Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə14/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   10   11   12   13   14   15   16   17   ...   107

 
43
rasındadır ki, əski türk dilində “alban” kəlməsi “hərbi mükəl-
ləfiyyətli” anlamına gəlir. Bu fakt V.Radlovun “Qədim türk lü-
ğəti”ndə də təsbit edilmişdir, fəqət bu sözün türk dilinə guya mon-
qol dilindən keçdiyi barədə əsassız bir fikir söylənmişdir. Fikrimiz-
cə, Albaniyanın əhalisi Xəzər xaqanlığının, ondan öncə isə Hun xa-
qanlığnın, başqa sözlə, Türküstanın (Turanın) tərkib hissəsi olmuş
Turan xaqanına tabe olmuş  və lazım gəldiyində xaqanı atlı  və 
piyada döyüşçülərlə  təmin etməyə mükəlləf olmuşdur. Hər halda, 
“Kitabi - Dədə Qorqud”da “albanlar başı” adlandırılan Qazan xa-
nın, eləcə də xanlar xanı Bayandır xanın “Türküstanın dirəyi” kimi 
təqdim edildiyi danılmaz faktdır. 
Çox güman ki, Albaniya xristianlığın qəbulundan sonra Turan-
dan (Türküstandan) qopmuş, buna qədər isə  həmişə Türküstanın 
ayrılmaz hissəsi olmuşdur. Hər halda, uzun müddət, daha dəqiq 
desək, V əsrə  qədər (albanlar xristianlığı V əsrdə  qəbul etmişlər) 
Albaniyanın paytaxtı olmuş  Qəbələ  şəhərinin  ərəb mənbələrində 
“Xəzər” adlandırıldığı da bir gerçəklikdir. Eyni zamanda, xəzərlə-
rin bu günə  qədər harada yerləşmiş olduğu məlum olmayan pay-
taxtlarının Xanbalıq şəhəri olduğu məlumdur. Qəbələ şəhərinin adı 
isə antik mənbələrdə “Kabalaka” kimi çəkilir. “Kabalaka”nın Xan-
balıq adının təhrifedilmiş forması olduğu göz qabağındadr. Xatır-
ladaq ki, Mahmud Kaşğarlının xəritəsində bütün Qafqaz, o cümlə-
dən bugünkü Azərbaycan Respublikasının, Gürcüstanın və Ermə-
nistanın ərazisi Dərbənd – Xəzəran, yəni xəzərlər ölkəsi kimi qeyd 
edilmişdir. Azərbaycan isə ondan cənubda göstərilmişdir.  
Albanların xəzərlərdən və Turan – Türküstan mühitindən qop-
masının bir səbəbi yeni din - xristianlıq idisə, digər səbəbi də iki əsr 
sonra türk əsilli Arsaklar sülaləsinin  əvəzinə fars (tat) mənşəli 
Mehranilərin hakimiyyət başına gəlməsi olmuşdur. Təsadüfi deyil 
ki, Musa Kağankatlı özünün “Alban tarixi”ndə xəzərlərdən və yer - 
yer “Şimal” adlandırdığı Türküstandan sevməzliklə söz açır, ermə-
niləri həmişə xoş sözlərlə yad edir, Albaniyanın fars (tat) mənşəli 
məliyi Cavanşiri öyməkdən isə doymur. 
Tanınmış alban tarixçisi Musa Kağankatlı özünün "Alban ta-
rixi" kitabının Albaniyanın, yəni Azəbaycanın ilk şahlarını  sırala-


 
44 
yarkən birinci yerdə Nuh oğlu Yafəsin, ikinci yerdə onun oğlu, 
kimmerlərin soy babası Qamərin, dördüncü yerdə isə onun oğlu 
Toqarmanın adını çəkmişdir. 
Musəvilik dinini qəbul etmiş  xəzər xaqanı  İosif ona xəzər 
türklərinin mənşəyi barədə verilən sualın cavabında bildirmişdi ki, 
xəzərlər Toqarmanın 10 oğlundan biri olmuş Xəzərikin nəslindən-
dirlər. Maraqlıdır ki, xaqan İosif Toqarmanın, yəni Həzrət Nuhun 
nəvəsi və Azərbaycanın 4-cü şahının digər oğullarının da adını cək-
mişdir. Bu oğulların da hər biri özünün adı ilə adlandırılan bir türk 
xalqının soy babası olmuşdur. 
Mövzu ilə bağlı Firudin Ağasıoğlu deyir: 
"Xaqan İosif yazdığı məktubda xəzərlərə yaxın qohum olan 10 
soyun adını  çəkir. Həmin soylar bunlardır: Uyğur, Turis, Avar, 
Oğuz, Bizal, Trna, Xəzər, Yanur, Bulqar və Savir." 
Xəzər xaqanının çəkdiyi türk soy adlarından subarların adına 
erkən mixi yazılarda, yəni eradan əvvəl III - II minilliklərə aid 
mətnlərdə rast gəlirik.  Əslində  İosifin məktubunda bu soyun adı 
"savir" şəklindədir. Fəqət sözügedən soyun adına müxtəlif mənbə-
lərdə "savir", "sabir", "sibir", "suvar", "subar " şəklində rast gəlinir. 
Eradan  əvvəl III minilliyə aid mətnlərdə "subir" forması  işlən-
məkdədir. Bu türk xalqı adını Azərbaycan toponimikasında suvar 
şəklində əbədiləşdirmişdir. Söhbət "Biləsuvar" toponimindən gedir. 
Firidun Ağasıoğlunun yazdığına görə,  mixi yazılardan belə 
aydın olur ki, subarlar İkiçayarsının  şimlında yaşayırdılar və  şu-
merlərin qonşusu olmuşlar.  Şumerlər  İkiçayarasının cənubuna Su-
bar ölkəsinin ərazisindən keçərək gəlmişdilər. 
Azərbaycan xalqının etnogenezində yaxından iştirak etmiş türk 
soy və boylarından biri də bulqarlardır. Azərbaycanın 4-cü şahı 
Toqarmanın 10 oğlundan birinin-Bulqarın nəsli olan bulqarların adı 
"Kitabi-Dədə Qorqud"da da çəkilməkdədir. 
Şərqşünas alim Süleyman Əıiyarov yazır:      
"Dədəm Qorqud" kitabının VII boyunda etnogenez baxımından 
belə bir tutarlı yazıya rast gəlirik: "Altı başı balqar bir ər gördüm. 
Ol ərə bağdum. Dayım Əmən imiş." 


 
45
 Bu parçanı Ergin və Gökyay "alnı başı balkır bir ər gördüm" 
kimi yazmışlar. Bartold isə rus dilinə "muja s blestyaşim çelom i 
qolovoy" kimi çevirmişdir. Yalnız Bakı çaplarını hazırlayan Həmid 
Araslı parçanı "balqar bir ər" oxumuş, ancaq bu "balqarın" kimliyi 
və nə demək olması barədə bir söz söyləmədən keçinmişdir. 
VII boyda "altı başı balqar bir ər" dedikdə, Azərbaycan xalqının 
yaranmasında iştirak edən bulqarların adı bir eponim kimi çəkilir. 
Bu bulqarlar sonrakı Volqaboyu bulqarları deyil, qədim bir et-
nosdur, onları protobulqar, yəni ilk bulqar adlandırmaq daha 
düzgün olar. Onların adını ilkin olaraq IV əsrin Suriya tarixçisi 
Mir Abas Katina çəkmişdir. Onun yazısı  gəlib bizə çatmasa da, 
Moisey Xorenatsinin "Ermənistan tarixi”ndə qalmışdır. Burada 
deyildiyinə görə, Yuxarı Ormansız-Basean deyilən yerdə "sonralar 
Bexendur Bulqar Vəndin köçürüb gətirdiyi ailələr yerləşmiş, onun 
adı ilə bağlı olaraq onlar Vənəd adlanmışdı."" 
     Biləsuvar rayonu ərazisindən axan Bolqarçay bu günədək 
bu qədim türk soyunun adını yaşatmaqdadır. Yaxın keçmişlərə 
qədər bu bölgədə Bolqar, Bolqarkənd və Bolqar-Göytəpə adlı 
etnotoponimlər mövcud olmuşdur. 
Toqarmanın 10 oğlundan biri olan Uyğurun soyundan gələn 
uyğurlardan da ayrıca söhbət açmaq lazımdır. 
     Uyğur türkləri hazırda əsasən Çinin Sintzyan-Uyğur Muxtar 
Vilayətində, qismən də Qazaxıstan və Özbəkistanda yaşayırlar. 
Rəsmi statistikaya görə, sayları 15 milyon civarındadır. Qeyri-rəs-
mi məlumatlara əsasən isə, sayları 30 milyonla 100 milyon arasında 
göstərilir. Uyğurlaın tarixdə qurduqları ilk dövlətin VIII əsrdə 
qurulan Onuyğur-Doqquzoğuz xaqanlığı olduğu hesab edilir. Bu 
dövlətin ərazisi Monqolustan, Sibir və İndiki Uyğurustan ərazilərini 
əhatə etmişdir. Dövlətin qurulmasında doqquzoğuzlarla onuyğurlar 
fəal rol oynamışlar. On uyğur soyunun birləşməsi ilə ortaya çıxan 
onuyğurların adına Orxon-Yenisey abidələrində  sıx-sıx rast gə-
linməkdədir: 
"Su...orada qalmış xalq onuyğur, doqquzoğuz xalqlarının üzə-
rində yüz il oturub...Orxon çayı...” (Moyunçur abidəsi, 3-cü sətir)  


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə