Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə24/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   74

 
 
92 
 
-  DVI/.tex (DeVice İndependent) – kompüter tipoqra-
fiyasında səhifələmə üçün TeX nəşriyyat sistemi 
tərəfindən istifadə olunan format; 
-  PS (PostScript) – postskript formatı. 
Elektron kitab formatları: 
-  DJVU  – kitabların skan surətini saxlanılması üçün 
istifadə olunan format; 
-  PDF (Portable Document Format) – Adobe Acrobat 
proqramında yaradılmış  sənəd, nəşr üçün kitabların 
səhifələnməsi üçün istifadə olunan format. 
Hipermətn faylları: 
-  HTML/HTM (HyperText Markup Language) – 
HTML dilində internet səhifələrin yaradılması üçün 
istifadə olunan hipermətn formatı; 
-  XML/XHTML (eXtensible Markup Language) – 
XML dilində yaradılmış sənədlərin formatı. 
-  MTML/MHT (MIME HyperText Markup Language) 
– HTML dilində arxivləşdirilmiş internet səhifələrin 
yaradılması üçün istifadə olunan hipermətn formatı; 
-  CGI  (Common Gateway Interface) – internetdə 
proqram əlavələri üçün istifadə olunan format. 
Proqram faylları: 
-  EXE  – MS DOS və Windows mühitində yerinə 
yetirilən proqram faylları; 
-  COM – MS DOS və Windows mühitində sistem 
proqramları; 
-  ASM – Assembler dilində proqramın ilkin kodu
-  C – “C” dilində proqramın ilkin kodu; 
-  CPP/CXX – “C++” dilində proqramın ilkin kodu; 
-  PAS – Pascal dilində proqramın ilkin kodu; 
-  BAS – Basic dilində proqramın ilkin kodu.


III FƏSİL  
İNFORMASİYA TƏLƏBATI  
İnformasiya tələbatı və onun məzmununa
təsir edən amillər  
İnformasiya tələbatının subyektləri  
İnformasiya tələbatının öyrənilməsi və
təqdim edilməsi üsulları  
İnformasiya tələbatının modeli  
İnformasiya tələbatının formalaşması mərhələləri  
İnformasiya tələbatının təsnifatı  
İnformasiya tələbatının tematik profilinin
müəyyən edilməsi  
İnformasiya ehtiyatının profilinin müəyyən edilməsi  
Fərdin bir mövzu sahəsi üzrə informasiya               
tələbatının müəyyən edilməsi  
Fərdin fəaliyyətinə aid olan bütün mövzu sahələri  
üzrə informasiya tələbatının müəyyən edilməsi 
Bir mövzu sahəsi üzrə fəaliyyət göstərən bütün 
fərdlərin informasiya tələbatının məzmununun 
müəyyən edilməsi  
Kollektiv informasiya tələbatının müəyyən edilməsi 


94 
3.1.  İnformasiya tələbatı və onun məzmununa təsir 
edən amillər  
Məlum olduğu kimi, hər bir peşəkar və ya qeyri-peşə-
kar fəaliyyət zamanı insanlarda müəyyən informasiyaya 
tələbat yaranır.  İnformasiya tələbatının məzmunu fəaliy-
yət sahəsindən, insanların  şəxsi, peşəkar və  işgüzar ma-
raqlarından və potensiallarından asılı olur. Belə ki, bir və 
ya bir necə sahəni əhatə edən peşəkar fəaliyyətlə məşğul 
olmaqla yanaşı, insanlar təhsil, ictimai-siyasi və idman 
fəaliyyəti, məişət işləri, hobbi və s. sahələrlə maraqlana 
bilər. Ona görə də onların ümumi informasiya tələbatı xa-
rakterinə və məzmununa görə bir-birindən fərqlənən çox-
lu sayda komponentlərdən ibarət olur. 
Bir çox hallarda informasiyaya olan tələbat ailə,  ətraf 
mühit, məktəb, ali təhsil müəssisələri, təşkilatlar və s. tə-
rəfindən bu və ya digər dərəcədə təmin edilir, lakin bu bi-
liklər real həyatda və praktiki fəaliyyətdə heç də  həmişə 
kifayət etmir. Bəzən konkret məsələlərin həlli, o cümlə-
dən problemlərin dərk olunması  və aradan qaldırılması, 
qərarların qəbul edilməsi, yeni biliklərin alınması üçün 
mövcud məlumatlarla yanaşı əlavə, yeni məlumatlara eh-
tiyac yaranır.  
Müxtəlif fəaliyyət sahələrində informasiya təminatı 
sistemlərinin fəaliyyətinin keyfiyyətini yaxşılaşdırmaq 
məqsədilə  həyata keçirilən tədbirlər kompleksində istifa-
dəçilərin peşəkar maraqlarının təmin olunmasına yönəl-
miş informasiya ehtiyatlarının və xidmətlərinin spektrinin 
inkişaf etdirilməsi əhəmiyyətli yer tutmalıdır. İlk baxışda 
elə görünə bilər ki, müasir dövrdə informasiya təminatını 
reallaşdırılan ehtiyat və xidmətlərin spektri kifayət qədər 


95 
genişdir və mövcud informasiya tələbatının və ya müxtə-
lif istifadəçilər qruplarının peşəkar maraqlarının kifayət 
qədər əhatəli və dəqiq təmin edilməsinə imkan verir. La-
kin təcrübə göstərir ki, istifadəçilərin informasiya tələbat-
larının təmin edilməsi problemi indiyə qədər həll edilmə-
miş qalır. 
Müasir dövrdə insanların (istifadəçilərin və ya abo-
nentlərin) zəruri informasiya ilə keyfiyyətli və  səmərəli 
şəkildə təmin edilməsində informasiya xidmətləri, o cüm-
lədən kitabxana-informasiya sistemləri tərəfindən onların 
informasiya tələbatlarının öyrənilməsi böyük əhəmiyyət 
kəsb edir.  
Ona görə  də informasiya xidmətlərinin təşkili zamanı 
aşağıdakı amillər nəzərə alınmalıdır: 
-  Psixososial və psixoloji fenomen olan informasiya 
tələbatını  təsvir etmək, xüsusilə  də ölçmək çox çə-
tindir. Çox vaxt istifadəçilər öz tələbatlarını forma-
laşdırmaqda çətinlik çəkir və ya kifayət qədər dəqiq 
müəyyən edə bilmirlər. Axtarış sorğularında yol ve-
rilən leksik və ya semantik qeyri-müəyyənliklər ta-
pılan məlumatların (axtarışının nəticəsinin) dəqiqliyi 
və dolğunluğuna əhəmiyyətli dərəcədə təsir edir. 
-  Müasir dövrdə informasiya tələbatı çoxaspektliyi və 
tez-tez dəyişməsi ilə xarakterizə olunur. Məsələn, 
alimlərin və mütəxəssislərin informasiya tələbatları 
mövzu baxımından və  həcmcə kifayət qədər müx-
təlif olur, elmi-texniki nailiyyətlərdən asılı olaraq 
dəyişir. 
-  İnformasiya tələbatları haqqında dəqiq məlumatın 
alınmasında çətinlik onların proqnoz xarakterli ol-
ması ilə əlaqədar olur. Çox vaxt problem istifadəçi-
nin məlumatlılıq səviyyəsinin aşağı olması səbəbin-


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə