Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə2/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   2   3   4   5   6   7   8   9   ...   107

 
5
Əsərin ən diqqətçəkici özəlliklərindən biri də odur ki, burada Qərbi 
Azərbaycandakı kilsələrin albanlara məxsusluğunu və ermənilərə heç bir 
aidiyyatı olmadığını  təkzibedilməz  şəkildə sübut edən bəzi mühüm 
faktlar ortaya qoyulmuşdur və özü də bu halda bilavasitə erməni mən-
bələrinə istinad edilmişdir. Şübhəsiz ki, bu kitab elm aləmində böyük bir 
sensasiyaya səbəb olacaq, əski baxışların yenisi ilə əvəz olunmasının əsa-
sını qoyacaqdır. Mən bunu tam məsuliyyətlə söyləyirəm və  əminəm ki, 
onu oxuyan hər bir kəs sözlərimi təsdiq edəcəkdir.  
Çox şadam ki, bu əsərin ərsəyə  gəlməsində  mənim də cüzi bir xid-
mətim olub. Ümidvaram ki, kitabda toxunulan mövzu və ortaya qoyulan 
faktlar bir vaxt ali məktəblərin tədris planına salınacaq və gənc nəsilləri-
miz zəngin mədəniyyətimizin indiyə  qədər gizli qalmış  tərəfləri barədə 
dolğun məlumat alacaqlar. 
   
 
  Fəzail Ağamalı  
   Tarix elmləri doktoru, 
 millət vəkili 
 


 

 
 
 
 
 
 
 
GİRİŞ 
 
E.ə IV əsrdə Azərbaycan ərazisində iki yeni dövlət peyda olur: 
a
ntik mənbələrdə “Atropatena”, orta fars mənbələrində “Adərbayqan”, 
sonrakı əsrlər ərəb mənbələrində isə “Azərbaycan” adlandırılan bugünkü 
Azərbaycan və antik mənbələrdə “Albaniya”, erməni mənbələrində “Ağ-
van”, orta fars, ərəb, türk və gürcü mənbələrində “Aran” adlandırılan Al-
baniya dövləti. 
Bunlardan ikincisinin adı barədə tarixi mənbələrdə müxtəlif maraqlı 
fikirlər mövcuddur. Tarixi rəvayətə görə, e.ə II əsrdə (bəzi mənbələrə 
görə I əsrdə) həmin dövlətin ərazisində Ərən (Aran) adlı bir hökmdar taxt 
-taca yiyələnmiş və onun soyundan olanlar (Aranşahlar) bu ölkəni uzun 
müddət idarə etmişlər. Ölkənin gürcü, fars və ərəb mənbələrində “Aran” 
adlanmasının səbəbi də həmin Ərənin (Aranın) adı ilə bağlı idi. Ölkənin 
erməni mənbələrində “Ağvan” (Ağuan) kimi adlandırılmasına gəlincə, 
həm erməni müəllifi Moisey Xorenatsi, həm də alban tarixçisi Musa 
Kağankatlının yazdıqlarına görə, bu sözün kökündə “ağu” sözü durur ki, 
bu da Albaniya əhalisinin dilində “xoşxasiyyət”, “mehriban”, comərd” 
deməkdir. Hökmdar Ərənin məhz belə adam olması  səbəbindən ona 
“Ağu”, ölkəsinə isə “Ağuan-Ağvan” demişlər. Tarix elmləri doktoru, 
qədim dillər üzrə böyük mütəxəssis Yusif Yusifov haqlı olaraq yazır ki, 
“ağu” kəlməsi yuxarıda qeyd edilən anlamlarda yalnız türk dillərində 
qeydə alınmışdır. Həmin kəlmə, “aği” (aqi, axi, aki) formasında və eyni 
mənada V.V. Radlovun “Qədim türk lüğəti”ndə də əksini tapmışdır. 
“Albaniya” adına gəlincə isə, bu formaya antik mənbələrdə rast 
gəlinir və bu toponim ölkənin əsas etnosunun – türk mənşəli alban xalqı-
nın adından qaynaqlanır.  
Tarixi mənbələrdən belə  məlum olur ki, Aranşahlar sülaləsindən 
sonra bu ölkə başqa bir türk mənşəli sülalə - Parfiya Arsaklarının bir qolu 
olan Albaniya Arsakları  tərəfindən idarə edilmişdir. V əsrdə Albaniya 


 
7
hökmdarı olan və xristianlığı öz ölkəsində dövlət dini səviyyəsinə qaldı-
ran Cəsur Vaçaqanın da Arsaklar sülaləsindən olduğu məlumdur. O da 
dəqiq məlumdur ki, Albaniya – Aran dövləti eyni ərazidə özündən əvvəl 
mövcud olmuş Maskut (Massaget) xanlığının yerində peyda olmuşdu. 
Antik mənbələr keçmişdə albanlara massaget (maskut) deyildiyini 
söyləməkdədir. Maraqlıdır ki, Arsaklar sülaləsindən olan Sanatürk 
(Sanesan) xan mənbələrdə  bəzən massagetlərin, bəzənsə Albaniyanın 
(Aranın) hökmdarı adlandırılır. Eyni zamanda ondan “çoxsaylı hun (türk) 
ordusunun başçısı” kimi də söz açılmaqdadır. Sanatürkün 337-ci ildə 
Araz çayının qərb sahilinə keçərək  Ərməniyyə (Armeniya) torpaqlarına 
girdiyi və  Ərməniyyənin baş  şəhəri Valarşapatı tutduğu, bir il əlində 
saxladığı məlumdur. Mövzu ilə bağlı Yusif Yusifov yazır: 
“Sanatürk / Sanesan Armeniyanın paytaxt şəhəri Valarşapatı tutdu 
və bir il Armeniyanı əlində saxladı. Qaynaqların biri Sanesanı “saysız – 
hesabsız hunların” hökmdarı adlandırır. Sanatürk / Sanesan eyni zaman-
da Armeniyanın bu hissəsində yaşayan türk etnoslarını xristian təbliğat-
çılarının təcavüzündən qoruyurmuş. Lakin 338-ci ildə yunan (rum – B.T) 
və iber qoşunlarının köməyi ilə erməni sərkərdəsi Vaçe Mamikonyan 
(Mamikonlar türk mənşəli idilər – Y.Y.) Sanatürkün dəstələrini məğlub 
etdi, qalanını isə Paytakarana sıxışdırdı. II Şapur Albaniya taxtında Sa-
sanilərə sadiq hökmdar görmək istəyirdi. Onun zənnincə, belə hökmdar 
Urnayr olmalı idi. Urnayrı II Şapurla qohumluq əlaqələri bağlayırdı”. 
Urnayr II Şapurun bacısıyla evlənərək, onunla qohumluq əlaqələrinə 
malik olsa da, o da Sanatürk kimi türk – Arsak sülaləsindən idi. Ərməniy-
yədə də eyni sülalə hakimiyyətdə idi. Beləliklə, fars - Sasani şahının yar-
dımı ilə Urnayr 359-cu ildə Albaniya xanı oldu, 371-ci ilə qədər hakimiy-
yətdə qaldı. 
359–cu ildə II Şapur Ərməniyyəni himayə edən və ondan Sasanilərə 
qarşı sipər kimi istifadə edən Romaya qarşı hücuma keçdi. Amid 
(Diyarbəkr) yaxınlığında böyük bir döyüş oldu. Həmin döyüşdə albanlar 
Urnayrın başçılığı altında farsların yanında döyüşürdülər. Müharibə Sa-
sanilərin Ağrıdağ və ətrafını tutması ilə sonuclandı. Azərbaycanın (Adər-
bayqanın) Naxçıvan vilayəti Sasani ordusunun ordugahı rolunda çıxış 
edirdi. Döyüşdə əsir düşən erməni sərkərdəsi Vasaq edam edildi. Ərmə-
niyyənin xanı II Arsak zindana salındı.  
Tarixi mənbələrdən belə  məlum olur ki, Urnayr 371-ci il mühari-
bəsində  də romalılara qarşı farsların müttəfiqi kimi çıxış etmişdi. Fəqət 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə