Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə26/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   22   23   24   25   26   27   28   29   ...   53

 
 
Qulu alanda elə yerdən al ki, orada onunla pis rəftar etmiş 
olsunlar. Ona balaca yaxşılıq etsən, sənə minnətdar olar, səni 
ürəkdən sevər. 
Vaxtaşırı qula pul ver, qoyma həmişə pula möhtac olsun, 
yoxsa pul əldə etmək üçün başqa yerə gedər. Qiymətli qul al, 
hər kəsin ləyaqəti onun qiyməti ilə müəyyən edilər. Çox ağası 
olmuş qul alma. Çox ərdə olmuş arvadla, çox ağası olmuş qulda 
tə'rifə layiq bir şey olmaz. Hər nə alsan, gündən-günə qiyməti 
artan al. 
Qul satılmasını  həqiqətən istəyirsə, inad etmə, sat. Arvad 
həqiqətən boşanmaq, qul doğrudan satılmaq istəyirsə, o 
arvaddan və bu quldan şadlıq gözləmə. Qul səhv və  xəta 
üzündən deyil, qəsdən tənbəllik edib, bilə-bilə  səhlənkarlıq 
göstərirsə, ona zorla yaxşı  işləməyi öyrətmə, o, heç bir vəchlə 
çalışıb cəld iş bacaran və səliqəli olmayacaqdır, sat. 
Yatmışı  səslə oyatmaq olar, tənbəli təbillə  də  hərəkətə 
gətirmək olmaz. İşə yaramayan əhli-əyalı başına toplama. 
Azarvadlılıq ikinci dövlətlilikdir. 
 O  qədər xidmətçi saxla ki, qaçmasınlar, saxladığına isə 
yaxşı bax. Bir nəcib saxlamaq iki nanəcib saxlamaqdan yaxşıdır. 
Qoyma sənin evində qullar bir-birinə qardaş, cariyələrə isə 
bacı desinlər, ondan böyük şeylər törəyər. Öz qulunu və 
azadanlarını
106
 gücləri çata biləcək qədər yüklə, elə etmə ki
gücləri çatmadıqları üçün tabe olmaqdan boyun qaçırsınlar. 
Özün insaflı və düz ol ki, düzlər və insaflılar tərbiyəçisi olasan. 
Qul öz ağasını atası və anası hesab etməlidir. Qulsatandan 
qorxmayan qulu alma, ulaq baytardan qorxan kimi qul da 
qulsatandan qorxmalıdır. Hər xırda  şeyin üstündə satılmasını 
istəyən qul, demək satılıb alınmasından utanmır, ona bel 
bağlama, ondan xeyir gəlməz, tez başqası ilə  əvəz et. Mən 
dediyim kimilərini tap ki, başağrısı olmasın. 
 
 
 
 
 
 
 
 
 
 
 
104 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İyirmi dördüncü fəsil 
 EV VƏ TORPAQ ALMAQ HAQQINDA 
Ey oğul, bil və agah ol ki, əgər ev, kənd, torpaq, 
ümumiyyətlə, alınıb satıla bilən hər nə alırsansa, qanuna riayət 
et. Hər nə alırsan bolluqda al, hər nə satırsan qıtlıqda sat, 
qazanmağa çalış  və bundan utanma. Deyiblər ki, almaq 
istəyərkən, əldən iti ol, çənə döyməyi unutma, çənə döyüb ucuz 
almaq qazancın yarısıdır. Lakin hər nə alsan, onun xeyir və 
ziyanını bilib almaq lazımdır. Müflis olmaq istəmirsənsə, 
qazanmamış xərcləmə. Mayana ziyan vurmaq istəmirsənsə, axırı 
zərər olan mənfəətdən qaç. Çox varlı olub, yoxsulluq 
istəmirsənsə, paxıl və  həris olma. Hər işdə  səbrli ol, səbrli 
olmaq ağıllı olmağa bərabərdir. Bütün işlərdə öz xeyrinə laqeyd 
olma, çünki laqeydlik axmaqlığa bərabərdir. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
İşin dolaşsa və  məşğələ qapıları üzünə bağlansa, özünü 
itirmə, səriştəli ol, işlər öz qaydasına düşənə  qədər səbr et. 
Tələsməklə heç bir iş düzəlməz. 
Almaq məsələsinə  gəldikdə, ev almaq istəyirsənsə, elə 
küçədə al ki, adamları e'tibarlı olsun. Şəhər kənarında alma, 
divar altında olanını alma, ucuzluq xatirinə dağılmış alma, hər 
şeydən əvvəl qonşusuna bax. Deyiblər: "Əvvəl qonşu, sonra ev". 
Müdrik Büzürcmehr demişdir: "Dörd şey böyük bəladır: 
birinci- pis qonşu, ikinci- böyük ailə, üçüncü-nacins arvad, 
dördüncü- ehtiyac". 
Heç vaxt qonşusu ələvi
107
 olan ev alma, alimlərin və dövlət 
xadimlərinin də evini alma. Çalış elə küçədə ev al ki, orada 
hamıdan dövlətli sən olasan. 
Lakin e'tibarlı qonşu seç. Elə ki, ev aldın, qonşuna hörmət 
et, onun haqqını tapdalama, belə deyiblər: "qonşunun haqqı 
daha böyükdür". 
Küçənin və  məhəllənin adamları ilə mehriban dolan 
xəstələrinin kefini soruş, tə'ziyə yerlərinə get, cənazələrini 
basdırmaqda iştirak et, ümumiyyətlə, qonşuya bütün işlərində 
kömək et, şadlıqları ilə  şadlan, öz imkanına görə pay göndər, 
hədiyyə ver. 
Beləliklə, sən küçənin ən hörmətli adamı olarsan. 
Küçə  və  məhəllənizin uşaqlarını xoş dindir, başlarını 
sığalla, qocalarının kefini soruşub hörmətlərini saxla. Küçə 
məscidindəki camaat namazında iştirak et, Ramazan
1
 ayında 
məscidə şam və çilçiraq göndərməkdə kahıllıq etmə. Sən xalqla 
necə  rəftar etsən, o da səninlə elə  rəftar edər. Onu da bil ki, 
yaxşıdan, pisdən insanın başına nə  gəlirsə, öz əməlindən gəlir. 
Ona görə edilməyə layiq olmayanı etmə, deyilməyə layiq 
olmayanı demə, edilməyə layiq olmayanı edənlər görməyə layiq 
olmayan günlər görərlər. 
                       
 
 
 
 
 
 
 
1
 Рамазан айы-Оруълуг айы демякдир. 
 
106 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Bacardıqca yurdunu böyük şəhərlərdə sal, elə  şəhərdə sal 
ki, sənin üçün ən  əlverişli olsun. Elə ev al ki, sənin evinin 
divarları başqalarınınkından uca olsun, camaatın gözü sənin 
evinə düşməsin, lakin sən də qonşuların evinə baxmaqla onları 
narahat etmə. 
Torpaq alsan, qonşusu və quyusu olmayan torpaq alma! Nə 
alsan, bolluq ilində al, şəriksiz və  şübhəsi olmayan torpaq 
tapsan,  şərikli və  şübhəli torpaq alma torpağın xətərsiz bir 
dövlət olduğunu bil. Torpaq alanda həmişə onun abad olmasına 
çalış, hər gün yeni-yeni tikintilər sal ki, hərəsindən bir xeyir 
götürəsən.  Əlbəttə, torpaq və imarətin abadlığı üçün kahıllıq 
etmə, yalnız abadlıq gəliri artırar. Gəlir istəmirsənsə, onda bütün 
çölləri və  səhraları öz torpağın hesab edə bilərsən, gəlir isə 
yalnız abadlıq nəticəsində əldə edilə bilər. 
 
İyirmi beşinci fəsil 
 AT ALMAQ HAQQINDA 
Ey oğul, at alanda çalış  səhv etməyəsən. Adamın və atın 
mahiyyəti eynidir. Yaxşı adama və yaxşı ata nə  qədər qiymət 
qoysan, layiqdir, eləcə də pis adamı və pis atı nə qədər pisləsən 
yeri var. Müdrik adamlar demişlər: "Dünya insanla, insan 
heyvanla", heyvanların ən gözəli isə atdır. Onu saxlaya bilmək 
həm təsərrüfatçılığa dəlalət edər, həm mərdliyə. Bir məsəl var, 
deyərlər: "Atını  və paltarını yaxşı  saxla,  at  və paltar da səni 
yaxşı saxlar". 
Atın yaxşısını və pisini tanımaq adam tanımaqdan çətindir. 
Adamı danışdırmaqla tanıyarlar, atın isə nitqi yoxdur, onun nitqi 
xarici görünüşüdür. Atın necəliyini bilməzdən  əvvəl onun 
görünüşünə bax. Xasiyyətdə  səhv etmək mümkün olsa, 
görünüşdə etməzlər, yaraşıqlı atların  əksərinin xasiyyəti də 
yaxşı olar. Atın görünüşcə  ən yaxşı xüsusiyyətləri isə, 
baytarların dediyinə görə, bunlardır: dişləri nazik, sıx və ağ, alt 
dodağı nisbətən uzun, burnu dik. enli və uca, alnı geniş, qulaq 
boşluqları hamar, qulaqları dik və düz, qulaqların arası açıq, 
boynu dik, şax və nazik, aşağı hissəsi, yalı uzun, döşü geniş, 
əllərinin və ayaqlarının ortası aralı, quyruğu gur və uzun; xayası 
qara, gözü və kirpikləri qara; yol getdikdə ayıq, beli gödək, dalı 
enli, qabırğalarının hər iki tərəfi  ətli olmalıdır. Yeriyərkən 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə