Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə34/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

 
 
Dedim getsəm onun yanından əgər,  
Bəlkə ürək sakit oldu bir qədər,  
Ordan qaçdım, qaçdı yuxum, iştaham  
Xırda səhvdən doğurmuş böyük zərər! 
Qənimətdən yemək mümkün olduqca, qazancdan yemə, 
qazancdan yemək mümkün olduqca, mayadan yemə. 
Sövdəgərin  ən böyük zərəri mayadan yeməkdir.  Ən qazanclı 
mal odur ki, onu xalvarla, batmanla alıb, misqalla, dirhəmlə 
satasan. Ən zərərli mal bunun əksini bil. qazanc ümidi ilə taxıl 
almaqdan vaz keç, taxıl satanlar həmişə bədniyyət və bədtiynət 
olarlar. Ən böyük düzlük odur ki, alverdə yalan danışmayasan. 
Ticarətdə yalan danışmaq nə kafirə yarayar, nə müsəlmana. Mən 
bu barədə aşağıdakı şe'rdə deyirəm: 
R ü b a i 
Eşq odu qəlbimə yanğınlar salan,  
Naz oxu sinəmi nişanə alan!  
Eşqini almışam qan bahasına,  
Alverdə, bilirsən, deməzlər yalan! 
Beh almamış heç bir şeyi  əldən verməməlidir. Ticarətdə 
utanmaq olmaz. Zirək adamlar demişlər: 
"Utanmaq ruzini azaldar". Baha satmaqdan qorxmamalıdır, 
lakin insafsızlığa da yol verməməlidir. Bu sənətdən başı 
çıxanlar demişlər: "Ticarətin  əsası qazanc və insafdır". Qazanc 
dövlət artırar, insaf şöhrət. Bu barədə  mən bir hekayət də 
eşitmişəm. 
H e k a y ə t. Eşitmişəm bir sövdəgər bir behsaxlayan 
dükanın qarşısında min dinarlıq alver edir. Alver qurtardıqdan 
sonra sövdəgərlə behsaxlayan dükandar arasında xırda pul 
üstündə mübahisə başlayır. Behsaxlayan deyir: "Sənə bir dinar 
da verəcəyəm". Sövdəgər deyir: "Yox, bir dinar qızıl, bir də qara 
pul". Səhərdən günortaya qədər qara pul üstündə cənə döyürlər, 
sövdəgər qışqırır, bağırır, hay-küy salır, öz sözündən dönmür ki, 
dönmür. Nəhayət, behçi yorulub bir qızıl dinarla həmin qara 
pulu sövdəgərə verir. Sövdəgər pulu alıb yola düzəlir. Bu 
hadisənin  şahidi olmuş adamlar sövdəgəri məzəmmət etməyə 
başlayırlar. Bu zaman behçinin şagirdi sövdəgərin dalınca gedib 
ondan şagirdanəlik
143
 istəyir. Sövdəgər qızıl dinarla hamin qara 
pulu ona verir, uşaq geri qayıdır. Behçi uşağa deyir: "Ay 
haramzadə, sən gördün ki, bu adam səhərdən günortaya qədər 
camaatdan utanmayıb bir qara pul üstündə  nə oyun çıxardı, 
ümid edirdin ki, sənə bir şey verəcək?" Uşaq qızılı ustasına 
göstərir, usta təəccüb edir və öz-özünə deyir: "Xudaya 
136 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
xudavənda, bu nə işdir, bu uşaq gözəl deyil, özü də çox kiçikdir, 
onun haqqında bədgüman olmağına dəyməz, bəs, bu xəsislikdə 
adam bu qədər böyük bir əliaçıqlığı nə üçün etmişdir?" 
Behçi sövdəgərin dalınca gedib deyir: "A kişi, mən sənə 
təəccüb edirəm. Sən bütün günü camaat içində hamin pul 
üstündə  mənə baş  ağrısı verdin, incitdin, sonra hamısını da 
mənim  şagirdimə bağışladın. O xəsislik nə üçün idi, bu 
əliaçıqlıq nə deməkdir?-" Sövdəgər deyir: "Ey xacə, mənə 
təəccüb etmə, mən sövdəgər babayam, sövdəgərliyin  şərti isə 
budur ki, ticarətdə bir dirhəm aldanmış olsan, ömrünün yarısını 
aldanmış kimi olarsan, eləcə də səxavətdə xəsislik etsən, özünün 
nanəcibliyini sübut etmiş olarsan, ona görə mən nə ömrüm boyu 
aldanmağı istəyirəm, nə nanəcib olmağı". 
Mayası az olan sövdəgər  şərikli ticarətdən qaçmalıdır. 
Şərikli alver etməli olsa, insaflı, dövlətli və abırlı adamla 
etməlidir ki, vərşikəst çıxdıqda  ədalətsizlik etməsin. Bir də elə 
mal almamalıdır ki, saxlanması böyük xərc tələb etsin, sınan və 
ya çürüyən olsun. Baxtını yoxlamaq xatirinə mayasını 
xərcləməməlidir, yalnız o halda belə etmək olar ki, zərər baş 
verərsə, mayanın yarısından çoxunun qalacağına əmin olsun. 
Kim səndən başqa yerə məktub aparmağı xahiş etsə, əvvəl 
o məktubu oxu, sonra sahibinə çatdır. Başı bağlı  məktublardan 
çox bəlalar baş vermişdir. Bilmək omaz ki, iş necə olacaqdır! 
Lakin ehtiyacı olan adamların məktubunu aparmaqdan ehtiyat 
etmə. Hər şəhərə çatanda pis hadisələri danışma, ölüm xəbərini 
vermə, lakin muştuluq çatdırmaqda da ehmallıq göstərmə. 
Yoldaşsız səfərə  çıxma, e'tibarlı yoldaş tap. Karvanda 
adamların sıx olduğu yerdə ol, malını da adamların çox olduğu 
yerdə qoy. Silahlı adamlar arasında getmə, çünki yolkəsənlər 
birinci növbədə silahlılara basqın edərlər. Piyada atlıya 
qoşulmamalı, düzlüyünə  əmin olmadığı özgə adamdan yol 
soruşmamalıdır. Çox nanəcib adamlar var ki, yolu yanlış 
göstərər, sonra özləri dalınca düşər və malını tutub əlindən 
alarlar. Yolda biri rast gəlsə, ona gülərüzlə salam ver, özünü 
yazıq və yorğun göstərmə. 
Rəsədbanlara
144
  xəyanət etmə, lakin şirin dil töküb onları 
yumşaltmağı da unutma. Hazırlığın olmayınca yola çıxma, yol 
rahat və abad olsa da, yayda qış paltarı götürmədən səfərə 
getmə. Çarvadarlarla
145
 yaxşı dolan, nabələd yerdə qalmalı 
olsan, e'tibarlı sığınacaq tap. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Üç cür adamla durub oturmaq olar: cavanmərd və şücaətli, 
imkanlı və dövlətli, insaflı və mürüvvətli. İstiyə, soyuğa, aclığa, 
susuzluğa davamlı olmağa çalış. Rahat həyata öyrənməkdə 
ifrata varma ki, zərurət üzündən çətinlik baş versə, asan keçirə 
biləsən. Bacardığın işlərin hamısını özün gör, başqalarına e'tibar 
etmə, çünki dünya malı adamı tez aldadar. Alıb satmaqda 
diribaş ol, düz danış, və'dini yerinə yetir. Çox alıb çox satmağı 
bacar. Mümkün olduqca nisyə alver etmə, etməli olsan, bir neçə 
cür adamla etmə: malı az olanla, alverə təzə başlayanla, alimlə, 
ələvi ilə, uşaqla, qazının yaxın vəkilləri ilə,  şəhər müftiləri ilə, 
dövlət xidmətçiləri ilə. Heç vaxt bu qəbildən olan adamlarla 
alverin olmasın. Bu cür adamlarla alveri olan axırda zərər görüb 
peşmanlıq çəkməkdən yaxasını qurtara bilməz. 
Görməmiş adama heç bir şeyi e'tibar etmə, sınaqdan 
çıxarılmamış adama inanma, imtahandan çıxmışı isə  hər 
addımbaşı yoxlama, sınaqdan çıxmışı  çıxmamışla  əvəz etmə, 
uzun vaxt lazımdır ki, e'tibarlı bir adam ələ gətirəsən. Məsəl var 
deyərlər: "Sınaqdan çıxarılmış div sınanmamış adamdan 
yaxşıdır". Adamı  əvvəl başqa adamla imtahan et, sonra özün 
sına. Sənə layiq olmayan adam başqasına da layiq olmaya bilər. 
Lakin yoxlayanda həmişə  işə görə yoxla, sözə görə yox. Nəqd 
sərçə nisyə tovuzdan yaxşıdır. Quru səfərində ona yarım, dəniz 
səfərində isə ona on bir qazancın olsa, yenə  dəniz səfərinə 
çıxma, çünki dəniz səfərinin qazancı topuqdan olar, zərəri 
xirtdəkdən. Az qazanc xatirinə böyük sərmayəni bada vermək 
olmaz. Quruda bir bədbəxtlik üz versə, mal gedər, gan qalar, 
dənizdə isə  hər ikisinin qorxusu vardır. Malın  əvəzini tapmaq 
olar, canın isə yox. Dəniz işini padşahlıq işinə  bənzədiblər, 
birdən gəlib birdən gedər. Lakin dövlətin varsa, maraqlı  şeylər 
görmək məqsədi ilə bir dəfə gəmiyə minməyinə dəyər. 
Peyğəmbər s. və s. demişdir: "Bir dəfə dəniz səfərinə çıxın 
və böyük Allahın necə xariqələr yaratdığına tamaşa edin". 
Alverdə  çənə vurmaqdan qorxma, lakin malı da əldən 
çıxartma. 
Öz işini bütünlüklə başqalarının ixtiyarına vermə. 
Deyiblər: "Başqalarının  əli ilə yalnız ilan tutmaq yaxşı olar". 
Həmişə gəlir və çıxarının hesabını saxla, imza verib heç bir şeyi 
öz öhdənə götürmə ki, istədiyin vaxt boyun qaçıra biləsən. 
Təsərrüfat işlərini yaxşı öyrən ki, səhv və nöqsanlara yol 
verməyəsən. Nökərlərinə  və yaxın adamlarına hər  şeyi hesabla 
ver, onlardan da hesab tələb et, həmişə gözün üstlərində olsun 
ki, qazanc və zərərlərindən xəbər tuta biləsən. Xain adamlardan 
138 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
qaç, özün də başqalarına xəyanət etmə. Kim xalqa xəyanət etsə 
və elə bilsə ki, başqalarına xəyanət etmişdir, səhv edir, xəyanəti 
o, özünə etmiş olar. 
H e k a y ə t. Qoyun saxlayan bir kişinin böyük qoyun 
sürüsü və çox düz, əməli saleh bir çobanı var idi. Qoyunlar 
gündə nə qədər süd verirdilərsə, azına-çoxuna artığına-əksiyinə 
baxmadan çoban hamısını  ağasının yanına aparardı. Ağası isə 
həmin südə su qatıb çobana qaytarar və deyərdi: "Apar sat!" 
Çoban həmin kişiyə öyüd verib nəsihət edər və deyərdi: "Ey 
xacə, müsəlmanlara xəyanət etmə, xalqa xəyanət edənin axırı 
yaxşı olmaz". Kişi çobanın sözünə baxmayıb südə su 
qatmağında davam edərdi. 
Bir dəfə çoban təsadüfən qoyunları suyu qurumuş bir 
dərədə yatırdıb, özü bir təpənin başına dırmaşdı  və orada 
yuxuladı. Bahar fəsli idi, birdən dağlarda gurşad yarışlar 
başladı, sel axıb dərəni doldurdu və bütün qoyunları boğub 
öldürdü. 
B e y t 
Sanki o su toplandı dama-dama göl doğdu,  
Birdən daşdı sel kimi bütün sürünü boğdu. 
Çoban  şəhərə  gəlib qoyun sahibinin yanına südsüz getdi. 
Kişi soruşdu: "Nə üçün süd gətirməyibsən?" Çoban dedi: "Ey 
xacə, sənə dedim, südə su qatma, xəyanət olar sözümə 
baxmadın.  İndi camaata süd əvəzinə satdığın o sular bir yerə 
toplanıb hücuma keçdilər və sənin bütün qoyunlarını apardılar". 
Bacardıqca çalış xəyanətdən qaç, kim bir dəfə xəyanət etsə, 
artıq heç kəs ona inanmaz. Düzlüyü özünə peşə et. Ən böyük 
məharət düzlükdür. 
Ticarətdə  və sövdəgərlikdə xoşrəftar ol. Heç kəsə  və'də 
vermə, verdikdə  və'dəxilaf çıxma.  Şeyin mayasının neçə 
olduğunu demə, deyərsənsə düzünü de ki, Allah da mayana 
bərəkət versin.  Ticarətdə  qəbz verib almaqda ayıq ol, qəbz 
yazmalı olsan, haqqını almayınca  onu əldən vermə. Hara getsən 
orada özünə bir tanış tap. 
Sövdəgərlik etsən və  əvvəllər heç vaxt görmədiyin bir 
şəhərə getməli olsan, özun haqqında mö'təbər bir adamın 
xasiyyətnaməsi ilə get, bəlkə işə yaradı, lazım olmasa da ziyanı 
yoxdur. Bilmək olmaz ki, orada işlər necə  cərəyan edəcəkdir. 
Adamlarla yola getməyə çalış. Yolagetməyən, nadan, axmaq, 
tənbəl, namaz qılmayan, hörmət qanmayan adamla səfərə 
çıxma. Deyiblər: "Əvvəl yoldaş, sonra yol". 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə