumlarını yanına 
çağırıb onlara yaxşılıq edə, hər dəfə dostunun qəbrinin 
ziyarətinə getdikdə  həsrətini bildirə, doğrudur, bu dostun özü 
deyil, lakin onun ki, qəbridir. 
Hekayət. Belə danışırlar ki, Sokratı öldürməyə apararkən, 
bütpərəstliyi qəbul etməsini tə'kid edirlər. Deyir: "Allah 
eləməsin ki, yaradandan başqa birinə sitayiş edəm". 
Onu e'dama aparırlar. Adətin tələb etdiyi kimi 
tələbələrindən bir dəstə onun yanınca gedir və ah-fəğan edirlər. 
Sonra ondan soruşurlar: "Ey filosof, indi ki, ölümə razı olubsan, 
de görək, səni harada dəfn edək?" Sokrat təbəssüm edib deyir: 
"Əgər məni yenidən tapa bilsəniz, harda istəyirsiniz, dəfn 
ediniz", yə'ni "tapdığınız mən olmayacağam, mənim qəlibim 
olacaqdır". 
Adamlarla orta dost ol, dostlarının çoxluğuna bel bağlama
əsl dost özünü hesab et, dalına və qabağına diqqətlə bax, 
dostlarının e'tibarlığına ümid edib arxayınlaşma, min dostun 
olsa belə, heç kəs sənə özündən artıq dost ola bilməz. Dostu xoş 
və  bəd gündə yoxla, xoş gündə hörmətinə, bəd gündə isə kö 
məyinə görə. Düşmənini düşmən hesab etməyəni dost bilmə, elə 
adam tanış adlanar, dost sayılmaz. 
Dostlarınla narazılıq vaxtlarda da xoş vaxtlardakı kimi 
rəftar et. O adamı dost hesab et ki, bilirsən o da səni dost hesab 
edir. 
Dosta dostluq xatirinə elə şey öyrətmə ki, bir vaxt düşmən 
olsa, onun vasitəsi ilə sənə ziyan yetirə bilsin, sonrakı peşmanlıq 
fayda verməz. 
Yoxsul olsan, dövlətli dost axtarma, çünki yoxsulu heç kəs 
sevməz, xüsusilə dövlətlilər. Dostu özünə 
bab seç, varlı olsan, dövlətli dost seçə bilərsən. Lakin 
dostluqda möhkəm ol, onda sənin də  işlərin möhkəm olar. 
Axmaq bir şey üstə dost səndən uz döndərirsə, onu geri 
qaytarmağa çalışma, layiqi yoxdur. 
Tamahkar dostdan qaç, onun dostluğu tamah üzündən olar, 
həqiqi dostluq olmaz. Kinli adamlarla dostluq etmə, kinli adam 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə