Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə36/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   74

142 
dərəcəsidir. Məzmunları istifadəçinin informasiya tələba-
tına cavab verən sənədlər pertinent, cavab verməyənlər isə 
qeyri-pertinent sənədlər adlanır. 
Qeyd etmək lazımdır ki, pertinentlik anlayışı mahiyyət 
etibarı ilə faktiki relevantlıq anlayışına yaxındır. Aydındır  
ki, tapılmış sənədlərin relevantlıq dərəcələri axtarışın key-
fiyyətindən, yəni  İAS-ın "intellektual qabiliyyətindən", 
pertinentlik dərəcəsi isə istifadəçidən, onun mövzu sahəsini 
bilməsi səviyyəsindən, öz tələbatını ifadə  və  təsvir etmək 
bacarığından asılı olur. Təbii ki, burada İAS-ın axtarış apa-
ratı, eləcə də informasiya-axtarış dili böyük rol oynayır. 
İAS tərəfindən tapılan relevant sənədlər relevantlıq də-
rəcəsinə görə nizamlanmış, yəni sıraya düzülmüş siyahı 
şəklində istifadəçiyə  təqdim edilir. Siyahının  əvvəlində 
daha relevant sənədlər, sonra isə nisbətən az relevant olan-
lar və s. gəlir. 
Praktikada informasiya axtarışının nəticəsinin keyfiy-
yəti və İAS-ın işinin səmərəliliyi əsas iki qarşılıqlı əlaqəli 
parametrlə xarakterizə olunur:  
-  axtarışın dəqiqliyi; 
-  axtarışın dolğunluğu. 
Bu anlayışları şərh etmək üçün aşağıdakı işarələmələri 
qəbul edək. Tutaq ki, D – informasiya massivində olan sə-
nədlərin sayı, D
r
 – informasiya massivində olan bütün re-
levant sənədlərin sayı,  D
n
 – informasiya massivində olan 
bütün qeyri-relevant sənədlərin sayı,  D
t
 – İAS tərəfindən 
relevant sənəd qismində tapılıb istifadəçiyə verilmiş  sə-
nədlərin ümumi sayı,  D
nt
 – informasiya massivində olan, 
lakin İAS tərəfindən tapılıb istifadəçiyə verilməmiş sənəd-
lərin ümumi sayı, D
tr
 – İAS tərəfindən tapılıb verilmiş və 
istifadəçinin sorğusuna həqiqətən relevant olan sənədlərin 
sayı, D
tn
  – İAS tərəfindən tapılıb verilmiş, lakin sorğuya 


143 
relevant olmayan sənədlərin sayı, D
rn 
– informasiya mas-
sivində sorğuya relevant olan, lakin İAS tərəfindən 
tapılmayan sənədlərin sayı, D
nn
 – informasiya massivində 
sorğuya relevant olmayan və  İAS tərəfindən tapılmayan 
sənədlərin sayıdır (şək.4.4).  
Tapılmış 
sənədlər 
D
t
 
Tapılma-
mış  
sənədlər 
D
nt
 
Relevant 
sənədlər 
D
r
 
Qeyri-relevant 
sənədlər
D
n
D
nn
D
tr
 
D
rn
D
tn
Şək.4.4. İnformasiya axtarışının əsas meyarları 


144 
Aydındır ki,  
= D

D
n
  = D

D
nt
 
D
r
 = D
tr 
D
rn
 
D
n
 D
tn
 + D
nn
D
t
 = D
tr 
D
tn
D
nt
 = D
rn 
D
nn
ifadələri doğru olar. 
Axtarışın dəqiqliyi  İAS tərəfindən tapılıb verilmiş  sə-
nədlərin ümumi sayının bu sənədlər arasında istifadəçinin 
sorğusuna həqiqətən relevant olanlarının sayına tərs nis-
bəti ilə xarakterizə olunur.  
tn
tr
tr
t
tr
D
D
D
D
D
P



,
(4.1)
burada  P (“precision” sözünün baş  hərfi) – axtarışın 
dəqiqliyidir. 
Axtarışın dolğunluğu  İAS tərəfindən tapılıb verilmiş 
və istifadəçinin sorğusuna həqiqətən relevant sənədlərin 
sayının informasiya massivində olan bütün relevant sənəd-
lərin (tapılan və tapılmayan) sayına nisbəti ilə müəyyən 
olunur.  
rn
tr
tr
r
tr
D
D
D
D
D
R



,
(4.2)
burada R (“recall” sözünün baş hərfi) – axtarışın dolğun-
luğudur. 


145 
Başqa sözlə, dolğunluq və  dəqiqlik terminlərini aşağı-
dakı kimi izah etmək olar:  dəqiqlik – İAS-ın relevant ol-
mayan sənədləri axtarışın nəticəsinə daxil etməməsi, yəni 
istifadəçiyə verməməsi, dolğunluq isə İAS-ın informasiya 
massivində olan bütün mümkün relevant sənədləri tapıb 
istifadəçiyə təqdim etməsi qabiliyyətidir. 
İAS-ın işinin nəticəliliyinin qiymətləndirilməsi üçün 
“seçim qabiliyyəti” və “küy” adlanan parametr də böyük 
əhəmiyyət kəsb edir.  
Seçim (yığım) qabiliyyəti  İAS tərəfindən tapılıb veril-
miş qeyri-relevant sənədlərin sayının axtarış aparılan in-
formasiya massivində olan bütün qeyri-relevant sənədlərin 
sayına nisbəti ilə müəyyən olunur.  
nn
tn
nt
n
nt
D
D
D
D
D
E



,
(4.3)
burada E (“election” sözündən) – axtarışın seçim qabiliy-
yətini göstərir. 
Axtarışın dəqiqliyinin  əksi olan küy parametri İAS 
tərəfindən tapılıb verilmiş  sənədlərin ümumi sayının  bu 
sənədlər arasında istifadəçinin sorğusuna qeyri-relevant 
olanlarının sayına tərs nisbəti ilə xarakterizə olunur və ax-
tarışın nəticəsində qeyri-relevant sənədlərin olması  dərə-
cəsini göstərir. 
tn
tr
tn
t
tr
D
D
D
D
D
P
N






1
1
,
(4.4)
burada  N (“noise” sözünün baş  hərfi) – axtarışın “küy” 
parametridir. 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə