76
(qıpçaq – qarqar) dilində Xalkidon hadisəsi və təriqəti
barədə kiçik
bir mətn də yer almaqdadır.
***
“ед. хр. 3522” şifrəli əlyazma. 1634–cü il. Lvov. Erməni –
qıpçaq (alban) - polyak lüğəti, erməni – alban danışıq kitabı.
Kosmologiyaya dair kiçik bir mətn də var.
***
“ед. хр. 3883” şifrəli əlyazma. 1630–cu il. Erməni – alban
lüğəti.
***
“ед. хр. 5985” şifrəli əlyazma. Erməni dilində. 152 vərəq.
Alban dilində qısa kolofon var.
Fransa
Fransa Milli Kitabxanası, Paris:
“Arm 5” şifrəli əlyazma. 202 vərəq. Əvvəli yoxdur. Mirzə
Zəkəriyyə oğlu Qaspar. Həzrət Davudun (ə) “Zəbur”u.
***
“Arm. 176.” 1568–ci il. Kamenets – Podolsk. 113 vərəq.
Mxitar Qoşun “Törə bitiki”. Mirzə: Steçko Holub oğlu.
***
“Arm. 194.” 67 vərəq. Xristian məzmunlu hekayələr, Kaments
və Polşa salnamələri.
Bu əlyazmanın mövzumuz baxımından birinci önəmi ondadır
ki, burada həftənin günlərinin alban dilindəki adlarına rast gəlirik:
77
yıxkün (bazar güvü),
yıxpaşkün (bazar ertəsi),
nögərikün (çər-
şənbə axşamı),
xankün (çərşənbə),
kiçiaynakün (cümə axşamı),
aynakün (cümə),
şapat (yəhudilərin “şabat” sözündən, şənbə).
Bu əlyazmanın digər önəmi isə onun albanların ilin başlan-
ğıcını hansı gündən hesablamaları barədə məlumatı əks
etdirmə-
sidir. Burada həm də albanların bürclər və planetlər haqqında
təsəvvürləri də əksini tapmışdır.
Rusiya
M.E. Saltıkov – Şedrin adına Dövlət Kütləvi Kitabxanası,
Sankt – Peterburq, Əlyazmalar Şöbəsi:
“Arm 2.” şifrəli, 610 səhifəlik ermənidilli əlyazma. Albanca
yazılmış kiçik bir kolofon var
***
“Arm 8.” Şifrəli əlyazma. 280 səhifə. Erməni – alban lüğəti.
***
“Dorn 636.” Şifrəli əlyazma. 306
vərəq. Erməni dilindədir. Alban dilindən
erməni dilinə tərcümədir. Bir neçə yerdə
albanca qeydlər var.
1618–ci ildə Lvovda alban dilində
çap edilən və hazırda Niderlandın Ley-
den şəhərində qorunan “Alğış bitiki” ki-
tabının sonuncu səhifəsi. Yuxarıda alban
dilində yazılıb: “Atına Biy Tenqrininq
başlandı da haybatına anınq tügənləndi,
xaysı ki bolsun haybat ari Errortutiunğa
menqi menqilik, amen.”
Aşağıdakı qeyd erməni dilindədir.
78
MXİTAR QOŞ VƏ ONUN “TÖRƏ BİTİKİ” ƏSƏRİ
Mxitar Qoş haqqında əsas məlumatları Kirakos Gəncəlinin
“Tarix” kitabından alırıq. Kirakos Gəncəli sözügedən kitabın “
Mxi-
tar vardapet haqqında, haradan olması və necə adam olması
barədə” başlıqlı XIII fəslində yazır:
“Bu məşhur, müdrik alim Gəncədən, xristian valideynlərin
ailəsindən idi. Valideynləri onu müqəddəs kitabları öyrənməyə
göndərmişdirlər. Həddi – bülüğa çatdıqdan sonra isə o, ruhani ol-
mağı qərara aldı və heç vaxt evlənməyəcəyinə söz verdi. Ruhani
vəzifəsində olduğu uzun illər ərzində o, müqəddəs kitabların və
onlardakı müqəddəs kəlamların mənasını dərindən dərk etməyə
çalışmışdır. Tale onu “Tovuzlu” ləqəbi ilə tanınan, müdrik və alim
adam kimi ad çxaran vardapet Yovhannes (Yəhya – B.T) ilə
rastlaşdırdı.
Çox illər dünyəvi həyat tərzi keçirdikdən sonra, arvadını
itirirmiş və evlənməməyə söz vermiş bu şəxs ömrünün qalan his-
səsini müqəddəs kitabların tədqiqinə sərf etmiş və vardapet rütbəsi
qazanmışdı. Mxitar onun yanında çox vaxt keçirir və ondan elm
öyrənirdi.
Vardapet Yovhannes səyahət etməyi, tez-tez yer dəyişməyi
sevirdi. O, insanlara Tanrı sözünü çatdırır və onları əməlisalehliyə
dəvət edirdi. O, xristian adət - ənənələrinin yenidən bərpası üçün
çox şey edirdi, çünki həmin dövrdə çoxları qırxgünlük mərasimlər
zamanı, şənbə və bazar günlərində ibadətini pozurdular. O, adam-
ları ibadətlərində sabitqədəm olmağa , təkcə şənbə günləri deyil,
həftənin bütün günlərində əzabkeşləri yad etməyə, bazar günləri isə
İsanın dirilməsini qeyd etməyə səsləyirdi. Beləcə, əlligünlük ibadət
mərasimləri hər tərəfdə bərqərar oldu.
Onun və digərlərinin yanında yaşayan Mxitar vardapet rüt-
bəsini qazandı. O, bununla da kifayətlənmədi və qərbə, Qara Dağ
adlanan yerə, orada dərs deyən vardapetlərin yanına yollandı.
Özünün də vardapet olduğunu gizlədərək, onlardan çox şey öyrən-
di, (sonra) Karin şəhərinə gəldi. Orada gürcü xanından qaçan və
79
bu şəhərdə yaşayan Qurd adlı əməlisaleh bir xristian işxanı tapdı.
Onunla tanış olub, onu doğma atası kimi sevdi. Bundan sonra
vətəninə geri döndü.
Onun şöhrəti tez bir zamanda bütün ölkələrə yayıldı və çoxları
ondan ilahiyyat dərsi alırdı. Daha sonra müsəlmanlar tərəfindən
sıxışdırıldığına görə, Albaniya katalikosu Stepannosun dəvətini
qəbul edib, Xaçın vilayətinə, Atrek bəyi Vaxtanqın və qardaşlarının
yanına gəldi. Onlar onu çox böyük hörmətlə qarşıladılar. Orada
bir neçə il qaldı...
...Vardapet Mxitar işxanın (Qurdun – B.T.) öz əyalətinə geri
döndüyünü eşidər – eşitməz, aralarında olan xoş münasibət və mə-
həbbəti yada salıb, onun yanına gəldi və Axstev çayının sağ sa-
hilində yerləşən Getik monastırında məskunlaşdı.
Monastırın başçısı onun şagirdi, Sarğavaq adlandırılan var-
dapet idi. O onu (Mxitarı) sevinclə qarşıladı və şəxsən qulluğunda
durdu...”
Mxitar Qoşun “Törə bitiki”nin alban (qarqar – qıpçaq)
dilində
üç əlyazma variantı məlumdur ki, onlardan biri hazırda Polşanın
Vrotslav şəhərində, Ossolinskilər adına Milli İnstitutun kitabxa-
nasında (1916/ll №-li əlyazma), digəri Avstriyada, Vyanadakı er-
məni mxitaristlərinin mərkəzində (468 №-li əlyazma), üçüncüsü isə
Fransada, Paris Milli kitabxanasında (Arm. 176) qorunmaqdadır.
Əsər dövrümüzədək bir çox əlavələrlə gəlib çıxmışdır. Bu da
təbiidir, çünki müəllif hələ sağlığında kitabı, ondan sonrakıların da
əlavələr etmələrinə və qanunlar toplusunu daha da təkmilləşdirə
bilmələrinə şərait yaradacaq bir tərzdə qələmə aldığını söyləmişdir.
Bu barədə müəllif özünün Venesiya şəhərindəki San – Lassaro
mxitaristlərinin monastırında saxlanılmaqda olan (1237 №-li əlyaz-
ma) “Alban salnaməsi” əsərinin əlyazmasında xəbər verməkdədir.
Mövzu ilə bağlı Ziya Bünyadov yazır:
“1237 №-li əlyazmasının belə bir sonluğu vardır: “Bizim Qa-
nunlar Kitabının (Qanunnamənin – Z.B.) bu hissədə yarımçıq qoy-
mağa məcbur edən xilaskarımız İsaya və onunla birlikdə Ruhani
Ataya və Müqəddəs Ruha eşq olsun! Lakin biz bu sonluğu yaz-