Microsoft Word qafqaz albanlar-duzelishli doc


ALBANLARIN DİLİ VƏ ƏLİFBASI



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə4/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   2   3   4   5   6   7   8   9   ...   107

 
11
ALBANLARIN DİLİ VƏ ƏLİFBASI 
BARƏDƏ 
 
Məlum olduğu kimi, Qafqaz Albaniyasında 26 soy və xalq 
yaşamaqda idi ki, bunlardan albanlar, massagetlər, qarqarlar, sak-
lar, utilər (onları çox vaxt udinlərlə qarışıq salırlar), kəngərlər, çul-
lar, beçeneqlər (oğuzlar), kumanlar, kerqillər, suvarlar, bulqarlar
hunlar, xəzərlər, dondarlar, labanlar (lpinlər), qaytaqlar və s. türk 
soy və boyları idilər və ölkə  əhalisinin böyük əksəriyyətini təşkil 
edirdilər. Eyni zamanda dağlıq bölgələrdə,  əski Andiya və Maza-
mua ərazisində udinlər, ciqblər, silvlər, herlər, qatlar (xınalıqlılar və 
buduqlar), leqlər (ləzgilər və laklar), boxlar (ubıxlar), saxurlar və 
digər qafqazdilli tayfalar da yaşayırdılar. Bu xalqlar azsaylı idilər 
və ölkənin siyasi, iqtisadi və mədəni həyatında önəmli bir rola sa-
hib deyildilər. Onlar bu gün də Dağıstanda və Azərbaycanın şimal-
dakı dağlıq ərazilərində yaşamaqdadırlar. 
Azərbaycanda yaşayan və sonradan qazaxların, qırğızların, 
özbəklərin, eləcə də qaraqalpaqların etnogenezində yaxından iştirak 
etmiş soylardan biri olan albanların adı ilk dəfə miladdan sonrakı 
yazılı mənbələrdə qeyd edilsə də, onlar eradan əvvəl IV əsrin son-
larında baş vermiş olaylarla əlaqədar yad edilirlər. 
Azərbaycan türklərinin etnogenezində yaxından iştirak etmiş 
albanlar  əsasən Quzey Azəbaycanda, o cümlədən Qərbi Azərbay-
canda (bugünkü Ermənistanda), eləcə  də Dağıstanda və bugünkü 
Gürcüstanın Borçalıdan Tiflisə  qədər uzanan geniş  ərazilərində 
məskun olmuş və bu ərazilərdə yaşayan digər türk soylarını – qar-
qarları, utiləri, massagetləri, dondarları  və sairə, eləcə  də bir sıra 
qafqazdilli tayfaları - udinləri, çilbləri, qatları, leqləri, ubıxları, her-
ləri və sairə öz ərafında birləşdirərək, tarixi mənbələrdə "Albaniya" 
adı altında yad edilən dövlət qurmuşdular. 
 "Kitabi-Dədə Qorqud"da albanlardan türk xalqlarından biri 
kimi söhbət açılır və  əsərin baş  qəhrəmanlarından Qazan xan al-
panların, yəni albanların başçısı kimi yad edilir. Şərqşünas alim 
Süleyman Əliyarov bu barədə yazır: 


 
12 
 "Dədəm Qorqud" kitabının araşdırılması Azərbaycanda uzun 
sürən etno-tarixi inkişafın yeni, "gözlənilməz" bir axarını üzə çıxar-
mışdır. 
 Drezden nüsxəsində 4-cü boyda Qazan xan ovda olarkən cəsus 
öz taqavoruna belə bir xəbər gətirir: "Hey, nə oturursan? İtüni 
ulatmayan, çətügini mövlatmayan alpanlar başı Qazan oğlancuğu 
ilə sərxoş olub yaturlar." 
 "Alpanlar"  etnik  adının başqa bir yerdə  də  işlənməsi bu an-
layışa diqqətlə yanaşmağı tələb edir. 7-ci boyda oxuyuruq: "Ağ-boz 
atlar çapdırur alpanlar gördüm, ağ işıqlı alpları yanıma saldum. 
 Bütün  tədqiqatçılar sanki gözlərinə inanmayaraq burada iş-
lənən "alpanlar" sözünü "alplar" kimi oxumuşlar. Kitabın rusca 
çapında isə alpın sinonimi olan "vityazi" şəklində çevrilmişdir.  
 Türkiyəli tədqiqatçı Ergin Drezden nüsxəsində felən rastlaş-
dığı "alpanlar" sözünü "alplar" sözü ilə əvəz emişdir. Lakin ədalət 
xatirinə söyləyək ki, o öz kitabının müvafiq yerlərində  səhifəaltı 
elmi-tənqidi çıxarışlarında Drezden əlyazmasında hər iki halda 
"alpanlar" yazıldığını bildirmişdir. 
 Kitabda "alpanlar" etnoniminə rast gəlinməsi onun Azərbay-
canda baş verən hadisələrlə bağlı olduğunu və Azərbaycanda  ər-
səyə gəldiyini sübut edən dəlildir. Bu xalq eradan əvvəl IV əsrdən 
etibarən X yüzilliyə qədər 1500 illik bir vaxt ərzində Azərbaycanda 
yaşamışdır. 
Qədim albanların adı bu gün Qubanın "Alpan" kəndinin adın-
da yaşamaqdadır. Qədim albanların birbaşa varisləri olan bu 
kəndin sakinləri türkdürlər və Azərbaycan türkcəsində danışırlar. 
Nəzərə alsaq ki, Quba rayonu ərazisində yaşayan bütün qafqazdilli 
xalqlar, o cümlədən sayları bir neçə min olan xınalıqlılar və bu-
duqlar öz dillərini qoruyub saxlamışlar, albanların başqa bir dildə 
danışdığı  və guya sonradan türkləşdiyini düşünmək,  əlbəttə ki, 
gülüncdür.” 
Albanların ən azı erkən orta əsrlərdən Azərbaycan hüdudlarını 
aşaraq Türküstan tərəflərə  də yayıldığını söyləmək olar. Məsələ 
burasındadır ki, VI əsr müəllifi İordan İskitlər ölkəsinin çox böyük 


 
13
ərazini  əhatə ediyini, hunların, sirlərin və albanların gedib çatdıq-
ları uzaq hüdudlara qədər uzandığını yazır. Bu məlumatdan açıq - 
aydın görünür ki, albanlar da iskitlər kimi Türküstanın son hüdud-
larına  qədər, yəni  Çinə qədər yayılmışdılar. Təsadüfi deyil ki, bu 
gün qazaxların "alban" adlandırılan qolu məhz Çindəki Uyğur 
Muxtar Vilayəti  ərazisində, başqa sözlə,  Şərqi Türküstanda və 
Monqolustanda, eləcə  də Qazaxıstanın Çinlə  sərhəd bölgələrində 
yaşayırlar. 
Alban-türk xalqının qazax türklərinin etnogenezində yaxından 
iştirak etdiyini sübut edən məlumatları görkəmli qazax maarifçisi 
Çokan Vəlixanovun "Seçilmiş  əsərləri"nin 4-cü cildinin 326-cı 
səhifəsində, qırğızların etnogenezində oynadıqları rol barədə  mə-
lumatları isə Abromzonun "Qırğızıstan arxeoloji və etnoqrafik eks-
pedisiyası" məcmuəsinin 1960-cı il, 4-cü buraxılışında dərc edilmiş 
"Qırğızların etnik tərkibi..." adlı məqaləsində tapmaq olar. 
Karmışevanın "Tacikistanın özbək-lokay xalqı" kitabının 16-cı 
səhifəsindəki 2-ci cədvəlində isə albanların özbək türklərinin etno-
genezində oynadığı rol barədə mütəxəssisləri maraqlandıra biləcək 
məlumat bulunmaqdadır. 
Jdanko özünün qaraqalpaqların tarixi etnoqrafiyasına həsr 
etdiyi kitabının 41-ci səhifəsində albanların qaraqalpaq türklərinin 
də etnogenezində iştirak etdiyini bildirir. 
Qiyasəddin Qeybullayevin tədqiqatları  nəticəsində  məlum 
olmuşdur ki, alban tayfalarından qarqarlar da türk idilər və onların 
dili qıpçaq türkcəsi olub. Görünür, qədim Azərbaycanda oğuz türk-
cəsi ilə yanaşı qıpçaq türkcəsi də yayğın olmuşdur. Hər halda, "Ki-
tabi-Dədə Qorqud"da oğuzlarla yanaşı  qıpçaqlardan da gen - bol 
danışıldığı, bu iki türk xalqı arasında güclü rəqabət hissi olduğu 
danılmaz faktdır.  O da faktdır ki, alban əlifbası  məhz qıpçaq - 
qarqar dili əsasında yaradılmışdı  və bu dil Albaniyanın  ədəbiyyat 
və dövlət dili funksiyasını ifa etmişdir. Doğrudur, əski rus-sovet el-
mindən gələn ənənəyə əsaslanaraq, bir çoxları qarqarları qafqazdilli 
xalq hesab etməkdə davam edirlər. Lakin cənab fakt tamam başqa 
şeyi diktə edir. 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə