135
qarşısında baş əyirik, Onu alqışlayırıq. Eləcə də insan olan, Ata ilə,
Müqəddəs Ruhla əlaqəsi əbədiyyən qırılmayan Oğula gerçək Tanrı
kimi inanırıq. Və əməlisaleh xristianlar kimi yaxşı işlər görməyə
çalışırıq, bəzən dünyanın nemətlərinə uysaqsa da, peşimançılıq
çəkir, tövbə edir və günahlardan təmizlənirik, bir-birimizin
yanında günaha batanda, qəlbimizdə kin və qəzəb baş qal-
dıranda məhəbbətlə bir – birimizi bağışlayırıq. Bu səbəbdən də
öz inam və dinimizlə onlardan ayrıldığımız kimi, onlardan
məhkəməmizlə də fərqlənməliyik, çünki bizim məhkəmə həqiqi
və alınmaz olmalı, yalançı şahidlərə, muzdlu natiqlərə orada
yer olmamalı, varislərini vərəsədən məhrum edərək, ölülərin
ruhlarını incitməməlidir. Bütün bu müsbət amillər dinsizlərin
məhkəməsindən uzaqdır. Dinsizlərin məhkəməsi xristian məh-
kəməsindən bu qədər fərqləndiyindən, ona oxşamadığından
bizim üçün məqbul deyil. Axmaqlıqları üzündən ora müraciət
edənlərə gəlincə, onlar bizə də, məhkəməmizə də çox ziyan
vururlar. Bizim məhkəməyə xəyanət edərək, özgələrinkinə müra-
ciət edənlər üçünsə Tanrının peyğəmbər vasitəsi ilə söylədikləri
yerinə yetir: “Vay halınıza, sizin şərəfsizliyiniz üzündən adım
dinsizlərin dilinə düşdü!” Bu səbəbdən də xristianlar hansısa
yalana görə, həqiqətə qalib gəlmək naminə özgələrinin məhkəmə-
lərinə baş vurmamalıdırlar. Xristianlar xristian məhkəməsinə
getməli və unutmamalıdırlar ki, bu məhkəmədə hətta ədalətsizlik
baş versə də, Tanrı buna görə onları mükafatlandıracaqdır”.
Sonuncu başlıq:
“10. Dağı da yazar vartabed k,i xaysı bitiklərdən ya xaysı
millətlərdən yığıp yazıpbiz bu törələrni”(10.Bundan sonra var-
dapet bu törələri hansı kitablar və xalqların qanunları əsasında
tərtib etdiyini yazır)
Mətnin davamı:
“Xaytıp tiyəsidir bilməgə ki, tügülüdür yalqız bu Törə bitiki,
xaysın ki hali yazıyırbiz, tügül yalqız mendən bolğay tügəllənməki
munqar, zera oxşaşı bar ğanonkka, ne türlü ki, ğanonk birdən
136
yazılmadı, a ne bir yerdə, a ne bir adamdan, yoxsa az – az yazıldı,
əvəl arakellərdən, sonqra Niqiada, sonqra Puzandiada, andan
sonqra Epesosta, alay ox bu Törə bitiki. Əvəl başlanmaqı mununq
bizdən boldı, da bizdən sonqra kerək ki, az – az yazılğay da tügəl
bolğay, zera qanonktan boyruxtur, yılda 3 kez joqovk bolğay, da
tergöv etkəylər, egər ki dünyada nema yanqi badiyət çıxıp esə, ani
barça baxıp, ari atalar artıxsılıxnı keri salğaylar da toğru yolğa
keltirgəylər. Bu türlü tiyəsidir bilmağa yarqu bitiklərinə: necə ki
yənqi nema törə yoluxsa, da tergəp, uslular baxkaylar toğru esə,
yazğaylar ani da bu bitiktə. Egər ki kimsə es yoxsa, tapar barça ari
bitiklərdə bu türlü ki, az – az ilgəri kelip tügəlləniptir.
Ne türlü Ararack bitiki Movsestən tügül ki birdən yazıldı, alay
ox 12 markarelər dügül ki bir zamanda yazıldı ya 1 adamdan, alay
ox barça markarelər. Bu türlü surp Avedaranlar da tügül ki, bir
zamanda yazıldı, ya 1 – indən, hər biri yazdı kendi vaxtı bilə, ol
türlü bitikləri Boğos arakelininq. Dağı da köp bitiklər ari atalar-
dan u vardapetlərdən yazıldı kendiləri vaxtına. Bu türlü orinaq bilə
bu bitikni də biz başladıq yazmağa. Egər bizdən az – az ilgəri kelip
yazıldı esə, emdi də egər köplərdən yazılsa özgə vaxtlarda, nema
eksiklik tügüldür, yoxesə tek toğru törə bolsun ki, barça yaxşılar
biyəngəylər də mununq eksikin tügəlləgəylər.”
TƏRCÜMƏSİ:
“Eləcə də bilmək lazımdır ki, hazırda yazmaqda olduğumuz bu
“Törə bitik”i ehkam deyil, yalnız bizim tərəfimizdən tamamlana
bilməz. Çünki o, birdən – birə peyda olmayan, bir adam tərəfindən
və bir yerdə qələmə alınmayan, əksinə, parça – parça, öncə həv-
varilər tərəfindən, sonra Nikeyada, daha sonra Bizansda, ondan da
sonra Efesdə yazılan qanunlar kimidir. Eləcə də bu “Törə bitiki”.
Onun başlanğıcı bizim tərəfdən qoyuldu və vacibdir ki, ona
əlavələr edilsin və o təkmilləşdirilsin. Çünki qanunlar ildə 3 dəfə
toplanan müqəddəs atalar tərəfindən təhlil edilməli, dünyada baş
verən yeniliklər diqqətə alınaraq, lazımsızlarından təmizlənməli və
137
onlara düzəlişlər edilməlidir. Qanun kitabları ilə də eyni cür
davranılmalıdır. Müdrik adamlar bütün yeni qanunları gözdən ke-
çirməli, təhlil etməli və zəruru olanlarını kitaba əlavə etməlidirlər.
Əgər diqqətlə baxan olsa, görər ki, müqəddəs kitablar da eyni
qayda üzrə təkmilləşdirilmişdir.
Necə ki, Musa “Varlıq” kitabını eyni vaxtda yazmayıb, 12
peyğəmbərin kitabları da, elcə də digər peyğəmbərlərin kitabları bir
adam tərəfindən və bir vaxtda qələmə alınmamışdır. Eləcə də mü-
qəddəs “İncil” birdən-birə və eyni müəllif tərəfindən yazılmamış-
dır, əksinə, hərə öz dövründə yazmışdır. Eləcə də Pavelin müra-
ciəti. Eləcə də müqəddəs ataların və müəllimlərin hərəsinin öz
vaxtında yazılmış kitabları. Əgər bizdən öncə yazılmışsa və bundan
sonra çoxları yazacaqsa, bu, əskiklik deyil, yetər ki, qanunlar doğru
olsun, əməlisaleh adamların xoşüna gəlsin və əyər-əksiyi aradan
qaldırılsın”.
138
MXİTAR QOŞ VƏ ONUN ANA DİLİNDƏ TƏRTİB ETDİYİ
“ALĞIŞ TUM ZAMANNA” DUASI
Mxitar Qoşun dövrümüzədək ana dilində yetişən əsərlərindən
biri də “Alğış tum zamanna” (Bütün zamanlar üçün şükr duası)
əsəridir. Bir çox əlyazmalarda sadəcə “Alğış tum zamanna” adı
ilə keçən bu duanın məhz Mxitar Qoş tərəfindən tərtib edildiyini
Saltıkov Şedrin adına Sankt – Peterburq Dövlət Kitabxanasında
qorunub saxlanmaqda olan, alban dilindən erməni dilinə tərcümə
olan, fəqət başlıqları alban dilində verilən bir dua kitabındakı qeyd-
lər sübut edir. Söhbət sözügedən kitabxananın əlyazmalar şöbə-
sində “Dorn 636” şifrəsi altnda saxlanılan əlyazmadan gedir. Hə-
min əlyazmada haqqında söz açdığımız dua “Aytkani Mxitar
vardabetninq. Alğış tum zamanına” (Vardapet Mxitar qoşun
dilindən. Bütün zamanlar üçün şükr duası) adı altında verilmişdir.
Sevimli oxucularımıza tərcüməsiz təqdim etdiyimiz həmin
əsərin qısa variantı Polşadakı Milli Muzeyin kitabxanasının Krakov
şöbəsində qorunan 2412 №-li əlyazmadan dərlənmişdir. Eyni mətn
“Alğış tum zamanna” başlığı altında 1618–ci ildə Lvovda çap
olunan və hazırda yeganə nüsxəsi Leydendə (Niderlanda) qorunan
“Alğış bitiki” kitabına da daxil edilmişdir. Təqdim edilən bütöv
variant isə 143 №-li əlyazmadan dərlənmişdir Bu əlyazmada əsər
“ Alğış tum zamanında. Alğış Biyimiz Jisus Krisdosğa xarşı.
Aytılğan Mıxitar surp vartabedninq, evet tiyişlidir kendin aytma
surp Badaraknınq zamanпnda ” başlığı altında qeyd edilib.
Təqdim edilən mətnlərə XVI əsrdə edilmiş redaktə və əlavələr
kursivlə verilir.
Dostları ilə paylaş: |