Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə11/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   7   8   9   10   11   12   13   14   ...   107

 
32 
 
 
“Atamız bizim” duasının XIV – XV əsrlərdə daha qədim  
əlyazmalardan köçürülmüş əlyazması. 
 
Təqdim edilən alban (qıpçaq – qarqar) nümunəsindən də gö-
ründüyü kimi, bu, güclü oğuz təsirinə  məruz qalmış  qıpçaq mate-
rialıdır və digər qıpçaq şivələrindən fərqli olaraq, daha anlaşıqlıdır. 
Halbuki, digər qıpçaq şivələrini – qumuq, qaraçay, balkar, noqay, 
qazax, qırğız, başqırd və s. anlamaq bir qədər çətindir. Təbii ki, bu 
şivə oğuz əhatəsində, yəni Azərbaycanda formalaşa bilərdi və for-
malaşmışdır da. Maraqlıdır ki, oğuz mənşəli Azərbaycan türkcəsi-
nin vasitəsi ilə bu dilə çox sayda ərəb və fars kəlməsi də keçmişdir. 
Məsələn; xudrət (qüdrət), xuvat (qüvvət), ki (bağlayıcı) və s.  
Şübhəsiz ki, qarşımızdakı  ərəb müəlliflərinin “Arran dili” ad-
landırdıqları alban dilidir və Mxitar Qoşun dövrümüzədək ulaşmış 
“Törə bitiki” kitabı da bu dil və  şivədədir və eyni qrafika ilə ya-
zılmışdır. 
Bütün bu faktlar bir daha sübut edir ki, alban yazısı erməni 
əlifbası ilə eyni mənşəli olmuş, alban dili də Musa Kağankatlının 
və Moisey Xorenatsinin “qarqar dili” adlandırdıqları  qıpçaq türk-
cəsinin yerli şivəsindən başqa bir şey deyilmiş. 


 
33
Maraqlıdır ki, sözügedən müəlliflərin söylədikləri bu fikri əldə 
əsas tutan erməni “alimləri” iddia edirlər ki, guya Mesrop Maştots 
albanlar üçün deyil, çoxsaylı alban tayfalarından biri olan qarqarlar 
üçün  əlifba düzəltmişdir. Bu iddiada məqsəd guya ayrıca alban 
dilinin olmadığını, albanların erməni, yəni hay dilində danışdıqları 
barədə uydurmanı “sübut” etməkdir. 
Lakin Musa Kağankatlının sözügedən məlumatına istinad 
edənlər eyni müəllifin bir qədər yuxarıda Maştotsun erməni və 
albanlara  əlifba düzəltdiyini söyləməsini gözardı edirlər. Həqiqət 
isə budur ki, Musa Kağankatlı məhz alban əlifbasından söz açır və 
bir qədər sonra isə alban əlifbasının məhz qarqar (qıpçaq) dili 
əsasında yaradıldığını aydınlaşdırır. Yeri gəlmişkən qeyd edək ki, 
Strabon (I əsr) və Yustin də dolayı yolla albanlarla qarqarlar arasın-
da bərabərlik işarəsi qoymuşlar. Belə ki, onlardan birincisi Alba-
niya üzərində ucalan dağlarda amazonkaların yaşadığnı vur-
ğulamaqla yanaşı, qarqarların amazonkalarla qonşuluqda yaşadıqla-
rını qeyd etmişdir (XI, 5. 1). Yustin isə albanlarla amazonkaların 
qonşu olduqlarını bildirmişdir (XLII, 3. 7). 
Maraqldır ki, eyni mövzuya toxunmuş digər əski erməni müəl-
lifi Koryun da söhbətin məhz alban dilindən getdiyini vurğulamış-
dır. Özü də onun söylədiklərindən belə aydın olur ki, Mesrop 
albanların əlifbasını əslində yeniləmişdir. Yəni bu hadisədən öncə 
də albanlar yazıya sahib idilər: 
“Elə  həmin vaxt onun yanına Benyamin adlı bir alban iereyi 
gəldi. O (Maştots) onu sorğu – sual eərək, alban dilinin ... sözlərini 
tədqiq etdi. Daha sonra ona yuxarıdan bəxş edilən istedadı ilə 
(albanlar üçün) yazı yaratdı  və  Məsihin mərhəməti sayəsində 
uğurla ölçdü, biçdi və dəqiqləşdirdi” 
Eyni müəllif bir qədər sonra yazır: 
“Bundan sonra o, Alban ölkəsinə yola düşmək üçün (katalikos 
Saak və erməni çarı Artaşeslə) xudahafizləşdi. Və o həmin ölkəyə yola 
düşdü, çarların iqamətgahı olan yerə gəldi, alban yepiskopu İeremiya, 
eləcə də onların çarı Arsval ilə və bütün azatlarla görüşdü. Onlar onu 
Məsih eşqinə hörmətlə qarşıladılar, o da gəlişinin səbəbini izah etdi. 
Onların hər ikisi – bərabər səlahiyyətlərə sahib yepiskop və çar bu 


 
34 
yazını  qəbul etməyə razı oldular və ölkənin müxtəlif  əyalət və vila-
yətlərindən yazıb öyrənmək üçün yeniyetmələrin göndərilməsi, onların 
müvafiq yerlərdəki məktəblər üzrə qruplaşdırılması və qida ilə təmin 
edilməsi barədə əmr imzaladılar”. 
Bu deyilənlərdən göründüyü kimi, Mesrop albanlar üçün artıq 
hazır əlifba gətirmişdi. Həmin əlifbanı isə albanlardan öncə ermə-
nilər üçün yaratmışdı. Yəni özü ilə bu gün “erməni əlifbası” kimi 
tanınan hazır əlifbanı gətirmişdi. 
Koryunun  əsərinin Venesiya mxitaristləri tərəfindən 1854–cü 
ildə dərc edilmiş başqa variantında isə belə deyilir: 
“...Sonra o, Alban ölkəsinə yollandı, onların  əlifbasını  dəyiş-
dirdi (yenilədi), tədrisatı bərpa etdi...” 
Buradan isə belə  məlum olur ki, Maştots albanların  əlifbasını 
yenilədi. Albanların bundan da öncə  əlifbaları olduğu, onunla ki-
tablar yazıldığı, xristianlığın qəbulundan sonra Vaçaqanın onların 
yandırılmasını  əmr etdiyi məlumdur. Bu barədə Musa Kağankatlı 
məlumat verir. Söhbət hansı əlifbadan gedir? 
Bu suala cavab verməmişdən öncə qeyd etməliyik ki, alban əlif-
bası barədə mütəxəssislər hələ  də yekdil fikrə  gələ bilməmişlər. Bir 
çoxları Mingəçevirdən tapılan və üzərində bugünə qədər oxuna bilin-
məyən yazının alban əlifbası olduğunu iddia edirlər. Bəzi mütəxəs-
sislər bu daşı IV əsrə, digərləri V əsrə aid edirlər. Onu VII əsrə aid 
edənlər də var. Bu yazının alban yazısı olduğu sübut olunmamış qalır.  
 
 
 
Mingəçevirdən tapılan, elm aləmində “Alban kapiteli” kimi 
tanınan daşın üstündəki yazı. Bu yazını IV, V, VII əsrlərə aid edən-
lər var.  


 
35
Mütəxəssislərin bir çoxu gürcü tədqiqatçısı İ.V.Abuladzenin 1937–
ci ildə Matedaranda tədqiqatlar apararkən, XVI əsrə aid bir ermənidilli 
əlyazmada rast gəldiyi 52 hərfli  əlifbanı alban əlifbası hesab etmək-
dədirlər. Bu əlifbanın udin əlifbası olduğunu iddia edənlər də var. Fəqət 
tarixi mənbələr alban yazısının udin dili əsasında deyil, qarqar – qıpçaq 
dili materialı əsasında yaradıldığını söyləyirlər və bu mübahisə götür-
məyən faktdır. O da faktdır ki, bu gün elmə  məlum olan qıpçaq 
dillərindən heç birində 52 səs yoxdur. Məsələn, türk dillərinin qıpçaq 
qrupuna daxil olan qazax türkcəsində 26 samit, 12 sait (38 səs) var, fə-
qət bu saitlərdən dördünün sonrakı dövrlərdə peyda olduğu hesab edilir. 
Bu isə o deməkdir ki, başlanğıcda 
bu dildə sadəcə 34 səs olub. 
     Eyni  dil  qrupuna  daxil  olan 
qaraqalpaq dilində 26 samit, 9 
sait, yəni üst-üstə 35 səs, qırğız 
dilinin  şimal  şivəsində 8, cənub 
şivəsində 9 sait səs var. Samitlə-
rin sayı qazax və qaraqalpaq di-
lində olduğu kimidir. Noqay di-
lində samit səslərin sayı 26, sait-
lərin sayı isə 8-dir, yəni bu dil 
üst-üstə 34 səsə sahibdir. Kazan 
tatarlarının dilində bu rəqəm 35-
ə (26+9) bərabərdir. Başqırd di-
lindəki səslərin sayı isə 38 
(26+12)-dir. Alban (qarqar–qıp-
çaq) mətnlərinin təhlili bu dildə 
35 səs olduğunu göstərməkdədir. 
Gördüyümüz kimi, 52 hərf-
lik bir əlifba qıpçaq dillərinə qə-
tiyyən uyğun deyil. Əvəzində isə 
36 işarəlik erməni–alban müş-
tərək  əlifbası bu səs sisteminə 
tamamilə uyğun gəlir. 
İ.V.Abuladzenin 1937–ci ildə 
Matedaranda tədqiqatlar apa-
rarkən XVl əsrə aid bir ermə-
nidilli əlyazmada rast gəldiyi, 
alban əlifbası olduğu iddia edilən 
52 hərfli əlifba 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə