Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə15/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   11   12   13   14   15   16   17   18   ...   107

 
46 
Onuyğurların adının  əks olunduğu Moyunçur abidəsi bəzən 
"Selenqa daşı" da adlanır. Monqolustan ərazisindən, Selenqa çayı 
sahilləri yaxınlığından tapılmış bu abidə 744-759-cu illər arasında 
qoyulmuşdur. Onuyğurların adına daha əvvəlki dövrlərə aid Qərb 
mənbələrində  də rast gəlinməkdədir. Bu isə uyğurların, eləcə  də 
onuyğurların Şərqə köçməmişdən öncə Qafqazda, o cümlədən Azər-
baycan  ərazisində yaşamış olduqlarından xəbər verməkdədir.  İstər 
qədim erməni abidələrində, istərsə  də Musa Kağankatlının "Alban 
tarixi"ndə onların adı Albaniyada baş verən hadisələrlə  əlaqədar 
çəkilir. Bu mənbələrdə onların adı "honoğur" kimi qeyd edilmişdir. 
 Dilçi alim Elbrus Əzizov deyir: 
 "Fuad  Köprülüzadə 1926-cı ildə Bakıda çap olunmuş "Azər-
baycan ədəbiyyatına dair tədqiqlər" adlı kitabçasında Azərbaycan 
dilinin təmiz oğuz dili olduğunu gösərmişdir. Sonralar Çobanzadə 
və onun ardınca Dəmirçizadə Azərbaycan dilinin oğuz- qıpçaq dili 
olduğunu təsdiq etdilər.  Əhməd Cəfər ana dilimizin oğuz-qıpçaq 
mənşəli dil olmasını təsdiq eməklə yanaşı, bidirmişdir ki, ancaq bu 
dilin uyğur dili ilə kiçicik müqayisəsi bizi Azərbaycan dilinin əmələ 
gəlməsində uyğur dili qatının çox işləməsi barədə düşünməyə 
məcbur edir." 
 Əhməd Cəfər isə yazır:  
 "Dialektlərin faktlarına əsasən mən bu qənaətdəyəm ki, Azər-
baycan dili əsas  əlamətlərinə görə, türk dillərinin Qərb qrupuna 
aid olsa da, bu dil müəyyən dərəcədə türk dillərinin Qərb və Şərq 
qruplarını bağlayan halqadır" 
 Elburus  Əzizovun yazdığna görə, müasir Azərbaycan dilində 
uyğur elementlərinin olduğunu Nəcib də göstərməkdədir. Azərbay-
can və uyğur dillərinin ötəri müqayisəsi daha çox bu iki dil üçün 
əlamətdar olan izoqloslar aşkara çıxarmağa imkam verir. Məsələn, 
"a-e" səsdəyişməsini gözdən keçirək. Uyğur dili üçün xarakerik 
olan bu hal özünü Azərbaycanın cənub,  şərq və  şimal  şivələrində 
də göstərməkdədir: 
 "Eyni hala Anadolu şivələrində də rast gəlinir. Bundan başqa 
Azərbaycanın ayrı-ayrı şivələrində uyğur dili üçün xarakterik olan 


 
47
"a-ə", "a-o", "o-a", "e-ə", "e-ö", "d-ç", "k-ç" və sairə əvəzlənmələr 
də müşahidə edilməkdədir." 
Fərhad Zeynalovun yazdıqlarından belə anlaşılır ki, uyğurlar 
haqqında ilk məlumatlarda onlar "oqur", "saraoqur", "kotriqur", 
"onoqur" və s. adlarla qeyd edilmişlər. Maraqldır ki, onları bu 
adlarla məhz erkən orta əsrlər Avropa tarixçiləri Qafqaz və  Şərqi 
Avropada yaşayan hunların tərkibində yad etmişlər. Qədim Çin 
mənbələrində hunlardan son dərəcə çox danışılsa da və bir çox türk 
soy və boylarının, o cümlədən se (sak) və yuecilərin (kuşanlıların) 
adları yad edilsə də uyğurlar haqqında bircə kəlmə belə danışılmır. 
Yalnız sonrakı mənbələrdə onlardan "vey-ho", "hun-ho" və vey-vu-
rh" adı ilə bəhs edilir. Bu isə o deməkdir ki, uyğurlar Qərbdən Şər-
qə saklardan və digər türk xalqlarından daha gec köç etmişlər. 
Konkret olaraq, qıpçaqlara gəlincə, onların mənbələrdə ən ge-
niş yayılmış adlarından biri “kuman”dır. Maraqlıdır ki, əski yazılı 
mənbələr bu xalqın hələ eradan bir neçə min il öncələrdən Azər-
baycanda yaşadığını, başqa sözlə, ölkəmizin avtoxton əhalisi 
olduğunu birmənalı şəkildə təsdiqləyir. 
Qədim mixi yazılarda (e.ə.XIII-XII  əsrlər) "ku" və "kumen" 
(kuman) etnonimlərinin də adı  çəkilməkdədir. "Ku" etnonimi ilə 
bağlı hesab edilir ki, bu, türk (prototürk) tayfalarından birinin adı 
olmuş və bu ad qədim türklər arasında geniş yayılmış qu quşu (qaz) 
totemi ilə  əlaqədardır.  İ.Dron qeyd edir ki, qu quşu (qaz) kultu 
qədim zamanlarda türk və monqol xalqları arasında geniş yayı-
lıbmış. O bildirir ki, qədim türk əfsanələrində hun xaqanının 
qardaşı oğlu qu quşuna çevrilmiş və yeni bir türk soyunun əsasını 
qoymuşdur. Həmin türk qəbiləsi "ku" adlanmışdır. Məsələn, Tuva 
türklərinin toci qoluna bağlı  qəbilələrdən biri kezek-kuular (qu 
quşları) özünü bu soydan hesab edir. Tədqiqatçının yazdığına görə, 
Sayan-Altay ərazisində yaşayan bir çox türk xalqlarında – tuvalılar-
da, xakaslarda, teleutlarda, kumandlilərdə qu quşu (qaz) haqqında 
totemik-mifik təsəvvürlər bu günə qədər yaşamaqdadır. 
Türkoloqların bir qismi kuman etnoniminin də adının "qu" (ku) 
totemindən yarandığını irəli sürməkdədirlər. Məsələn, V.Q.Rodio-


 
48 
nov qədim çuvaş  mənbələrinə  əsaslanaraq "ku" və "kuman" etno-
nimlərini eyniləşdirir.  İ.Dorn və O.Süleymenov da eyni fikri dəs-
təkləmişlər. 
Kumanların adı qədim mənbələrdə (mixi yazılarda) ilk dəfə e.ə. 
XIlI-XII  əsrlərdə "kumen" kimi çəkilməkdədir. Y.Yusifov da yu-
xarıda adı çəkilən müəlliflərlə eyni mövqedən çıxış edərək yazır:  
"Bu etnonim də Türk dillərində etnik ad düzəldən "-man" (-men) 
şəkilçi birləşmələrindən  əmələ  gəlmişdir. Kuman sonrakı türk adı 
olmaqla "sarımtıl, ağımtıl" mənasını daşıyırdı."  
Sözügedən etnonimlə I Tiqlapalsarın (e.ə. 1115-1077) kitabə-
sində də rastlaşırıq: 
"(V.73) Kumanların ordusu gerçəkdən Musru ölkəsinin kömə-
yinə  çıxdı... (V.82) Bu zaman Musru ölkəsinə köməyə  çıxmağı  qət 
etmiş kumanların hamısı savaşın baş tutması və mənə qarşı durmaq 
üçün özlərinin bütün bölgələrini səfərbər etdilər...(VI.22)... Kuman-
ların mənim güclü döyüş  təzyiqimdən qorxuya düşən  şahları ayaq-
larımı qucaqladı..."  
Aşşur şahı II Adadnerari (e.ə.911-890) də öz kitabəsində kuman-
ları yad etmişdir. 
Maraqlıdır ki, Aşşur – Kuman (qıpçaq) əlaqələri təkcə mühari-
bələrlə səciyyələnməmiş, eyni zamanda ədəbiyyat sahəsini də əhatə 
etmişdir. Məsələ burasındadır ki, dövrümüzədək alban, yəni qarqar 
– qıpçaq dilində yazılmış çox sayda xristian və dünyəvi məzmunlu 
didaktik heyayə gəlib çatmışdır. Onlara müxtəlif əlyazmalarda rast 
gəlinir. Bu hekayələrdən biri bizim üçün çox böyük əhəmiyyət kəsb 
edir. Çünki o, alban və ümumqıpçaq  ədəbiyyatının köklərinin biz 
düşündüyümüzdən çox-çox qədim olduğunu və bu köklərin Aşşurla 
birbaşa bağlılığını sübut edir. Söhbət  “Uslu Xiqarnınq sözü, esi, 
axılı” adlı hekayədən gedir. Aşşur hökmdarı Senekərimin (Senaxe-
ribin) dövründə Ninəvədə (bugünkü Mosul) yaşadığı bilinən müd-
rik Xiqar (Axikar) haqqnda olan və  təbii ki, xristianlıqla heç bir 
əlaqəsi olmayan bu hekayənin hələ e.ə. VII – VI əsrlərdə Yaxın 
Şərqin bir çox qədim dillərinə çevrildiyi məlumdur. Həmin  əsər 
yalnız alban dilində dövrümüzədək tam şəkildə  gəlib çıxa bilmiş-


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə