Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə8/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   4   5   6   7   8   9   10   11   ...   107

 
23
Georgi xanın öldüyü, Ərməniyyədə Qriqorinin, bizim Albaniya 
ölkəsində isə Stefannosun patriarx olduqları  ildə...” 
Kirakos Gəncəli isə Özünün “Alban ölkəsinin qısa tarixi” 
(“Tarix”) adlı kitabnın “Yadellilər tərəfindən sıxışdırılan alban ka-
talikoslarının böyük bəylərə  sığınmaları barədə” başlıqlı Vl fəs-
lində belə yazmışdır: 
“Cənub qəbilələrindən - İsmayıloğullarından  (ərəblərdən – B.T.) 
ən çox pislik görən və  təqiblərə  məruz qalan... Albaniya idi. Belə ki, 
bizim hökmdarlarımız qırılmış, alban katalikosları isə orada – burada 
daldalanmağa məcbur olmuşdular və daimi yerləri yox idi...”  
Qeyd etmək lazımdır ki, əldə olan əlyazmaların böyük əksəriy-
yəti Qafqazdan indiki Ukrayna ərazisinə köçmüş xristian qıpçaq-
ların (albanların) həmin ərazidə ərsəyə gətirdikləri sənədlərdir. Bu 
sənədlərdə həmin xalq öz ana dilini nə “erməni dili”, nə də “alban 
dili” adlandırır. Danışdıqları dili bəzən “xıpçax tili” (qıpçaq dili), 
bəzən sadəcə “bizim til”, XVI əsrdən etibarən isə  bəzən həm də 
“tatarca” adlandırırlar və özlərini ermənilərdən ayırırlar: 
“Tügəlləndi Boğos arakelninq bitiki tarkmanel bolğan ermeni 
tilindən xıpçax tilinə xolu bilə yazıxlı da arzanisiz Mikayel kaha-
nanınq Kosta oğlununq ...” 
“Tamamlandı həvvari Pavelin məktublarının erməni dilindən 
qıpçaq dilinə tərcüməsi günahkar və layiq olmayan kahin Mikayıl 
Kosta oğlunun əli ilə...” 
Başqa bir misalı gözdən keçirək: 
“...Tilindən ermenininq latingə  çıxarğandır, Latindən polskiy-
gə, a polskiydən bizim tilgə ...” 
“...Dilindən ermənilərin latın dilinə  tərcümədir, latıncadan 
polyak dilinə, polyak dilindən isə bizim dilə...” 
A. Qarkavets haqlı olaraq yazır: 
“Tərcüməçilər öz doğma qıpçaq dilini təkcə monqol – tatar 
hücumlarından sonra “tatar” adlandırılmağa başlanan türk qar-
daşlarının dilinə çox yaxın olduğuna görə “tatarca” adlandırmır-
dılar, həm də,  ən  əsası, onu ... erməni dilindən... fərqləndirmək 
üçün edirdilər”.  


 
24 
Eyni zamanda, ermənilərin də onları özlərindən ayrı bir millət 
saydıqlarını  əldə olan sənədlər, məsələn, dövrümüzədək ulaşmış 
beş erməni (hay) – qıpçaq lüğətinin birinin titul vərəqəsində erməni 
dilində yazılmış aşağıdakı sözlər də təsdiqləyir: 
“Batmutiun hayi ev xipçax lezui” (hay və  qıpçaq dillərində 
izahlar) 
Alban, yəni qarqar – qıpçaq dilinin fonetik tərkibi ilə üzdən 
tanışlıq Musa Kağankatlı  və Moisey Xorenatsinin bu dil barədə 
söylədikləri “boğaz səsləri ilə dolu dil” ifadəsinin doğruluğunu tam 
təsdiq etməkdədir. Məsələn, bu dildə dilimizdəki “q” səsinin “x”, 
bəzən də “ğ” kimi tələffüz edildiyi müşahidə edilir: qıpçaq – xıp-
çax, qayıtmaq – xaytmax, qar – xar və s. Eyni zamanda söz önlərin-
dəki cingiltili samitlərin karlaşması baş verir: daş – taş, dil – til və 
s. Sait sistemi eynən Azərbaycan türkcəsində olduğu kimi 9 səsdən 
ibarətdir və bizimki ilə tam eynidir. “Və” bağlayıcısı  məqamənda 
“da” və fars dilindən alınma “u” bağlaycılarının paralel işlənməsi 
müşahidə edilir. Cəm şəkilçisi də Azərbaycan türkcəsindəki kimi-
dir: -lar, -lər. 
Alban dilində ismin, eynən Azərbaycan dilində olduğu kimi, 6 
halı olub. Yiyəlik hal şəkilçilərinin “-inq”, “-ınq”, yönlük hal şə-
kilçilərinin “-gə”, “-ğa”, təsirlik hal şəkilçilərinin isə “-nqi”, “-gi”, 
“-nqı”, “ğı” olduğu məlumdur. Digər hal şəkilçiləri bunlardır: “-
də”, “-tə”, “-da”, “-ta” (yerlik hal) və “-dən”, “-tən”, “-dan”, “-tan” 
(çıxışlıq). 
Miqdar sayları: bir, eki, üç, dört (tört), beş (biş), altı, yeti, sekiz 
(saqiz), doquz, un (on).  
Sıra sayları: burungi, ekinçi, üçünçü, törtünçü, bişinçi, altınçı və s.  
Dövrümüzədək bu dildə yetişən mətnlərdə diqqət çəkən ən ma-
raqlı məqamlardan biri həmin mətnlərdə bir neçə qədim yunan və 
qədim suryani, eləcə də orta fars mənşəli alınma sözlərə rast gəlin-
məsidir. Bunlar əsasən dini terminlərdir. Suryani dilindən keçən 
sözlərə eyniylə erməni dilində də rast gəlinir. Məsələn: arakel (həv-
vari), markare (peyğəmbər), axpaş (yepiskop), Errortutiun (üç 
üqnum), surp (müqəddəs), qoys (təmiz, bakirə), Asduacacin (Tanrı 


 
25
anası), Avedaran (Incil), xosdovanel (təmizlənmək, arınmaq), 
xosdavanitiun (tövbə) və s.  
Eyni şeyi orta fars dilindən keçmiş vartabed (dini rütbə, rahib), 
hşerğapet (böyük mələk), friştə (mələk) və s. kimi sözlər barədə də 
söyləmək olar.   
Alban dilində  işlənən yunan mənşəli sözlərsə “katağiqos” 
(katalikos), “Krisdos” (İsa Məsih, yağlanmış), “Soğmos” (Solmos, 
Zəbur), arhiebisgobos (arxiyepiskop), paxesos və sairədir. 
Ukraynada məskunlaşmış mühacir albanların XVI-XVII 
əslərdə yaratdıqları ədəbiyyatın dilində isə “korol” (kral), “kerabl” 
(gəmi), “priçina” (səbəb), “stol” (masa), “pokolena” (nəsil, soy), 
“materiya”, “duxovnıy” (mənəvi, ruhani), obıçay (adət, ənənə) və s. 
kimi slavyan mənşəli sözlərə də bol – bol rast gəlinməkdədir. 
Maraqlıdır ki, indiyə  qədər türk dilinin qıpçaq ləhcəsinin təd-
qiqinə girişən alimlər əsasən “Codex Cumanikus”a istinad etmişlər. 
Bu lüğətdə isə  qıpçaq materialı vur – tut 82 tam olmayan səhifə 
həcmindədir. Qarqar - qıpçaq (alban) materialı isə onminlərcə səhi-
fə ilə ölçülür ki, bu da həmin ləhcənin daha dərindən öyrənilməsi 
üçün böyük imkanlar açır. Doğrudur, bu materialın böyük əksəriy-
yəti indiki Ukrayna ərazisində ərsəyə gətirilmişdir və onların yalnız 
müəyyən bir hissəsi Azərbaycanda (Albaniyada) yazılmışdır, fəqət 
bunun bir o qədər də  fərqi yoxdur, çünki dil eynidir. Əldə olan 
materiallar içərisində  İsraildə yaşayan alban icmasına məxsus sə-
nədlərə də rast gəlinməkdədir. 
Qeyd etmək lazımdır ki, artıq rus, qazax və tatar alimləri bu 
istiqamətdə müəyyən işlər görməyə başlamışlar. Türkiyədə  də bu 
istiqamətdə tədqiqat əsərləri yazılmşdır. Biz isə bu böyük irsin ger-
çək sahibləri olmamıza və bu irsdən yararlanaraq ermənilərə qarşı 
ideoloji mübarizədə güclü silah əldə etmək imkanımıza bax-
mayaraq, hələ də yuxudayıq. Məlumat üçün bildirək ki, artıq sözü-
gedən dilin tədqiqi istiqamətində yetərincə iş görülmüşdür və bu iş-
lərdə həmin dil hələ də “erməni qıpçaqcası” kimi təqdim olunmaq-
dadır. Sözügedən tədqiqat  əsərlərinin bir qisminin siyahısı kitabın 
sonunda verilmişdir. 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə