Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə5/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   2   3   4   5   6   7   8   9   ...   107

 
14 
Fakt budur ki, məşhur qırğız-türk dastanı "Manas"da əsərin 
qəhrəmanı Manasın atasının adı Qarqardır. Manasın mənsub ol-
duğu xalq isə dastanda gah qarqar, gah da qıpçaq adlanır. Bu fakt 
akademuk Bartoldun əsərlərinin toplandığı 4 cildliyin 2-ci cildinin 
1-ci hissəsinin 541-ci səhifəsində, 55-ci qeyddə  təsbit edilmişdir. 
Abramzonun "Qırğızlar və onların etnoqrafik və tarixi-mədəni əla-
qələri" adlı kitabının 46-cı səhifəsində isə XVI əsrdə Qaraqışlaqda 
baş verən hadisələrlə əlaqədar qıpçaq-qarqar xalqının adı çəkilir.     
Nizami Cəfərov yazır:  
"Azərbaycanda qıpçaq-oğuz münasibətlərinin ən gərgin dövrü 
9-10-cu  əsrləri  əhatə edir. Həmin dövrün etnosiyasi, linqvokul-
turoloji proseslərini  əks etdirən "Kitabi-Dədə Qorqud"da qıpçaq-
oğuz münasibətləri ümumi şəkildə qeyri-müəyyən coğrafiyada de-
yil, Azərbaycan miqyasında təqdim olunur. 
Qıpçaqlar tarixi mənbələrdə daha çox xəzərlər kimi təqdim 
olunur ki, bunun da əsas səbəbi qıpçaqların Şimali Qafqaz və ətraf 
regionları  əhatə edən Xəzər siyasi birliyinin, dövlətinin mövcud-
luğu idi. Ümumiyyətlə, qıpçaqlar 1-ci minilliyin sonu, 2-ci minilli-
yin əvvəllərindən mənbələrdə müxtəlif adlarla adlanmışlar: Pbeçe-
neqlər, kumanlar, polovetslər, xəzərlər və sairə." 
Çox təəssüflər olsun ki, Musa Kağankatlının “Alban tarixi” və 
Mxitar Qoşun "Alban salnaməsi" adlı kitabları dövrümüzədək oriji-
nalda yox, erməni, rus və ingilis dilinə tərcümələrdə gəlib çıxmış-
dır. Bu kitablar haqqında bizdə olan təsəvvür Azərbaycan türkcə-
sinə Ziya Bünyadovun etdiyi tərcümələrə əsaslanır. Tanınmış dilçi 
alim Firidun Ağasıoğlunun yazdğına görə, ermənilər “Alban tarixi” 
kitabını rus dilinə çevirərkən bilərəkdən bir necə ciddi təhrifə yol 
vermişlər. Onlardan 2-si üzərində xüsusi durmağımıza ehtiyac var. 
1. Mesrop Maştots ermənilərə  əlifba düzəltdikdən sonra Al-
banyada qarqarların dilinin bəzi səsləri üçün xüsusi işarələr (nşan-
qirs) yaradır. Tərcümədə isə qarqar dili əsasında ayrıca bir əlifba 
yaradıldığı bildirilir. 
2. Qarqarların dili ağ xəzərlərin dili (akxazur) ilə eyniləşdirilir. 
Tərcümədə "akxazur" etnonimi əvəzinə "son dərəcə uyumsuz bir 
dil" ifadəsi işlədilmişdir.  


 
15
Biz bu məsələnin üzərinə bir qədər sonra yenidən qayıdacağıq. 
Deməli, Musa Kağankatlının sözündən belə  çıxır ki, Maştots 
artıq ermənilər üçün yaratmış olduğu əlifbanı bir qıpçaq xalqı olan 
qarqarların (ağ  xəzərlərin) dilinə uyğunlaşdırır. Bunun üçünsə 
erməni dilində olmayan bəzi qıpçaq səsləri üçün ayrıca işarələr 
yaradır. Daha doğrusu eyni işarələr bəzi hallarda alban əlifbasında 
bir, erməni əlifbasında isə digər bir səsi ifadə etmişdir. 
Bu isə o deməkdir ki, "Alban yazılı ədəbiyyatı" adlandıra bilə-
cəyimiz şey qıpçaq dilində və erməni əlifbasından sadəcə səslənişi 
baxımından bir neçə işarə ilə fərqlənən əlifba ilə yazılmış mətnlər 
olmalıdır. Xoşbəxtlikdən bu mətnlər günümüzədək qorunub saxlan-
mışdır. Fəqət bu yazılı  mətnlərin Alban ədəbiyyatının nümunələri 
olduğu heç kəsin ağlına gəlməmiş, onlar elmi ədəbiyyata, yanlış 
olaraq, "erməni qıpçaqcası" adı altında daxil edilmişdir. 
Bu mətnlər barədə Azərbaycan elmi ictimaiyyətinə ilk dəfə 
görkəmli Azərbaycan türkoloqu mərhum Fərhad Zeynalov məlumat 
vermişdir: 
"Xalis qıpçaq abidələri azdır. Qərbi qıpçaq tayfalarının dilini 
əks etdirən "Kodeks-Kumanikus", Məmlük qıpçaqcasını əks etdirən 
ərəbcə-qıpçaqca lüğətlər və eləcə  də erməni qıpçaqcasına aid 
abidələr bir növ istisnalıq təşkil edir... 
Xalis qıpçaq xüsusiyyətləri daşıyan abidələrdən bir qismi də 
erməni qıpçaqcası kimi tanınan abidələrdir. Bu abidələrin əksəriy-
yəti Ukraynada, Kiyev Universitetinin kitabxanasında mühafizə 
olunurdu. Onların böyük bir qismi 1944-cü ildə alman - faşist iş-
qalçıları tərəfindən məhv edilib. İndi isə cəmi 28 erməni qıpçaqcası 
ilə yazılmış abidə qeydə alınıb." 
 Yeri gəlmişkən qeyd edək ki, mərhum türkoloq ana dilimizin 
oğuz mənşəli olması, lakin qıpçaq təsirinin də açıq - aydın şəkildə 
sezilməsi barədə də maraqlı fikirlər söyləmişdir: 
 "Bugünkü müasir dilimizin spesifik fonetik, leksik və qramma-
tik xüsusiyyətləri,  əlbəttə, onun xalis oğuz mənşəli olmasını sübut 
edir. Lakin unutmaq olmaz ki, Azərbaycan dili təkcə  oğuz dilləri 
qrupu əsasında formalaşmayıb və formalaşa da bilməzdi. Hələ bu 


 
16 
gün də dilimizdə qıpçaq və qismən də karluq-uyğur qrupu dillərinin 
ünsürləri də qalmaqdadır." 
Moisey Xorenatsi və Musa Kağankatlının sözlərindən belə  çıxır 
ki, qarqarların daha bir adı olmuşdur - ağ xəzərlər. Xəzərlərə xüsusi 
kitab həsr etmiş rus alimləri Artomonov və Pletneva, eləcə  də  əsər-
lərində  xəzərlərə geniş yer ayırmış Lev Qumilyov ərəb mənbələrinə 
istinadən xəzərlərin ağ  xəzərlər və qara xəzərlər deyə iki əsas yerə 
bölündüyünü qeyd etmişlər.  Əlbəttə ki, bu halda söhbət Albaniya 
xəzərlərindən-ağ xəzərlərdən, yəni qarqarlardan getməlidir. 
Erməni tarixçisi Moisey Xorenatsi Azərbaycan ərazisində xəzər-
lərin adını III əsrdə, gürcü tarixçisi Leonti Mrovelli isə eradan əvvəl 
VII  əsrdə baş vermiş hadisələrlə  əlaqədar çəkmişdir. Xəzərlərin adı 
bugünədək Lerik rayonu ərazisindəki Xəzəryaylaq, Ordubad rayonu 
ərazisindəki Xəzəryurd, Hadrut və Füzuli rayonları ərazilərindəki Xə-
zərdağ toponimlərində  və  ən nəhayət, Xəzər dənizinin adında yaşa-
maqdadır.   
Maraqlıdır ki, şərti olaraq "erməni qıpçaqcası" adlandırılan qıp-
çaqdilli alban ədəbiyyatı nümunələrinin bir qismi - əsasən müxtəlif 
"İncil" nüsxələri, dua kitabları  və digər xristian məzmunlu 
mətnlərin bir qismi Qərbi Azərbaycan  ərazisində, yəni indiki Er-
mənistan ərazisindəki əlyazmalar fondunda qorunur. 
Murad Aci yazır: 
"Ermənistanda erməni qrafikası ilə, fəqət türkcə yazılmış  qədim 
müqəddəs kitablar var. Madam ki, erkən Ermənistanda dualar türkcə 
yazılmışdı, deməli, ibadət heç də suryani dilində yox, türkcə edilirdi. 
Ermənilər üçün ilk məbədləri kimlər tikmişlər? Nə üçün onların isti-
qaməti  şərqədir?...Bu sualların cavablarını onların divarlarında 
tapmaq olar-orada türk tamğaları təsvir edilmişdir. 
 Zvartnotsda,  Dvində, Cvaridə, Kotavankda, digər yerlərdə türk 
run yazıları var." 
 Şübhəsiz ki, bu gün “Ermənistan” kimi tanınan Qərbi Azər-
baycandakı kilsələri türklər, yəni albanlar tikmişlər. Ermənilər isə 
həmin ərazilərə XlX əsrdən ruslar tərəfindən köçürülmüş və alban - 
türk kilsələrinə sahib çıxmışlar. Deyilənlərə  ən gözəl sübut kimi 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə