Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə24/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   20   21   22   23   24   25   26   27   ...   107

 
76 
(qıpçaq – qarqar) dilində Xalkidon hadisəsi və təriqəti barədə kiçik 
bir mətn də yer almaqdadır. 
*** 
 
“ед.  хр. 3522” şifrəli  əlyazma. 1634–cü il. Lvov. Erməni – 
qıpçaq (alban) - polyak lüğəti, erməni – alban danışıq kitabı. 
Kosmologiyaya dair kiçik bir mətn də var.  
 
*** 
 
“ед.  хр. 3883” şifrəli  əlyazma. 1630–cu il. Erməni – alban 
lüğəti. 
*** 
 
“ед.  хр. 5985” şifrəli  əlyazma. Erməni dilində. 152 vərəq. 
Alban dilində qısa kolofon var. 
 
Fransa 
 
Fransa Milli Kitabxanası, Paris: 
“Arm 5” şifrəli  əlyazma. 202 vərəq.  Əvvəli yoxdur. Mirzə 
Zəkəriyyə oğlu Qaspar. Həzrət Davudun (ə) “Zəbur”u. 
 
*** 
 
“Arm. 176.” 1568–ci il. Kamenets – Podolsk. 113 vərəq. 
Mxitar Qoşun “Törə bitiki”. Mirzə: Steçko Holub oğlu. 
 
*** 
 
“Arm. 194.” 67 vərəq. Xristian məzmunlu hekayələr, Kaments 
və Polşa salnamələri. 
Bu  əlyazmanın mövzumuz baxımından birinci önəmi ondadır 
ki, burada həftənin günlərinin alban dilindəki adlarına rast gəlirik: 


 
77
yıxkün (bazar güvü), yıxpaşkün (bazar ertəsi),  nögərikün (çər-
şənbə axşamı),  xankün (çərşənbə),  kiçiaynakün (cümə axşamı), 
aynakün (cümə), şapat (yəhudilərin “şabat” sözündən, şənbə).  
Bu  əlyazmanın digər önəmi isə onun albanların ilin başlan-
ğıcını hansı gündən hesablamaları barədə  məlumatı  əks etdirmə-
sidir. Burada həm də albanların bürclər və planetlər haqqında 
təsəvvürləri də əksini tapmışdır. 
 
Rusiya 
 
M.E. Saltıkov – Şedrin adına Dövlət Kütləvi Kitabxanası, 
Sankt – Peterburq, Əlyazmalar Şöbəsi:  
“Arm 2.” şifrəli, 610 səhifəlik ermənidilli  əlyazma. Albanca 
yazılmış kiçik bir kolofon var 
*** 
 
“Arm 8.” Şifrəli əlyazma. 280 səhifə. Erməni – alban lüğəti. 
 
*** 
 
“Dorn 636.” Şifrəli  əlyazma. 306 
vərəq. Erməni dilindədir. Alban dilindən 
erməni dilinə tərcümədir. Bir neçə yerdə 
albanca qeydlər var. 
 
1618–ci ildə Lvovda alban dilində 
çap edilən və hazırda Niderlandın Ley-
den şəhərində qorunan “Alğış bitiki” ki-
tabının sonuncu səhifəsi. Yuxarıda alban 
dilində yazılıb: “Atına Biy Tenqrininq 
başlandı da haybatına anınq tügənləndi, 
xaysı ki bolsun haybat ari Errortutiunğa 
menqi menqilik, amen.” 
Aşağıdakı qeyd erməni dilindədir. 


 
78 
MXİTAR QOŞ VƏ ONUN “TÖRƏ BİTİKİ” ƏSƏRİ 
 
Mxitar Qoş haqqında  əsas məlumatları Kirakos Gəncəlinin 
“Tarix” kitabından alırıq. Kirakos Gəncəli sözügedən kitabın “Mxi-
tar vardapet haqqında, haradan olması  və necə adam olması 
barədə” başlıqlı XIII fəslində yazır: 
“Bu məşhur, müdrik alim Gəncədən, xristian valideynlərin 
ailəsindən idi. Valideynləri onu müqəddəs kitabları öyrənməyə 
göndərmişdirlər. Həddi – bülüğa çatdıqdan sonra isə o, ruhani ol-
mağı  qərara aldı  və heç vaxt evlənməyəcəyinə söz verdi. Ruhani 
vəzifəsində olduğu uzun illər  ərzində o, müqəddəs kitabların və 
onlardakı müqəddəs kəlamların mənasını  dərindən dərk etməyə 
çalışmışdır. Tale onu “Tovuzlu” ləqəbi ilə tanınan, müdrik və alim 
adam kimi ad çxaran vardapet Yovhannes (Yəhya – B.T) ilə 
rastlaşdırdı.  
Çox illər dünyəvi həyat tərzi keçirdikdən sonra, arvadını 
itirirmiş  və evlənməməyə söz vermiş bu şəxs ömrünün qalan his-
səsini müqəddəs kitabların tədqiqinə sərf etmiş və vardapet rütbəsi 
qazanmışdı. Mxitar onun yanında çox vaxt keçirir və ondan elm 
öyrənirdi. 
Vardapet Yovhannes səyahət etməyi, tez-tez yer dəyişməyi 
sevirdi. O, insanlara Tanrı sözünü çatdırır və onları əməlisalehliyə 
dəvət edirdi. O, xristian adət - ənənələrinin yenidən bərpası üçün 
çox şey edirdi, çünki həmin dövrdə çoxları qırxgünlük mərasimlər 
zamanı, şənbə və bazar günlərində ibadətini pozurdular. O, adam-
ları ibadətlərində sabitqədəm olmağa , təkcə  şənbə günləri deyil, 
həftənin bütün günlərində əzabkeşləri yad etməyə, bazar günləri isə 
İsanın dirilməsini qeyd etməyə səsləyirdi. Beləcə, əlligünlük ibadət 
mərasimləri hər tərəfdə bərqərar oldu. 
Onun və digərlərinin yanında yaşayan Mxitar vardapet rüt-
bəsini qazandı. O, bununla da kifayətlənmədi və qərbə, Qara Dağ 
adlanan yerə, orada dərs deyən vardapetlərin yanına yollandı. 
Özünün də vardapet olduğunu gizlədərək, onlardan çox şey öyrən-
di, (sonra) Karin şəhərinə gəldi. Orada gürcü xanından qaçan və 


 
79
bu şəhərdə yaşayan Qurd adlı əməlisaleh bir xristian işxanı tapdı. 
Onunla tanış olub, onu doğma atası kimi sevdi. Bundan sonra 
vətəninə geri döndü. 
Onun şöhrəti tez bir zamanda bütün ölkələrə yayıldı və çoxları 
ondan ilahiyyat dərsi alırdı. Daha sonra müsəlmanlar tərəfindən 
sıxışdırıldığına görə, Albaniya katalikosu Stepannosun dəvətini 
qəbul edib, Xaçın vilayətinə, Atrek bəyi Vaxtanqın və qardaşlarının 
yanına gəldi. Onlar onu çox böyük hörmətlə qarşıladılar. Orada 
bir neçə il qaldı... 
...Vardapet Mxitar işxanın (Qurdun – B.T.) öz əyalətinə geri 
döndüyünü eşidər – eşitməz, aralarında olan xoş münasibət və mə-
həbbəti yada salıb, onun yanına gəldi və Axstev çayının sağ sa-
hilində yerləşən Getik monastırında məskunlaşdı. 
Monastırın başçısı onun şagirdi, Sarğavaq adlandırılan var-
dapet idi. O onu (Mxitarı) sevinclə qarşıladı və şəxsən qulluğunda 
durdu...” 
Mxitar Qoşun “Törə bitiki”nin alban (qarqar – qıpçaq) dilində 
üç  əlyazma variantı  məlumdur ki, onlardan biri hazırda Polşanın 
Vrotslav  şəhərində, Ossolinskilər adına Milli İnstitutun kitabxa-
nasında (1916/ll №-li  əlyazma), digəri Avstriyada, Vyanadakı er-
məni mxitaristlərinin mərkəzində (468 №-li əlyazma), üçüncüsü isə 
Fransada, Paris Milli kitabxanasında (Arm. 176) qorunmaqdadır. 
Əsər dövrümüzədək bir çox əlavələrlə  gəlib çıxmışdır. Bu da 
təbiidir, çünki müəllif hələ sağlığında kitabı, ondan sonrakıların da 
əlavələr etmələrinə  və qanunlar toplusunu daha da təkmilləşdirə 
bilmələrinə şərait yaradacaq bir tərzdə qələmə aldığını söyləmişdir. 
Bu barədə müəllif özünün Venesiya şəhərindəki San – Lassaro 
mxitaristlərinin monastırında saxlanılmaqda olan (1237 №-li əlyaz-
ma) “Alban salnaməsi”  əsərinin  əlyazmasında xəbər verməkdədir. 
Mövzu ilə bağlı Ziya Bünyadov yazır: 
“1237 №-li əlyazmasının belə bir sonluğu vardır: “Bizim Qa-
nunlar Kitabının (Qanunnamənin – Z.B.) bu hissədə yarımçıq qoy-
mağa məcbur edən xilaskarımız  İsaya və onunla birlikdə Ruhani 
Ataya və Müqəddəs Ruha eşq olsun! Lakin biz bu sonluğu yaz-


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə