Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə27/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   74

 
 
103 
 
daha çox faktoqrafik informasiyaya tələbat yaranır. Lakin 
bu kateqoriyaya daxil olan şəxslərin informasiya marağı 
diapazonuna görə əhəmiyyətli dərəcədə fərqlənə bilər. 
3.3.  İnformasiya tələbatının öyrənilməsi və təqdim 
edilməsi üsulları 
İnformasiya tələbatının öyrənilməsi üsullarını ümumi 
halda iki qrupa bölmək olar: 
-  birbaşa üsullar; 
-  əlavə (köməkçi) üsullar 
Birbaşa üsullar – subyektin qarşısında duran vəzifələ-
rin, onun həll etdiyi məsələlərin sistemli təhlilinə əsasla-
nır və obyektiv zəruri olan informasiyanı  aşkar etmək 
üçün onun fəaliyyət göstərdiyi konkret vəziyyətin öyrənil-
məsinə yönəlmiş olur. 
Əlavə (köməkçi) üsullar – anketləşdirmə, istifadəçi is-
tinadlarının təhlili, müsahibə götürmək və s. yolu ilə möv-
zu sahəsində istifadəçilərin fikirlərinin öyrənilməsinə 
əsaslanır. Bu üsulların çatışmazlığı ondan ibarətdir ki, in-
formasiya tələbatları haqqında mülahizə insanların sub-
yektiv fikirləri və ya onların məhdud praktiki təcrübəsi 
əsasında qurula bilər. 
İnformasiya tələbatının öyrənilməsinin funksional və-
zifələrin təhlilinə əsaslanan üsulları subyektin xidməti və-
ziyyətinə uyğun və peşəkar fəaliyyət sahəsində qərarların 
qəbul edilməsi üçün zəruri olan informasiya ilə  təmin 
olunmasından ibarətdir. 
Subyektin funksional vəzifələrinin sistemli təhlili  əsa-
sında onun fəaliyyəti üçün zəruri olan biliklərin həcmi 
müəyyən edilir. Burada sistemli təhlilin aparılması çox 


104 
vacibdir. Bir çox hallarda fərdin müəyyən sahədə fəaliy-
yəti digər sahələrlə bağlı olur. Bilavasitə vəzifələrini yeri-
nə yetirmək üçün ona yalnız dar mövzuda (bir mövzu sa-
həsində) deyil, eyni zamanda qeyri-profil sahələrinə aid 
böyük həcmdə məlumatlar lazım olur. 
Subyektin sahələrarası bu əlaqələri heç də həmişə düzgün 
təsəvvür etmirlər. Bir qayda olaraq,  funksional vəzifələrin 
sistemli təhlili nəticəsində belə əlaqələr aşkar olunur. Bunla-
rın da əsasında subyektin qarşısında duran, həlli zəruri olan 
məsələlər müəyən edilir və subyektə lazım ola biləcək infor-
masiya ehtiyatlarının (məlumatların, sənədlərin və s.) 
siyahısı formalaşdırılır. Nəticədə, subyektin fəaliyyətinin in-
formasiya modeli (“informasiya pasportu”) qurulmuş olur. 
Fəaliyyətin informasiya modeli özündə real informasiya 
tələbatını  əks etdirir. Qeyd olunduğu kimi, subyekt lazım 
olan informasiyanı  əldə etmək üçün zəruri sorğunu özünün 
dərk etdiyi informasiya tələbatı əsasında formalaşdırır və İS-ə 
təqdim edir. Əksər hallarda dərk edilmiş informasiya tələbatı 
real informasiya tələbatına uyğun olmur, ona görə  də isti-
fadəçinin sorğusu reallığı tam dolğun və düzgün əks etdirmir.  
3.4.  İnformasiya tələbatının modeli  
Ümumiyyətlə, istənilən fəaliyyəti aşağıdakı dördlük 
vasitəsilə ifadə etmək olar:  
=
, , ,
,
(3.1) 
burada  S – fəaliyyəti yerinə yetirən subyektP – fəaliyyətin 
yönəldiyi obyekt, yerinə yetirildiyi mövzu sahəsi, A – fəa-
liyyətin məqsədi,  V – fəaliyyətin həyata keçirilməsi vasi-
tələri, mexanizmləridir.  


105 
Burada subyekt dedikdə formasından, növündən, möv-
zu sahəsindən, əhatəliliyindən və təyinatından asılı olma-
yaraq hər hansı informasiyaya tələbatı yaradan fəaliyyəti 
həyata keçirən insanlar, fərdlər, kollektivlər (müəyyən 
fəaliyyət və ya maraq sahəsi üzrə insan qrupları), təşki-
latlar və s. başa düşülür. 
(3.1) modelinə daxil olan elementlər arasında əlaqələr 
fəaliyyətin subyekti vasitəsilə  həyata keçirilir. Belə ki, 
subyekt fəaliyyətinin məqsədini müəyyən mexanizm-
lərdən istifadə etməklə yerinə yetirdiyi hərəkət və əməllər 
sistemi vasitəsilə obyektdə (mövzu sahəsində) reallaşdırır.  
Subyekt fəaliyyətini həyata keçirməzdən  əvvəl, bir 
qayda olaraq, onu öz şüurunda planlaşdırır və onun infor-
masiya modelini qurur. Bu model informasiya xarakterli 
olub, subyektin malik olduğu biliklər sistemi əsasında 
onun şüurunda formalaşır. İnformasiya modelində fəaliy-
yətin obyektiv şərtlərinin qabaqcadan əks olunması  və 
subyektiv obrazının qurulması onun məqsədyönlü idarə 
olunmasını təmin edir. Ona görə də fəaliyyətin uğurla nə-
ticələnməsi və qarşıya qoyulan məqsədin  əldə olunması 
subyektin zəruri informasiyaya malik olub-olmaması  də-
rəcəsindən, yəni onun potensialından bilavasitə asılı olur. 
Nəticə etibarı ilə insanın şüuru fəaliyyətin idarə edilməsi-
nin başlıca mexanizminə çevrilir, vadaredici, nizamlayıcı 
və nəzarətedici kimi funksiyaları yerinə yetirir. 
Əksər hallarda şüurda fəaliyyətin tam informasiya mo-
delinin qurulması müəyyən çətinliklərlə qarşılaşır, müva-
fiq informasiya təminatı və əlavə istiqamətlənmə olmadan 
onun həyata keçirilməsi mümkün olmur. Ona görə  də 
subyekt öz fəaliyyəti üçün çatışmayan informasiyanın 
əldə olunması istiqamətində tədbirlər görmək zərurətində 
qalır.  


106 
3.5.  İnformasiya tələbatının formalaşması 
mərhələləri 
Qeyd edildiyi kimi, informasiya tələbatı  hər hansı  fəa-
liyyət prosesində meydana çıxır və onun məzmununa bu 
fəaliyyəti həyata keçirən subyektlərin sosial-demoqrafik
şəxsi və  işgüzar keyfiyyətləri (təhsil səviyyəsi, dünyagö-
rüşü, iş və həyat təcrübəsi, şəxsi maraqları və s.) təsir edir.  
Qeyd etmək lazımdır ki, insanın istənilən fəaliyyəti onda 
informasiya tələbatının formalaşmasına gətirib çıxarmır. Bu, 
hər  şeydən  əvvəl fəaliyyətin xarakterindən, obyektindən, 
məqsədindən və subyektin informasiya potensialından asılı 
olur. Əgər subyekt qarşısında duran məqsədi reallaşdırmaq 
üçün əvvəllər həyata keçirdiyi fəaliyyəti təkrar edirsə və ya 
obyekt ona tam (və ya qismən) məlumdursa, onda əlavə in-
formasiyanın alınmasına zərurət az olacaq və ya müəyyən 
müddət ərzində belə zərurət ümumiyyətlə aradan qalxacaq-
dır. Başqa sözlə, hər hansı peşəkar və ya qeyri-peşəkar fəa-
liyyət təkrarlanan xarakter daşıyırsa, əvvəllər əldə olunmuş 
informasiyaya və həyat təcrübəsinə əsaslanırsa, subyekt ki-
fayət qədər biliyə və ya təcrübəyə malikdirsə, onda yeni in-
formasiyanın alınmasına tələbat minimal olur.  
Ümumiyyətlə, informasiya tələbatının formalaşmasın-
da əsas üç amil mühüm rol oynayır: 
-  tələbatın mövcudluğu – fəaliyyətlə bağlı biliklərə 
ehtiyacın yaranması, tələb olunan biliklərin formalaş-
ması üçün informasiya çatışmazlığının hiss olunması 
və onun aradan qaldırılmasına səy göstərilməsi; 
-  tələbatın məzmunu – tələb olunan informasiyanın 
tematikası, məzmunu, forması tutumu, eləcə  də 
mövcudluğu barədə məlumatın olması; 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə