Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə28/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   74

107 
-  informasiya potensialı – informasiya catışmazlığı-
nın subyekt tərəfindən dərk edilməsi, lazım olan (ça-
tışmayan) informasiyanın müəyyənləşdirilməsi üçün 
zəruri biliklərin olması. 
Qeyd edilməlidir ki, zəruri informasiya haqqında təsəvvür 
fəaliyyətin obyekti və şərtləri haqqında subyektdə olan bilik-
lər sistemi, yəni subyektin informasiya potensialı  əsasında 
formalaşır. İnformasiya potensialı hər şeydən əvvəl obyektlə 
bağlı olan informasiya tələbatının məzmununa təsir edir. 
Subyektin informasiya potensialı ilə onun informasiya yönü-
mü arasında birbaşa asılılıq mövcuddur. Subyektin informa-
siya potensialı nə qədər geniş və dərindirsə, onun informasiya 
tələbatı bir o qədər dəqiq və konkret olur (şəkil 3.1).  
Müvafiq informasiya potensialının olmaması subyekt-
də  zəruri informasiya haqqında qeyri-müəyyən və qeyri-
adekvat təsəvvürlərin formalaşmasına gətirib çıxara bilər 
ki, bunun da nəticəsində informasiya potensialları  fərqli 
olan, lakin tamamilə eyni (məqsədi, obyekti və vasitələri 
eyni olan) fəaliyyətlə  məşğul olan ayrı-ayrı subyektlərdə 
məzmunca müxtəlif informasiya tələbatları yarana bilər. 
İnformasiya 
tələbatı 
İnformasiya 
potensialı
Şək.3.1. Subyektin informasiya tələbatının onun 
informasiya potensialından asılılığı 


108 
Ümumiyyətlə, informasiya tələbatının formalaşması 
prosesi dörd mərhələdən keçir (şəkil 3.2): 
Birinci mərhələdə real informasiya tələbatı mövcud 
olur. Bu, məsələnin həlli və ya vəzifənin yerinə yetirilmə-
si üçün zəruri olan biliklər sistemini formalaşdıra biləcək 
informasiya tələbatıdır. Bu informasiya tələbatı subyekt 
tərəfindən dərk edilməyə də bilər.  
Subyektin 
vəzifələri, həll 
edilən məsələ
Real informasiya tələbatı 
Dərk edilmiş informasiya 
tələbatı
İfadə edilmiş informasiya 
tələbatı
Formallaşdırılmış informasiya 
tələbatı
Axtarış sistemi 
Dərketmə 
Təbii dildə ifadəetmə 
Formal dildə ifadəetmə 
Şək.3.2. İnformasiya tələbatının formalaşma mərhələləri
Tələb olunan biliklər 


109 
İkinci mərhələdə qarşıda duran vəzifə (məsələ) subyekt 
tərəfindən başa düşüldükdən sonra onun şüurunda bu və-
zifə ilə bağlı informasiya tələbatı formalaşmış olur. Belə 
tələbata dərk edilmiş informasiya tələbatı deyilir. 
Praktikada, bir qayda olaraq, hər hansı məsələnin həlli 
üçün tələb olunan real informasiya tələbatı subyektin 
şüurunda formalaşan dərk edilmiş informasiya tələbatın-
dan fərqlənir. Başqa sözlə, subyektin müvafiq sahədə mə-
lumatlılıq dərəcəsindən (potensialından) asılı olaraq, aşa-
ğıdakı vəziyyətlərdən biri yarana bilər: 
-  subyekt məsələnin həlli üçün hansı informasiyanın 
zəruri olduğunu bilmir; 
-  lazım olan informasiyanın bir hissəsi artıq sub-
yektdə vardır; 
-  subyekt bu sahədə müəyyən biliklərə malikdir (yük-
səkixtisaslı mütəxəssis və ya təcrübəli kadrdır). 
Üçüncü mərhələdə subyekt tərəfindən dərk edilmiş in-
formasiya tələbatının təbii dilin köməyi ilə təsvir olunma-
sı nəticəsində ifadə edilmiş informasiya tələbatı yaranır. 
Dördüncü mərhələdə zəruri informasiyanın axtarılması 
məqsədilə ifadə edilmiş informasiya tələbatı informasiya 
xidməti, o cümlədən informasiya-axtarış sisteminin for-
mal axtarış vasitələrinin (informasiya-axtarış dilinin) kö-
məyi ilə təqdim edilir və nəticədə formallaşdırılmış infor-
masiya tələbatı meydan gəlir. Formallaşdırılmış informa-
siya tələbatı əsasında axtarış sorğusu tərtib olunur.  
Beləliklə, informasiya tələbatı dedikdə fəaliyyətin yerinə 
yetirilməsi prosesində çatışmayan biliklərin  əldə olunması 
üçün subyektin zəruri olan informasiyaya dərk edilmiş 
tələbatı başa düşülür. Ümumi halda, bu tələbatı  fəaliyyət 
sahəsi üzrə  tələb olunan biliklərlə subyektin malik olduğu 
biliklər arasındakı fərq kimi ifadə etmək olar: 


 
 
110 
 
=

,        
 
 
 
(3.2) 
burada   –  subyektin  dərk edilmiş informasiya tələbatı, 
 – fəaliyyət sahəsi üzrə funksional vəzifələrinin yerinə 
yetirilməsi üçün tələb olunan biliklər, real informasiya 
tələbatı, 
 –  fəaliyyət sahəsi üzrə subyektin malik 
olduğu biliklərdir. 
3.6.  İnformasiya tələbatının təsnifatı 
İnformasiya tələbatlarını müxtəlif meyarlara görə  təsnif 
etmək olar, lakin daha çox aşağıdakı yanaşmalara rast gəlinir. 
İnformasiya tələbatının əhatə dairəsinə görə: 
-  fərdi informasiya tələbatları – ayrı-ayrı insanlarda 
formalaşan informasiya tələbatlarıdır;  
-  kollektiv informasiya tələbatları – müəyyən maraq 
dairəsi (əmək fəaliyyəti, elm, mədəniyyət, hobbi və s.) 
ətrafında birləşən insanlar qrupunun kollektiv 
şüurunda formalaşan informasiya tələbatıdır.  
Kollektiv informasiya tələbatları kollektivi təşkil edən 
fərdlərin informasiya tələbatları  əsasında formalaşır. La-
kin kollektiv informasiya tələbatlarını  fərdi informasiya 
tələbatlarının sadə toplanması kimi qəbul etmək olmaz. 
Kollektiv informasiya tələbatı həmin kollektivə daxil olan 
ayrı-ayrı  fərdlərin informasiya tələbatlarının yalnız kol-
lektivin ümumi məqsəd və vəzifələrinə uyğun olan hissə-
lərinin toplanması nəticəsində formalaşır. 
İnformasiya tələbatının reallaşma səviyyəsinə görə: 
-  real informasiya tələbatı – hər hansı məsələnin həlli 
və ya vəzifənin yerinə yetirilməsi üçün tələb olunan 
informasiya; 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə