80
maqdan qabaq “Qanunlar Kitabı burada sona yetir” – dedikdə bu,
həmin kitabın sonu deyildi; biz ehtimal ki, işimizi hissə - hissə da-
vam etdirmək üçün fasilə verməyi qərara almışdıq. Həm də yaz-
mağı elə davam etdirmək istəyirdik ki, bizdən başqa yazmaq, həm-
çinin nəyi isə əlavə etmək qərarına gələnlərə mane olmayaq...””
Fəridə Məmmədova isə yazır:
““Qanunnamə” sonrakı əsrlərdə də, çox güman 1836–cı ilə
qədər alban xristianları üçün öz həyatiliyini itirməmişdir. O, digər
xalqlar arsında da yayılmışdı. Gələcəkdə “şəraitə, habelə həyatın
və dövrün tələblərinə görə” “Qanunnamə”də düzəlişlər aparıl-
ması, oraya əlavələr edilməsi və onun zənginləşdirilməsi barədə
Qoşun arzusu çin oldu.”
Mxitar Qoş bu arzusunu Həzrət Musanın (ə) kitablarını eyni
vaxtda yazmaması, ondan sonra daha 12 peyğəmbərin onun baş-
ladığı işi tamamlaması, eləcə də “İncilin”
eyni vaxtda və eyni adam
tərəfindən qələmə alınmaması ilə əsaslandıraraq, istəyini belə dilə
gətirmişdir:
“...Xaytıp tiyəsidir bilməgə ki, tügülüdür yalqız bu Törə bitiki,
xaysın ki hali yazıyırbiz, tügül yalqız mendən bolğay tügəllənməki
munqar, zera oxşaşı bar ğanonkka, ne türlü ki, ğanonk birdən
yazılmadı, a ne bir yerdə, a ne bir adamdan, yoxsa az-az yazıldı,
əvəl arakellərdən, sonqra Niqiada, sonqra Puzandiada, andan
sonqra Epesosta, alay ox bu Törə bitiki. Əvəl başlanmaqı mununq
bizdən boldı, da bizdən sonqra kerək ki, az-az yazılğay da tügəl
bolğay, zera qanonktan boyruxtur, yılda 3 kez joqovk bolğay, da
tergöv etkəylər, egər ki dünyada nema yanqi badiyət çıxıp esə, ani
barça baxıp, ari atalar artıxsılıxnı keri salğaylar da toğru yolğa
keltirgəylər. Bu türlü tiyəsidir bilmağa yarqu bitiklərinə: necə ki
yənqi nema törə yoluxsa, da tergəp, uslular baxkaylar toğru esə,
yazğaylar ani da bu bitiktə. Egər ki kimsə es yoxsa, tapar barça ari
bitiklərdə bu türlü ki, az -az ilgəri kelip tügəlləniptir.
Ne türlü Ararack bitiki Movsestən tügül ki birdən yazıldı, alay
ox 12 markarelər dügül ki bir zamanda yazıldı ya 1 adamdan, alay
81
ox barça markarelər. Bu türlü surp Avedaranlar da tügül ki, bir
zamanda yazıldı, ya 1-indən, hər biri yazdı kendi vaxtı bilə, ol türlü
bitikləri Boğos arakelininq. Dağı da köp bitiklər ari atalardan u
vardapetlərdən yazıldı kendiləri vaxtına. Bu türlü orinaq bilə bu bi-
tikni də biz başladıq yazmağa. Egər bizdən az-az ilgəri kelip yazıldı
esə, emdi də egər köplərdən yazılsa özgə vaxtlarda, nema eksiklik
tügüldür, yoxesə tek toğru törə bolsun ki, barça yaxşılar biyən-
gəylər də mununq eksikin tügəlləgəylər.”
“...Eləcə də bilmək lazımdır ki, hazırda yazmaqda olduğumuz
bu “Törə bitik”i ehkam deyil, yalnız bizim tərəfimizdən ta-
mamlana bilməz. Çünki o, birdən – birə peyda olmayan, bir adam
tərəfindən və bir yerdə qələmə alınmayan, əksinə, parça – parça,
öncə həvarilər tərəfindən, sonra Nikeyada, daha sonra Bizansda,
ondan da sonra Efesdə yazılan qanunlar kimidir. Eləcə də bu
“Törə bitiki”. Onun başlanğıcı bizim tərəfdən qoyuldu və vacibdir
ki, ona əlavələr edilsin və o təkmilləşdirilsin. Çünki qanunlar ildə
3 dəfə toplanan müqəddəs atalar tərəfindən təhlil edilməli,
dünyada baş verən yeniliklər diqqətə alnaraq, lazımsızlarından
təmizlənməli və onlara düzəlişlər edilməlidir. Qanun kitabları ilə
də eyni cür davranılmalıdır. Müdrik adamlar bütün yeni
qanunları gözdən keçirməli, təhlil etməli və zəruru olanlarını
kitaba əlavə etməlidirlər. Əgər diqqətlə baxan olsa, görər ki,
müqəddəs kitablar da eyni qayda üzrə təkmilləşdirilmişdir.
Necə ki, Musa “Varlıq” kitabını eyni vaxtda yazmayıb, 12
peyğəmbərin kitabları da, elcə də digər peyğəmbərlərin kitabları
bir adam tərəfindən və bir vaxtda qələmə alınmamışdır. Eləcə də
müqəddəs “İncil” birdən-birə və eyni müəllif tərəfindən yazıl-
mamışdır, əksinə, hərə öz dövründə yazmışdır. Eləcə də Pavelin
müraciəti. Eləcə də müqəddəs ataların və müəllimlərin hərəsi öz
vaxtında yazılmış kitabları. Əgər bizdən öncə yazılmışsa və bun-
dan sonra çoxları yazacaqsa, bu, əskiklik deyil, yetər ki, qanunlar
doğru olsun, əməlisaleh adamların xoşuna gəlsin və əyər - əskiyi
aradan qaldırılsın”.
Bu cümlələr “Törə bitiki”nin alban dilində dövrümüzədək ye-
tişmiş əlyazmalarının son cümlələridir. Vortslav variantında bun-
82
dan sonra Oksent oğlu Xaçeresin XVI əsrdə türkcə (alban – qıpçaq
dilində) tərtib etdiyi qanunlar, ardınca isə polyak dilində əlavə
edilmiş mətn gəlir. Vyana variantında bunlar yoxdur. Əvəzində
Vyana əlyazmasında kiçik bir kolofondan sonra Mxitar Qoşun
qələminə məxsus olduğunu ehtimal etdiyimiz xristian məzmunlu
müxtəlif didaktik hekayələr yer alır ki,
onlar XII əsr, bəlkə də daha
qədim türkdilli (qıpçaqdilli) Azərbaycan (alban) ədəbiyyatının şe-
devrləri hesab edilə bilər.
Kitabın sadəcə üzünü köçürməklə məşğul olan bir mirzəmi,
yoxsa ona edilmiş bütün redaktə və əlavələrin müəllifimi olduğunu
dəqiq bilmədiyimiz, şərti olaraq redaktor və əlavələrin müəllifi
kimi qəbul etdiyimiz Oksent oğlu Xaçeresin tərtib etdiyi ilk
qanunlar “Törə bitiki”nin ardınca gəlir və aşağıdakı başlıq altında
toplanmışdır:
“Başlanmaxı aşxarhağan törələrninq xanlarnınq, ulu biylər-
ninq da barça yarğuçılarnınq, dağı da törələr xanlarnınq da kimlər
ki anınq xolu tibinədirlər”
“Xanlar, ulu bəylər və bütün hakimlər, eləcə də xanlar və
onların təəbələri barədə dünyəvi qanunların başlanğıcı”
Bundan sonra gələnlər də, o cümlədən 124 maddəlik “Erməni
qanunnaməsi” (Qanunk) də Mxitar Qoşun əsərinə XVI əsdə edilmiş
əlavələrdir. Yəni Qoşun əli ilə yazılmış maddələr çıxarılmış, yerinə
erməni qanunları, eləcə də Oksent oğlu Xaçeresin türkcə tərtib
etdiyi qanunlar qoyulmuşdur. Əslində isə bu qanunlar da Qoşun
tərtib etdiyi qanunların dəyişdirilərək yenilənmiş variantından baş-
qa bir şey deyillər. Fəqət onlar o qədər əsaslı şəkildə yenilənmişlər
ki, onları yeni qanunlar saymaq daha doğrudur.
Təkcə yuxarıdakı sitat sözügedən kitabın Mxitar Qoşun “Törə
bitiki” olduğunu söyləyən çoxsaylı tədqiqatçıların, o cümlədən əsə-
ri rus dilinə tərcüməsi ilə birlikdə dərc etdirmiş A.Qarqavets və
Q.Saparqaliyevin yanılmadıqlarını sübut etməkdədir. Fəqət bu
alimlər bu işi onlardan öncə görmüş erməni tədqiqatçı A.Papov-
yanın 1964–cü ildə rus dilində dərc edilmiş “Armyanskiy sudebnik
Mxitara Qoşa. Per. s drevnearmyanskoqo” (Mxitar Qoşun erməni