Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə13/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   9   10   11   12   13   14   15   16   ...   107
    Bu səhifədəki naviqasiya:
  • Steğts

 
40 
parfiyalılar bu əlifbanı midiyalılardan əxz etmişdilər. Çünki Güney 
Azərbaycandan Midiya dövrünə aid, üzərində arami yazıları olan, 
fəqət aramicə oxuna bilinməyən bir neçə vaza tapılmışdır. Mütə-
xissislərin bəzisi həmin yazıların midiyalılara aid olduğunu ehtimal 
edirlər.  
Sasanilər də eyni əlifbanı parfiyalılardan  əxz edərək öz dillə-
rinə uyğunlaşdırmışdılar və onların imperiyasında orta fars (tat) dili 
ilə yanaşı arami dili də dövlət dili hesab olunurdu və hər iki dilin 
əlifbası eyni idi. Orta fars (tat) dilində o dövrdə “l” və “f” səsləri 
olmadığından Sasani əlifbası 22 yox, 20 hərfli idi. Eyni əlifbanın 
Xəzər xaqanlığında da əsas  əlifbalardan biri olduğunu söyləmək 
üçün əldə ciddi əsaslar var. Fəxrəddin Mübarəkşah Mərvərrudinin 
yazdığına görə, xəzərlərin əlifbası 22 hərfdən ibarətdir, sağdan sola 
yazılır və hərflər bitişmir. 
Bu halda söhbətin bilavasitə ara-
mi əlifbasından getdiyi heç bir şübhə 
oyatmır. Məsələ burasındadır ki, 
xəzərlərin yəhudiliyi qəbul etmiş his-
səsinin birbaşa davamı hesab edilən 
krımçaklar XX əsrin  əvvəllərinə  qə-
dər bu əlifbadan istifadə etmiş və bu 
əlifba ilə çox sayda ədəbi və dini əsər 
yaratmışlar. Maraqlıdır ki, krımçak 
türkcəsi yazılı materialının tədqiqi bu 
dilin alban (qıpçaq – qarqar) dili ilə
şivə  fərqi diqqətə alınmazsa, demək 
olar ki, eyni olduğunu, fəqət oğuz 
türkcəsinin daha çox təsirinə  məruz 
qaldığını söyləməyə  əsas verir. Bu 
dil qıpçaq mənşəli hesab edilsə  də, 
onun oğuz – qıpçaq şivələrindən biri 
olduğunu tam əminliklə söyləmək 
olar. 
 
“Aşıq Qərib” dastanının 
arami əlifbası ilə, 
krımçak dilində 
yazılmış variantından 
bir fraqment 


 
41
Bu baxımdan “Aşıq Qərib” dastanının krımçak variantının dili 
deyilənlərə ən gözəl misaldır: 
“Aşıx Ğaripınq masalı və türkisi beyan. 
Zaman yılınq bır zamanında Tavriz şeərində  bır  əxtiyar var 
əmış. O əxtiyar adamnınq bır xarısı, bır xızı və bır oğılı var əmış. 
Xarısınınq adı Xanzoxra, xızınınq adı Gülüxan, oğılınınq adı Aşıx 
Ğarip. Bu əxtiyar adam anistan bır kefsızlıkke oğrayır, arası çıxxa 
barmayır, bu əxtiyar adam öliyır. Xalıyır xarısı, xızı  və  oğılı. Bu 
oğılan Aşıx Ğarip dedıklərı  qəndı baxar əmış, qayət bexsun əmış. 
Bu Aşıx Ğaripnınq düşınə bır gecə ax saxallı adam geliyr, diyır ki: 
“Oğılım, kimə nışanlaçaxsınq, kımınq xısmetısınq?” Aşıx Ğarip də 
diyır “Bılmiyıram””. 
Çağdaş Azərbaycan türkcəcində: 
“Aşıq Qəribin məsəli və türküsünün bəyanı. 
Ötən illərin birində Təbriz şəhərində bir ixtiyar qoca varmış. O 
ixtiyar adamın bir qarısı, bir qızı və bir oğlu varmış. Qarısının adı 
Xanzöhrə, qızının adı Gülüxan, oğlunun adı  Aşıq Qərib idi. Bu 
ixtiyar adam anidən bir kefsizliyə uğrayır, ... bu ixtiyar ölür. Qalır 
qarısı, qızı və oğlu... Bu Aşıq Qəribin bir gecə yuxusuna bi ağ saq-
qallı adam girir və deyir: “Oğlum, kimə nişanlanacağını, kimin 
qisməti olduğunu bilirsənmi?” Aşıq Qərib də deyir: “Bilmirəm”. 
Gördüyümüz kimi, alban (qarqar – qıpçaq) dili ilə krımçak (xə-
zər) dili arasında, demək olar ki, elə də böyük bir fərq yoxdur. Bu 
da təbiidir. Çünki həm Mosiyey Xorenatsi, həm də Musa Kağan-
katlı alban dilinin əsasında duran qarqar dilini xəzərlərin, daha 
dəqiq desək, ağ  xəzərlərin dili ilə eyniləşdirir. Fəqət mətnləri rus 
dilinə tərcümə edən ermənilər bu faktı gizlətmişlər. Mətnin orijinalı 
belədir: 
“Steğis nşanqirs kokordaxos akxazur xjakan xetsbekazunin 
aynorik qarqartsvots lezun” 
Hərfi tərcüməsi: 
Steğts – yaratdı, düzəltdi 
nşanqirs – hərfləri 
kokordaxos – boğazda danışan 


 
42 
akxazur - ağ xəzər 
xjakan – yabanı 
xetsbekazunin – pozuq 
aynorik bənzər 
qarqartsiots – qarqarların 
lezuin – dili 
Erməni saxtakarlığını ifşa edən Firudin Ağasıoğlu cümləni belə 
tərcümə etmişdir: 
“Yabanı, pozuq ağ  xəzər  əlifbasını boğazda danışan qar-
qarların dilinə uyğunlaşdırdı”. 
Alim belə fikrə gəlir ki, Mesrop Maştots qarqarlar üçün xəzər 
əlifbası əsasında əlifba yaratmışdır. Əlbəttə ki, onun bu fikri ilə ra-
zılaşmaq mümkün deyil. Əgər o gerçəkdən də haqlıdırsa, mətndəki 
“akxazur” termini gerçəkdən də etnonimdirsə  və bu halda söhbət 
gerçəkdən də ağ xəzərlərdən gedirsə, o zaman deyilənləri belə şərh 
etmək lazımdır: 
“(Mesrop) Ağ  Xəzərlərin boğaz səsləri ilə  zəngin, yabanı  və 
pozuq dilinə bənzər qarqar dili üçün həflər yaratdı”. 
Yəni, Mesrop Maştots ağ xəzər dilinə bənzər qarqar dili üçün 
yeni əlifba yox, bəzi hərflər düzəltdi. Çünki ermənilər üçün düzəlt-
diyi  əlifba qarqar dilinin bəzi səslərini ifadə etmək iqtidarında 
deyildi. Bizcə, hər  şey Firudin Ağasıoğlunun söylədiyinin  əksinə 
baş vermişdir. Albanlar əski  əlifbalarından – arami mənşəli xəzər 
əlifbasından imtina edərək, Maştotsun yeni əlifbasını qəbul etdilər. 
Xəzər əlifbası ilə yazılmış, Musa Kağankatlının dili ilə desək, “büt-
pərəst və cadugərlərin” kitablarını oda verdilər. Buna yeni dinin – 
xristianlığın qəbul edilməsi səbəb oldu. 
Hər halda, Mxitar Qoşun dövrümüzədək alban dilində çatmış 
kitabı, eləcə də yuxarıda təqdim etdiyimiz alban dilində dua məhz 
ikinci nəticənin doğruluğunu sübut edir.  
Məlumat üçün bildirək ki, “alban” adı təkcə konkret bir soy və 
ya boyun deyil, eyni zamanda, albanlar ölkəsində yaşayan bütün 
türk və qeyri-türk etnosların ümumiləşdirici adı olmuş və etnonimə 
çevrilməmişdən öncə sosial institutu ifadə etmişdir. Məsələ bu-


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə