Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə12/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   8   9   10   11   12   13   14   15   ...   107

 
36 
Əlbəttə, ola bilsin ki, həm Mingəçevir yazısı, həm də sözü-
gedən 52 hərflik  əlifbadan Albaniya ərazisində yaşamış hansısa 
xalqlar istifadə etmişlər və  nəzərə alsaq ki, “ alban” adı bütün bu 
xalqlar üçün ortaq idi, bu baxımdan həmin  əlifba və yazıları da 
“alban yazısı” kateqoriyasına aid etmək olar. Fəqət Albaniyanın 
dövlət və ortaq ədəbiyyat dili olan qıpçaq – qarqar dilinə gəlincə, 
onun yeni yazısı V əsrdə yaranıb və alban müəlliflərinə aid əldə 
olan çox sayda mətn onların istifadə etdikləri  əlifbanın erməni 
əlifbası ilə eyni mənşəli olmasını sübut edir. 
Eyni zamanda, təkcə Laçın rayonu ərazisindən bu əlifba ilə ya-
zılmış  və erməni dilində olmayan 22 epikrafik abidə  aşkar olun-
muşdur ki, onlardan biri – Alxaslı kəndinin 8 km şimal – qərbində 
yerləşən alban vənginin (monastrının) kitabəsindəki yazı barədə V. 
A.  Əliyev məlumat verməkdədir  («Археологические  открытия 
1980 г.», М., 1981, с. 414—415). 
 
 
 
Laçın rayonunun Alxaslı kəndinin 8 km şimal – qərbində yerləşən  
alban vənginin (monastrının) kitabəsi. 


 
37
Deyilən fikri təsdiqləyən başqa misallar da var. Məsələn, 
fransız  şərqşünası Ejen Bore 1838–ci ildə Fransa Elmlər Akade-
miyasına ünvanladığı bir məruzəsində bildirirdi ki, Matedarandakı 
əlyazmaların birində o, alban əlifbasını  aşkara çıxarıb. Onun yaz-
dığına görə, bu əlifba erməni  əlifbası ilə, demək olar ki, eynidir, 
amma yazılar erməni dilində deyil. 
Bu hadisədən 48 il sonra, yəni 1886–cı ildə ermənişünas alim, 
professor N. Karmiants bir məqaləsində Münhendə rastlaşdığı bir 
ermənidilli  əlyazmadan söz açaraq bildirmişdi ki, Sivasda qələmə 
alınmış  və miniatürlərlə  bəzədilmiş bu əlyazmanın bir yerində 
erməni hərflərinə bənzəyən hərflərlə yazılmış, fəqət erməni dilində 
olmayan iki sətirlə rastlaşıb. Həmin sətrlərin yanında ermənicə 
yazılmış qeyddə bunun alban yazısı olduğu bildirilməkdəydi. Fəqət 
bu və haqqında Ejen Borenin məlumat verdiyi əlyazmalar müam-
malı  şəkildə yoxa çıxdığından və ya məhv edildiyindən onlar 
barədə heç bir dəqiq məlumat yoxdur.  
1996–cı ildə Gürcüstan Elmlər Akademiyasının  İsrailə ezam 
etdiyi elmi ekspedisiya tərəfindən Müqəddəs Yelizaveta kilsə-
sindən 120 səhifəlik bir palimpset tapılmışdır. Alban dilində olduğu 
güman edilən bu əlyazmanın üst tərəfində gürcü dilində qeyd var. 
Bu qeydə  əsaslanan ekspedisiyanın rəhbəri, tanınmış gürcü alimi 
Zaza Aleksidze sözügedən yazıların alban yazıları olduğunu iddia 
etmiş və bu barədə fikirlərini 2001–ci ilin may ayında Bakıda təşkil 
edilən “Qafqaz Albaniyasının etnomədəni irsi” adlı konfransda 
(Предварительное сообщение об идентификации и дешифров-
ке  албанского  текста,  обнаруженного  на  Синайской  горе. 
Доклад  на  конференции  «Этнокультурное  Наследие  Кавказ-
ской Албании» 21-22 мая 2001 года в Баку) dilə gətirmişdir.  
59 işarəli bir əlifba ilə qələmə alınmış bu yazı artıq nəşr edil-
miş  də onun udin dili əsasında  şərh edilməsinə  cəhd də gös-
tərilmişdir (J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé. The 
Caucasian Albanian Palimpsests of Mount Sinai. Brépols, 2009.) 
İddiaya görə bu, Bibliyanın ayrı – ayrı hissələrinin tərcüməsidir və 
guya udin dilindədir. Fəqət bu iddia digər alimlər tərəfindn ciddi 


 
38 
qəbul edilmir. Bu da təbiidir, çünki kitab müəlliflərinin mətnləri 
udin dilində  şərh etmək cəhdləri falsifikasiyadan və ya olmayanı 
olan kimi təqdim etməkdən başqa bir şey deyil. Üstəlik də bütün 
mənbələr alban dili üçün əlifbanın udin dili əsasında deyil, qarqar – 
qıpçaq dilində tərtib edildiyini söyləyir. 
Gürcülərin İsraildən tapdıqları palimpsetdəki 59 işarəsinin 36 – 
sı erməni hərfləri ilə üst-üstə düşən hərflərdir ki, bu da təbiidir. 
Çünki alban və erməni hərfləri eyni mənşəli olmuşdur. Digər 23 
işarə isə, deyilənlərnə görə, gürcü hərflərinə  və  həbəş ideoqram-
larna çox bənzəyir.  
Əgər IV – VII əsrlərə aid olduğu söylənən (Aleksidze IV – V 
əsrlərə aid edir) bu əlyazma gerçəkdən də albanlara aiddirsə və ger-
çəkdən də onun yazıldığı əlifba Maştotsun albanlar üçün hazırladığı 
əlifbadırsa, tam qətiyyətlə deyə bilərik ki, zamanla o təkmilləşmiş 
və 36 işarəli əlifbaya çevrilmişdir. Yəni zamanla “gürcü hərflərinə 
və  həbəş ideoqramlarına bənzəyən” köməkçi işarələr lazımsız  şey 
kimi bir kənara atılmışdır.  
Yeri gəlmişkən qeyd edək ki, alban dilinin guya udin dili ol-
duğu barədə fikir elmdə çox yayılmışdır və bu fikrin ən qızğın 
tərəfdarı  və  təbliğatçısı kimi daha çox gürcü və erməni alimləri 
çıxış edirlər. Gürcülərin bu mövqeyi anlaşılandır. Çünki udin dili 
də gürcü dili kimi Qafqaz dilləri ailəsinə aiddir. Gürcülər bu yolla 
Azərbaycanın guya qədimdə qafqazdillilərlə  məskun olduğunu 
“əsaslandırmaq”la, hətta qədim mannalıları da qafqazdilli elan et-
məklə, gələcəkdə torpaqlarımıza iddia üçün “elmi əsas” hazırlama-
ğa çalışırlar ki, bu xəttin də  əsası  İosif Stalin tərəfindən qo-
yulmuşdur. 
Ermənilərin məqsədi isə aydındır, kim olursa-olsun, təki türk 
olmasın. 
Azərbaycanda ideyanın  ən qızğın tərəfdarı  mərhum Voroşil 
Qukasyan idi. Milliyyətcə udin olan bu alimin də  sırf etnik təəs-
sübkeşlikdən çıxış etdiyi və daha çox Abuladzenin əlifbası üzərində 
durduğu məlumdur. Lakin o, tək deyildi. Bu gün də bu iddiada olan 
Azərbaycan alimləri az deyil. Bu halda isə, əlbəttə ki, söhbət kəm-


 
39
savadlıqdan və bu iddianın arxasında duran siyasi hədəfləri anla-
mamaqdan, başqa sözlə, siyasi nadanlıqdan getməlidir. Çox təəs-
süflər olsun ki, belələrindən biri də Fəridə xanım Məmmədovadır. 
Gözəl tarixçi, albanşünas və ermənişünas olmasına rəğmən, türko-
logiya sahəsində yetərli biliklərə sahib olmayan bu alimin səhv 
etdiyini,  əlbəttə ki, üzə  çıxardığımız alban əlyazmaları bütünlüklə 
sübut etməkdədir. 
Əldə olan əlyazmalar həm alban dili məsələsinə, həm də alban 
əlifbası ilə bağlı suallara tam və birmənalı cavab verməkdədir. Yeri 
gəlmişkən qeyd edək ki, erməni və alban əlifbaları eyni mənşəli ol-
salar da, yazılış  xətt və üslubuna görə bir-birindən fərqlənirlər. 
Yəni hərflər eyni olsa da, xəttlər fərqlidir. Ermənilər “bolorqir” və 
“notrqir” adlandırdıqları bu iki xətti erməni yazısının iki fərqli xətti 
kimi təqdim edirlər. Gerçək isə budur ki, “bolorqir” ermənilərə, 
“notrqir” isə albanlara məxsusdur. Yəni  əldə olan bütün alban 
mətnləri məhz “notrqir”lə yazılmışdır. Albanlar hətta erməni 
dilində yazanda da öz xətlərindən (əlifbalarından) istifadə etmişlər. 
Odur ki, “notrqir”lə yazılmış bütün mətnlərin, o cümlədən ermə-
nidilli mətnlərin müəlliflərinin məhz albanlar olduğunu tərəddüd 
etmədən söyləmək olar. Albanlar heç vaxt “bolorqir”dən istifadə 
etməmişlər. “Bolorqir”lə yazılmış  mətnlərin müəllifi,  şübhəsiz ki, 
ermənilərdir.  Əlbəttə, bəzi hallarda, ola bilsin ki, kiçik istisnalar 
olmuşdur, fəqət bu bir o qədər də böyük önəm daşımır.  
İndisə Maştotsun  əlifbasının qəbulundan öncə albanların isti-
fadə etdikləri yazının hansı əlifba ilə ola biləcəyi məsələsinin üzə-
rinə qaydaq.  
Nəzərə alsaq ki, Vaçaqan və ondan öncəki Albaniya hökm-
darları Arsak sülaləsindən idilər və kökləri Parfiya Arsaklarına 
uzanırdı  və Parfiyada isə 22 hərfli arami yazısından istifadə olu-
nurdu, eləcə  də  Əməniyyə  məliyi Artaşesin (e.ə. l əsr) dövrümü-
zədk ulaşan, türkcə yazıldığı anlaşılan və görkəmli dilçi alimimiz 
Firidun Ağasıoğlu tərəfindən oxunan kitabəsi də (söhbət sərhəd 
daşları üzərindəki yazılardan gedir) eyni əlifba ilə yazılmışdı, söh-
bətin məhz arami əlifbasından getdiyini düşünmək olar. Ehtimal ki, 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə