Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə10/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   6   7   8   9   10   11   12   13   ...   107

 
29
tanınır və V.Bastamyants (Qoşu nəşr edən)  əsərin adındakı “er-
məni” (hayos) sözünü “mətnə düzgün olmayaraq sonradan əlavə 
etmişdir”. 
Məlumat üçün bildirək ki, çox sayda didaktik hekayə, təmsil, 
eləcə  də “Alban salnaməsi” və “Gəncəli Xosrovun şəhid olması” 
əsərlərinin müəllifi olan, böyük yazıçı, maarifçi, pedaqoq, filosof 
və hüquqşünas kimi şöhrət tapan Mxitar Qoş 1130–cu ildə “şəhər-
lərin anası”, “şəhərlərin  ən üstünü” adlandrdığı  Gəncə  şəhərində 
anadan olmuşdur.  İlk təhsilini Tovuzlu keşiş  Yəhyadan (Tavuşlu 
Yohanna) alan Qoş daha sonra Qaradağa gedərək, təhsilini orada 
davam etdirmiş və vardapet rütbəsində vətəninə dönmüşdür. 
Dövrünün böyük xristian ilahiyyatçılarından biri səviyyəsinə 
çatan və  əsas rəy sahiblərindən birinə çevrilən Qoş Xaçındakı 
Qoşavəng kilsəsini və xristian ilahiyyat məktəbini yaratmış, ölənə-
dək, yəni 1213–cü ilə qədər orada yaşamış və orada da dərs verə-
rək, çox sayda tələbə yetişdirmişdir. Belə hesab edilir ki, özünün 
dövrümüzədək alban, yəni qıpçaq dilində çatmış ən böyük əsərini – 
“Törə bitiki”ni (“Qanunnamə”sini) də həmin sırada (1184–cü ildə) 
qələmə almışdır. Qoş onun əsl adı deyil, kosa olduğu üçün müa-
sirlərinin verdikləri ləqəbdir. Mənbələrdə adı  bəzən “vardapet 
Mxitar”, bəzən də müsəlmanlar arasında “Mikayıl” adı ilə məşhur 
olması səbəbiylə “vardapet Mikayıl” kimi çəkilir. XVI əsrdə “Törə 
bitiki”nə giriş  və  şərhlər yazmış, ona bəzi  əlavələr və redaktələr 
etmiş Oksent oğlu Xaçeres onu sadəcə “vardapet”, bir yerdəsə 
“vardapet Mikayıl” adlandırır. M.E.Şedrin adına Sankt – Peterburq 
Dövlət Kütləvi Kitabxanasının  əlyazmalar  şöbəsində qorunan və 
üzərində alban dilində qeydlər də olan bir ermənidilli əlyazmadakı 
(Dorn 636) alban (qarqar – qıpçaq) dilində edilmiş bir qeyddə isə 
onun adı “vardapet Mxitar” kimi keçir. Bu ada digər albandilli 
əlyazmalarda da rast gəlinir. 
Fəridə  Məmmədova haqlı olaraq Mxitar Qoşun kitabının er-
mənilərə deyil, albanlara aid olduğunu vurğulayaraq yazmşdır: 


 
30 
“Mxitar Qoşun “Qanunnamə”si yalnız albanlar üçün yara-
dılmışdı və bu, heç bir şübhə doğurmamalıdır. Məlum olduğu kimi
ermənilərin özlərinin hüquqşünaslıqla bağlı  qədim kitabları var: 
VIII əsrdə Odzinetsinin yazdığı “Erməni qanunları” kitabı (Kono-
nagirk), XIII əsrdə...Smbat Sparapeti tərəfindən yaradılmış “Qa-
nunnamə”. Smbat Sparapetinin istifadə etdiyi əsas mənbələrdən 
biri Mxitar Qoşun “Qanunnamə”  əsəridir. Məlum olduğu kimi, 
erməni tarixçilərinin hamısı Mxitar Qoşun “Qanunnamə”sini özlə-
rininki sayırlar. Onda sual oluna bilər ki, XX əsrə  qədər erməni 
xalqının ehtiyaclarına cavab verib onu mənəvi cəhətdən tam təmin 
edən Odzinetsinin “Kanongirk”i mövcud olduğu halda, XII əsrdə 
yeni bir “Qanunnamə”(Qoş) yaradılmasına nə ehtiyac vardı? Onu 
da deyək ki, Qoş öz əsərini yazanda başqa mənbələrlə yanaşı, “Ka-
nongirk”dən də istifadə etmişdir. Qoşun “Qanunnaməsinin” XII 
əsrdə ermənilər üçün yaranması ilə razılaşsaq, belə bir sual ortaya 
çıxır ki, cəmi yüz il keçdikdən sonra Smbat Sparapetinin Kilikiya 
erməniləri üçün daha bir “Qanunnamə”ni Qoşun “Qanunna-
mə”sindən istfadə ilə yaratmasına nə ehtiyac vardı? 
Bizim fikrimizcə, bunu alban və erməni gerçəkliyinə istinad 
edərək çox sadə  və  məntiqi  şəkildə belə izah etmək olar ki, 
Odzinetsinin erməni”Kanongirk”i alban xristian əhalisinin ictimai 
quruluşuna, hüquq normalarına, məhkəmə quruluşuna və icrasına 
uyğun gəlmədiyi kimi, Qoşun “Qanunnamə”  əsəri də Kilikiya... 
məhkəmə quruluşuna yaramırdı”. 
Şübhəsiz ki, məntiqli görünsə  də, bu cür fikirlərlə ermənilərə 
nəyisə sübut etmək mümkün deyildir. Ən əsas sübut alban dilində, 
yəni qarqar - qıpçaq türkcəsində  qələmə alınmış “Törə bitiki”nin 
özü ola bilər. 
Mxitar Qoşun dövrümüzədək alban dilində (qıpçaq türkcə-
sində) çatan “Törə bitiki” kitabı sübut edir ki, albanlar ən azı XII 
əsrə qədər öz ana dillərində yazıb – oxumuşlar. Bunun XIII əsrdə 
də belə olduğunu həmin  əsrdə yaşamış erməni tarixçisi Hetum da 
özünün “Qayton” adlı əsərində təsdiq etməkdədir. 


 
31
Məlumat üçün bildirək ki, “Törə bitiki”nin hansısa nüsxəsini 
XIII əsrdə Azərbaycandan Ukraynaya köç edən albanlar özləri ilə 
aparmış və sonrakı əsrlərdə ona ön söz, bir neçə maddə, şərhlər və 
“Erməni qanunnamə”sini əlavə edərək aralarındakı məhkəmə - hü-
quq məsələlərini onunla tənzimləmişlər. Sonra isə əlavələr edilmiş 
variantın üzünü köçürərək çoxaltmışlar. 
XVI  əsrdə Ukraynada yaşayan erməni icması öz qanunları ilə 
yaşamlarını davam etdirmək məqsədilə  tərtib etdikləri 124 mad-
dəlik qanunnaməni öncə latın, daha sonra polyak dilinə  tərcümə 
edərək, tərcüməsi ilə birlikdə Polşa kralı Sziqmunda təsdiq etdir-
mişdilərlər. Sonradan bu qanunlar alban (qarqar – qıpçaq) dilinə 
tərcümə edilərək, “Törə bitiki” nə daxil edilmişdir. Kitab da döv-
rümüzə bu halda, yəni müxtəlif  əlavələrlə  gəlib çıxmışdr. Fəqət 
onun Mxitar Qoş tərəfindən yazılmış hissəsini əlavələrdən ayırmaq 
heç bir çətinlik törətmir. 
Dövrümüzədək ulaşan alban yazılı  ədəbiyyatının nümunə-
lərindən biri də “Atamız bizim” (Matta “İncil”indən bir parça) 
müraciəti ilə başlayan məşhur xristian duasının alban variantıdır. 
 
Duanın alban dilindəki səslənişi: 
“Atamız bizim ki köktəsən, ari bolsunq atınq səninq, kəlsin 
xanlıxın səninq, bolsun erkinq səninq neçik köktə alay yertə, ötmə-
kimizni bizim kündəlik ber bizgə, bu gün boşat bizgə borçumuznu 
bizim, neçik ki biz boşatırbiz bizim borçlularimizgə, bermagin bizni 
sınamaxlıxka, yoxsa xutxar bizni yamandan, zera seninqdir xanlıx 
da, xuvat da, sənqə haybat menqlik. Amen.” 
 
Çağdaş Azərbaycan türkcəsindəki səslənişi: 
“Göydə olan atamız, təmiz olsun adın sənin, gəlsin xanlığın 
(hakimiyyətin) sənin, göydə olan ərkin yerə ələnsin. Ruzimizi gün-
dəlik ver bizə, .......... Bizi sınaqlara soxma, pisliklərdən qurtar, 
çünki sənindir xanlq da (hökm də), qüdrət də,  əbədi olmaq sənə 
yaraşır. Amin.” 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə